Məhkəmə qərarları › İş №3-1(098)-182/2025

Tərtər Hərbi Məhkəməsi Qərar — İş №3-1(098)-182/2025

28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3-1(098)-182/2025 28.07.2025 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Hakim Şəfiyeva Könül Səməd qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə Tərtər hərbi prokurorunun köməkçisi XN Barəsində xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx N005-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, Zəngilan rayonu Zəngilan qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, 16 iyul N0N4-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissənin 4-cü divizionunun 11-ci batareyasının N-ci tağımının 1-ci topunun heyət nəfəri, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmət edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Tərtər Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs N nömrəli hərbi hissə komandirinin N fevral N0N5-ci il tarixli 53 nömrəli əmri ilə Bakı şəhərində keçirməklə 15 (on beş) gün müddətinə, N mart N0N5-ci il tarixədək xəstəlik məzuniyyətinə buraxılmışdır. Əsgər Şəxs 03 mart N0N5-ci il tarixdə məzuniyyətdə olarkən səhhətində olan şikayətləri ilə əlaqədar Bakı Qarnizonu 1-ci Hərbi Polis Bölməsinə müraciət etmiş və hərbi polis bölməsinin 03 mart N0N5-ci il tarixli 361 nömrəli göndərişi əsasında N mart N0N5-ci il tarixədək Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında müayinədə olmuş və N mart N0N5-ci il tarixdə müayinəsinin bitməsinə baxmayaraq, səhhətində narahatlıq hissə etdiyindən öz evində olmuş və xidmət yerinə gecikərək yalnız N mart N0N5-ci il tarixdə qayıtmışdır. Bununla bağlı Şəxs barəsində Tərtər Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası İXM-in 613.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair qərar qəbul edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, 16 iyul N0N4-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırız üzrə Dövlət Xidmətinin Zəngilan rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissənin 4-cü divizionunun 11-ci batareyasının N-ci tağımının 1-ci topunun heyət nəfəri vəzifəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmət edir. O, 03 mart N0N5-ci il tarixdə məzuniyyətdə olarkən anidən halı pisləşmiş və həmin gün dərhal Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına getdiyində ona N mart N0N5-ci il tarixdə səhər saatlarında ümumi analiz üçün səhər gəlməyini bildirmişlər. N mart N0N5-ci il tarixdə gün ərzində oraya gedərək ümumi yoxlanışdan keçdikdən sonra səhhətinin kritik olmadığı bildirilərək xidmət yerinə göndərilmişdir. Lakin o, özünü yaxşı hiss etmədiyindən xidmət yerinə qayıtmamışdır. Həmin tarixdə o, qeyd edilən səbəbindən öz evində olmuşdur. N mart N0N5-ci il tarixdə zəruri tibbi sənədləri ilə birlikdə xidmət yerinə qayıtmışdır. Hazırda etdiyi əməldən səmimi peşmandır. Odur ki, ona inzibati təhbeh verilərkən bunların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Tərtər hərbi prokurorunun köməkçisi verdiyi izahatında bildirdi ki, N nömrəli hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şəxs N nömrəli hərbi hissə komandirinin N fevral N0N5-ci il tarixli 53 nömrəli əmri ilə Bakı şəhərində keçirməklə 15 (on beş) gün müddətinə, N mart N0N5-ci il tarixədək xəstəlik məzuniyyətinə buraxılmış və 03 mart N0N5-ci il tarixdə məzuniyyətdə olarkən səhhətində olan şikayətləri ilə əlaqədar Bakı Qarnizonu 1-ci Hərbi Polis Bölməsinə müraciət edərək, hərbi polis bölməsinin 03 mart N0N5-ci il tarixli 361 nömrəli göndərişi əsasında N mart N0N5-ci il tarixədək Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında müayinədə olmuş, N mart N0N5-ci il tarixdə müayinəsinin bitməsinə baxmayaraq, səhhətində narahatlıq hissə etdiyindən öz evində olmuş və N mart N0N5-ci il tarixdə qayıtmaqla xidmət yerinə gecikmişdir. Odur ki, Şəxs barəsində inzibati həbs növündə tənbehin verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid izahatında bildirdi ki, o, N nömrəli hərbi hissənin 4-cü divizionunun qərargah rəisinin şəxsi heyət üzrə köməkçisi vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərbi xidmətdə olduğu vaxt tanımışdır, onunla heç bir ədavəti və düşmənçiliyi olmamış, habelə yaxın qohumluq əlaqələri yoxdur, münasibəti xidməti olmuşdur. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Şəxs məzuniyyətdən N mart N0N5-ci il tarixdə qayıtmalı olduğu halda qayıtmamışdır. Əsgərin valideyni bir gün qabaqcadan onunla əlaqə saxlamış və övladının səhhətinin bir neçə gündür pis olduğunu divizion komandanlığına çatdırdığını bildirmişdir. Şəxs N mart N0N5-ci il tarixdə səhər saatlarında özü ilə birlikdə rəsmi sənədləri gətirib xidmət yerinə gəlmişdir. İnzibati xəta haqqında işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş SX ******* nömrəli hərbi biletin surətindən görünür ki, Şəxs 16 iyul N0N4-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin N6 sentyabr N0N4-cü il tarixli N88 nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər Şəxs xidmətini davam etdirmək üçün 9NN və N nömrəli hərbi hissədən gəldiyinə görə N6 sentyabr N0N4-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlara qoyulmaqla 4-cü artilleriya divizionunun 11-ci artilleriya batareyasının N-ci artilleriya tağımının 3-cü topun heyət nəfəri vəzifəsinə təyin olunmuşdur. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin N fevral N0N5-ci il tarixli 53 nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər Şəxs N fevral N0N5-ci il tarixdən 15 (on beş) gün müddətə, N mart N0N5-ci il tarixədək xəstəliklə əlaqədar məzuniyyətə getmiş hesab edilmişdir. İşə əlavə olunmuş N nömrəli hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin müavininin N mart N0N5-ci il tarixli raportundan görünür ki,müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Şəxs N mart N0N5-ci il tarixdə saat 15:00-dək növbəti məzuniyyətdən qayıtmadığı üçün üzrlü səbəb olmadan hərbi hissəyə (xidmət yerinə) vaxtında gəlməmiş hesab edilməsi, bütün növ təminatları dayandırılması və faktla əlaqədar araşdırma aparılması barədə sərəncam verilməsi xahiş edilmişdir. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin N mart N0N5-ci il tarixli 68 nömrəli əmrindən çıxarışdan görünür ki, N fevral N0N5-ci il tarixdən xəstəlik məzuniyyətində olan əsgər Şəxs N mart N0N5-ci il tarixdə saat 15:00-dək növbəti məzuniyyətdən məzuniyyətdən qayıtmadığı üçün (üzrlü səbəb olmadan) hərbi hissəyə (xidmət yerinə) vaxtında gəlməmiş hesab edilərək, bütün növ təminatları dayandırılmışdır. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin N mart N0N5-ci il atrixli 70 nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər Şəxs N mart N0N5-ci il tarixdən xəstəliklə əlaqədar məzuniyyətdən gəlmiş hesab olunmuşdur. İşə əlavə olunmuş xidməti xasiyyətnamə ilə əsgər Şəxs xidmət yeri üzrə müsbət cəhətdən xarakterizə olunmuşdur. İşə əlavə olunmuş xidməti vərəqədən görünür ki, Şəxs xidmət yeri üzrə həvəsləndirilməmiş və intizam qaydasında cəzalandırılmamışdır. İşə əlavə olunmuş 1-ci Hərbi Polis bölməsi tərəfindən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına ünvanlanmış 03 mart N0N5-ci il tarixli 3-N5-40/N-361/N0N5 nömrəli məktubdan görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu əsgər Şəxs səhhəti ilə əlaqədar müayinədən keçirilməsi üçün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına göndərilmişdir. İşə əlavə olunmuş Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş 03 mart N0N5-ci il tarixli N nömrəli 1741 saylı göndərişdən görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu əsgər Şəxs müayinə üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərilmişdir. İşə əlavə olunmuş Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş 03 mart N0N5-ci il tarixli müayinə sənədindən görünür ki, Şəxs şikayətləri eforta təngənəfəslik, öskürək, bəlğəm, temperatur olsa da, müayinələrin nəticələri normal olmuşdur. Baş Klinik Hospitalın Pulmonoloqu tərəfindən verilmiş N mart N0N5-ci il tarixli təkrar baxış müayinəsindən görünür ki, Şəxs ürək, ağciyər şəkli normadadır. İşə əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30 iyun N0N5-ci il tarixli qərardan görünür ki, N nömrləi hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şəxs məzuniyyətdən gecikməsindən ibarət olan əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.N-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, inzibati xəta işi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (inzibati xəta törətmiş şəxsin və şahidin) izahatlarını, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs üzrlü səbəblər olmadan 1 gündən artıq lakin N gündən çox olmayaraq hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Bununla belə, məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını, törətmiş olduğu əməli etiraf etməsini, xidməti cəhətdən müsbət xarakterizə olunmasını nəzərə alaraq, ona inzibati tənbeh tətbiq etmək əvəzinə, intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün hazırki inzibati xəta haqqında iş üzrə materialların Şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilməsini daha məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 16.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə hüququ olan səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Həmin Məcəllənin 114.N-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və onun intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xəta haqqında iş üzrə material Şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.3, 16.4, 40.0.1, 43, 48-51, 114, 115, 1N8-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati xəta haqqında iş üzrə materiallar intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün Şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Sədrlik edən: Könül Şəfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar