Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3-1(098)-196/2025 20.08.2025 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Hakim Şəfiyeva Könül Səməd qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxx 2001-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, xx.xx.2024-cü il tarixdə SHXÇÜDX-nin Binəqədi rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, N nömrəli hərbi hissənin sabiq əsgəri, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Tərtər Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs zor tətbiq etmişdir. Belə ki, Şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun 2-ci bölüyünün 1-ci tağımının 3-cü manqasının heyət nəfəri-atıcısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edərkən xidmət etdiyi bölmə ilə birlikdə təlimlərdə iştirak etmək üçün Yevlax rayonunun Aran qəsəbəsinin ərazisində yerləşən N nömrəli hərbi hissəyə ezamiyyətə getmiş, həmin vaxt həmin bölüyünün 1-ci tağımının 1-ci manqasının tuşlayıcısı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs da bölmənin tərkibində həmin əraziyə gəlmiş, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə saat 10 radələrində siqaret çəkmək üçün ayrılmış yerə doğru getmiş, bir müddət sonra oraya əsgər Şəxs gələrək Zərərçəkmiş şəxs əlində tutmuş olduğu suyu içmək üçün istəmiş, Zərərçəkmiş şəxs suyu verə bilməyəcəyini dediyinə görə sonuncu ilə aralarında sözlü mübahisə yaranmış, lakin şəxsi heyət anonim sorğuya cəlb olunduğu üçün mübahisəni dayandıraraq getmişlər. Soğru bitdikdən sonra əsgər Şəxs əsgər Zərərçəkmiş şəxs yanına çağırıb aralarındakı məsələni aydınlaşdırmağı təklif etmiş, onlar birlikdə paltar qurutmaq üçün ayrılmış otağa daxil olmuşlar. Mübahisə zamanı əsgər Şəxs əsgər Zərərçəkmiş şəxs üz nahiyəsinə bir dəfə sillə vurmuşdur. Həmin vaxt əsgər Şəxs üzərində olan süngü-bıçaq yerə düşmüş, sonra Şəxs yerdən süngübıçağı götürüb Zərərçəkmiş şəxs baş nahiyəsinə vurmaqla sonuncuya dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bununla bağlı Şəxs barəsində Tərtər Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası İXM-in 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair qərar qəbul edilərək məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə SHXÇÜDX-nin Binəqədi rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissəsinin 1-ci taborunun 2-ci bölüyünün 1-ci tağımının 3-cü manqasının heyət nəfəri-atıcısı vəzifəsində əsgər hərbi rütbəsində xidmət etmiş, ali təhsilli olduğundan hazırda ordu sıralarından ehtiyyata tərxis olunmuşdur. Xidmət etdiyi müddətdə bölmə ilə birlikdə təlimlərdə iştirak etmək üçün Yevlax rayonunun Aran qəsəbəsinin ərazisində yerləşən N nömrəli hərbi hissəyə ezamiyyətə getmiş,orada xidmətini davam etdirərkən xx.xx.2025-ci il tarixdə saat 10:00 radələrində siqaret çəkmək üçün nəzərdə tutulmuş yerdə siqaret çəkmiş,daha sonra əsgər Zərərçəkmiş şəxs yanına gələrək sonuncunun əlində olan suyu içməsi üçün ona verməyini demiş, Zərərçəkmiş şəxs da cavabında ona əlində olan suyun onun olmadığını, ondan qabaq çoxlarının suyu istədiyini bildirmişdir. O, cavabında “su kimindirsə, de, mən ondan icazə alıb içəcəm, suya görə mənə heçnə deməz” demişdir. Onun bu sözündən sonra Zərərçəkmiş şəxs “suyu çoxu istəyib məndən, sən kimsən ki sənə verəm?” demiş və sonra aralarında sözlü mübahisə yaranmışdır. Həmin vaxtlarda şəxsi heyət arasında anonim sorğu keçirildiyini eşitdiyindən sorğuda iştirak etmək üçün ayrılmışlar və otağa getmişlər. Sorğu bitdikdən sonra o, əsgər Zərərçəkmiş şəxs yanına çağıraraq “gəl, dediyin sözü aydınlaşdıraq” demiş, sonra onlar qurutma otağına getmişlər və orada aralarında sözlü mübahisə yaranmışdır. O, yaranmış sözlü mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsinə sillə zərbəsi vurmuş,həmin vaxt Zərərçəkmiş şəxs onun boğazından tutaraq sıxmış və geriyə doğru itələmişdir.Bu zaman onun üzərində olan süngü bıçaq yerə düşmüşdür. Yaranmış səs-küyə digər bölüyün hərbi qulluqçuları gəlmiş, onlara oraya gələn əsgərləri bayıra çıxmalarını, söhbəti özlərinin həll edəcəklərini bildirmişlər. Zərərçəkmiş şəxs onu geriyə doğru itələyən zaman süngü bıçağı yerdən götürmüş, həmin vaxt çox həyacanlı olduğundan özünü idarə edə bilmədiyindən Zərərçəkmiş şəxs baş nahiyəsinə bir dəfə süngü bıçaqla vurmuş, sonuncunun baş nahiyəsinə necə vurmasını bilməmişdir. Hadisədən sonra Zərərçəkmiş şəxs üzr istəmiş və onlar barışmışlar. Məhkəmədən inzibati tənbeh verilərkən əməlini səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasının nəzərə alınmasını və ona yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş iş üzrə zərərçəkmiş şəxs N nömrəli hərbi hissəsinin 1ci taborunun 2-ci bölüyünün 1-ci tağımının 1-ci manqasının tuşlayıcısı əsgər Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Yevlax rayonu Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissədə xidmətini davam etdirərkən xx.xx.2025-ci il tarixdə saat 10:00 radələrində siqaret çəkmək üçün nəzərdə tutulmuş yerdə siqaret çəkmiş, həmin vaxt əsgər yoldaşı N nömrəli hərbi hissəsinin 1-ci taborunun 2-ci bölüyünün 1-ci tağımının 3-cü manqasının heyət nəfəri-atıcısı, əsgər Şəxs yanına gələrək onun əlində olan suyu içməsi üçün ona verməyini istəmişdir. O, Şəxs əlində olan suyun özünə məxsus olmadığını, suyu başqalarının da istədiyi zaman vermədiyini demişdir. Şəxs cavabında ona “su kimindirsə, de, mən ondan icazə alıb içəcəm, suya görə mənə heçnə deməz” demişdir. O, Şəxs bu sözündən sonra “suyu çoxu istəyib məndən, sən kimsən ki sənə verəm?” demiş və bu sözdən sonra aralarında sözlü mübahisə yaranmışdır. Həmin vaxt şəxsi heyət arasında anonim sorğu keçirildiyindən onlar sorğuda iştirak etmək üçün ayrılıb otağa getmişlər. Sorğu bitdikdən sonra əsgər Şəxs onu yanına çağıraraq “gəl, dediyin sözü aydınlaşdıraq” demişdir. Bunun üçün qurutma otağına getmişlər, aralarında yenidən sözlü mübahisə yaranmış, mübahisə zamanı əsgər Şəxs onun sifət nahiyəsinə sillə zərbəsi vurmuşdur. Şəxs onu vurduğu üçün o da sonuncunun boğazından tutaraq sıxmış, sonra geriyə doğru itələmişdir. Həmin vaxt əsgər Şəxs üzərində olan süngü bıçaq yerə düşmüşdür. Yaranmış səs-küyə digər bölüyün hərbi qulluqçuları gəlmişlər. Onlar səs-küyə gələn əsgərlərə çölə çıxmalarını, söhbəti özlərinin həll edəcəyini bildirmişlər. O, əsgər Şəxs geriyə doğru itələyən zaman sonuncu süngü bıçağı yerdən götürüb onun baş nahiyəsinə bir dəfə vurmuşdur. Hadisədən sonra Şəxs ondan üzr istəmiş və onlar barışmışlar. Hazırda Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. N nömrəli hərbi hissə komandirinin N nömrəli xx.xx.2024-cü il tarixli əmrindən çıxarışdan görünür ki, həmin tarixdə əsgər Şəxs hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və hərbi hissəsinin 1-ci taborunun 2-ci bölüyünün 1-ci tağımının 3-cü manqasının heyət nəfəri-atıcısı vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin N nömrəli xx.xx.2024-cü il tarixli əmrindən çıxarışdan görünür ki, həmin tarixdə əsgər Zərərçəkmiş şəxs hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və hərbi hissəsinin 1-ci taborunun 2-ci bölüyünün 2-ci taqımının 1-ci manqasının tuşlayıcısı vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissədən verilmiş arayışdan görünür ki, hərbi hissənin 1-ci taborunun 2-ci bölüyünün 1-ci tağımının 1-ci manqasının tuşlayıcısı, əsgər Zərərçəkmiş şəxs ilə həmin bölüyün 1-ci tağımının 3-cü manqasının heyət nəfəri-atıcısı, əsgər Şəxs arasında hər hansı tabelik münasibəti olmamışdır. Müdafiə Nazirliyinin MTE və PAM-nin Tərtər RMTEM-dən verilmiş olan xx.xx.2025-ci il tarixli, 196 saylı canlı şəxsin məhkəmə-tibbi müayinəsi rəyində əsgər Zərərçəkmiş şəxs tibb məntəqəsinə müraciət edərkən aşkar olunmuş “Boyun nahiyəsinin səthi qançırları, baş nahiyəsinin sıyrılmış yarası” xəsarətinin bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəldiyi, qərarda göstərilən tarixdə və şəraitdə də yarana bilməsinin istisna olunmadığı, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsinin təyin edilmədiyi qeyd olunmuşdur. Müdafiə Nazirliyinin MTE və PAM-nin Tərtər RMTEM-dən verilımiş olan xx.xx.2025-ci il tarixli 197 saylı canlı şəxsin məhkəmə-tibbi müayinəsi rəyində əsgər Şəxs tibb məntəqəsinə müraciət edərkən aşkar olunmuş “Boyun nahiyəsinin səthi qançırları” xəsarətinin bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəldiyi, qərarda göstərilən tarixdə və şəraitdə də yarana bilməsinin istisna olunmadığı, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsinin təyin edilmədiyi qeyd olunmuşdur. Məhkəmə, inzibati xəta haqqında işlə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, əsgər Şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs zor tətbiq etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafı, zərərçəkmiş şəxsin izahatı və işdə olan digər materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Məhkəmə barəsində inzibatı xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin verdikləri izahatlarını dinləyib, sənədləri tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübutlarla tam təsdiq olunur. Onun əməlində İXM-nin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olduğundan o, həmin maddə ilə təqsirli bilinib tənbeh edilməldir. Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi İXM-nin 612.1-ci maddəsi ilə inzibati məsuliyyəti səbəb olur və həmin maddənin sanksiyasında on gündən bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, onun gənc olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, hazırda hərbi xidmətini başa vurmaqla ehtiyata buraxılmasını məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir və nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona aşağı həddə inzibati həbs tənbehi verilməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə həmçinin hesab edir ki, Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmalı, həbsə almanın əvvəli tutulduğu vaxtdan hesablanmalı, o, ordu sıralarından ehtiyata buraxıldığından qərarın icrası Tərtər Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsə almanın əvvəli 20 avqust 2025-ci il tarixdən saat 14:00-dan hesablansın. Qərarın icrası Tərtər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Könül Şəfiyeva
Məhkəmə qərarları › İş №3-1(098)-196/2025
Tərtər Hərbi Məhkəməsi Qərar — İş №3-1(098)-196/2025
20.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver