Məhkəmə qərarları › İş №3-1(098)-263/2024

Tərtər Hərbi Məhkəməsi Qərar — İş №3-1(098)-263/2024

03.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3-1(098)-263/2024 03.09.2024 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Tərtər Hərbi Məhkəməsinin sədri X1 oğlunun sədrliyi, Məsləhətçi Quliyeva Gülmira Şəmsəddin qızının məhkəmə iclas katibliyi ilə 21 avqust 1991-ci ildə Biləsuvar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, Biləsuvar şəhəri S.Rufullayev küçəsi ev 3 ünvanında qeydiyyatda olan, xx.xx.N21-ci il tarixdən Dövlət Sərhəd Xidmətində xidmətə başlamış, N nömrəli hərbi hissədə yaşayan, N nömrəli hərbi hissənin 2-ci çevik hərəkət taborunun mexanikləşdirilmiş bölüyünün 3-cü tağımının 2-ci manqasının komandiri, kiçik gizir Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 613.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Tərtər Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: N nömrəli hərbi hissənin 2-ci çevik hərəkət taborunun mexanikləşdirilmiş bölüyünün 3-cü tağımının 2-ci manqasının komandiri, kiçik gizir Şəxs xidmətdə olarkən, 25 iyul N24cü il tarixdə saat 08:00-da məzuniyyət müddətinin bitməsi ilə əlaqədar xidmət yerinə gəlməli olduğu halda atasının ürək əməliyyatəndan sonra atasınınmüalicəsi ilə bağlı yaranmış maddi borclarının olması səbəbindən və həmin borcları qaytarmaq məqsədilə məzuniyyət dövründə fəhlə kimi işlədiyi üçün gəlməmiş, maddi borclarını qaytardıqdan sonra 29 iyul N24-cü il tarixdə saat 12:00-da xidmət yerinə könüllü olaraq qayıtmaqla üzrlü səbəblər olmadan 4 (dörd) gün 4 (dörd) saat müddətində, yəni üç gündən artıq, lakin on gündən çox olmayaraq xidmət yerinə gəlməmişdir. Həmin hərəkəti ilə Şəxs İXM-nin 613.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. İXM-nin 61.3-cü maddəsinə əsasən İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə baxılmasının yeri və müddəti vaxtında bildirilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Odur ki, məhkəmə Şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tədqiq olunmuş izahatında bildirilmişdir ki, N nömrəli hərbi hissənin 2-ci çevik hərəkət taborunun mexanikləşdirilmiş bölüyünün 3-cü tağımının 2-ci manqasının komandiri vəzifəsində, kiçik gizir hərbi rütbəsində xidmət edir, 10 iyul N24-cü il tarixdə növbəti məzuniyyətə göndərilmiş, 25 iyul N24-cü il tarixdə məzuniyyətdən gəlməli olduğu halda gəlməmişdir. Belə ki, məzuniyyətdə olarkən, atasının səhhətində problemlər olduğu görmüşdür. Həkim müayinəsindən sonra atası çoxlu sayda müalicə məqsədi ilə dərman istifadə etməli olmuşdur. Həkim müayinəsi və müalicəsi ilə birlikdə yaxın dost-tanışdan 3000 (üç min manat) pul borc götürmüş, əvvəlki vaxtlar da olan 3000 (üç min) manat borc ilə birlikdə artıq 6000 (altı min) manat pul borcu yaranmışdır. Atası N22-ci ildə açıq ürək əməliyyatı olunmuş, atasının müalicə olunması davam edərkən, borcları qaytarmaq qərarına gələrək bu məqsədlə əvvəllər işlədiyi yerdəki dostuna zəng edərək onun üçün günlük işlər tapmasını xahiş etmiş və Neftçilər bazarında gündəlik gələn müxtəlif növ məhsulların boşaldılması, satış məntəqələri ilə razılaşmaya əsasən onlara çatdırılması ilə məşğul olmuş, ümumilikdə, məzuniyyət günləri də daxil olmaqla 4000 (dörd min) manata yaxın pul qazanaraq borclarının bir hissəsini qaytarmışdır. Tabor və bölük komandiri məzuniyyətdən xidmət yerinə qayıtmağı barədə ona zəng edib danışanda onlara bu barədə məlumat vermiş, 29 iyul N24-cü il tarixdə saat 12:00 radələrində xidmət yeri olan hərbi hissə qayıdıb bu barədə hərbi hissə komandirinin şəxsi heyət üzrə müavininə məruzə etmişdir. İnzibati xəta haqqında işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş aşağıda sadalanan sənədlərlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xəta əməli bir daha sübut olunmuş və onun şəxsiyyətini səciyyələndirən xüsusiyyətlər müəyyən edilmişdir. N nömrəli hərbi hissənin 2-ci çevik hərəkət taborunun komandiri vəzifəsini müvəqqəti icra edən kapitan Anar İsmayılovun 25 iyul N24-cü il tarixli raportundan görünür ki, Şəxs 25 iyul N24-cü il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmamışdır. N nömrəli hərbi hissənin 2-ci çevik hərəkət taborunun komandiri vəzifəsini icra edən baş leytenant Məmmədəli İbrahimovun 29 iyul N24-cü il tarixli raportundan görünür ki, Şəxs 29 iyul N24-cü il tarixdə saat 12:00-da xidmət yerinə qayıtmışdır. Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs 25 iyul N24cü il tarixdə məzuniyyətdən qayıtmalı olduğu halda 29 iyul N24-cü il tarixdə qayıtmışdır. Bundan başqa, Şəxs hərbi hissəni özbaşına tərk etməsi, məzuniyyətdən, ezamiyyətdən və hospitaldan gecikməsi olmamışdır. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 6 avqust N24-cü il tarixli qərarı ilə kiçik gizir Şəxs xidmət yerinə gəlməməsi faktında cinayət hadisəsi olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Şəxs: - AZE ******** nömrəli Azərbaycan Respublikası şəxsi vəsiqəsinin surətindən görünür ki, 21 avqust 1991-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. - DSX ******* nömrəli vəsiqənin surətindən görünür ki, 21 avqust 1991-ci ildə Biləsuvar şəhərində doğulmuşdur, 17 dekabr N22-ci il tarixdən həqiqi hərbi xidmətdədir. - N nömrəli hərbi hissə komandirinin N aprel N21-ci il tarixli 0102 nömrəli əmriindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissənin bazasında N (bir) ay müddətinə «Qrup komandirlərinin hazırlığı kursunu bitirib Dövlət Sərhəd Xidməti rəisinin sərəncamında olan kiçik çavuş Şəxs 29 mart N21-ci il tarixdən 3-cü çevik hərəkət taborunun 7-ci çevik hərəkət bölüyünün 2-ci tağımının 2-ci manqasının tuşlayıcı-operatoru vəzifəsinə təyin edilməklə N aprel N21-ci il tarixdən ərzaq təminatından çıxarılmış hesab edilmişdir. - N nömrəli hərbi hissə komandirinin N may N23-cü il tarixli 0133 nömrəli əmrindən çıxarışdan görünür ki, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 78-ci maddəsinin «b» bəndinə (bərabər vəzifələrə-xidməti zərurət olduqda, xidmət müddəti müəyyən edilmiş yerlərdə planlı əvəzetmə aparılarkən, eləcə də hərbi qulluqçulardan daha məqsədə uyğun şəkildə istifadə etmək üçün) müvafiq olaraq 2-ci çevik hərəkət taborunun təminat tağımının təsərrüfat manqasının komandiri vəzifəsindən azad olunaraq, 2-ci çevik hərəkət taborunun mexanikləşdirilmiş bölüyünün (Kobra, ZTR üzərində) 3-cü tağımının 2-ci manqasının komandiri vəzifəsinə təyin edilmişdir. - N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədə müsbət xəsiyyətləndirilir. - N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti vərəqədən çıxarışdan görünür ki, xidmət müddəti ərzində iki dəfə ərzində həvəsləndirilmiş, intizam qaydasında cəzalandırılmamışdır. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 48-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə, inzibati xəta haqqında işlə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və inzibati materiallarda olan digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi vardır. Onun törətmiş olduğu inzibati xəta əməli düzgün olaraq İXM-nin 613.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs gizir olmaqla üzrlü səbəblər olmadan 4 (dörd) gün 4 (dörd) saat müddətində, yəni üç gündən artıq, lakin on gündən çox olmayaraq xidmət yerinə gəlməmə faktını müəyyən etmişdir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tədbirinin tətbiq edilməsinin zəruriliyini müzakirə edərək, onun xx.xx.N21-ci il tarixdən hal-hazıradək hərbi xidmətdə olmasını, ilk dəfə inzibati məsuliyytə cəlb edilməsini, könüllü olaraq xidmət yerinə qayıtmasını, ailə vəziyyəti ilə bağlı bu əməmli tşrətməsini İXM-nin 32-ci maddəsinə əsasən inzibati məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır, İXM-nin 33.1-ci maddəsində sadalanan onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda sadalanan məsuliyyətini yüngülləşdirici hallara əsasən inzibati tənbehdən azad edilməsi üçün aşağıda qeyd edilənlərə istinadən əsaslar vardır. İXM-nin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. İXM-nin 16.4-cü maddəsinə əsasən İnzibati tənbeh tətbiq etmə hüququ olan səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. İXM-nin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən halları və bu əməli atasının müalicəsi səbəbindən olduğunu bildirməsini, bununla da bu hal ilə bağlı onun inzibati məsuliyyətdən azad olunub-olunmaması barədə əsaslar olmaması ətraflı ilkin inzibati orqan tərəfəindən araşdırılmamasını təqsirsizlik prezumpsiyasına uyğun olaraq onun üzrlü səbəbdən xidmət yerinə gəlməməsi kimi qiymətləndirilməsinə əsaslar ola bilməsini nəzərə alıb ona İXM-nin 613.2-ci maddəsinə əsasən inzibati tənbeh tədbiri tətbiq edilmədən, törətdiyi əmələ görə onun intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xəta haqqında iş üzrə materialın onun xidmət etdiyi N nömrəli hərbi hissənin komandanlığına göndərilməklə hərbi hissə komandanlığı tərəfindən intizam qaydasında cəzalandırılması məqsədəuyğundur və inzibati tənbehin məqsədlərinə, yəni inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa yetərli hesab edir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 613.2-ci maddəsi ilə təqsirləndirildiyi inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, törətdiyi əmələ görə N nömrəli hərbi hissənin komandanlığı tərəfindən intizam məsuliyyətinə cəlb edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, İXM-nin 16.3, 16.4, 40.0.1, 43, 48-51, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Şəxs Azərbaycan Respublikası İXM-nin 613.2-ci maddəsi ilə təqsirləndirildiyi inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası İXM-nin 114.2.2-ci maddəsinə əsasən inzibati məsuliyyətindən azad edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.

2. Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat materialları Azərbaycan Respublikası İXM-nin 16.4-cü maddəsinə əsasən onun intizam məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsi üçün xidmət etdiyi N nömrəli hərbi hissəsinin komandanlığına göndərilsin.

3. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şəki Apelyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər.

4. Qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qərar şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir.

Sədrlik edən: İlqar Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar