Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3-1(098)-264/2024 03.09.2024 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Tərtər Hərbi Məhkəməsinin sədri X2 oğlunun sədrliyi, Məsləhətçi Quliyeva Gülmira Şəmsəddin qızının məhkəmə iclas katibliyi ilə xx xxxxxx 1999-cu ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali-tibb təhsilli, əvvəllər məhkum olunmayan, Lənkəran şəhərində qeydiyyatda olan, xx.xx.N3-cü il tarixdən Silahlı Qüvvələrdə xidmətə başlamış, N nömrəli hərbi hissədə yaşayan, N nömrəli hərbi hissənin tibb məntəqəsinin həkimi, tibb xidməti leytenantı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 613.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Tərtər Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Tərtər rayonunun Sarov kəndi ərazisində yerləşən N nömrəli hərbi hissənin tibb məntəqəsinin həkimi, tibb xidməti leytenantı Şəxs xidmətdə olarkən, N iyul N4-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda N iyul N4-cü il tarixdə saat 14:00-da xidmət yerinə könüllü olaraq qayıtmaqla üzrlü səbəblər olmadan 8 (səkkiz) gün 6 (altı) saat müddətində, yəni üç gündən artıq, lakin on gündən çox olmayaraq xidmət yerinə gəlməmiş, bundan başqa, həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən, N iyul N4-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda N iyul N4-cü il tarixdə saat 14:30-da xidmət yerinə könüllü olaraq qayıtmaqla üzrlü səbəblər olmadan 8 (səkkiz) gün 6 (saat) 30 dəqiqə müddətində yəni üç gündən artıq, lakin on gündən çox olmayaraq xidmət yerinə gəlməmişdir. Həmin hərəkəti ilə Şəxs İXM-nin 613.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. İXM-nin 61.3-cü maddəsinə əsasən İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə baxılmasının yeri və müddəti vaxtında bildirilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Odur ki, məhkəmə Şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tədqiq olunmuş izahatında bildirilmişdir ki, N nömrəli hərbi hissənin tibb məntəqəsinin həkimi vəzifəsində, tibb xidməti leytenantı hərbi rütbəsində xidmət edir, N iyul N4-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda şəxsi problemləri səbəbindən gəlməmiş, N iyul N4-cü il tarixdə saat 14:00-da xidmət yerinə könüllü olaraq qayıtmış, bundan başqa, yenə də N iyul N4-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda şəxsi problemləri səbəbindən gəlməmiş, N iyul N4-cü il tarixdə saat 14:30-da xidmət yerinə könüllü olaraq qayıtmışdır. Məhkəmə iclasında Şahid tədqiq olunmuş izahatında bildirilmişdir ki, N nömrəli hərbi hissənin tibb məntəqəsinin rəisi vəzifəsində, tibb xidməti baş leytenantı hərbi rütbəsində xidmət edir, Şəxs N iyul N4-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlməmişdir. Şəxs ilə əlaqə saxlama çalışmış, lakin əlaqə saxlamaq mümkün olmamışdır. İnzibati xəta haqqında işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş aşağıda sadalanan sənədlərlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xəta əməli bir daha sübut olunmuş və onun şəxsiyyətini səciyyələndirən xüsusiyyətlər müəyyən edilmişdir. N nömrəli hərbi hissə komandirinin N iyul N4-cü il tarixli 206 nömrəli əmri ilə Şəxs N iyul N4-cü il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəlmədiyi üçün xidmət yerini özbaşına tərk etmiş hesab edilərək, bütün növ təminatları dayandırılmışdır. N nömrəli hərbi hissə komandirinin N iyul N4-cü il tarixli 214 nömrəli əmri ilə N iyul N4-cü il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəlməyən Şəxs N iyul N4-cü il tarixdə saat 14:00 radələrində xidmət yerinə gəldiyi üçün hərbi hissəni özbaşına tərk edənlərin siyahısından çıxarılaraq bütün növ təminatlara qoyulmuşdur. N nömrəli hərbi hissə komandirinin N iyul N4-cü il tarixli 216 nömrəli əmri ilə Şəxs N iyul N4-cü il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəlmədiyi üçün xidmət yerini özbaşına tərk etmiş hesab edilərək, bütün növ təminatları dayandırılmışdır. N nömrəli hərbi hissə komandirinin N iyul N4-cü il tarixli 224 nömrəli əmri ilə N iyul N4-cü il tarixdə saat 08:00 radələrində xidmət xidmət yerinə gəlməyən Şəxs N iyul N4-cü il tarixdə saat 14:30 radələrində xidmət yerinə gəldiyi üçün hərbi hissnəi özbaşına tərk edənlərin siyahısından çıxarılaraq bütün növ təminatlara qoyulmuşdur. Şəxs: - X1 Sistemindən edilmiş çıxarışdan görünür ki, xx xxxxxx 1999-cu ildə doğulmuşdur. - MN ******* nömrəli Şəxsi vəsiqənin surətindən görünür ki, xx xxxxxx 1999-cu ildə Lənkəran şəhərində doğulmuşdur, Azərbaycan Respublikası Silahlı qüvvələrində həqiqi hərbi xidmətdədir. - N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədə mənfi xəsiyyətləndirilir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 48-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə, inzibati xəta haqqında işlə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və inzibati materiallarda olan digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi vardır. Onun törətmiş olduğu inzibati xəta əməli düzgün olaraq İXM-nin 613.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zabit olmaqla üzrlü səbəblər olmadan 8 (səkkiz) gün 6 (altı) saat müddətində, həmçinin üzrlü səbəblər olmadan 8 (səkkiz) gün 6 (altı) saat 30 (otuz) dəqiqə müddətində, yəni üç gündən artıq, lakin on gündən çox olmayaraq xidmət yerinə gəlməmə faktlarını müəyyən etmişdir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tədbirinin tətbiq edilməsinin zəruriliyini müzakirə edərək, onun xx.xx.N3-cü il tarixdən hal-hazıradək hərbi xidmətdə həkim kimi qulluq etməsini, ilk dəfə inzibati məsuliyytə cəlb edilməsini, könüllü olaraq xidmət yerinə qayıtmasını, gənc olmasını İXMnin 32-ci maddəsinə əsasən inzibati məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır, İXM-nin 33.1-ci maddəsində sadalanan onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda sadalanan məsuliyyətini yüngülləşdirici hallara əsasən inzibati tənbehdən azad edilməsi üçün aşağıda qeyd edilənlərə istinadən əsaslar vardır. İXM-nin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. İXM-nin 16.4-cü maddəsinə əsasən İnzibati tənbeh tətbiq etmə hüququ olan səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. İXM-nin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən halları və bu əməli şəxsi problemləri səbəbindən olduğunu bildirməsini, lakin bu halları ilkin inzibati araşdırma zamanı aydınlaşdırmadığını, həmcinin komandanlıq tərəfindən ona həmin ərəfədə növbəti və digər məzuniyyətlərin verilib-verilməməsi faktları ilkin inzibati araşdırma zamanı aydınlaşdırmadığından bununla da bu hal ilə bağlı onun inzibati məsuliyyətdən azad olunub-olunmaması barədə əsaslar olmaması ətraflı araşdırılmamasını təqsirsizlik prezumpsiyasına uyğun olaraq onun üzrlü səbəbdən xidmət yerinə gəlməməsi kimi qiymətləndirilməsinə əsaslar ola bilməsini nəzərə alıb ona İXM-nin 613.2-ci maddəsinə əsasən inzibati tənbeh tədbiri tətbiq edilmədən, törətdiyi əmələ görə onun intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xəta haqqında iş üzrə materialın onun xidmət etdiyi N nömrəli hərbi hissənin komandanlığına göndərilməklə hərbi hissə komandanlığı tərəfindən intizam qaydasında cəzalandırılması məqsədəuyğundur və inzibati tənbehin məqsədlərinə, yəni inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa yetərli hesab edir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 613.2-ci maddəsi ilə təqsirləndirildiyi inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, törətdiyi əmələ görə N nömrəli hərbi hissənin komandanlığı tərəfindən intizam məsuliyyətinə cəlb edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, İXM-nin 16.3, 16.4, 40.0.1, 43, 48-51, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Şəxs Azərbaycan Respublikası İXM-nin 613.2-ci maddəsi ilə təqsirləndirildiyi inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası İXM-nin 114.2.2-ci maddəsinə əsasən inzibati məsuliyyətindən azad edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.
2. Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat materialları Azərbaycan Respublikası İXM-nin 16.4-cü maddəsinə əsasən onun intizam məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsi üçün xidmət etdiyi N nömrəli hərbi hissəsinin komandanlığına göndərilsin.
3. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan (10) on gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər.
4. Qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qərar şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir.
Sədrlik edən: İlqar Quliyev.