Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3-1(098)-174/2025 17.07.2025 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Hakim Şəfiyeva Könül Səməd qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Gəncə hərbi prokurorunun köməkçisi XN Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1999-cu il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali-hərbi təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda da yaşayan, N nömrəli hərbi hissənin raket-artilleriya silahlarının xidmət rəisinin döyüş sursatları üzrə köməkçisi, baş leytenant Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.N-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Gəncə Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəfərov X6 Nazirliyinin Goranboy rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin raket-artilleriya silahları xidməti rəisinin döyüş sursatları üzrə köməkçisi vəzifəsində baş leytenant hərbi rütbəsində xidmətdə olarkən, N aprel NN5-ci il tarixdə saat 08:00-da, N aprel NN5-ci il tarixdə saat 08:00-da və N iyun NN5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti yayınaraq şəxsi işləri ilə məşğul olmaq məqsədilə həmin tarixlərdə gəlməyərək, N aprel NN5-ci il tarixdə saat 08:00-da, N aprel NN5-ci il tarixdə saat 15:00-da və N iyun NN5-ci il tarixdə saat 07:00-da xidmət yerinə qayıtmaqla, hər bir epizod üzrə üç gündən artıq, lakin on gündən çox olmayan müddətə üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında gəlməmişdir. Bu hərəkəti ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.N-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, N nömrəli hərbi hissənin raket-artilleriya silahlarının xidmət rəisinin döyüş sursatları üzrə köməkçisi vəzifəsində baş leytenant hərbi rütbəsində xidmət edir. O, N aprel NN5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda şəxsi işləri ilə məşğul olmaq məqsədilə N aprel NN5-ci il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmış, bundan başqa, N aprel NN5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda N aprel NN5-ci il tarixdə saat 15:00-da xidmət yerinə qayıtmış, bundan əlavə, N iyun NN5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda N iyun NN5-ci il tarixdə saat 07:00da xidmət yerinə qayıtmışdır. Anası təkdir və xəstədir, ondan başqa anasının heç kəsi yoxdur, ona görə də ehtiyata buraxılmaq üçün xidmət yerinə gəlməmişdir. Xidməti ilə bağlı isə heç bir problemi olmamışdır. Odur ki, ona inzibati tənbeh tətbiq edilərkən bunların nəzərə alınmasını və ona yüngül inzibati tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş edir. Gəncə Hərbi Prokurorunun köməkçisi məhkəmə iclası zamanı verdiyi izahatında bildirdi ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin zabiti baş leytenant Şəxs N aprel NN5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda N aprel NN5-ci il tarixdə saat 08:00da, N aprel NN5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda N aprel NN5-ci il tarixdə saat 15:00-da və N iyun NN5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda N iyun NN5-ci il tarixdə saat 07:00-da xidmət yerinə qayıtmışdır. Tərtər Hərbi Məhkəməsinin 17 mart NN5-ci il tarixli 3-1(098)-56/NN5 nömrəli, 0N aprel NN5-ci il tarixli 3- 1(098)-71/NN5 nömrəli, 16 aprel NN5-ci il tarixli 3-1(098)-78/NN5 nömrəli, NN aprel NN5-ci il tarixli 3-1(098)-84/NN5 nömrəli qərarlarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.N-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməllərini törətməsinə görə qeyd olunan qərarlar üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.N-ci maddəsi təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat materialları onun intizam məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsi üçün xidmət etdiyi N nömrəli hərbi hissəsinin komandanlığına göndərilməklə iş üzrə icraata xitam verilsə də, xidmətində heç bir dönüş yaratmayaraq, inzibati xəta xəta əməllərini törətməklə islah olunmamışdır. Odur ki, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs barəsində N (iyirmi) gün müddətində inzibati həbs növündə inzibati tənbehin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş N nömrəli hərbi hissənin maddi texniki təminat bölməsinin (Q-4) rəisinin N aprel NN5-ci il tarixli raportundan görünür ki, baş leytenant Şəxs N aprel NN5-ci il tarixdə saat 08:00-da səhər yerbəyerinə gəlməmişdir. Onun xidmət yerinə gəlməyənlərin siyahısına salınması və barəsində müvafiq tədbir görülməsi üçün sərəncam verilməsi xahiş edilmişdir. İşə əlavə edilmiş N nömrəli hərbi hissənin maddi texniki təminat bölməsinin (Q-4) rəisinin N aprel NN5-ci il tarixli raportundan görünür ki, N aprel NN5-ci il tarixdə saat 08:00 radələrindən xidmət yerinə gəlməmiş baş leytenant Şəxs N aprel NN5-ci il tarixdə saat 08:00 radələrində xidmət yerinə qayıtmışdır. Onun xidmət yerini özbaşına tərk edənlərin siyahısından çıxarılması və qazan təminatına qoyulması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması xahiş olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N aprel NN5-ci il tarixli 109 nömrəli əmrindən çıxarışdan görünür ki, N aprel NN5-ci il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəlməmiş baş leytenant Şəxs N aprel NN5-ci il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəldiyi üçün xidmət yerinə gəlmiş hesab edilərək, bütün növ təminatlara qoyulmuşdur; N nömrəli hərbi hissənin maddi texniki təminat bölməsinin (Q-4) rəisinin N aprel NN5-ci il tarixli raportundan görünür ki, baş leytenant Şəxs N aprel NN5-ci il tarixdə saat 08:00-da səhər yerbəyerinə gəlməmişdir. Onun xidmət yerinə gəlməyənlərin siyahısına salınması və barəsində müvafiq tədbir görülməsi üçün sərəncam verilməsi xahiş edilmişdir. N nömrəli hərbi hissə komandirinin N aprel NN5-ci il tarixli 11N nömrəli əmrindən çıxarışdan görünür ki, baş leytenant Şəxs N aprel NN5-ci il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəlmədiyi üçün xidmət yerinə gəlməmiş hesab edilərək, bütün növ təminatları dayandırılmışdır. N nömrəli hərbi hissənin maddi texniki təminat bölməsinin (Q-4) rəisinin N aprel NN5-ci il tarixli raportundan görünür ki, N aprel NN5-ci il ttarixdə saat 08:00 radələrindən xidmət yerinə gəlməmiş baş leytenant Şəxs N aprel NN5-ci il tarixdə saat 15:00 radələrində xidmət yerinə qayıtmışdır. Onun xidmət yerini özbaşına tərk edənlərin siyahısından çıxarılması və qazan təminatına qoyulması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması xahiş olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N aprel NN5-ci il tarixli 117 nömrəli əmrindən çıxarışdan görünür ki, N aprel NN5-ci il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəlməmiş baş leytenant Şəxs N aprel NN5-ci il tarixdə saat 15:00 radələrində xidmət yerinə gəldiyi üçün xidmət yerinə gəlmiş hesab edilərək, bütün növ təminatlara qoyulmuşdur. N nömrəli hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin müavini vəzifəsini icra edən mayor Sahil Ənvərlinin N iyun NN5-ci il tarixli raportundan görünür ki, baş leytenant Şəxs N iyun NN5-ci il tarixdə saat 08:00-da səhər yerbəyerinə gəlməmişdir. Onun xidmət yerinə gəlməyənlərin siyahısına salınması və barəsində müvafiq tədbir görülməsi üçün sərəncam verilməsi xahiş edilmişdir. N nömrəli hərbi hissə komandirinin N iyun NN5-ci il tarixli 165 nömrəli əmrindən çıxarışdan görünür ki, baş leytenant Şəxs N iyun NN5-ci il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəlmədiyi üçün xidmət yerinə gəlməmiş hesab edilərək, bütün növ təminatları dayandırılmışdır. N nömrəli hərbi hissənin raket-artilleriya silahları xidmət rəisinin N iyun NN5-ci il tarixli raportundan görünür ki, baş leytenant Şəxs N iyun NN5-ci il tarixdə saat 07:00 radələrində xidmət yerinə qayıtdığı üçün hərbi hissəni özbaşına tərk edənlərin siyahısından çıxarılaraq, qazan təminatına qoyulması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması xahiş olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N iyun NN5-ci il tarixli 175 nömrəli əmrindən çıxarışdan görünür ki, N iyun NN5-ci il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəlməmiş baş leytenant Şəxs N iyun NN5-ci il tarixdə saat 07:00 radələrində xidmət yerinə gəldiyi üçün xidmət yerinə gəlmiş hesab edilərək, bütün növ təminatlara qoyulmuşdur. Gəncə hərbi prokurorunun köməkçisi Fəxrəddin Abbasov tərəfindən verilmiş arayışdan görünür ki, Gəncə Hərbi Prokurorluğunun dəftərxanasının qeydiyyat kitablarında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu baş leytenant Şəxs son 1 il ərzində Azərbaycan Respublikası İXM-nin 613.N-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsinə görə inzibati tənbeh tədbiri tətbiq olması barədə məlumat aşkar edilməmişdir. N nömrəli hərbi hissə komandirinin N avqust NNN-ci il tarixli N47 nömrəli əmrindən çıxarışdan görünür ki, Şəxs Azərbaycan Respublikası Müdafiə nazirinin 19 iyul NNN-ci il tarixli 0594 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin (Q4) raket-artilleriya silahları xidmət rəisinin döyüş sursatları ilə təminatı üzrə köməkçisi vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün Heydər Əliyev adına Hərbi İnstitutdan gəlmiş hesab edilərək, N avqust NNN-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin N aprel NN5-ci il tarixli 103 nömrəli əmrindən çıxarışdan görünür ki, N aprel NN5-ci il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəlmədiyi üçün xidmət yerinə gəlməmiş hesab edilərək, bütün növ təminatları dayandırılmışdır. N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Şəxs xidmət yeri üzrə mənfi cəhətdən xarakterizə olunmuşdur. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti vərəqədən görünür ki, xidmət müddəti ərzində həvəsləndirilməmiş, lakin on iki dəfə intizam qaydasında cəzalandırılmışdır; Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilərək inzibati iş materiallarına əlavə edilmiş Tərtər Hərbi Məhkəməsinin 17 mart NN5-ci il tarixli 3-1(098)-56/NN5 nömrəli, 0N aprel NN5-ci il tarixli 3-1(098)-71/NN5 nömrəli, 16 aprel NN5-ci il tarixli 3-1(098)-78/NN5 nömrəli, NN aprel NN5-ci il tarixli 3-1(098)-84/NN5 nömrəli qərarlarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.N-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəlləsinin 16.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat materialları onun intizam məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsi üçün xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilməklə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə, inzibati xəta haqqında işlə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxsin (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin) izahatlarını, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi vardır. Onun törətmiş olduğu inzibati xəta əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.N-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zabit olmaqla təkrar olaraq üzrlü səbəblər olmadan üç gündən artıq, lakin on gündən çox olmayaraq xidmət yerinə gəlməməsi faktlarını müəyyən etmişdir. Beləliklə, məhkəmə tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.N-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.N-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tədbiri tətbiq edərkən onun etdiyi əməldən səmimi peşman olmasını, ailəsinin yeganə qazanc gətirən üzvü olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3N-ci maddəsinə əsasən inzibati məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati xəta materialına əlavə edilmiş sənədlərdən görünür ki, N nömrəli hərbi hissənin zabiti baş leytenant Şəxs Tərtər Hərbi Məhkəməsinin 17 mart NN5-ci il tarixli 3-1(098)-56/NN5 nömrəli, 0N aprel NN5-ci il tarixli 3-1(098)-71/NN5 nömrəli, 16 aprel NN5-ci il tarixli 3-1(098)- 78/NN5 nömrəli, NN aprel NN5-ci il tarixli 3-1(098)-84/NN5 nömrəli qərarlarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.N-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.N-ci maddəsi təqsirli bilinib, həmin Məcəlləsinin 16.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat materialları onun intizam məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsi üçün xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilməklə iş üzrə icraata xitam verilsə də, xidmətində heç bir dönüş yaratmayaraq, hazırkı inzibati xətaları təkrar olaraq üç dəfə törətmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, Şəxs islah olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh təyin edərkən, törətmiş olduğu inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən inzibati məsuliyyətini yüngülləşdirən halların olmasını və inzibati məsuliyyətini ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş inzibati tənbehin şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini də nəzərə alıb, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.N-ci maddəsinin sanksiyası həddində inzibati həbs inzibati tənbeh növünün təyin olunmasını məqsədəuyğun və inzibati tənbehin məqsədlərinə, yəni inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa yetərli hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11N, 114, 115, 117, 1N8, 1N9, 130, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.N-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 05 (beş) gün müddətə inzibati qaydada həbs edilsin. Şəxs Gəncə şəhəri 3-cü Hərbi Polis Şöbəsinin hauptvaxtında saxlanılsın. Şəxs inzibati qaydada həbsdə saxlanılma müddəti, 17 iyul NN5-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri 3-cü Hərbi Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Sədrlı̇ k edən: Könül Şəfı̇ yeva
Məhkəmə qərarları › İş №3-1(098)-174/2025
Tərtər Hərbi Məhkəməsi Qərar — İş №3-1(098)-174/2025
17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver