Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3-1(098)-188/2025 28.08.2025 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Hakim Şəfiyeva Könül Səməd qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 2002-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali-hərbi təhsilli, əvvəllər məhkum olunmayan, Naxçıvan Muxtar Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Mingəçevir şəhəri, H.Əliyev prospekti 42 ünvanında yaşayan, N nömrəli hərbi hissənin 3-cü divizionunun rabitə-rəisi-idarəetmə tağımının komandiri vəzifəsində, leytenant hərbi rütbəsində xidmət edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Tərtər Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs zabit olmaqla üzrlü səbəblər olmadan üç gündən artıq, lakin on gündən çox olmayaraq xidmət yerinə gəlməmişdir. Belə ki, N nömrəli hərbi hissənin zabiti leytenant Şəxs şəxsi işləri ilə bağlı N may Nci il tarixdə saat 08:00-da Goran qəsəbəsində dislokasiya olunmuş N nömrəli hərbi hissədə xidmət yerinə gəlməmişdir. Şəxsi işlərini həll etdikdən sonra N may N-ci il ttarixdə saat 07:30-da xidmət yerinə qayıtmışdır. Leytenant Şəxs hərbi hissənin qərargahına daxil olduqdan sonra səhər düzülüşünə bir neçə saat qalması ilə bağlı yataqxanaya gedərək səhər düzülüşü başlayanadək yatmaq qərarına gəlmiş və yatmışdır. Səhər düzülüşü zamanı gəldikdə yuxudan oyana bilməmiş və həmin düzülüşdə iştirak etməmişdir. Həmin gün saat 15:30-da yuxudan oyanaraq 3-cü divizionun qərargah rəisinin maddi-texniki təminat üzrə köməkçisinə məruzə etmişdir. Bununla bağlı Şəxs barəsində Tərtər Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası İXM-in 613.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair qərar qəbul edilərək məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək izahatında bildirdi ki, o, N iyul N4-cü il tarixdən N nömrəli hərbi hissənin 3-cü divizionunun rabitə rəisiidarəetmə tağımının komandiri vəzifəsində leytenant hərbi rütəsində xidmət edir. Şəxsi işləri olduğu üçün N may N-ci il tarixdə saat 08:00-da Goran qəsəbəsində dislokasiya olunan xidmət yerinə gəlməli olduğu halda şəxsi işlərini həll etdikdən sonra N may N-cü il tarixdə saat 07:30-da xidmət yerinə qayıtmışdır. Hərbi hissənin qərargahına çatdıqdan sonra öz-özlüyündə səhər yerbəyerinə bir neçə saat qaldığını, səhər yerbəyerinə qədər bir qədər istirahət etməyi düşünərək yataqxanaya gedib yatmış, saat 15:30 radələrində yerindən duraraq 3-cü divizionun qərargah rəisinin maddi-texniki təminat üzrə köməkçisinə xidmət yerinə gəlməsi ilə bağlı məruzə etmişdir. N may N-ci il tarixdə saat 07:30-da hərbi hissənin yataqxanasına gələrək yatmağını gizir X1 və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu çavuş X3 görmüşdür. O, etdiyi əməldən səmimi peşmandır, hazırda hərbi xidmətini davam etdirir, xidməti ilə bağlı heç bir problemi yoxdur. Odur ki, ona inzibati tənbeh verilərkən bunların nəzərə alınmasını və ona yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş şahid X1 izahatında bildirmişdir ki, o, 13 may N0-ci il tarixdən N nömrəli hərbi hissənin 3-cü divizionunun 8-ci batareyasının baş texnii vəzifəsində, gizir hərbi rütbəsində xidmət edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərbi xidmətdə olduğu vaxt tanımışdır, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır və münasibəti xidməti olmuşdur. O, həqiqətən də N may N-ci il tarixdə saat 07:30-da leytenant Şəxs yataqxanaya gələrək yatmasının şahidi olmuşdur. O, leytenant Şəxs icazəli olduğunu düşündüyünə görə Şəxs yuxudan oyatmamışdır. Şəxs hərbi xidmətlə bağlı heç bir problemi olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş şahid X3 da digər şahid X1 ilə eyni məzmunlu izahat verərək onun göstərdiyi halları təsdiq etmişdir. Tərtər Hərbi Prokurorluğuna məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Tərtər Hərbi Prokurorluğunun nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. İşə əlavə edilmiş N nömrəli hərbi hissənin 3-cü divizionunun komandirinin N may Nci il tarixli raportundan görünür ki, leytenant Şəxs N may N-ci il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəlməmişdir. Bu faktın araşdırılması ilə bağlı vəsatət qaldırılmışdır. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli 131 nömrəli əmrindən çıxarışdan görünür ki, leytenant Şəxs N may N-ci il tarixdə saat 08:00da xidmət yerinə gəlmədiyi üçün xidmət verini özbaşına tərk etmiş hesab edilərək, bütün növ təminatları dayandırılmışdır. İşə əlavə edilmiş N nömrəli hərbi hissənin 3-cü divizionunun qərargah rəisinin maddi-texniki təminat üzrə köməkçisinin N may N-ci il tarixli raportundan görünür ki, N may N-ci il tarixdə xidmət yerinə gəlməyən leytenant Şəxs N may N-ci il tarixdə saat 15:30 radələrində xidmət yerinə qayıtmışdır. Bu faktın araşdırılması barədə göstəriş verilməsi xahiş edilmişdir. İşə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli 141 nömrəli əmrindən çıxarışdan görünür ki, leytenant Şəxs N may N-ci il tarixdə saat 15:30 radələrində xidmət yerinə gəlmiş hesab edilərək, bütün növ təminatlara qoyulmuşdur. İşə əlavə olunmuş MN ******* nömrəli şəxsi vəsiqənin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. İşə əlavə olunmuş N nömrləi hərbi hissə komandirinin N iyul N4-cü il tarixli 199 nömrəli əmrindən çıxarışdan görünür ki, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 72-ci maddəsinin «v» bəndinə müvafiq olaraq N3-cü ildə Heydər Əliyev adına hərbi institutu və N4-cü ildə hərbi hissələrin (müəssisələrin) zabit ixtisas kursunu bitirmiş leytenant Şəxs N iyul N4-cü il tarixdə Azərbaycan Ordusunun təlim və tədris mərkəzindən gəlmiş hesab edilərək, həmin tarixdən şəxsi heyətin siyahısına daxil edilib bütün növ təminatlara qoyulmaqla N nömrəli hərbi hissənin 3-cü özüyeriyən artilleriya divizionunun rabitə rəisi-idarəetmə tağımının komandiri vəzifəsinə təyin olunmuşdur. İşə aləvə olunmuş N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamə ilə xidmət yeri üzrə mənfi cəhətdən xarakterizə olunmuşdur. İşə əlavə edilmiş N nömrəli hərbi hissə tərəfindən verilmiş xidmət vərəqəsindən görünür ki, Şəxs xidmət müddəti ərzində 1 (bir) dəfə həvəsləndirilmiş və 4 (dörd) dəfə intizam qaydasında cəzalandırılmışdır. İşə əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 iyul N-ci il tarixli qərarından görünür ki, N nömrəli hərbi hissənin 3-cü divizionunun idarəetmə tağımının komandiri vəzifəsində xidmət edən leytenant Şəxs N may N-ci il tarixdə saat 08:00-dan N may N-ci il saat 07:30 radələrinədək olan müddətdə xidmət yerinə gəlməməsindən ibarət əməlində Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsinin tərkibi müəyyən edilmədiyindən barəsində həmin maddə ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə, inzibati xəta haqqında işlə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs üzrlü səbəblər olmadan 3 gündən artıq lakin N gündən çox olmayaraq hərbi hissəyə vaxtında gəlməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Bununla belə, məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını, törətmiş olduğu əməli etiraf etməsini, ilk dəfə inzibati xəta törətməsini nəzərə alaraq, ona inzibati tənbeh tətbiq etmək əvəzinə, intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün hazırki inzibati xəta haqqında iş üzrə materialların Şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilməsini daha məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 16.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə hüququ olan səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və onun intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xəta haqqında iş üzrə material Şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.3, 16.4, 30, 34-1, 40.0.1, 43, 48-51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati xəta haqqında iş üzrə materiallar intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün Şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Könül Şəfiyeva
Məhkəmə qərarları › İş №3-1(098)-188/2025
Tərtər Hərbi Məhkəməsi Qərar — İş №3-1(098)-188/2025
28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver