Məhkəmə qərarları › İş №3-1(098)-250/2025

Tərtər Hərbi Məhkəməsi Qərar — İş №3-1(098)-250/2025

09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3-1(098)-250/2025 09.10.2025 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Hakim Şəfiyeva Könül Səməd qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, N nömrəli hərbi hissənin nümayəndəsi hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi XN, Tərtər hərbi prokurorunun köməkçisi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1996-cı ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, 03 oktyabr N0N4-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış, ünvan 1 ünvanda yaşayan, N nömrəli hərbi hissənin rabitə bölüyünün avtomatik idarəetmə sistemləri bölməsinin texniki vəzifəsində, gizir hərbi rütbəsində xidmət edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.N-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: N nömrəli hərbi hissənin giziri Şəxs N avqust N0N5-ci il tarixdə saat 08:00-dan N avqust N0N5-ci il saat 10:35-dək heç bir üzrlü səbəb olmadan xidmət yerinə gəlməməsi ilə bağlı barəsində Azərbaycan Respublikası İXM-in 613.N-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən xx.xx.N0N5-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, ona əlavə materiallarla birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək izahatında bildirdi ki, o, N8 avqust N0N4-cü il tarixdən N nömrəli hərbi hissənin rabitə bölüyünün avtomatik idarəetmə bölməsinin texniki vəzifəsində gizir hərbi rütəsində xidmət edir. O, N avqust N0N5-ci il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəlməli olduğu halda N avqust N0N5-ci il tarixdə saat 10:35 radələrində xidmət yerinə qayıtmışdır. O, N avqust N0N5-ci il tarixdə anasının səhhətinin yaxşı olmaması ilə əlaqədar halı pisləşdiyi üçün anasını Bakı şəhərində yerləşən Topçubaşov adına Respublika xəstəxənasına aparmışdır və orada anası müayinə olunduqdan sonra 05 avqust N0N5-ci il tarixdə anası ilə birlikdə yaşadığı Bərdə rayonuna qayıtmış və anasının səhhətinin yaxşı olmaması ilə əlaqədar anasına evdə qulluq etmişdir. O, ailənin tək oğul övladıdır, N016-cı il tarixdə də atası rəhmətə getmişdir. O, etdiyi əməldən səmimi peşmandır, hazırda hərbi xidmətini davam etdirir, xidməti ilə bağlı heç bir problemi yoxdur. Odur ki, ona inzibati tənbeh verilərkən bunların nəzərə alınmasını və onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş N nömrəli hərbi hissənin nümayəndəsi hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi X3 izahatında bildirmişdir ki, Şəxs N avqust N0N5-ci il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəlməli olduğu halda N avqust N0N5-ci il tarixdə saat 10:35 radələrində xidmət yerinə qayıtmışdır. Ona görə də, Şəxs xidmət yerinə vaxtında gəlməməsi ilə bağlı barəsində 09 oktyabr N0N5-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbehin verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş Tərtər hərbi prokurorunun köməkçisi X6 izahatında bildirmişdir ki, Şəxs N avqust N0N5-ci il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəlməli olduğu halda N avqust N0N5-ci il tarixdə saat 10:35 radələrində xidmət yerinə qayıtmışdır. Ona görə də, Şəxs xidmət yerinə vaxtında gəlməməsi əməli ilə bağlı N nömrəli hərbi hissə komandanlığı tərəfindən onun barəsində 09 oktyabr N0N5-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş Şahid izahatında bildirmişdir ki, o, N1 may N019-cu il tarixdən N nömrəli hərbi hissənin rabitə bölüyünün növbə rəisi vəzifəsində gizir hərbi rütbəsində xidmət edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərbi xidmətdə olduğu vaxt tanımışdır, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır və münasibəti xidməti olmuşdur. Hərbi hissənin rabitə bölüyündə xidmət edən gizir Şəxs N avqust N0N5-ci il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəlməli olduğu halda N avqust N0N5-ci il tarixdə saat 10:35 radələrində xidmət yerinə qayıtmışdır. Gizir Şəxs xidmət yerinə gəldiyində anasının səhhətinin yaxşı olmaması ilə bağlı xidmət yerinə gələ bilmədiyini bildirmişdir. İşə əlavə olunmuş 09 oktyabr N0N5-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, N nömrəli hərbi hissənin rabitə bölüyünün avtomatik idarəetmə bölməsinin texniki gizir Şəxs N avqust N0N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməmiş, N avqust N0N5-ci il tarixdə saat 10:35-də xidmət yerinə qayıtmışdır. İşə əlavə olunmuş N nömrəli hərbi hissənin rabitə bölüyünün komandirinin N avqust N0N5-ci il tarixli raportundan görünür ki, gizir Şəxs N avqust N0N5-ci il tarixdə saat 08:00da xidmət yerinə çıxmamışdır. Gizir Şəxs hərbi hissəni özbaşına tərk edənlərin siyahısına salınması və bütün növ təminatların dayandırılması barədə göstəriş verilməsi xahiş olunmuşdur. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin N avqust N0N5-ci il tarixli N30 nömrəli əmrindən çıxarışdan görünür ki, gizir Şəxs N avqust N0N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlmədiyi üçün xidmət yerini özbaşına tərk etmiş hesab edilərək bütün növ təminatları dayandırılmışdır. İşə əlavə olunmuş N nömrəli hərbi hissənin rabitə bölüyünün komandirinin N avqust N0N5-ci il tarixli raportundan görünür ki, gizir Şəxs N avqust N0N5-ci il tarixdə saat 10:35də xidmət yerinə qayıtmışdır. Gizir Şəxs hərbi hissnəi özbaşına tərk edənlərin siyahısından çıxarılması və bütün növ təminatlara qoyulması barədə göstəriş verilməsi xahiş edilmişdir. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin N avqust N0N5-ci il tarixli N39 nömrəli əmrindən çıxarışdan görünür ki, N avqust N0N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməyən gizir Şəxs N avqust N0N5-ci il tarixdə saat 10:35 radələrində xidmət yerinə gəlmiş hesab edilərək bütün növ təminatlara qoyulmuşdur. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamə ilə gizir Şəxs xidmət yeri üzrə mənfi cəhətdən xarakterizə olunmuşdur. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidmət vərəqəsindən görünür ki, gizir Şəxs xidmət müddəti ərzində bir dəfə həvəsləndirilmiş və beş dəfə intizam qaydasında cəzalandırılmışdır. İşə əlavə olunmuş SQ ******* nömrəli Şəxsi vəsiqənin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. Məhkəmə, inzibati xəta haqqında işlə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs üzrlü səbəblər olmadan 3 gündən artıq lakin N gündən çox olmayaraq hərbi hissəyə vaxtında gəlməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.N–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Bununla belə, məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını, törətmiş olduğu əməli etiraf etməsini, ilk dəfə inzibati xəta törətməsini nəzərə alaraq, ona inzibati tənbeh tətbiq etmək əvəzinə, intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün hazırki inzibati xəta haqqında iş üzrə materialların Şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilməsini daha məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 16.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə hüququ olan səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Həmin Məcəllənin 114.N-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.N-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və onun intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xəta haqqında iş üzrə material Şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.3, 16.4, 30, 34-1, 40.0.1, 43, 48-51, 114, 115, 1N8-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.N-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati xəta haqqında iş üzrə materiallar intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün Şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şəki Apelyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Sədrlik edən: Könül Şəfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar