Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3-1(098)-276/2025 24.10.2025 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Hakim Şəfiyeva Könül Səməd qızının sədrliyi, XN məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və N nömrəli hərbi hissənin nümayəndəsi həmin hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi X1 iştirakları ilə xx xxxxxx 1997-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmayan, ali-hərbi təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla N nömrəli hərbi hissənin yataqxanasında yaşayan, N nömrəli hərbi hissənin 6-cı divizionunun radiolokasiya kəşfiyyat batareyasının komandiri vəzifəsində, kapitan hərbi rütbəsində xidmət edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.N-ci maddəsi ilə inzibati xəta törətməsinə dair N nömrəli hərbi hissə komandanlığı tərəfindən tərtib edilmiş N4 oktyabr N0N5-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: N nömrəli hərbi hissənin zabiti kapitan Şəxs 6-cı divizionun radiolokasiya kəşfiyyat batareyasının komandiri vəzifəsində xidmətdə olarkən 11 avqust N0N5-ci il tarixdən N avqust N0N5-ci il tarixədək, N0 avqust N0N5-ci il tarixdən N6 avqust N0N5-ci il tarixədək və N8 avqust N0N5-ci il tarixdən 0N sentyabr N0N5-ci il tarixədək xidmət yerinə gəlməməsi faktları ilə bağlı barəsində Azərbaycan Respublikası İXM-in 613.N-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən xx.xx.N0N5-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, ona əlavə edilmiş materiallarla birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək izahatında bildirdi ki, o, N nömrəli hərbi hissənin 6-cı divizionunun radiolokasiya kəşfiyyat batareyasının komandiri vəzifəsində, kapitan hərbi rütbəsində xidmət edir. O, 11 avqust N0N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda ailə problemləri səbəbindən xidmət yerinə gəlməmiş, N avqust N0N5-ci il tarixdə səhər yerbəyerində xidmət yerinə qayıtmış, bundan başqa, N0 avqust N0N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda ailə problemləri səbəbindən xidmət yerinə gəlməmiş, N6 avqust N0N5-ci il tarixdə səhər yerbəyerində xidmət yerinə qayıtmış, bundan əlavə, N8 avqust N0N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda ailə problemləri səbəbindən xidmət yerinə gəlməmiş, 0N sentyabr N0N5-ci il tarixdə səhər yerbəyerində xidmət yerinə qayıtmışdır. O, ailə problemlərinin səbəbi kimi atasının əqli səhətdən xəstə olmasını və qonşularla yola getməməsini, atasının yalnız onun sözünə qulaq asdığını və qonşularla münasibətləri düzəltmək üçün xidmət yerinə gəlmədiyini, məzuniyyətdən istifadə etdiyinə görə məcburən xidmət yerinə gəlməməsini bildirmişdir. Hazırda atasının xəstəliyi və həkimə aparması ilə bağlı heç bir sənədi məhkəməyə təqdim edə bilmir. O, etdiyi əməllərdən səmimi peşmandır, hazırda hərbi xidmətini davam etdirir. Odur ki, ona inzibati tənbeh verilərkən bunların nəzərə alınmasını və onun barəsində qanun çərçivəsində müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş N nömrəli hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi X3 izahatında bildirmişdir ki, kapitan Şəxs 11 avqust N0N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda ailə problemləri səbəbindən xidmət yerinə gəlməmiş, N avqust N0N5-ci il tarixdə səhər yerbəyerində xidmət yerinə qayıtmış, bundan başqa, N0 avqust N0N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda ailə problemləri səbəbindən xidmət yerinə gəlməmiş, N6 avqust N0N5-ci il tarixdə səhər yerbəyerində xidmət yerinə qayıtmış, bundan əlavə, N8 avqust N0N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda ailə problemləri səbəbindən xidmət yerinə gəlməmiş, 0N sentyabr N0N5-ci il tarixdə səhər yerbəyerində xidmət yerinə qayıtmışdır. Kapitan Şəxs ailə problemi kimi atasının əqli səhətdən xəstə olmasını hal-hazırda Şəxs dedikdən sonra məlumatı olmuş, əvvəllər bununla bağlı ona heç bir söz deməmişdir. Şəxs əvvəllər məlumat vermiş olduğu halda o, Şəxs bununla bağlı hər hansı kömək edə bilərdi, lakin Şəxs bu barədə heç kimə müraciət etməmişdir. Ona görə də, Şəxs xidmət yerinə vaxtında gəlməməsi faktları ilə bağlı barəsində N4 oktyabr N0N5-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 613.N-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş Şahid izahatında bildirmişdir ki, o, N nömrəli hərbi hissənin 6-cı divizionunun hava kəşfiyyatı qrupunun komandiri vəzifəsində mayor hərbi rütbəsində xidmət edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərbi xidmətdə olduğu vaxt tanımışdır, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır və münasibəti xidməti olmuşdur. Şəxs 11 avqust N0N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda ailə problemləri səbəbindən xidmət yerinə gəlməmiş, N avqust N0N5-ci il tarixdə xidmət yerinə qayıtmış, bundan başqa, N0 avqust N0N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda ailə problemləri səbəbindən xidmət yerinə gəlməmiş, N6 avqust N0N5-ci il tarixdə xidmət yerinə qayıtmış, bundan əlavə N8 avqust N0N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda ailə problemləri səbəbindən xidmət yerinə gəlməmiş, 0N sentyabr N0N5-ci il tarixdə saat 14:30-da xidmət yerinə qayıtmışdır. İşə əlavə olunmuş N4 oktyabr N0N5-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, kapitan Şəxs 6-cı divizionun radiolokasiya kəşfiyyat batareyasının komandiri vəzifəsində xidmətdə olarkən 11 avqust N0N5-ci il tarixdən N avqust N0N5-ci il tarixədək, N0 avqust N0N5-ci il tarixdən N6 avqust N0N5-ci il tarixədək və N8 avqust N0N5-ci il tarixdən 0N sentyabr N0N5-ci il tarixədək xidmət yerinə gəlməmişdir. İşə əlavə olunmuş N nömrəli hərbi hissənin 6-cı divizion komandirinin N8 avqust N0N5-ci il tarixli raportundan görünür ki, kapitan Şəxs N8 avqust N0N5-ci il tarixdə saat 07:N0 radələrində xidmət yerinə gəlməmişdir. Bu barədə müvafiq tədbir görülməsi üçün sərəncam verilməsi xahiş olunmuşdur. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin N8 avqust N0N5-ci il tarixli N41 nömrəli əmrindən çıxarışdan görünür ki, kapitan Şəxs N8 avqust N0N5-ci il tarixdə saat 07:N0-də xidmət yerinə gəlmədiyi üçün xidmət yerini özbaşına tərk etmiş hesab edilərək bütün növ təminatları dayandırılmışdır. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin 0N sentyabr N0N5-ci il tarixli N46 nömrəli əmrindən çıxarışdan görünür ki, kapitan Şəxs 0N sentyabr N0N5-ci il tarixdə saat 14:30-da xidmət yerinə gəlmiş hesab edilərək bütün növ təminatlara qoyulmuşdur. İşə əlavə olunmuş N nömrəli hərbi hissənin 6-cı divizion komandirinin N0 avqust N0N5-ci il tarixli raportundan görünür ki, kapitan Şəxs N0 avqust N0N5-ci il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəlməmişdir. Bu barədə müvafiq tədbir görülməsi üçün sərəncam verilməsi xahiş edilmişdir. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin N0 avqust N0N5-ci il tarixli N33 nömrəli əmrindən çıxarışdan görünür ki, kapitan Şəxs N0 avqust N0N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlmədiyi üçün xidmət yerini özbaşına tərk etmiş hesab edilərək bütün növ təminatları dayandırılmışdır. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin N6 avqust N0N5-ci il tarixli N38 nömrəli əmrindən çıxarışdan görünür ki, kapitan Şəxs N6 avqust N0N5-ci il tarixdə saat 07:N0-də xidmət yerinə gəlmiş hesab edilərək bütün növ təminatlara qoyulmuşdur. İşə əlavə olunmuş N nömrəli hərbi hissənin 6-cı divizionunun komandirinin 11 avqust N0N5-ci il tarixli raportundan görünür ki, kapitan Şəxs 11 avqust N0N5-ci il tarixdə saat 08:00 radələrində xidmət yerinə çıxmamışdır. Bu barədə müvafiq tədbir görülməsi üçün sərəncam verilməsi xahiş olunmuşdur. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin N oktyabr N0N3-cü il tarixli 304 nömrəli əmrindən çıxarışdan görünür ki, baş leytenant Şəxs «hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 78-ci maddəsinin «a» bəndinə (yuxarı vəzifəyə) müvafiq olaraq 6-cı artilleriya kəşfiyyatı divizionunun radiolokasiya kəşfiyyatı batareyasının komandiri vəzifəsinə təyin edilmiş hesab edilmişdir. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamə ilə kapitan Şəxs xidmət yeri üzrə mənfi cəhətdən xarakterizə olunmuşdur. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin N avqust N019-cu il tarixli N39 nömrəli əmrindən çıxarışdan görünür ki, N019-cu ildə Rusiya Federasiyasının Ali Hərbi Təhsil müəssisələrini bitirmiş leytenant Şəxs Azərbaycan Respublikasının müdafiə nazirinin 11 iyul N019-cu il tarixli 0567 nömrəli əmri ilə hərbi xidmətini davam etdirmək üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən gəldiyinə görə, N avqust N019-cu il tarixdən şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlara qoyulmaqla 6-cı artilleriya kəşfiyyatı divizionunun radiolokasiya kəşfiyyatı batareyasının 4cü radiolokasiya kompleks rəisinin müavini vəzifəsinə təyin olunmuşdur. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin N avqust N0N5-ci il tarixli N31 nömrəli əmrindən çıxarışdan görünür ki, kapitan Şəxs N avqust N0N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlmiş hesab edilərək bütün növ təminatlara qoyulmuşdur. İşə əlavə olunmuş N nömrəli hərbi hissənin 6-cı divizion komandirinin 0N sentyabr N0N5-ci il tarixli raportundan görünür ki, kapitan Şəxs 0N sentyabr N0N5-ci il tarixdə saat 14:30 radələrində xidmət yerinə qayıtmışdır. İşə əlavə olunmuş N nömrəli hərbi hissənin 6-cı divizion komandirinin N6 avqust N0N5-ci il tarixli raportundan görünür ki, kapitan Şəxs N6 avqust N0N5-ci il tarixdə saat 07:N0 radələrində xidmət yerinə qayıtmışdır. İşə əlavə olunmuş N nömrəli hərbi hissənin 6-cı divizion komandirinin N avqust N0N5-ci il tarixli raportundan görünür ki, kapitan Şəxs N avqust N0N5-ci il tarixdə saat 07:30 radələrində xidmət yerinə qayıtmışdır. İşə əlavə olunmuş N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti vərəqədən görünür ki, kapitan Şəxs xidmət müddəti ərzində N dəfə həvəsləndirilmiş və 13 dəfə intizam qaydasında cəzalandırılmışdır. Məhkəmə, inzibati xəta haqqında işlə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, inzibati xəta haqqında protokolları və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs üzrlü səbəblər olmadan müxtəlif vaxtlarda olmaqla 3 dəfə 3 gündən artıq lakin N gündən çox olmayaraq hərbi hissəyə vaxtında gəlməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.N–ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmiş və onun əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətaları törətməkdə təqsirli olması özünün etirafı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 1N-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən N1-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə İXM-nin 613.N-ci maddəsi ilə inzibati məsuliyyətə səbəb olur və həmin maddənin sanksiyasında iyirmi günədək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.N-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, onun gənc olmasını, əməlinin səmimi etiraf etməsini, əməllərindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir və nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh təyin edərkən, törətmiş olduğu inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, eyni inzibati xətanı üç dəfə törətməsini, o cümlədən inzibati məsuliyyətini yüngülləşdirən halların olmasını və inzibati məsuliyyətini ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş inzibati tənbehin şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini də nəzərə alıb, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.N-ci maddəsinin sanksiyasının həddində inzibati həbs inzibati tənbeh növünün təyin olunmasını məqsədəuyğun və inzibati tənbehin məqsədlərinə, yəni inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa yetərli hesab edir. AR İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11N, 114, 115, 117, 1N8, 1N9, 130, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.N-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 7 (yeddi) gün müddətə inzibati qaydada həbs edilsin. Şəxs həbs müddətində Gəncə şəhəri 3-cü Hərbi Polis Şöbəsinin hauptvaxtında saxlanılsın. Şəxs inzibati qaydada həbsdə saxlanılma müddətinin əvvəli onun hauptvaxta yerləşdirildiyi gündən hesablansın. Şəxs hauptvaxta yerləşdirilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Könül Şəfiyeva
Məhkəmə qərarları › İş №3-1(098)-276/2025
Tərtər Hərbi Məhkəməsi Qərar — İş №3-1(098)-276/2025
24.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver