Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3-1(098)-194/2025 26.08.2025 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Hakim Şəfiyeva Könül Səməd qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X5 iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmayan, Kürdəmir rayonunun Qarasu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Tərtər Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə Kürdəmir rayonunun Qarasu kəndində qardaşı oğlu X10 ilə birlikdə X11 döyərək ona qəsdən fiziki ağrı yetirmişdir. Belə ki, Şəxs 31 mart 2025-ci il tarixdə qardaşı oğlu X10 ilə birlikdə X11 döyərək bədəninin müxtəlif nahiyyələrinə təpik və yumruq zərbələri vurmaqla, Xeybər Omarova dərəcəsinə görə ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan “burunüstü nahiyənin, sol gözaltı nahiyənin və sağ saidin iç səthinin sıyrıqları” diaqnozlu xəsarətlər yetirmişlər. Bununla bağlı Şəxs barəsində Tərtər Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair qərar qəbul edilərək məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək izahatında bildirdi ki, o, 31 mart 2025-ci il tarixdə saat 08 radələrində Ramazan bayramı ilə əlaqədar olaraq vəfat etmiş qohumlarının və yaxınlarının qəbirlərini ziyarət etmək üçün qardaşları X6, X12, qardaşı oğlu X10, anası X7, bacısı X13 və şəhid X8 arvadı Nərmin Ömərova ilə birlikdə Kürdəmir rayonunun Qarasu kənd qəbiristanlığına getmişdir. X16rdaşı oğlu Valeh Ziyadov, bacısı Elnurə Əhmədova və şəhid Elvin Ömərovun arvadı Nərmin Ömərova ilə birlikdə şəhid qəbirləri üçün nəzərdə tutulmuş hər tərəfi plastik pəncərə ilə bağlı kompleksin içərisində şəhid Elvin Ömərovun qəbrini ziyarət etdikdə, o, qardaşları Elməddin Ziyadov və Afəddin Ziyadovla birlikdə digər qohumlarının və yaxınlarının qəbirlərini ziyarət etmək üçün getmişdir. Bir neçə dəqiqə sonra o, şəhid qəbirləri üçün nəzərdə tutulmuş hər tərəfi plastik pəncərə ilə bağlı kompleksin içərisindən Nərmin Ömərovanın şəhid Elvin Ömərovun qəbri üstünə əvvəlcədən qoyduğu gülün yerinin dəyişdirilməsi ilə əlaqədar şəhid Elvin Ömərovun ailə üzvləri ilə mübahisə səslərini eşidib həmin tərəfə baxdıqda, bacısı Elnurə Əhmədovanın kompleksin qarşısında X14 ilə mübahisə edərək «gör sənin başına nə oyun açacam?» dediyini eşitmiş, qaça-qaça həmin yerə gəlib Nuranə Ömərovanı yumuruqla vurmaq istədikdə, Nuranə Ömərovanın qaynatası X17 araya girmiş və yumuruq zərbəsi Xeybər Omarovun sol göz nahiyəsinə dəymişdir. Xeybər Omarov özünü müdafiə edib onu uzaqlaşdırmaq məqsədilə təpik və yumuruq atdıqda, həmin zərbələr onun bud və bədən nahiyələrinə dəymişdir. Bundan sonra o, Xeybər Omarovun bədəninin müxtəlif nahiyələrinə təpik və yumuruq zərbələri vurmuşdur. O, hazırda zərərçəkmiş şəxs X18 ilə barışmışdır. Odur ki, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X18 izahatında bildirdi ki, X12 və X1 Şəxs qardaşlarıdır. X10 isə X2 oğludur. Onlarla aralarında daim gərglinlik olmuşdur. Belə ki, oğlu Elvin Ömərov 44 günlük “Vətən” müharibəsi zamanı şəhid olduqdan sonra, kürəkəni Şəxs onların ailədaxili işlərinə daimi olaraq qarışması səbəbindən onlarla münasibətləri gərgin olmuşdur. 31 mart 2025-ci il tarixdə saat 08 radələrində o, ailə üzvləri, yəni arvadı Fazilə Omarova, gəlini Nuranə Ömərova və nəvəsi X22 bayramı münasibəti ilə şəhid oğlu Elvin Ömərovun qəbrini ziyarət etmək üçün Kürdəmir rayonunun Qarasu kəndində yerləşən qəbiristanlığa getmişdir. Onlar Qarasu kənd qəbiristanlığında şəhid qəbirləri üçün nəzərdə tutulmuş hər tərəfi plastik pəncərələrlə bağlı yerə gedib şəhid oğlu Elvin Ömərovun qəbrini ziyarət edən zaman, şəhid övladı Elvin Ömərovun arvadı X23 Ziyadova, X13 və Valeh Ziyadov ilə birlikdə yanlarına gələrək şəhid oğlu Elvin Ömərovun qəbrini ziyarət etmişlər. Həmin vaxt gül çələnginin yerinin hansı səbəbdən dəyişdirilməsi səbəbindən qadınlar arasında sözlü mübahisə yaranmış, bunu görən arvadı Fazilə Omarova ona səslənərək “gedək, atamızı anamızı ziyarət edək” demişdir. Onlar şəhid qəbirləri üçün nəzərdə tutulmuş yerdən çıxıb sağa dönüb bir qədər getdikdə, Elnurə Əhmədova şəhid qəbirləri üçün nəzərdə tutulmuş yerdən çıxıb arxaları ilə gəlini Nuranə Ömərovaya səslənərək “gör sənin başına nə oyun açacam” demişdir. Bu zaman Elnurə Əhmədovanın səsini eşidən valideynlərinin qəbrini ziyarət edən Şəxs, qardaşları Afəddin Ziyadov və Elməddin Ziyadov qaçaraq yanlarına gəlmişlər. Həmin vaxt Xaləddin X9rşı nalayiq ifadə işlədib Nuranə Ömərovanı vurmaq istədikdə, o, araya girmiş və Şəxs yumruğu onun sol sifət nahiyəsinə dəymişdir. Həmin vaxt o, özünü müdafiə etmək məqsədi ilə Şəxs bir təpik və bir yumruq atmış, həmin zərbələr Şəxs bədən nahiyələrinə dəymişdir. Bundan sonra Şəxs dayanmadan onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə təpik və yumruq vurmuşdur. Həmin vaxt Şəxs qardaşı oğlu Valeh Ziyadov arxadan onun baş nahiyəsinə vurduqda, o, artıq müvazinətini saxlaya bilməyib yıxılmışdır. Zərbələrin təsirindən burnunun üstü, sol gözünün alt hissəsi və sağ əlinin içərisi sıyrılmışdır. Bundan sonra kənd camaatı onları ayırmış və kömək etmişlər. O, ailə üzvləri ilə evə getmiş, qardaşı İnqilab Omarovun və özünün səhhəti yaxşı olmadığı üçün təcili tibbi yardım xidmətinə zəng edib kömək çağırmışlar. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır, ona qarşı hər hansı tələbi və şikayəti yoxdur. Tərtər Hərbi Prokurorluğuna məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Tərtər Hərbi Prokurorluğunun nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. İnzibati xəta haqqında işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş N nömrəli hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli, 2 nömrəli əmrindən çıxarışdan görünür ki, Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri komandanının 30 sentyabr 2019-cu il tarixli 044 gm nömrəli əmrinə əsasən baş gizir Şəxs hərbi hissənin uçuşların radiotexniki təminatı dəstəsinin radioişıq siqnal avadanlıqları bölməsinin rəisi vəzifəsinə təyin edildiyi üçün N nömrəli hərbi hissədən gəlmiş hesab edilərək, 15 oktyabr 2019-cu il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. İşə əlavə olunmuş N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti vərəqədən görünür ki, baş gizir Şəxs xidmət etdiyi müddətdə 4 dəfə həvəsləndirilmiş və 5 dəfə intizam qaydasında cəzalandırılmışdır. İşə əlavə olunmuş N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamə ilə Şəxs xidmət yeri üzrə müsbət cəhətdən xarakterizə olunmuşdur. İşə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi X29 Kürdəmir rayon şöbəsi tərəfindən təqdim edilmiş 08 aprel 2025ci il tarixli, 96 nömrəli rəyindən görünür ki, X5 bədən səthində aşkar olunan xəsarətlər “burun üstü nahiyənin, sol göz altı nahiyənin və sağ saidin iç səthinin sıyrıqları” xəsarətləri küt əşyanın təsirindən törənmişdirlər, qərarda göstərilən 31 mart 2025-ci il tarixinə uyğundurlar və hər biri ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcələri təyin edilmir. İşə əlavə olunmuş sübutların qiymətləndirilməsi haqqında 28 iyul 2025-ci il tarixli qərardan görünür ki, Şəxs və X3 31 mart 2025-ci il tarixdə saat 08 radələrində Kürdəmir rayonunun Qarasu kəndində yerləşən qəbiristanlıqda mübahisə zamanı X15 qarşı zor tətbiq edib «burunüstü nahiyənin, sol gözaltı nahiyənin və sağ saidin iç səthinin sıyrıqları» xəsarətləri yetirmələrindən ibarət olan əməlləri törətmələri ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ehtimalı olmasını və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası İXM-nin 54.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati icraat materiallarının Azərbaycan Respublikası İXM-nin 43.1 və 43.4-cü maddələrinin tələblərinə əsasən Tərtər Hərbi Məhkəməsinə göndərilməsi məsələsinə baxılması üçün toplanılmış materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi keçirən Tərtər hərbi prokuroruna təqdim olunması məqsədə müvafiq hesab edilmişdir. Məhkəmə, inzibati xəta haqqında işlə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs zərərçəkmiş şəxs X11 döyərək ona qəsdən fiziki ağrı yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Bununla belə Valeh Ziyadov hazırda zərərçəkmiş şəxslə barışmışdır. Ona görə də onun əməlində inzibati məsuliyyəti istisna edən hallar mövcuddur. Belə ki, Azərbaycan Respublikası İXM–nin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9–cu maddəsində göstərilmişdir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İş materiallarından görünür ki, inzibati xəta törətmiş şəxs Şəxs zərərçəkmiş şəxs X18 ilə barışmışdır. Zərərçəkmiş şəxsin hazırda Şəxs heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, Məhkəmə zərərçəkmiş şəxsin məhkəməyə təqdim etdiyi ərizəni və qanunun yuxarıda qeyd olunan müddəasını nəzərə alaraq belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48– 50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Könül Şəfiyeva
Məhkəmə qərarları › İş №3-1(098)-194/2025
Tərtər Hərbi Məhkəməsi Qərar — İş №3-1(098)-194/2025
26.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver