Məhkəmə qərarları › İş №3-1(098)-163/2025

Tərtər Hərbi Məhkəməsi Qərar — İş №3-1(098)-163/2025

22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3-1(098)-163/2025 22.07.2025 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Hakim Şəfiyeva Könül Səməd qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 2005-ci ildə Salyan rayonunun Qarabağlı kəndində doğulmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, Salyan rayonunun Qarabağlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin atıcı manqa komandirləri hazırlığı kursunun müdavimi vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi kiçik çavuş hərbi rütbəsində xidmət edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Zaqatala Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmaqla əsgər Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmişdir. Belə ki, Şəxs N nömrəli hərbi hissədə təşkil olunmuş atıcı manqa komandirlərinin hazırlığı kursunda kiçik çavuş hərbi rütbəsində xidmət edərkən, 22 may 2025-ci il tarixdə saat 14:00 radələrində atıcı manqa komandirlərin hazırlığı kursunun əsgər yataqxanasında olan qurutma otağına getmiş, orada olan eyni kursun müdavimi kiçik çavuş Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlədərək nə etdiyini soruşmuşdur. Bu zaman kiçik çavuş Zərərçəkmiş şəxs cavab olaraq kiçik çavuş Şəxs ünvanına nalayiq ifadə işlədərək qurutma otağından getməsini tələb etdikdə aralarında mübahisə yaranmış və mübahisə zamanı kiçik çavuş Şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq kiçik çavuş Zərərçəkmiş şəxs çiyin və sinə nahiyələrinə 2-3 dəfə yumruq zərbələri vuraraq ona qarşı zor tətbiq etmişdir. Bununla bağlı Şəxs barəsində Zaqatala Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası İXM-in 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair qərar qəbul edilərək məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək izahatında bildirdi ki, o, 08 iyul 2023-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsi tərəfindən müddətdən artıq həqiqi hərbi xidmətə çağırılmış və 05 mart 2025-ci il tarixdən N nömrəli hərbi hissənin atıcı manqa komandirləri hazırlığı kursunun müdavimi vəzifəsində xidmət edir. Zərərçəkmiş şəxs hərbi xidmətdə olduğu vaxt tanımışdır və münasibəti xidməti olmuşdur. O, 22 may 2025-ci il tarixdə saat 14:00 radələrində qurutma otağına daxil olmuş, həmin vaxt orada kiçik çavuş Zərərçəkmiş şəxs olduğunu görmüş və ünvanına nalayiq ifadə işlədərək orada nə etdiyini soruşduqda kiçik çavuş S.Babazədə də cavab olaraq ona qarşı nalayiq ifadə işlədib qurutma otağından getməsini deyib onun üzərinə gələrək paltarından tutub möhkəm sıxmış, bu zaman o, boğulduğunu hiss etmiş və onunla dalaşmağa başlamışdır. Dalaşan zaman o, 2- 3 dəfə kiçik çavuş Zərərçəkmiş şəxs doğru yumruq zərbələri atmış və həmin yumruq zərbələrindən biri qurutma otağında olan dəmir asılqana zərbə ilə dəymiş və nəticədə sol əlinin 4-cü barmağında möhkəm ağrı hissə etmişdir. Bundan sonra, o, əlinin ağrıdığını kiçik çavuş Zərərçəkmiş şəxs demiş və onlar aralanmışlar. O, qurutma otağından çıxaraq əl-üz yuma otağına gedib üzünü və əlini yuduqdan sonra oradan çıxıb baş vermiş hadisə barədə leytenant Şahid1 məruzə etmək üçün yanına getmişdir. Leytenant Şahid1 onun sol əlinin 4-cü barmağına baxıb şişkinlik olduğunu görüb onu hərbi hissənin tibb məntəqəsinə göndərmişdir. Hərbi hissənin tibb məntəqsində ona ilkin tibbi yardım göstərilmiş və ixtisaslı həkim müayinəsindən keçirilməyi üçün Zaqatala rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Zaqatala rayon Mərkəzi Xəstəxanasında rentgen müayinəsindən keçirilmiş və onun sol əlinin 4-cü barmağında yerini dəyişməyən qapalı sınıq olduğunu bildirmişlər. O, hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Odur ki, ona inzibati tənbeh verilərkən bunların nəzərə alınmasını və ona yüngül inzibati tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirdi ki, o, 08 iyul 2023-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsi tərəfindən müddətdən artıq həqiqi hərbi xidmətə çağırılmış və 05 mart 2025-ci il tarixdən N nömrəli hərbi hissənin atıcı manqa komandirləri hazırlığı kursunun müdavimi vəzifəsində xidmət edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərbi xidmətdə olduğu vaxt tanımışdır və münasibətləri xidməti olmuşdur. 22 may 2025-ci il tarixdə saat 14:00 radələrində o, qurutma otağında olduğu zaman kiçik çavuş Şəxs oraya oraya daxil olmuş və nalayiq sözlə orada nə etdiyini ondan soruşduqda, o, da cavab olaraq nalayiq söz deyib kiçik çavuş Şəxs üzərinə gedib paltarının boğaz nahiyəsindən sağ əli ilə tutub sıxaraq boğmaca başlamış, həmin vaxt kiçik çavuş Şəxs onun sinə və çiyin nahiyələrinə 2-3 dəfə yumruq zərbələri vurmuşdur. Kiçik çavuş Şəxs onun sinə nahiyəsinə yumuruq vurarkən o, əyilmiş və Şəxs sol əli qurutma otağında olan dəmir asılqana dəymiş, kiçik çavuş Şəxs sol əlinin dəmirə dəyərək xəsarət aldığını bildirmiş və onlar aralaşmışlar. Bundan snra Şəxs qurutma otağından çıxıb getmişdir. Daha sonra isə kiçik çavuş Şəxs onunla mübahisə edərkən sol əlinin 4-cü barmağından xəsarət aldığı və tibb məntəqəsinə müraciət etdiyi ona məlum olmuşdur. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır, ona qarşı hər hansı tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında bildirdi ki, o, N nömrəli hərbi hissənin qərargah bölüyünün 2-ci mühafizə tağımının komandiri vəzifəsində leytenant hərbi rütbəsində xidmət edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X3 hərbi xidmətdə olduğu vaxt tanımışdır, Onlarla heç bir ədavəti və düşmənçiliyi olmamışdır və münasibətləri xidməti olmuşdur. O, 22 may 2025-ci il tarixdə saat 14:00 radələrində xidməti otaqda xidməti işlərini görərkən kiçik çavuş Şəxs oraya gələrək sol əlindən xəsarət aldığını bildirmişdir. O, kiçik çavuş Şəxs solə əlinə baxıb şişkinlik olduğunu görüb hansı şəraitdə xəsarət aldığını soruşduqda, kiçik çavuş Şəxs qurutma otağında kiçik çavuş Zərərçəkmiş şəxs ilə mübahisə edərkən sol əlinin qurutma otağında olan dəmir asılqana dəyməklə xəsarət aldığını bilmişdir. Bundan sonra, o, kiçik çavuş Şəxs hərbi hissənin tibb məntəqəsinə göndərmiş və baş vermiş hadisə barədə aidiyyəti üzrə məruzə etmişdir. O, hansı səbəbdən aralarında mübahisə baş verdiyini kiçik çavuş Şəxs soruşanda Şəxs kiçik çavuş S.Babazədəyə zarafat zəminində nalayiq söz dediyini və Zərərçəkmiş şəxs həmin nalayiq sözdən əsəbiləşərək cavab olaraq nalayiq söz deməsi səbəbindən aralarında mübahisə baş verdiyi və mübahisə zamanı onlar bir-birlərinə yumruq zərbələri endirdiklərini və kiçik çavuş Zərərçəkmiş şəxs yumruq zərbəsi endirərkən S.Babazədə əyiləndə onun yumruğun qurutma otağında olan dəmir asılqana dəyməsi nəticəsində xəsarət aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında bildirdi ki, o, 07 iyul 2023-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsi tərəfindən müddətdən artıq həqiqi hərbi xidmətə çağırılmış və 05 mart 2025ci il tarixdən N nömrəli hərbi hissənin atıcı manqa komandirləri hazırlığı kursunun müdavimi vəzifəsində xidmət edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X3 hərbi xidmətdə olduğu vaxt tanımışdır, onlarla heç bir ədavəti və düşmənçiliyi olmamış, münasibətləri xidməti olmuşdur. O, 22 may 2025-ci il tarixdə saat 13:30-da nahar yeməyindən sonra siqaret çəkmə yerinə gedib siqaret çəkib atıcı manqa komandirləri kursunun əsgər yataqxanasına gəldikdən sonra ona atıcı manqa komandirləri hazırlığı kursunun müdavimi kiçik çavuş Şəxs sol əlindən xəsarət aldığı və onun hərbi hissənin tibb məntəqəsinə göndərildiyi məlum olmuşdur. Bundan sonra, kiçik çavuş Şəxs Zaqatala rayon Mərkəzi Xəstəxanasına göndərilmiş və orada Şəxs sol əlinin 4-cü barmağında yerini dəyişməyən qapalı sınıq aşkar olunmuşdur. Kiçik çavuş Şəxs Zaqatala rayon Mərkəzi Xəstəxanasından qayıtdıqdan sonra ondan barmağına nə olduğunu soruşduqda, kiçik çavuş Şəxs kiçik çavuş Zərərçəkmiş şəxs ilə aralarında mübahisə baş verdiyini və mübahisə zamanı Sənan Babazədəyə endirmək istədiyi yumruq zərbəsinin qurutma otağında olan dəmir asılqana dəyərək xəsarət aldığını bildirmişdir. İnzibati xəta haqqında işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X7 24 may 2025-ci il tarixli 166 nömrəli ekspert rəyindən görünür ki, kiçik çavuş Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. N nömrəli hərbi hissənin tibb bölməsinin rəisinin 22 may 2025-ci il tarixli raportundan görünür ki, AMKRK-nun müdavimi-kiçik çavuş Şəxs 22 may 2025-ci il tarixdə «Sol əlin 4-cü barmağının daraq sümüyünün yerdəyişməyən qapalı sınığı» diaqnozu ilə hərbi hissənin tibb məntəqəsinə müraciət etmişdir. Baş vermiş zədələnmə halının araşdırılması ilə bağlı müvafiq sərəncam verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş arayışdan görünür ki, 22 may 2025-ci il tarixdə manqa komandirlərinin hazırlığı kursunun müdavimi kiçik çavuş Şəxsl Zaur oğlu həmin kursun müdavimi kiçik çavuş Zərərçəkmiş şəxs ilə aralarında mübahisə baş vermiş və mübahisə zamanı onlar bir-birlərinə qarşı zor tətbiq etmişlər. Atıcı manqa komandirlərinin hazırlığı kursunun müdavimi kiçik çavuş Şəxs və kiçik çavuş Zərərçəkmiş şəxs ilə aralarında heç bir tabeçilik münasibətləri olmamışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında 23 may 2025-ci il tarixli protokoldan görünür ki, baxış yeri N nömrəli hərbi hissənin dislokasiya olunan ərazidə olan əsgər yataqxanasının 3-cü qatında yerləşən atıcı manqa komandirlərinin hazırlığı kursunun qurutma otağıdır. Atcı manqa komandirlərinin hazırlığı kursunun əsgər yataqxanasına daxil olduqda eni 2,5 metr, uzunluğu 21 metr olan dəhliz müşahidə olunur. Dəhlizlə sol tərəfində 16 metr irəliyə doğru hərəkət etdikdən sonra qurutma otağı mövcuddur. Qurutma otağının giriş qapısının eni 0,90 sm, hündürlüyü 2 metr olan ağ rəngli boya ilə boyalanmış taxta materialdan ibarətdir. Qurutma otağına daxil olduqda eni 3 metr, uzunluğu 4 metr və hündürlüyü 4 metr olan bir otaqdır. Otağın giriş qapısı ilə üzbə-üz döşəmədən 0,60 sm hündürlükdə, eni 1,2 metrdir. Hündürlüyü 2 metr olan qəhvəyi rəngli plastik pəncərə mövcuddur. Qurutma otağının sol divar istiqamətində uzunluğu 2 metr, hündürlüyü 1,80 sm olan dəmir asılqan müşahidə olunur. Kiçik çavuş Şəxs 22 may 2025-ci il tarixdə saat 14:00 radələrində kiçik çavuş Zərərçəkmiş şəxs ilə mübahisə edərkən sonuncuya doğru atdığı yumruğun həmin dəmir asılqana dəyərək xəsarət aldığını göstərmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 17 iyun 2025-ci il tarixli qərarından görünür ki, N nömrəli hərbi hissənin atıcı manqa komandirləri hazırlığı kursunun müdavimi kiçik çavuş Şəxs «Sol əlin İV daraq sümüyünün qapalı yerdəyişən sınığı» diaqnozlu bədən xəsarətinin alması faktı ilə bağlı cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. SX ******* nömrəli hərbi biletin təsdiqlənmiş surətindən görünür ki, Şəxs 04 iyul 2023-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissə komandirinin 05- 06 aprel 2025-ci il tarixli 082 nömrəli əmrindən çıxarışdan görünür ki, Şəxs «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatından gələrək Azərbaycan Respublikasının Dövlət sərhəd Xidmətində könüllü qaydada 3 (üç) il müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində xidmət etmək üçün öhdəlik verməsi ilə əlaqədar həqiqi hərbi xidmətə qəbul edilməklə kiçik çavuş hərbi rütbəsi verilmiş və 05 mart 2025-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün təminat normalarına daxil edilmişdir. N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti vərəqədən görünür ki, Şəxs xidmət müddəti ərzində həvəsləndirilməmiş və intizam qaydasında cəzalandırılmamışdır. DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 04 iyun 2025-ci il tarixli tələbnamədən görünür ki, Şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, inzibati xəta haqqında işlə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) izahatlarını, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tədbiri tətbiq edərkən onun etdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəməsini, zərərçəkmiş şəxslə barışmasını, gənc olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbehdən azad edilməsi üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 16.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə hüququ olan səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə, qanunun yuxarıda göstərilən müddəalarını rəhbər tutaraq, həmçinin inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, hazırda da xidmətini davam etdirməsini nəzərə alıb ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilmədən, törətdiyi əmələ görə onun intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xəta haqqında iş üzrə materialın onun xidmət etdiyi Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin komandanlığına göndərilməklə və hərbi hissə komandanlığı tərəfindən intizam qaydasında cəzalandırılmasını məqsədəuyğun və inzibati tənbehin məqsədlərinə, yəni inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa yetərli hesab edir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, törətdiyi əmələ görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin komandanlığı tərəfindən intizam məsuliyyətinə cəlb edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.3, 16.4, 30, 34-1, 40.0.1, 43, 48-51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat materialları, onun intizam məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsi üçün xidmət etdiyi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin komandanlığına göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Tərtər Hərbi Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlı̇ k edən: Könül Şəfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar