Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3-1(098)-193/2025 26.08.2025 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Hakim Şəfiyeva Könül Səməd qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X7 iştirakları ilə xx.xx.1997-ci il tarixdə Kürdəmir rayonunun Şilyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, Kürdəmir rayonunun Qarasu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, N nömrəli hərbi hissəsinin aviasiya eskadrilyasının (L-39) aviasiya manqasının (L-39) texniki istismar hissəsinin baş mexaniki vəzifəsində, gizir hərbi rütbəsində xidmət edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Tərtər Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.N25-ci il tarixdə Kürdəmir rayonunun Qarasu kəndində əmisi X8 ilə birlikdə X11 döyərək ona qəsdən fiziki ağrı yetirmişdir. Belə ki, Şəxs 31 mart N25-ci il tarixdə əmisi X8 ilə birlikdə X11 döyərək baş nahiyəsinə bir neçə dəfə yumruq vurmaqla, Xeybər Omarova dərəcəsinə görə ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan “burunüstü nahiyənin, sol gözaltı nahiyənin və sağ saidin iç səthinin sıyrıqları” diaqnozlu xəsarətlər yetirmişlər. Bununla bağlı Şəxs barəsində Tərtər Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair qərar qəbul edilərək məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək izahatında bildirdi ki, X8 və X21 əmiləri, X12 isə atasıdır. X16 və X17 qohumlarıdır. Onlarla münasibətləri gərgin olmuşdur. 31 mart N25-ci il tarixdə saat 08 radələrində o, ailə üzvləri ilə birlikdə Ramazan bayramı münasibəti ilə vəfat etmiş qohumlarının qəbrini ziyarət etmək üçün Kürdəmir rayonunun Qarasu kənd qəbiristanlığına getmişdir. Həmin gün X18, bibisi Elnurə Əhmədova və şəhid Elvin Ömərovun arvadı Nərmin Ömərova ilə birlikdə şəhid Elvin Ömərovun qəbrini ziyarət etmək məqsədi ilə şəhid qəbirləri üçün nəzərdə tutulmuş hər tərəfi plastik pəncərə ilə bağlı kompleksə daxil olmuş, atası Afəddin Ziyadov, əmiləri Xaləddin Ziyadov və Elməddin Ziyadov isə kompleksə daxil olmadan babasının qəbrini ziyarət etmək üçün getmişlər. X18, bibisi Elnurə Əhmədova və şəhid Elvin Ömərovun arvadı Nərmin Ömərova kompleksin içərisində qalmış, o isə babasının qəbrini ziyarət etmək üçün əmilərinin və atasının yanına getmişdir. Bir neçə dəqiqə sonra şəhid qəbirləri üçün nəzərdə tutulmuş kompleksin yanından səs-küy gəldiyini eşidib nə baş verdiyini öyrənmək üçün getdikdə, Xeybər Omarov və qardaşı İnqilab Omarovun əmisi Xaləddin Ziyadovu döydüyünü görmüş, bundan sonra o, davaya qoşularaq X13 bir neçə yumuruq zərbələri vurmuşdur. O, hazırda zərərçəkmiş şəxs X17 ilə barışmışdır. Odur ki, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X17 izahatında bildirdi ki, X12 və X2 X4 qardaşlarıdır. Şəxs isə X5 oğludur. Onlarla aralarında daim gərglinlik olmuşdur. Belə ki, oğlu Elvin Ömərov 44 günlük “Vətən” müharibəsi zamanı şəhid olduqdan sonra, kürəkəni Xaləddin Ziyadov onların ailədaxili işlərinə daimi olaraq qarışması səbəbindən onlarla münasibətləri gərgin olmuşdur. 31 mart N25-ci il tarixdə saat 08 radələrində o, ailə üzvləri, yəni arvadı Fazilə Omarova, gəlini Nuranə Ömərova və nəvəsi X22 bayramı münasibəti ilə şəhid oğlu Elvin Ömərovun qəbrini ziyarət etmək üçün Kürdəmir rayonunun Qarasu kəndində yerləşən qəbiristanlığa getmişdir. Onlar Qarasu kənd qəbiristanlığında şəhid qəbirləri üçün nəzərdə tutulmuş hər tərəfi plastik pəncərələrlə bağlı yerə gedib şəhid oğlu Elvin Ömərovun qəbrini ziyarət edən zaman, şəhid övladı Elvin Ömərovun arvadı X23 Ziyadova, X14 və Şəxs ilə birlikdə yanlarına gələrək şəhid oğlu Elvin Ömərovun qəbrini ziyarət etmişlər. Həmin vaxt gül çələnginin yerinin hansı səbəbdən dəyişdirilməsi səbəbindən qadınlar arasında sözlü mübahisə yaranmış, bunu görən arvadı Fazilə Omarova ona səslənərək “gedək, atamızı anamızı ziyarət edək” demişdir. Onlar şəhid qəbirləri üçün nəzərdə tutulmuş yerdən çıxıb sağa dönüb bir qədər getdikdə, Elnurə Əhmədova şəhid qəbirləri üçün nəzərdə tutulmuş yerdən çıxıb arxaları ilə gəlini Nuranə Ömərovaya səslənərək “gör sənin başına nə oyun açacam” demişdir. Bu zaman Elnurə Əhmədovanın səsini eşidən valideynlərinin qəbrini ziyarət edən Xaləddin Ziyadov, qardaşları Afəddin Ziyadov və Elməddin Ziyadov qaçaraq yanlarına gəlmişlər. Həmin vaxt X3rşı nalayiq ifadə işlədib Nuranə Ömərovanı vurmaq istədikdə, o, araya girmiş və Xaləddin Ziyadovun yumruğu onun sol sifət nahiyəsinə dəymişdir. Həmin vaxt o, özünü müdafiə etmək məqsədi ilə Xaləddin Ziyadova bir təpik və bir yumruq atmış, həmin zərbələr Xaləddin Ziyadovun bədən nahiyələrinə dəymişdir. Bundan sonra Xaləddin Ziyadov dayanmadan onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə təpik və yumruq vurmuşdur. Həmin vaxt Xaləddin Ziyadovun qardaşı oğlu Şəxs arxadan onun baş nahiyəsinə vurduqda, o, artıq müvazinətini saxlaya bilməyib yıxılmışdır. Zərbələrin təsirindən burnunun üstü, sol gözünün alt hissəsi və sağ əlinin içərisi sıyrılmışdır. Bundan sonra kənd camaatı onları ayırmış və kömək etmişlər. O, ailə üzvləri ilə evə getmiş, qardaşı İnqilab Omarovun və özünün səhhəti yaxşı olmadığı üçün təcili tibbi yardım xidmətinə zəng edib kömək çağırmışlar. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır, ona qarşı hər hansı tələbi və şikayəti yoxdur. Tərtər Hərbi Prokurorluğuna məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. . Məhkəmə Tərtər Hərbi Prokurorluğunun nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. İnzibati xəta haqqında işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş N nömrəli hərbi hissə komandirinin N aprel N24-cü il tarixli, 118 nömrəli əmrindən çıxarışdan görünür ki, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 78-ci maddəsinin «b» bəndinə (bərabər vəzifəyə) əsasən Azərbaycan Respublikası müdafiə nazirinin 01 mart N24-cü il tarixli 034 nömrəli əmrinə müvafiq olaraşq təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar gizir Şəxs aviasiya eskadrilyası (L-39, Mi-17-1V) aviasiya manqasının(L-39) texniki-istismar hissəsinin baş mexaniki vəzifəsindən azad edilərək, aviasiya eskadrilyası aviasiya manqasının (L-39) texniki-istismar hissəsinin baş mexaniki vəzifəsinə təyin edilmişdir. İşə əlavə edilmiş N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamə ilə gizir Şəxs müsbət xarakterizə olunmuşdur. İşə əlavə edilmiş N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti vərəqədən görünür ki, gizir Şəxs xidmət etdiyi müddətdə iki dəfə həvəsləndirilmiş və bir dəfə intizam qaydasında cəzalandırılmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi X27 Kürdəmir rayon şöbəsi tərəfindən təqdim edilmiş 08 aprel N25-ci il tarixli, 96 nömrəli rəyindən görünür ki, X7 bədən səthində aşkar olunan xəsarətlər “burun üstü nahiyənin, sol göz altı nahiyənin və sağ saidin iç səthinin sıyrıqları” xəsarətləri küt əşyanın təsirindən törənmişdirlər, qərarda göstərilən 31 mart N25-ci il tarixinə uyğundurlar və hər biri ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcələri təyin edilmir. İşə əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında 28 iyul N25-ci il tarixli qərardan görünür ki, X8 və Şəxs 31 mart N25-ci il tarixdə saat 08 radələrində Kürdəmir rayonunun Qarasu kəndində yerləşən qəbiristanlıqda mübahisə zamanı X13 qarşı zor tətbiq edib «burunüstü nahiyənin, sol gözaltı nahiyənin və sağ saidin iç səthinin sıyrıqları» xəsarətləri yetirmələrindən ibarət olan əməlləri törətmələri ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ehtimalı olmasını və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası İXM-nin 54.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati icraat materiallarının Azərbaycan Respublikası İXM-nin 43.1 və 43.4-cü maddələrinin tələblərinə əsasən Tərtər Hərbi Məhkəməsinə göndərilməsi məsələsinə baxılması üçün toplanılmış materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi keçirən Tərtər hərbi prokuroruna təqdim olunması məqsədə müvafiq hesab edilmişdir. Məhkəmə, inzibati xəta haqqında işlə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs zərərçəkmiş şəxs X11 döyərək ona qəsdən fiziki ağrı yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Bununla belə Şəxs hazırda zərərçəkmiş şəxslə barışmışdır. Ona görə də onun əməlində inzibati məsuliyyəti istisna edən hallar mövcuddur. Belə ki, Azərbaycan Respublikası İXM–nin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9–cu maddəsində göstərilmişdir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İş materiallarından görünür ki, inzibati xəta törətmiş şəxs Şəxs zərərçəkmiş şəxs X17 ilə barışmışdır. Zərərçəkmiş şəxsin hazırda Şəxs heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, Məhkəmə zərərçəkmiş şəxsin məhkəməyə təqdim etdiyi ərizəni və qanunun yuxarıda qeyd olunan müddəasını nəzərə alaraq belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48– 50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Könül Şəfiyeva
Məhkəmə qərarları › İş №3-1(098)-193/2025
Tərtər Hərbi Məhkəməsi Qərar — İş №3-1(098)-193/2025
26.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver