Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3-1(098)-259/2025 14.10.2025 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Hakim Şəfiyeva Könül Səməd qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və N nömrəli hərbi hissədə bölük komandirinin şəxsi heyət üzrə müavini X1 iştirakları ilə xx xxxxxx 1998-ci ildə Goranboy rayonunun Zeyvə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmayan, Goranboy rayonunun Zeyvə kəndində qeydiyyatda olmaqla N nömrəli hərbi hissənin yataqxanasında yaşayan, N nömrəli hərbi hissənin 2-ci taborunun tibb məntəqəsinin feldşeri vəzifəsində, gizir hərbi rütbəsində xidmət edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair N nömrəli hərbi hissə komandanlığı tərəfindən tərtib edilmiş 14 oktyabr N5-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: N nömrəli hərbi hissənin giziri Şəxs 01 sentyabr N5-ci il tarixdə saat 08:00-dan 09 sentyabr N5-ci il saat 10:30-dək, həmçinin 25 sentyabr N5-ci il tarixdə saat 08:00-dan 03 oktyabr N5-ci il saat 12:00-dək xidmət yerinə gəlməməsi faktları ilə bağlı barəsində Azərbaycan Respublikası İXM-in 613.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən xx.xx.N5-ci il tarixli MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək, onlara əlavə edilmiş materiallarla birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək izahatında bildirdi ki, o, 2-ci taborun tibb məntəqəsinin feldşeri vəzifəsində, gizir hərbi rütbəsində xidmət edir. O, 01 sentyabr N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda xidmət yerinə 09 sentyabr N5-ci il tarixdə saat 10:30 radələrində xidmət yerinə qayıtmışdır. Bundan başqa, o, 25 sentyabr N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda 03 oktyabr N5-ci il tarixdə saat 12:00 radələrində xidmət yerinə qayıtmışdır. Xidmət yerinə gəlməməyinə səbəb ailə problemlərinin olması, yəni arvadının sağalmaz qızıl yel xəstəliyinə düçar olması səbəbindən olmuşdur. Belə ki, xidmət yerinə vaxtında gəlmədiyi vaxtlardan birində arvadını həkimə aparmışdır. O, arvadının xəstəliyi ilə bağlı həkimə aparması üçün hərbi hissə komandanlığından icazə almamışdır. Hazırda arvadının xəstəliyi və həkimə aparması ilə bağlı heç bir sənədi məhkəməyə təqdim edə bilmir. Hərbi hissə komandanlığına hərbi xidmətini davam etdirə bilməyəcəyi və tərxis olunmaq istəyi barədə yazılı və şifahi məlumat da vermişdir. O, etdiyi əməllərdən səmimi peşmandır, hazırda hərbi xidmətini davam etdirir. Odur ki, ona inzibati tənbeh verilərkən bunların nəzərə alınmasını və onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş N nömrəli hərbi hissənin nümayəndəsi həmin hərbi hissənin bölük komandirinin şəxsi heyət üzrə müavini X3 izahatında bildirmişdir ki, gizir Şəxs 01 sentyabr N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda şəxsi problemlərinin olması səbəbindən 09 sentyabr N5-ci il tarixdə saat 10:30-da xidmət yerinə qayıtmışdır. Bundan başqa, gizir Şəxs 25 sentyabr N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda yenə də ailə problemlərinin olması səbəbindən 03 oktyabr N5ci il tarixdə saat 12:00-da xidmət yerinə qayıtmışdır. Ona görə də, Şəxs xidmət yerinə vaxtında gəlməməsi faktları ilə bağlı barəsində 14 oktyabr N5-ci il tarixdə MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Odur ki, Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş Şahid izahatında bildirmişdir ki, o, N nömrəli hərbi hissənin 2-ci taborunun tibb məntəqəsinin giziridir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərbi xidmətdə olduğu vaxt tanımışdır, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır və münasibəti xidməti olmuşdur. 2-ci taborun feldşeri gizir Şəxs 01 sentyabr N5-ci ildə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda 09 sentyabr N5-ci il tarixdə saat 10:30 radələrində xidmət yerinə qayıtmışdır. Gizir Şəxs deməsinə görə şəxsi problemləri olduğu üçün xidmət yerinə gəlməmişdir. Bundan başqa, gizir Şəxs 25 sentyabr N5-ci ildə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda 03 oktyabr N5-ci il tarixdə saat 12:00 radələrində xidmət yerinə qayıtmışdır. Gizir Şəxs deməsinə görə yenə də şəxsi problemləri olduğu üçün xidmət yerinə gəlməmişdir. İşə əlavə olunmuş 14 oktyabr N5-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, gizir Şəxs 01 sentyabr N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməmiş, 09 sentyabr N5-ci il tarixdə saat 10:30-da xidmət yerinə qayıtmışdır. İşə əlavə olunmuş N nömrəli hərbi hissənin 2-ci taborunun tibb məntəqəsinin rəisinin 01 sentyabr N5-ci il tarixli raportundan görünür ki, gizir Şəxs 01 sentyabr N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməmişdir. Gizir Şəxs hərbi hissənin qazan təminatından çıxarıb hərbi hissəni özbaşına tərk edənlərin siyahısına salınması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması xahiş edilmişdir. İşə əlavə olunmuş N nömrəli hərbi hissənin 2-ci taborunun komandirinin 09 sentyabr N5-ci il tarixli raportundan görünür ki, gizir Şəxs 09 sentyabr N5-ci il tarixdə saat 10:30-da xidmət yerinə qayıtmışdır. Gizir Şəxs hərbi hissəni özbaşına tərk edənlərin siyahısından çıxarıb hərbi hissənin qazan təminatına salınması barədə vəsatət qaldırılması xahiş olunmuşdur. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamə ilə gizir Şəxs xidmət yeri üzrə mənfi cəhətdən xarakterizə olunmuşdur. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin N iyul N3-cü il tarixli 224 nömrəli əmrindən çıxarışdan görünür ki, gizir Şəxs «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 78-ci maddəsinin «b» bəndinə (bərabər vəzifəyə) müvafiq olaraq N nömrəli hərbi hissnəin 2-ci əməliyyat taborunun tibb məntəqəsinin feldşeri vəzifəsinə təyin edilərək N iyul N3-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. İşə əlavə olunmuş 14 oktyabr N5-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, gizir Şəxs 25 sentyabr N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməmiş, 03 oktyabr N5-ci il tarixdə saat 12:00-da xidmət yerinə qayıtmışdır. İşə əlavə olunmuş N nömrəli hərbi hissənin 2-ci taborunun tibb məntəqəsinin rəisinin 25 sentyabr N5-ci il tarixli raportundan görünür ki, gizir Şəxs 25 sentyabr N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməmişdir. Gizir Şəxs hərbi hissənin qazan təminatından çıxarılması və hərbi hissəni özbaşına tərk edənlərin siyahısına daxil edilməsi barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması xahiş edilmişdir. İşə əlavə olunmuş N nömrəli hərbi hissənin 2-ci taborunun tibb məntəqəisnin rəisinin 03 oktyabr N5-ci il tarixli raportundan görünür ki, gizir Şəxs 03 oktyabr N5-ci il tarixdə saat 12:00-da xidmət yerinə qayıtmışdır. Gizir Şəxs hərbi hissəni özbaşına tərk edənlərin siyahısından çıxarıb hərbi hissənin qazan təminatına salınması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması xahiş olunmuşdur. İşə əlavə olunmuş SQ ******* nömrəli Şəxsi vəsiqənin təsdiqlənmiş surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. Məhkəmə, inzibati xəta haqqında işlə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, inzibati xəta haqqında protokolları və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs üzrlü səbəblər olmadan müxtəlif vaxtlarda olmaqla 2 dəfə 3 gündən artıq lakin N gündən çox olmayaraq hərbi hissəyə vaxtında gəlməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmiş və onun əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətaları törətməkdə təqsirli olması özünün etirafı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə İXM-nin 613.2-ci maddəsi ilə inzibati məsuliyyətə səbəb olur və həmin maddənin sanksiyasında iyirmi günədək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, onun gənc olmasını, əməlinin səmimi etiraf etməsini, əməllərindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir və nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh təyin edərkən, törətmiş olduğu inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, eyni inzibati xətanı iki dəfə törətməsini, o cümlədən inzibati məsuliyyətini yüngülləşdirən halların olmasını və inzibati məsuliyyətini ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş inzibati tənbehin şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini də nəzərə alıb, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsinin sanksiyasının yuxarı həddinin 1/4-i həddində inzibati həbs inzibati tənbeh növünün təyin olunmasını məqsədəuyğun və inzibati tənbehin məqsədlərinə, yəni inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa yetərli hesab edir. AR İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, 128, 129, 130, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 5 (beş) gün müddətə inzibati qaydada həbs edilsin. Şəxs həbs müddətində Gəncə şəhəri 3-cü Hərbi Polis Şöbəsinin hauptvaxtında saxlanılsın. Şəxs inzibati qaydada həbsdə saxlanılma müddətinin əvvəli onun hauptvaxta yerləşdirildiyi gündən hesablansın. Şəxs hauptvaxta yerləşdirilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Könül Şəfiyeva
Məhkəmə qərarları › İş №3-1(098)-259/2025
Tərtər Hərbi Məhkəməsi Qərar — İş №3-1(098)-259/2025
14.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver