Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3-1(098)-273/2025 22.10.2025 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Hakim Şəfiyeva Könül Səməd qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Mudafiə Nazirliyinin 9-cu təhqiqat bölməsinin təhqiqatçısı X4, Tərtər hərbi prokurorunun böyük köməkçisi X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə xx xxx 2006-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, xx.xx.2024-cü il tarixdə SHXÇÜDX-nin Sabunçu rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissənin 3-cü divizionun 9-cu batareyasının 1-ci tağımının 1-ci topunun heyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Mudafiə Nazirliyinin 9-cu təhqiqat bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Mudafiə Nazirliyinin 9-cu təhqiqat bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 22 oktyabr 2025-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək ona əlavə olunmuş materiallar məhkəməyə verilmişdir. İnzibati xəta haqqında protokola əsasən N nömrəli hərbi hissənin əsgəri Şəxs N avqust 2025-ci il tarixdə Goran-1 hərbi şəhərciyində yerləşən N nömrəli hərbi hissədə aralarında yaranmış mübahisə zamanı onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs 2 (iki) yumuruq zərbəsi vurmaqla zor tətbiq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək izahatında bildirmişdir ki, 26 sentyabr 2024-cü il tarixdən N nömrəli hərbi hissənin 3-cü divizionunun 9-cu batareyasının 1-ci tağımının 1-ci topunun heyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edir, xidmət müddətində bütün növ təminatlarla təmin olunmuşdur. Goran qəsəbəsində dislokasiya olunan N nömrəli hərbi hissədə xidmətdə olarkən, N avqust 2025-ci il tarixdə səhər yerbəyeri zamanı hərbi hissə komandiri şəxsi heyəti hərbi hissənin arxa tərəfində yerləşən atış şəhərciyinə işə ayırmışdır. Ayrılmış şəxsi heyətlə atış şəhərciyinə gedərək yerdə olan daşları yığmağa başlamışlar. İş zamanı əsgər Zərərçəkmiş şəxs ona yerdə iki qab qaldığını dedikdə, o, cavab olaraq Zərərçəkmiş şəxs “yerdə iki qabdan artıq daş qalsa səni peysər çıxardacağam” demişdir. Zərərçəkmiş şəxs ona əhəmiyyət vermədən işinə davam etmişdir. Əsgər Zərərçəkmiş şəxs daşları yerdə qoyacağını düşündüyü üçün “daşları ora-bura atanın ana-bacısının” ünvanına nalayiq ifadələr işlətmişdir. Əsgər Zərərçəkmiş şəxs yenə də ona əhəmiyyət vermədən yığdığı daşları boşaltmaq üçün təyin olunmuş yerə getmişdir. O, Zərərçəkmiş şəxs yerdə daş qoyduğunu görmüş, bu səbəbdən də “yerdə daş qoyanın bacısını” deyərək nalayiq ifadə işlətmişdir. Verilmiş tapşırığı yerinə yetirdikdən sonra üzərlərində cavabdeh təyin olunmuş şəxs onlara yataqxanaya qayıtmalarını tapşırmışdır. Onlar sıra şəklində yataqxananın qarşısına gəldikdən sonra uzunboğaz çəkmələrini təmizləməyə başlamışlar. O, uzunboğaz çəkməsini təmizləyən zaman əsgər Zərərçəkmiş şəxs onun yanına gələrək “mənim arxamca artıq-əksik nə demisən” deyə soruşduqda ilkin olaraq Zərərçəkmiş şəxs arxasında heç nə demədiyini bildirmişdir. Bundan sonra, əsgər Zərərçəkmiş şəxs məsələni aydınlaşdırmaq üçün ondan yataqxananın yan tərəfinə gəlməyini istəmiş, onlar birlikdə yataqxananın yan tərfinə getmişlər. Orada əsgər Zərərçəkmiş şəxs “onun arxasınca danışanın anasını” deyəndə o, özündən asılı olmadan əsgər Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir yumuruq zərbəsi vurub arxaya çəkilmişdir. Həmin vaxt əsgər Zərərçəkmiş şəxs də ona bir təpik zərbəsi atsa da, təpik zərbəsi ona dəyməmişdir. Bundan sonra, o, yenə də əsgər Zərərçəkmiş şəxs tərəf gedib sifət nahiyəsinə ikinci yumruq zərbəsini vurmuşdur. O, hadisədən sonra Nicat Məmmədovdan üzr istəmiş və onlar barışmışlar. X5 qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən inzibati tənbeh verilərkən əməlini səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasının nəzərə alınmasını və ona yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, 30 sentyabr 2024-cü il tarixdən N nömrəli hərbi hissənin 3-cü divizionunun 8-ci batareyasının 2-ci tağımının 5-ci topunun heyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edir, xidmət müddətində bütün növ təminatlarla təmin olunmuşdur. Goran qəsəbəsində dislokasiya olunan N nömrəli hərbi hissədə xidmətdə olarkən, N avqust 2025-ci il tarixdə səhər yerbəyeri zamanı hərbi hissə okmandiri şəxsi heyəti hərbi hissnəin arxa tərəfində yerləşən atış şəhərciyinə işə ayırmışdır. Ayrılmış şəxsi heyətlə atış şəhərciyinə gedərək yerdə olan daşları yığmağa başlamışlar. İş zamanı o, əsgər Şəxs yerdə iki qab daş qaldığını dedikdə, əsgər Şəxs cavab olaraq ona “yerdə iki qabdan artıq daş qalsa səni peysər çıxardacağam” demişdir. O, Şəxs əhəmiyyət vermədən işinə davam etmişdir. Əsgər Şəxs yenidən “daşları ora-bura atanın anasının bacısının” ünvanına nalayiq ifadələr işlətməyə başlamış, həmin vaxt o, yenə də əsgər Şəxs əhəmiyyət vermədən yığdığı daşları boşaltmaq üçün təyin olunmuş yerə gedərək qaba yığdığı daşları təyin olunmuş yerə boşaldıb qayıtdıqda əsgər Şahid ona əsgər Şəxs onun ünvanına nalayiq ifadələr işlətdiyini bildirmişdir. Həmin vaxt üzərlərində cavabdeh təyin olunmuş şəxs onlara yataqxanaya qayıtmalarını tapşırmış və onlar sıra şəklində yataqxananın qarşısına gəldikdən sonra uzunboğaz çəkmələrini təmizləməyə başlamışlar. O, uzunboğaz çəkməsini təmizləyən zaman əsgər Şəxs onun arxasınca artıq-əksik nə dediyini soruşduqda, Şəxs onun arxasınca heç nə demədiyini bildirmişdir. Bundan sonra, o, məsələni aydınlaşdırmaq üçün Şəxs qolundan tutaraq yataqxananın yan tərəfinə aparıb Şəxs “mənim arxamca danışanın anasını” deyəndə əsgər Şəxs onun sifət nahiyəsinə bir yumuruq zərbəsi vurub arxaya çəkilmiş, əsgər Şəxs onu vurduğu üçün o da bir təpik zərbəsi atmış, lakin atdığı təpik Şəxs dəyməmişdir. Bundan sonra, əsgər Şəxs yenidən onun üzərinə gələrək sifət nahiyəsinə ikinci yumuruq zərbəsini vurmuş, onların mübahisə etdiklərini görən əsgər X9 aralarına girərək onları sakitləşdirmişdir. Hadisədən sonra Şəxs ondan üzr istəmiş və onlar barışmışlar. Hazırda onun Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında dindirilmiş inzibati xəta haqqında protokol tərtib etmiş Müdafiə Nazirliyinin 9-cu təhqiqat bölməsinin baş təhqiqatçısı izahatında bildirmişdir ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu əsgər Şəxs N avqust 2025-ci il tarixdə Goran-1 hərbi şəhərciyində N nömrəli hərbi hissədə aralarında yaranmış mübahisə zamanı onunla tabelik münasibətlərində olmayan həmin hərbi hissənin hərbi qulluqçusu əsgər Zərərçəkmiş şəxs 2 (iki) yumuruq zərbəsi vurmaqla zor tətbiq etmişdir. Ona görə də, əsgər Şəxs N avqust 2025-ci il tarixdə onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı 2 yumuruq vurmaqla zor tətbiq etməsi faktı ilə bağlı barəsində 22 oktyabr 2025-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, hərbi hissədə gələcəkdə belə hallara yol verilməsinin qarşısının alınması üçün Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Tərtər hərbi prokurorunun böyük köməkçisi X6 izahatında bildirmişdir ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu əsgər Şəxs N avqust 2025-ci il tarixdə Goran-1 hərbi şəhərciyində N nömrəli hərbi hissədə aralarında yaranmış mübahisə zamanı onunla tabelik münasibətlərində olmayan həmin hərbi hissənin hərbi qulluqçusu əsgər Zərərçəkmiş şəxs 2 yumuruq zərbəsi vurmaqla zor tətbiq etmişdir. Ona görə də, əsgər Şəxs barəsində 22 oktyabr 2025-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, gələcəkdə bu kimi halların baş verməməsi üçün Şəxs İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. İşə əlavə edilmiş İnzibati xəta haqqında 22 oktyabr 2025-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu əsgər Şəxs N avqust 2025-ci il tarixdə Goran-1 hərbi şəhərciyində yerləşən N nömrəli hərbi hissədə aralarında yaranmış mübahisə zamanı onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs 2 (iki) yumuruq zərbəsi vurmaqla zor tətbiq etmişdir. İşə əlavə edilmiş N nömrəli hərbi hissənin tibb məntəqəsinin növbətçi feldşerinin 25 avqust 2025-ci il tarixli raportundan görünür ki, 25 avqust 2025-ci il tarixdə saat 02:00 radələrində 3-cü divizionun 8-ci batareyasının hərbi qulluqçusu əsgər Zərərçəkmiş şəxs «Sol gözaltı nahiyənin qançırı, ağız boşluğunun yanaq səthinin çapılmış yarası, 2.4-cü dişinin travmatik hissəvi qopması» diaqnozu ilə hərbi hissənin tibb məntəqəsinə müraciət etmişdir. Bununla əlaqədar olaraq hadisənin baş vermə səbəbi və şəraitinin araşdırılması ilə bağlı göstəriş verilməsi xahiş olunmuşdur. İşə əlavə edilmiş Zədələnmələrin (yaralanmaların) qeydiyyatı kitabından edilmiş çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs deməsinə görə N avqust 2025-ci il tarixdə saat 12:00 radələrində əsgər Şəxs ilə qarşılıqlı münasibətin pozulması nəticəsində xəsarət almış və ona almış olduğu xəsarətlə əlaqədar «Sol gözaltı nahiyənin qançırı, ağız boşluğunun yanaq səthinin çapılmış yarası, 2.4-cü dişinin travmatik hissəvi qopması» diaqnozu təyin olunmuşdur. İşə əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xasiyyətnamə ilə Şəxs xidmət yeri üzrə mənfi cəhətdən xarakterizə olunmuşdur. İşə əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən Tərtər Hərbi Prokurorluğuna ünvanlanmış şikayət ərizəsindən görünür ki, N avqust 2025-ci il tarixdə təxminən saat 12 radələrində 3-cü divizionun 9-cu batareyasının əsgəri X7 ana-bacı söyüşü söyərək onu təhqir etmiş, bunun səbəblərini aydınlaşdırmaq məqsədi ilə onu divizionun arxasına dəvət etdikdə onun sifət nahiyəsinə yumuruq zərbələri vurmuşdur. Həmin faktla cinayət işi başlamaqla onu döymüş Şəxs barəsində qanunamüvafiq tədbirlər görülməsini xahiş etmişdir. İşə əlavə edilmiş SX ******* nömrəli hərbi biletin təsdiqlənmiş surətindən görünür ki, Şəxs 08 iyul 2024-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. İşə əlavə edilmiş SX ******* nömrəli hərbi biletin surətindən görünür ki, Zərərçəkmiş şəxs 05 iyul 2024-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon idarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. İşə əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti vərəqədən görünür ki, əsgər Şəxs xidmət müddəti ərzində həvəsləndirilməmiş, lakin 10 (on) dəfə intizam qaydasında cəzalandırılmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə nazirliyi Məhkəmə tibbi Ekspertiza və X1 Gəncə Regional Məhkəmə Tibbi Ekspertiza bölməsi tərəfindən verilmiş 30 sentyabr 2025-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-17-ci diş tacının hissəvi sınığı ilə müşayiət olunan ağız boşluğunun selikli səthinin məhdud ölçülü əzilmiş-cırılmış yarası, sol gözaltı nahiyənin dərialtı qançırı-bərk küt əşyanın (əşyaların) yerli zərbəvi təsirindən törənməyə xarakterikdirlər, məhkəmə-tibbi müayinəsi zamanı şəxsin özünün göstərdiyi müddətdə və şəraitdə əmələ gəlmələri istisna olunmur, ümumilikdə sağlamlığın pozulmasına səbəb olmadıqları üçün dərəcələri təyin edilmir. İşə əlavə edilmiş N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bömə rəisinin köməkçisi tərəfindən verilmiş arayışdan görünür ki, hərbi hissnəin 3-cü divizionunun 9-cu batareyasının 1-ci tağımının 1-ci topunda heyət nəfəri vəzifəsində əsgər hərbi rütbəsində xidmət edən Şəxs ilə 3-cü divizionun 8-ci batareyasının 2-ci tağımının 5-ci topunda heyət nəfəri vəzifəsində əsgər hərbi rütbəsində xidmət edən Zərərçəkmiş şəxs arasında N avqust 2025-ci il tarixdə Daxili Xidmət Nizamnaməsinin tələblərinə əsasən tabelik münasibətləri olmamışdır. Məhkəmə, inzibati xəta haqqında işlə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, əsgər Şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs zor tətbiq etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafı, zərərçəkmiş şəxsin izahatı və işdə olan digər materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibatı xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin verdikləri izahatlarını dinləyib, sənədləri tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübutlarla tam təsdiq olunur. Onun əməlində İXM-nin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olduğundan o, həmin maddə ilə təqsirli bilinib tənbeh edilməldir. Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi İXM-nin 612.1-ci maddəsi ilə inzibati məsuliyyəti səbəb olur və həmin maddənin sanksiyasında on gündən bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, onun gənc olmasını, əməlini səmimi etiraf etməsini, hadisədən sonra zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir və nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh təyin edərkən, törətmiş olduğu inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən inzibati məsuliyyətini yüngülləşdirən halların olmasını və inzibati məsuliyyətini ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş inzibati tənbehin şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini də nəzərə alıb, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasının aşağı həddində inzibati həbs inzibati tənbeh növünün təyin olunmasını məqsədəuyğun və inzibati tənbehin məqsədlərinə, yəni inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa yetərli hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, 128, 129, 130, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. Şəxs həbs müddətində Gəncə şəhəri 3-cü Hərbi Polis Şöbəsinin hauptvaxtında saxlanılsın. Şəxs inzibati qaydada həbsdə saxlanılma müddətinin əvvəli onun hauptvaxta yerləşdirildiyi gündən hesablansın. Şəxs hauptvaxta yerləşdirilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şəki Apelyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Könül Şəfiyeva
Məhkəmə qərarları › İş №3-1(098)-273/2025
Tərtər Hərbi Məhkəməsi Qərar — İş №3-1(098)-273/2025
22.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver