Məhkəmə qərarları › İş №3-1(098)-183/2025

Tərtər Hərbi Məhkəməsi Qərardad — İş №3-1(098)-183/2025

28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 3-1(098)-183/2025 28.07.2025 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Tərtər Hərbi Məhkəməsinin hakimi Şəfiyeva Könül Səməd qızı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokolu baxılmağa hazırlanması məqsədi ilə nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Ağdaş rayon Polis Şöbəsi tərəfindən 15 iyul 2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib edilərək baxılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində inzibati xəta material tərtib olunarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərinə tam əməl olunmadığından həmin inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Belə ki, 15 iyul 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda törədilmiş inzibati xətanın mahiyyəti qeyd edilsə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyəti barədə məlumatlar və ən əsası da onun hərbi qulluqçu olmasını təsdiq edən sənədlər inzibati xəta haqqında protokola əlavə edilməmişdir. Belə ki, AR İXM-in 43.4-cü maddəsinə əsasən bu Məcəllənin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, habelə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr baxır. Bundan əlavə AR İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətləri yetirilməli və ya ona maddi zərər vurulmalıdır. Lakin bu hallarla bağlı inzibati xəta haqqında protokola qeydlər edilməmiş, ümumiyyətlə zərərçəkmiş şəxsin şəxsiyyəti müəyyən edilməməklə, onun sağlamlığına yüngül bədən xəsarətləri yetirilməsini və ya ona maddi zərər vurulmasını təsdiq edən sənədlər inzibati xəta haqqında protokola əlavə edilməmişdir. Həmçinin Ağdaş rayon Polis Şöbəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli müşayiətedici məktubda qeyd edilməsə də, həmin məktuba əlavə edilmiş inzibati xəta haqqında 15 iyul 2025-ci il tarixli İXP ******* nömrəli protokolda göstərilir ki, X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə qeyd edir ki, AR İXM-in 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 335.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-ci maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında materialın və ya digər sənədlərin onu tərtib etmiş orqana qaytarılması barədə qərar qəbul edilir. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə olan inzibati xəta haqqında materiallar natamam olduğundan, işə baxılarkən isə tamamlamaq mümkün olmadığından Ağdaş Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə olan inzibati xəta haqqında materiallar natamam olduğundan, işə baxılarkən isə tamamlamaq mümkün olmadığından həmin materiallar Ağdaş Rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət və protest verilə bilməz. Sədrlik edən: Könül Şəfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar