Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 3-1(098)-284/2025 28.10.2025 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Tərtər Hərbi Məhkəməsinin hakimi Şəfiyeva Könül Səməd qızı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarı və ona əlavə edilmiş sənədləri baxılmağa hazırlanması məqsədi ilə nəzərdən keçirib, MÜƏYYƏNETDİ: Gəncə hərbi prokuroru tərəfindən 17 iyul 2025-ci il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati material baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmişdir. Tərtər Hərbi Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3-1(098)-180/2025 saylı və xx.xx.2025-ci il tarixli 3-1(098)-210/2025 saylı qərardadları ilə inzibati xəta haqqında iş üzrə icraatın materialı natamam olduğundan, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəməyə təqdim edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar və ona əlavə edilmiş materiallar Gəncə Hərbi Prokurorluğuna geri qaytarılmışdır. Bundan sonra 25 iyun 2025-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 16 may 2025-ci il tarixli 199-VİİQD nömrəli Qanunu ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələrinə əlavə və dəyişikliklər edilməsinə baxmayaraq Gəncə hərbi prokurorluğu tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanmaq haqqında 17 iyul 2025-ci il tarixli qərar yenidən Tərtər Hərbi Məhkəməsinə göndərilmişdir. Məlum olmuşdur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu tərəfindən törədilmiş və həmin hərbi hissənin səlahiyyətli vəzifəli şəxsi tərəfindən aşkar edilmiş İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə inzibati xata haqqında iş üzrə icraat başlamaq səlahiyyəti olan vəzifəli şəxsin əvəzinə, onun məlumatı əsasında, yəni, inzibati xəta haqqında işlər üzrə də icraatın başlanması haqqında qərar qəbul etmək hüququnun yaranması üçün İnzibati Xətalar Məcəlləsinin 99.1-ci maddəsində müəyyən edilən səbəblər olmadan prokuror tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli 3-1(098)-235/2025 saylı qərardadı ilə qeyd edilən inzibati xəta haqqında iş üzrə materiallar və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Lakin Gəncə Hərbi Prokurorluğu Məhkəmənin xx.xx.2025-ci il tarixli 3-1(098)- 235/2025 saylı qərardadında qeyd edilənlərin mahiyyətinə varmadan, qanunvericilikdə edilmiş dəyişikliklərin hansı zərurətdən irəli gəldiyinin məğzini aydınlaşdırmadan, həmin iş üzrə qərar qəbul etmək hüququna malik olmaq üçün AR İXM-in 54.2-ci maddəsinin ikinci cümləsində müəyyən edilən tələbin (İXM-in 99.3, 99.1.2-ci maddələrində nəzərdə tutulan) mövcudluğunu qeyd etmədən, müşayiət məktubuna Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və X hissələri baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 18.6, 43.3-1, 54.2 və 103-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarının bir sıra abzaslarını daxil etməklə, inzibati xəta haqqında iş üzrə qəbul etdiyi həmin qərarı baxılması üçün yenidən Tərtər Hərbi Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar ona əlavə edilmiş materiallarla birlikdə geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli 3-1(098)-235/2025 saylı qərardadda inzibati xəta haqqında işin geri qaytarılması səbəbi tam aydın və ətraflı şəkildə əsaslandırıldığından hazırkı qərardadda həmin halların təkrarən qeyd edilməsinə zərurət yoxdur. Odur ki, həmin qəradadda qeyd edilənlər nəzərə alınmaqla hazırkı inzibati xəta haqqında iş üzrə materiallar Tərtər Hərbi Prokurorluğuna geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini də həll edir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsində göstərilir ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmasına dair qərardad qəbul edilir. Məhkəmə əlavə olaraq qeyd edir ki, AR İXM-in 38.1-ci maddəsi ilə inzibati tənbehin inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilməsi müəyyən edilmişdir. İnzibati xəta haqında iş üzrə materiallardan da göründüyü kimi Şəxs xx.xx.2025-ci il tarixdə saat 14:00-da xidmət yerinə qayıtmalı olduğu halda xx.xx.2025-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəldiyindən inzibati xətanın törədildiyi vaxt məhz xx.xx.2025-ci il tarixdir. Belə olan halda hazırkı inzibati xəta haqqında iş üzrə inzibati tənbeh tətbiq edilməsi üçün müəyyən edilmiş müddətin keçməsi xüsusi ilə diqqətə çatdırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraat, səlahiyyətli vəzifəli şəxs tərəfindən deyil, hazırki iş üzrə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmək hüququna malik olmayan prokuror tərəfindən başlandığından inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar və ona əlavə edilmiş materiallar Gəncə Hərbi Prokurorluğuna geri qaytarılsın. Qərardaddan şikayət və protest verilə bilməz. Hakim: Könül Şəfiyeva
Məhkəmə qərarları › İş №3-1(098)-284/2025
Tərtər Hərbi Məhkəməsi Qərardad — İş №3-1(098)-284/2025
28.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver