Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3-1(098)-262/2024 03.09.2024 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Tərtər Hərbi Məhkəməsinin sədri X5 oğlunun sədrliyi, Məsləhətçi Quliyeva Gülmira Şəmsəddin qızının məhkəmə iclas katibliyi, Ağdam hərbi prokurorunun köməkçisi ədliyyə leytenantı X4 iştirakları ilə xx xxxx 2000-ci ildə Ağdam rayonunun Yüzbaşlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, Ağdam rayonunun Yüzbaşlı kəndində qeydiyyatda olmaqla N nömrəli hərbi hissədə yaşayan, N nömrəli hərbi hissənin artilleriya divizionunun 2-ci habitsalı artilleriya batareyasının 2-ci haubitsalı artilleriya tağımının 4-cü topun komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdam hərbi prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: N nömrəli hərbi hissənin çavuşu Şəxs 06 avqust N4-cü il tarixdə Ağdam rayonunun Xındırstan kəndi istiqamətində idarə etdiyi VAZ-21015 markalı avtomobili ön və arxa dövlət qeydiyyat nişanları olmadan idarə edərkən, Yol Patrul Xidmətinin avtopatrulunda əyləşən əməkdaşlar səsgücləndirici vasitəsilə ona saxla əmri vermiş, avtomobili saxlayarkən əməkdaşlar sənədlərini yoxlayan zaman sürücülük vəsiqəsinin və etibarnaməsinin olmamasını müəyyən edib onu Ağdam rayon polis şöbəsinə gətirmişlər. O, rayon polis şöbəsinin duracağında əsəbləşərək polislərə qarşı tabeçizlik göstərib polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Həmin hərəkəti ilə Şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tədqiq olunmuş izahatında bildirilmişdir ki, N nömrəli hərbi hissədə çavuş hərbi rütbəsində xidmət edir. 6 avqust N4-cü il tarixdə Ağdam rayonunun Xındırıstan kəndi istiqamətində idarə etdiyi VAZ-21015 markalı avtomobili ön və arxa dövlət qeydiyyat nişanları olmadan idarə edən zaman Yol-patrul Xidmətinin avtopatrulunda əyləşən əməkdaşlar səsgücləndirici vasitəsilə ona saxla əmri vermiş, bu zaman o, avtomobili saxlamış və həmin vaxt əməkdaşlar sənədlərini yoxlayan zaman sürücülük vəsiqəsinin və etibarnaməsinin olmamasını müəyyən edib onu Ağdam rayon polis şöbəsinə gətirmişlər. O, rayon polis şöbəsinin duracağında əsəbləşərək polislərə qarşı tabeçizlik göstərmişdir. Əməlindən peşmandır. Bir daha bu cür hallara yol verməyəcəyinə söz verir. Məhkəmə iclasında şahid X2 tədqiq olunmuş izahatında bildirilmişdir ki, Ağdam Rayon Polis X7 Polisi Bölməsinin yol-patrul xidmətinin inspektoru vəzifəsində xidmət edir. O, 6 avqust N4-cü il tarixdə saat 11:30 radələrində Ağdam rayon polis X7 polisi bölməsinin rəisi polis mayoru Allahverdi Allahverdiyev və yol patrul xidmətinin inspektoru polis baş serjantı Süleyman Süleymanovla birlikdə Ağdam rayon Xındırıstan-Əhmədağalı yolunda xidmətdə olan zaman VAZ-21015 markalı maşının üzərində ön və arxa dövlət qeydiyyat nişanları olmaması səbəbindən avtopatrulda olan səsgücləndirici vasitəsilə həmin avtomobili saxlatmışlar. Yoxlama zamanı adı onlara sonradan məlum olan Şəxs avtomobili idarə etmək üçün sürücülük vəsiqəsinin və etibarnaməsinin olmadığını müəyyən edib vətəndaşa Ağdam rayon polis şöbəsinin duracağına getməli olduğunu bildirdikdə, Şəxs onların qanuni tələblərinə tabe olmayaraq onlara müqavimət göstərməyə cəht etmiş v ə onlar Şəxs avtopatrula əyləşdirərək idarə etdiyi VAZ-21015 markalı avtomobili ilə birlikdə Ağdam rayon polis şöbəsinə gətirmişlər. Avtomobili duracağa təmin edən zaman Şəxs yenidən onlara qarşı tabesizlik göstərməyə başlamışdır. Onlar Şəxs dəfələrlə qanuni tələblərinə tabe olmağa dəvət etsələr də, Şəxs onların tələblərinə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında şahid X1 tədqiq olunmuş izahatında bildirilmişdir ki, Ağdam rayon polis X7 Polisi bölməsinin yol-patrul xidmətinin inspektoru vəzifəsində xidmət edir. O, 6 avqust N4-cü il tarixdə saat 11:30 radələrində Ağdam rayon polis X7 polisi bölməsinin rəisi polis mayoru Allahverdi Allahverdiyev və yol patrul xidmətinin inspektoru polis baş serjantı Ruhlan Yusibovla birlikdə Ağdam rayon Xındırıstan-Əhmədağalı yolunda xidmətdə olan zaman VAZ-21015 markalı maşının üzərində ön və arxa dövlət qeydiyyat nişanları olmaması səbəbindən avtopatrulda olan səsgücləndirici vasitəsilə həmin avtomobili saxlatmışlar. Yoxlama zamanı adı onlara sonradan məlum olan Şəxs avtomobili idarə etmək üçün sürücülük vəsiqəsinin və etibarnaməsinin olmadığını müəyyən edib vətəndaşa Ağdam rayon polis şöbəsinin duracağına getməli olduğunu bildirdikdə, Şəxs onların qanuni tələblərinə tabe olmayaraq onlara müqavimət göstərməyə cəht etmiş v ə onlar Şəxs avtopatrula əyləşdirərək idarə etdiyi VAZ-21015 markalı avtomobili ilə birlikdə Ağdam rayon polis şöbəsinə gətirmişlər. Avtomobili duracağa təmin edən zaman Şəxs yenidən onlara qarşı tabesizlik göstərməyə başlamışdır. Onlar Şəxs dəfələrlə qanuni tələblərinə tabe olmağa dəvət etsələr də, Şəxs onların tələblərinə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. İnzibati xəta haqqında işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş aşağıda sadalanan sənədlərlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xəta əməli bir daha sübut olunmuş və onun şəxsiyyətini səciyyələndirən xüsusiyyətlər müəyyən edilmişdir. Ağdam rayon polis X7 Polisi bölməsi rəisinin 6 avqust N4-cü il tarixli raportundan görünür ki, 6 avqust N4-cü il tarixdə saat 11:30 radələrində Ağdam rayon polis şöbəsinin DYP bölməsinin YPX-nin inspektorları polis baş serjantları Ruhlan Yusibov və Süleyman Süleymanovla birlikdə Ağdam rayon Xındırstan-Əhmədağalı yolunda xidmətdə olan zaman VAZ-21015 markalı maşının üzərində ön və arxa dövlət qeydiyyat nişanları olmaması səbəbindən avtopatrulda olan səsgücləndirici vasitəsilə həmin avtomobili saxlatmışlar. Yoxlama zamanı adı onlara sonradan məlum olan Şəxs avtomobili idarə etmək üçün sürücülük vəsiqəsinin və etibarnaməsinin olmadığını müəyyən edib vətəndaşa Ağdam rayon polis şöbəsinin duracağına getməli olduğunu bildirdikdə, Şəxs onların qanuni tələblərinə tabe olmayaraq onlara müqavimət göstərməyə cəht etmiş və onlar Şəxs avtopatrula əyləşdirərək idarə etdiyi VAZ-21015 markalı avtomobili ilə birlikdə Ağdam rayon polis şöbəsinə gətirmişlər. Avtomobili duracağa təmin edən zaman Şəxs yenidən onlara qarşı tabesizlik göstərməyə başlamışdır. Onlar Şəxs dəfələrlə qanuni tələblərinə tabe olmağa dəvət etsələr də, Şəxs onların tələblərinə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Avtonəqliyyat vasitəsinin saxlanca qəbul barədə 6 avqust N4-cü il tarixli aktdan görünür ki, Şəxs idarə etdiyi VAZ-21015 markalı avtomobil vasitəsi duracağa saxlanması üçün qəbul edilmişdir. 6 avqust N4-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protkoldan görünür ki, vətəndaş Şəxs 6 avqust N4-cü il tarixdə saat 11:30 radələrində Ağdam rayonunun Xındırıstan kəndində Yol-patrul xidmətinin əməkdaşlarına tabesizlik edərək polis əməkdaşının qanuni tələbini pozaraq tabesizlik göstərməklə İXM-nin 535-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs əməlini etiraf etmiş və əməlindən peşmandır. Şəxs: - Elektron axtarış sistemindən edilmiş çıxarışdan görünür ki, xx xxxx 2000-ci ildə Ağdam rayonunun Yüzbaşlı kəndində doğulmuşdur, Ağdam rayonunun Yüzbaşlı kəndində qeydiyyatdadır. - AD ******* nömrəli Şəxsi vəsiqənin surətindən görünür ki, xx xxxx 2000-ci ildə Ağdam rayonunda doğulmuşdur, Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. - N nömrəli hərbi hissə komandirinin N iyul N4-cü il tarixli 236 nömrəli əmri ilə N iyul N4-cü il tarixdən 25 avqust N4-cü il tarixədək 30 (otuz) gün müddətinə ezmiyyətə getmiş hesab edilmişdir. - N nömrəli hərbi hissə komandirinin N iyul N4-cü il tarixli 213 nömrəli əmri ilə N4-cü ilin iyul çağırışçıları ilə ümumqoşun hazırlığın keçirilməsi məqsədilə N iyul N4-cü il tarixdən 25 avqust N4-cü il tarixədək ezamiyyətə gəlmiş hesab olunmuşdur. Məhkəmə, inzibati xəta haqqında işlə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin) izahatlarını, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlaravə onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi vardır. Onun törətmiş olduğu inzibati xəta əməli düzgün olaraq İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polis işçisinin qanuni tələbinə qəsdən tabe olmaması faktını müəyyən etmişdir. İXM-nin 535.1-ci maddəsinin sanksiyasında iki yüz manat məbləğində cərimə və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tədbiri tətbiq edərkən onun etdiyi əməldən səmimi peşman olmasını, ixtisaslı hərbiçi olmaqla top komandiri olmasını İXM-nin 32-ci maddəsinə əsasən inzibati məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, onun İXM-nin 33.1-ci maddəsində sadalanan inzibati məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbehdən azad edilməsi üçün əsaslar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əmələ görə inzibati tənbeh olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh təyin edərkən, törətmiş olduğu inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən inzibati məsuliyyətini yüngülləşdirən halların olmasını və inzibati məsuliyyətini ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş inzibati tənbehin şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini də nəzərə alıb, ona İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbeh növünün təyin olunmasını məqsədəuyğun və inzibati tənbehin məqsədlərinə, yəni inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa yetərli hesab edir. Qərarın icrası: - cərimənin ödənilməsinə münasibətdə Ağdam rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, 128, 129, 130, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğdə cərimə olunsun.
2. Qərarın icrası: - cərimənin ödənilməsinə münasibətdə Ağdam rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun.
3. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan (10) on gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər.
4. Qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qərar şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir.
Sədrlik edən: İlqar Quliyev.