Məhkəmə qərarları › İş №3-1(098)-198/2025

Tərtər Hərbi Məhkəməsi Qərar — İş №3-1(098)-198/2025

28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3-1(098)-198/2025 28.08.2025 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Hakim Şəfiyeva Könül Səməd qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1996-cı il tarixdə Qobustan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Qobustan rayonunun Nərimankənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 07 oktyabr N8-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu gizir Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdam Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdam Hərbi Prokurorluğu tərəfindən məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında qərara əsasən Şəxs rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsin şərəf və ləyaqətini alçaltmışdır. Belə ki, Muradov X2 Nazirliyinin Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 2-ci özüyeriyən artilleriya divizionunun 6-cı özüyeriyən artilleriya batareyasının 2-ci özüyeriyən artilleriya tağımının 6-cı topunun komandiri vəzifəsində, gizir hərbi rütbəsində hərbi xidmətdə olarkən N4-cü ilin oktyabr ayının sonlarında saat 09 radələrində həmin batareyanın 1-ci tağımının idarəetmə manqasının operator-radiotelefonçusu vəzifəsində xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs hərbi səhra tipli gödəkçəsinin buşlatının üzərində isimlik yerinin olmamasına irad tutaraq sağ əli ilə sol sifət nahiyəsinə iki sillə, ardınca buşlatının boyun hissəsini altındakı geyimləri ilə birlikdə sağ əli ilə tutaraq həmin vəziyyətdə sağ əli ilə altdan yuxarı istiqamətdə çənə nahiyəsinə 2-3 yumuruq zərbəsi vurmuş, zərbələri vura-vura ünvanına nalayiq ifadələr işlədib rəis olmaqla öz tabeliyində olan şəxsin şərəf və ləyaqətini alçaltmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilməyərək izahatında bildirdi ki, o, N nömrəli hərbi hissəsinin 2-ci özüyeriyən artilleriya divizionunun 6-cı özüyeriyən artilleriya batareyasının 2-ci özüyeriyən artilleriya tağımının 6-cı topunun komandiri vəzifəsində, gizir hərbi rütbəsində hərbi xidmət etmiş, hazırda isə ordu sıralarından ehtiyata buraxılmışdır. Zərərçəkmiş şəxs hərbi xidmətdə olduğu vaxt tanımışdır və münasibəti xidməti olmuşdur. N4-cü ilin oktyabr ayının sonlarında saat 09 radələrində həmin batareyanın 1-ci tağımının idarəetmə manqasının operatorradiotelefonçusu vəzifəsində xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs hərbi səhra tipli gödəkçəsinin buşlatının üzərində isimlik yerinin olmamasına irad tutaraq isimlik yerini düzəltməyini demiş, lakin həmin vaxtı Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlətməmişdir. Odur ki, barəsində olan inzibati xəta haqqında işi ilə bağlı ədalətli qərur qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirdi ki, o, N aprel N4-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq N nömrəli hərbi hissəyə göndərilmiş, orada «Gənc əsgərlərin hazırlıq kursu»nu bitirdikdən sonra 13 iyun N4-cü il tarixdə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissənin 2-ci divizionunun 6-cı batareyasının 1-ci tağımının idarəetmə manqasının operator-radiotelefonçusu vəzifəsinə təyin edilərək xidmətini davam etdirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərbi xidmətdə olduğu vaxt tanımışdır və münasibətləri xidməti olmuşdur. O, N4-cü ilin oktyabr ayında şəxsi heyətə qış geyiminə keçidlə bağlı buşlat paylanmışdır. O, aprel ayında N nömrəli hərbi hissəyə gəldiyi üçün buşlat daha əvvəl, yəni gənc əsgər olduğu vaxt verilmişdir. Bütün şəxsi heyət qış geyiminə keçən ərəfələrdə, yəni N4-cü ilin oktyabr ayında gizir Şəxs ona məxsus buşlatı özünə götürüb, özünün buşlatını isə onunkunun yerinə əşya otağına qoymuşdur. Bunu ona Aslanov Aslan demişdir. Oktyabr ayının sonlarında divizion gün naryadı olarkən baş leytenant Daşqın Quliyev onun buşlatında isimlik yerinin boş olmasına irad tutaraq bu barədə baş leytenant Afiyəddin Feyziyevə məlumat vermişdir. Ertəsi gün baş leytenant Afiyəddin Feyziyev batareyanın gizirlərinə sözügedən iradların aradan qaldırılması ilə bağlı göstəriş vermişdir. Bir qədər şəxsi heyət yataqxanaya daxil olduqdan sonra gizir Şəxs şəxsi heyəti düzərək onu da sıraya çağırmış və sıradan çıxararaq batareyanın ərazisində dolabların qarşısında onun buşlatının üzərində isimlik yerinin olmamasını irad tutaraq ona görə söz eşitməsini bəhanə edib saat 09 radələrində sağ əli ilə sol sifət nahiyəsinə iki sillə zərbəsi vurmuş, ardınca buşlatının boyun hissəsini altdakı geyimləri ilə birlikdə sağ əli ilə tutaraq həmin vəziyyətdə sağ əli ilə altdan yuxarı istiqamətdə çənə nahiyəsinə 2-3 yumuruq zərbəsi vura-vura iradlarını bildirərək ünvanına nalayiq ifadələr işlətmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır, ona qarşı hər hansı tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında bildirdi ki, o, 15 aprel N4-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayyıt şəhər idarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq N nömrəli hərbi hissəyə göndərilmiş, orada «Gənc əsgərlərin hazırlıq kursu»nu bitirdikdən sonra 12 iyun N4-cü il tarixdən isə N nömrəli hərbi hissənin 2-ci divizionunun 6-cı batareyasının 2-ci tağımının 6-cı topunun sürücüsü vəzifəsində, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmətini davam etdirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs hərbi xidmətdə olduğu vaxt tanımışdır, onlarla heç bir ədavəti və düşmənçiliyi olmamışdır və münasibətləri xidməti olmuşdur. O, N4-cü ilin oktyabr ayının sonlarında saat 09 radələrində gizir Şəxs əsgər Zərərçəkmiş şəxs hərbi səhra tipli gödəkçəsinin isimlik yerinin olmamasına hirslənərək 2-ci divizionun əsgər yataqxanasında 6-cı batareya üçün ayrılmış hissədə əşya dolablarının qarşısında sağ əli ilə Zərərçəkmiş şəxs sol sifət nahiyəsinə bir sillə zərbəsi, hərbi səhra tipli gödəkçəsinin boğaz hissəsindən tutub aşağıdan yuxarıya doğru sağ əli ilə çənə nahiyəsinə iki-üç yumuruq zərbəsi, sağ əlini yaxasından çəkib sol sifət nahiyəsinə iki yumuruq zərbəsi vurduğunu görsə də, həmin vaxtı gizir Şəxs əsgər Zərərçəkmiş şəxs qarşı nalayiq ifadə işlətməsinin şahidi olmamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X3 izahatında bildirdi ki, o, N nömrəli hərbi hissənin hərbi qulluqçusudur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs hərbi xidmətdə olduğu vaxt tanımışdır, onlarla heç bir ədavəti və düşmənçiliyi olmamış, münasibətləri xidməti olmuşdur. O, Şəxs Zərərçəkmiş şəxs qarşı hər hansı bir söyüş və ya təhqiredici ifadə işlətməsinin şahidi olmamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X5 və X4 da şahid X3 ilə eyni məzmunlu izahat verərək onun göstərdiyi halları təsdiq etmişdirlər. Ağdam Hərbi Prokurorluğuna məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Ağdam Hərbi Prokurorluğunun nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin N iyun N9-cu il tarixli 170 nömrəli əmrindən çıxarışdan görünür ki, gizir Şəxs Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini-Silahlı qüvvələrin baş qərargah rəisinin 30 may N9-cu il tarixli 0138 gm nömrəli əmri ilə N nömrəli hərbi hissənin 1-ci özüyeriyən divizionunun 3-cü özüyeriyən artilleriya batareyasının 2-ci özüyeriyən artilleriya tağımının komandiri vəzifəsindən həmin hərbi hissənin 2-ci özüyeriyən artildleriya divizionunun özüyeriyən artilleriya batareyasının 2-ci özüyeriyən artilleriya tağımının 6-cı topun komandiri vəzifəsinə təyin olunmuşdur. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin N iyun N5-ci il tarixli 166 nömrəli əmrindən çıxarışdan görünür ki, gizir Şəxs Azərbaycan ordusunun baş qərargah rəisinin 21 may N5-ci il tarixli 063 gm nömrəli əmri ilə «hərbi xidlmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxıldığına görə N iyun N5-ci ilttarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsinə göndərilmişdir. İşə əlavə edilmiş SX ******* nömrəli hərbi biletin surətindən görünür ki, Zərərçəkmiş şəxs N aprel N4-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. İşə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N aprel N4-cü il tarixli 112 nömrəli əmrindən çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs «hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsindən gəldiyinə görə N aprel N4-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlara qoyulub əsgər hərbi rütbəsi verilməklə 2-ci özüyeriyən artilleriya divizionun 6-cı özüyeriyən artilleriya batareyasının 1-ci özüyeriyən artilleriya tağımının idarəetmə manqasının telefonçusu vəzifəsinə təyin edilmişdir. İşə əlavə edilmiş N nömrəli hərbi hissə tərəfindən verilmiş N aprel N5-ci il tarixli 58/332 nömrəli arayışdan görünür ki, gizir Şəxs Zərərçəkmiş şəxs rəis hesab olunur. İşə əlavə olunmuş 24 iyul N5-ci tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, gizir Şəxs əsgər Zərərçəkmiş şəxs buşlatının üzərində isimlik yerinin olmamasına irad tutaraq sağ əli ilə sol sifət nahiyəsinə iki sillə, ardınca buşlatının boyun hissəsini altdakı geyimləri ilə birlikdə sağ əli ilə tutaraq həmin vəziyyətdə sağ əli ilə altdan yuxarı istiqamətdə çənə nahiyəsinə 2-3 yumuruq zərbəsi vurmuş, zərbələri vura-vura ünvanına nalayiq ifadələr işlədib rəis olmaqla öz tabeliyində olan şəxsin şərəf və ləyaqətini alçaltmaqla Azərbaycan Respublikası İXM-nin 611-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, inzibati xəta haqqında işlə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) izahatlarını, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan Zərərçəkmiş şəxs şərəf və ləyaqətini alçaltması sübuta yetirilə bilinməmişdir. Belə ki, məhkəmə iclası zamanı həm Şəxs, həm də Zərərçəkmiş şəxs tərəfindən təsdiq edilmişdir ki, Zərərçəkmiş şəxs buşlatının üzərində isimlik yerinin olmaması səbəbindən müəyyən gərginlik yaşanmışdır. Şəxs məhkəmə iclası zamanı zərərçəkmişə məxsus buşlatın üzərində isimlik yerinin olmamasını onun tərəfindən zərərçəkmiş şəxsə irad tutaraq bildirildiyi, Zərərçəkmiş şəxs tərəfindən isə ona qarşı zor tətbiq edilməklə şərəf və ləyaqətini alçaldaraq bildirildiyi qeyd edilmişdir. Qeyd edilən ziddiyətli halın araşdırılması üçün məhkəmə iclası zamanı həm Ağdam Hərbi Prokururluğundan təqdim edilmiş şahid, həm də zərərçəkmiş şəxsin xahişi ilə məhkəmə iclasına əlavə şahidlər dəvət edilərək dindirilmişdir. Məhkəmə qeyd edilən şahidlərin izahatlarını tədqiq edərək belə nəticəyə gəlmişdir ki, Zərərçəkmiş şəxs buşlatının üzərində isimlik yerinin olmaması ilə bağlı onunla Şəxs arasında müəyyən anlaşılmazlıq olmuş, lakin həmin vaxt Şəxs tərəfindən Zərərçəkmiş şəxs şərəf və ləyaqətinin alçaldılması müəyyən edilməmişdir. AR İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə həmçinin qeyd edir ki, AR İXM-in 611-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin olub-olmamasının müəyyən edilməsi maddi sübut, ekspertiza, sənədlər və s. sübutlarla təsdiq edilməsi mümkün olmayan inzibati xəta olduğundan, məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, zərərçəkmiş şəxs və şahidlər tərəfindən verilmiş izahatlarla kifayətlənərək əlavə sübutların əldə edilməsinə zərurət olmadığı qənaətinə gəlir. Belə olan halda inzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş sübutlar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirli olmasına şübhə yaradır və onun təqsirinin sübuta yetirilməsi üçün kifayət etmir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati məsuliyyəti istisna edən hallar mövcuddur. Bu da o nəticəyə gəlməyə əsas verir ki, törədilmiş inzibati xətada şəxsin təqsirliliyinin sübuta yetirilməsi üçün kifayət qədər əsaslar mövcud olmadığından onun barəsində olan inzibati xəta haqqında işin icraatına təqsirliliyi sübuta yetirilməməsi əsası ilə xitam verilməlidir. AR İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 117, 128, 129, 130, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraatda təqsirliliyi sübuta yetirilmədiyinə görə inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Sədrlik edən: Könül Şəfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar