Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3-1(098)-170/2025 24.07.2025 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Hakim Şəfiyeva Könül Səməd qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxx N00-ci ildə Salyan rayonunun Parça Xalac kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali-hərbi təhsilli, əvvəllər məhkum olunmayan, Salyan rayonunun Piratman Gəncəli kəndində qeydiyyatda olmaqla Ağdam rayonunun Bənövşələr qəsəbəsində yaşayan, N nömrəli hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün 3-cü tağımının komandiri vəzifəsində leytenant hərbi rütbəsində xidmət edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdam Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs zabit olmaqla üzrlü səbəblər olmadan üç gündən artıq, lakin on gündən çox olmayaraq xidmət yerinə gəlməmişdir. Belə ki, Şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində yerləşən 1-ci taborunun 1-ci bölüyünün 3-cü tağımının komandiri vəzifəsində leytenant hərbi rütbəsində xidmətdə olarkən hərbi hissə komandirinin N mart N4-cü il tarixli 87 nömrəli əmrinə əsasən N (on) gün müddətinə növbəti məzuniyyətə buraxılmış, məzuniyyət müddəti N mart N4-cü il tarixdə bitib həmin gün saat 16:00-dək xidmət yerinə gəlməli olduğu halda N aprel N4-cü il tarixdə saat 08:30da Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində yerləşən xidmət yerinə qayıtmaqla üzrlü səbəblər olmadan üç gündən artıq, lakin on gündən çox olmayaraq xidmət yerinə gəlməmişdir. Bununla bağlı Şəxs barəsində Ağdam Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası İXM-in 613.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair qərar qəbul edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, N nömrəli hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün 3-cü tağımının komandiri vəzifəsində leytenant hərbi rütbəsində xidmət edir. O, N mart N4-cü il tarixdən N mart N4-cü il tarixədək N gün müddətinə məzuniyyətə buraxılmış, N mart N4-cü il tarixdə saat 14:00da xidmət yerinə qayıtmalı olduğu halda şəxsi və ailə problemləri səbəbindən N aprel N4-cü il tarixdə xidmət yerinə gəlmişdir. Dəfələrlə tabor komandanlığına şəxsi və ailə problemləri ilə bağlı məzuniyyətə getməsi barədə raport yazsa da məzuniyyətə getmək üçün razılıq verilməmişdir. O, etdiyi əməldən səmimi peşmandır, hazırda hərbi xidmətini davam etdirir, xidməti ilə bağlı heç bir problemi yoxdur, ailəsinin yeganə qazanc gətirən üzvüdür. Odur ki, ona inzibati tənbeh verilərkən qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid izahatında bildirmişdir ki, o, N nömrəli hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün baş çavuşu vəzifəsində baş gizir hərbi rütbəsində xidmət edir. Şəxs N mart N4-cü il tarixdə hərbi hissə komandirinin əmri ilə N gün müddətinə növbəti məzuniyyətə buraxılmış, N mart N4-cü il tarixdə Ağdərə rayonunun Sırxavənd kəndində yerləşən xidmət yerinə qayıtmalı olduğu halda N aprel N4cü il tarixdə xidmət yerinə gəlmişdir. Şəxs şəxsi problemləri səbəbindən xidmət yerinə vaxtında qayıtmamışdır. İnzibati xəta haqqında işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin (Q1) rəisinin N mart N4-cü il tarixli raportundan görünür ki, N mart N4-cü il tarixdən məzuniyyətdə olan 1-ci taborun 1-ci bölüyünün 3-cü tağımının komandiri leytenant Şəxs N mart N4-cü il tarixdə saat 16:00 radələrində məzuniyyətdən qayıtmadığı üçün üzrlü səbəb olmadan hərbi hissəyə (xidmət yerinə) vaxtında gəlməmiş hesab edilməsi, bütün növ təminatlarının dayandırılması və bu fakt barədə müvafiq tədbirin görülməsi üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması xahiş edilmişdir. İşə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N mart N4-cü il tarixli 87 nömrəli əmrindən çıxarışdan görünür ki, leytenant Şəxs N mart N4-cü il tarixdən N (on) gün müddətinə, N mart N4-cü il tarixədək N4-cü ilin növbəti məzuniyyətinə getmiş hesab edilmişdir. İşə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N mart N4-cü il tarixli 97 nömrəli əmrindən çıxarışdan görünür ki, N mart N4-cü il tarixdən məzuniyyətdə olan 1-ci taborun 1-ci bölüyün 3-cü tağımının komandiri leytenant Şəxs N mart N4-cü il tarixdə saat 16:00 radələrində məzuniyyətdən qayıtmadığı üçün üzrlü səbəb olmadan hərbi hissəyə (xidmət yerinə) vaxtında gəlməmiş hesab edilərək, bütün növ təminatları dayandırılmışdır. İşə əlavə edilmiş N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin (Q1) rəisinin N aprel N4-cü il tarixli raportundan görünür ki, leytenant Şəxs N aprel N4-cü il tarixdə saat 08:30 radələrində xidmət yerinə qayıtmışdır. Onun adının məzuniyyətdən gecikənlərin siyahısından çıxarılması və bütün növ təminatlara qoyulması barədə sərəncam verilməsi xahiş edilmişdir. İşə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N aprel N4-cü il tarixli N3 nömrəli əmrindən çıxarışdan görünür ki, leytenant Şəxs N aprel N4-cü il tarixdə saat 08:00 radələrində məzuniyyətdən xidmət yerinə qayıtmış hesab olunaraq, bütün növ təminatlara qoyulmuşdur. İşə əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında 24 iyun N5-ci il tarixli qərardan görünür ki, Şəxs N mart N4-cü il tarixdə xidmət yerinə gəlməli olduğu halda N aprel N4-cü il tarixdə saat 08:30-da xidmət yerinə gəlməsindən ibarət olan əməlində Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İşə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N iyul N3-cü il tarixli N6 nömrəli əmrindən çıxarışdan görünür ki, Şəxs N nömrəli hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün 3-cü tağımının komandiri vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N iyul N3-cü il tarixdən Azərbaycan Ordusunun Təlim və Tədris mərkəzindən (Bakı şəhəri) gəlmiş hesab edilərək, həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməklə bütün növ təminatlara qoyulmuşdur. Məhkəmə, inzibati xəta haqqında işlə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxsin (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin) izahatını, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs üzrlü səbəblər olmadan 3 gündən artıq lakin N gündən çox olmayaraq hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, həmçinin onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilir. Bununla belə, Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar tərtib edilmiş Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olsa da, İXM-in 38-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, Şəxs N mart N4-cü il tarixdə saat 16:00-da məzuniyyətdən qayıtmamaqla, üzrlü səbəb olmadan hərbi hissəyə (xidmət yerinə) vaxtında gəlməmiş, N aprel N4-cü il tarixdə saat 08 radələrində məzuniyyətdən xidmət yerinə qayıtmışdır. Bununla da, 29 mart N4-cü il tarixdə saat 16:00-da Şəxs tərəfindən N aprel N4-cü il tarixədək uzanan AR İXM-in 613.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Şəxs hərbi hissəyə vaxtında gəlməməsi, N mart N4-cü il tarixdə saat 16:00-da aşkar edildiyindən, onun tərəfindən törədilmiş inzibati xətaya görə AR İXM-in 38.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə cəlb etmə müddətinin axımı 29 mart N4-cü il tarixdən başlanmışdır. Lakin, hərbi prokuror xx.xx.N5-ci il tarixdə, inzibati xətanın törədildiyi gündən 1 il 3 ay 9 gün sonra, yəni inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edərək baxılması üçün məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə inzibati iş materiallarına əlavə edilmiş xx.xx.N5-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərara münasibətdə qeyd etməyi zəruri hesab edir ki, AR İXM-in 38.3-cü maddəsində cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edildikdən 3 ay keçənədək inzibati tənbeh tətbiq edilə bilməsi nəzərdə tutulsa da, inzibati tənbeh tətbiqi hər bir halda inzibati xətanın törədildiyi gündən 1 il ərzində həyata keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N3-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.N2-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə inzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, onun ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. İnzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. Azərbaycan Respublikası İXM–nin 53.0.6–cı maddəsində göstərilir ki, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə yuxarıda qeyd edilən normalara və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən yekun olaraq bu nəticəyə gəlir ki, Şəxs xx.xx.N4cü il saat 16:00-dək üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmaması faktına görə cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı “sübutların qiymətləndirilməsi” barədə qərar xx.xx.N5-ci il tarixdə qəbul edilsə də, Şəxs tərəfindən AR İXM-in 613.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyi vaxtdan 1 ildən çox vaxt keçdiyindən, o, inzibati məsuliyyətdən azad edilməli və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata müddətin keçməsinə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-38.3, 53, N5.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş Şəxs cəlbetmə müddəti keçdiyindən, inzibati məsuliyyətdən azad edilsin və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan N (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Könül Şəfiyeva
Məhkəmə qərarları › İş №3-1(098)-170/2025
Tərtər Hərbi Məhkəməsi Qərar — İş №3-1(098)-170/2025
24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver