Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3-1(098)-296/2025 04.11.2025 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Hakim Şəfiyeva Könül Səməd qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Tərtər hərbi prokurorunun köməkçisi X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və N nömrəli hərbi hissənin nümayəndəsi həmin hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi vəzifəsini icra edən X6 iştirakları ilə xx xxxxxx 2002-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, xx.xx.2024-cü il tarixdə SHXÇÜDX-nin Sabunçu rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış, Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, N nömrəli hərbi hissənin əsgəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin N.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Mudafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Mudafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in N.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək ona əlavə olunmuş materiallar məhkəməyə verilmişdir. İnzibati xəta haqqında protokola əsasən N nömrəli hərbi hissənin əsgəri Şəxs 21 sentyabr 2025-ci il tarixdə saat 20 radələrində N nömrəli hərbi hissənin ərazisində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X9 ilə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs yaxasından tutub yumruq vurmaqla ona zor tətbiq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə SHXÇÜDX-nin Sabunçu rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissənin 3-cü divizionunun 9-cu batareyasının 2-ci tağımının 3-cü topun baş tuşlayıcısı vəzifəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmət edir. Həftənin bazar günü, yəni 21 sentyabr 2025-ci il tarixdə saat 19:30 radələrində icazə ilə onları Oba marketə göndərmişlər. Oba marketin arxasında o, ailəsi ilə telefonla danışarkən Şükürov X1 Məhəmməd Arzu oğlu ilə söyüşlə danışan zaman Zərərçəkmiş şəxs söyüşlə danışmamasını dedikdən sonra onlar bir neçə dəqiqə oradan uzaqlaşmışlar, sonra onlar yenə həminki yerə qayıdıb bir-birlərinə ailə söyüşü söymüşlər. Bu zaman o, telefonu söndürüb Zərərçəkmiş şəxs niyə söyüş söyməsinin səbəbini soruşduqda Şəxs ona şəxsiyyətin içində “get ...” söyüşü söymüşdür. O, yenə “söyüş söymə, əsgər” dedikdə, Zərərçəkmiş şəxs ona “sənin var-yoxunu ...” deyə bildirərək şəxsiyyətin qabağında onu alçaltmış, o da dözə bilməyərək Zərərçəkmiş şəxs yaxasından tutub bir dəfə yumruqla zərbə vurmuşdur. Bundan sonra, onları aralaşdıranda Zərərçəkmiş şəxs onun yanındakı əsgərlərə yenə “var-yox” söyüşü söymüşdür, sonra onları kapitan Qadir Quliyevin yanına aparmışlar. Daha sonra Qadir Quliyev onları qərargaha aparıb polkovnik-leytenant İdrak Ağayevin qəbuluna aparmışdır. Həmin vaxtı onların hər üçü birlikdə Zərərçəkmiş şəxs vurmamışlar. Hazırda əməlindən peşmandır. Odur ki, Məhkəmədən inzibati tənbeh verilərkən əməlini səmimi etiraf etməsinin nəzərə alınmasını və ona yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta haqqında protokol tərtib etmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin nümayəndəsi X11 izahatında bildirmişdir ki, əsgər Şəxs 21 sentyabr 2025-ci il tarixdə saat 20 radələrində N nömrəli hərbi hissənin ərazisində sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Zərərçəkmiş şəxs ilə mübahisə zamanı Zərərçəkmiş şəxs yaxasından tutub yumruq vurmaqla zor tətbiq etmişdir. Ona görə də, əsgər Şəxs 21 sentyabr 2025-ci il tarixdə onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı 1 yumruq vurmaqla zor tətbiq etməsi faktı ilə bağlı barəsində 04 noyabr 2025-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, belə halların təkrarlanmaması üçün Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Tərtər hərbi prokurorunun köməkçisi X10 izahatında bildirmişdir ki, əsgər Şəxs 21 sentyabr 2025-ci il tarixdə saat 20 radələrində N nömrəli hərbi hissənin ərazisində sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Zərərçəkmiş şəxs ilə mübahisə zamanı Zərərçəkmiş şəxs yaxasından tutub yumuruq vurmaqla zor tətbiq etməsi faktı ilə bağlı barəsində N nömrəli hərbi hissə tərəfindən AR İXM-in N.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Odur ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin N.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş zərərçəkmiş şəxs N nömrəli hərbi hissənin 3-cü divizionunun 9-cu batareyasının baş tuşlayıcısı vəzifəsində sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmət etmiş Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, X15 marketin arxasında su içərkən, o, Məhəmməd Mirzəzadəyə «kimə dedin su içdin?» deyə soruşduqda, Məhəmməd Mirzəzadə ona cavab olaraq «su sənin deyil» bildirmişdir. O, X7 Qasımovla ikimiz suyu aldıqlarını dedikdə, Məhəmməd Mirzəzadə «var-yoxunu … su sənin deyil» cavabını vermişdir. Həmin vaxt Şəxs Oba marketin arxa tərəfində telefonla danışa-danışa birbaşa onun üstünə gələrək «niyə söyüş söyursən?» sualını verdikdə, o, Şəxs «söyüş söyən mən deyiləm» deyə bilməmiş, bundan sonra Şəxs onu itələyərək daş atmışdır. Onlar bir-birləri ilə itələşəndə Babək Həmzəyev oraya gələrək onun üstünə gəlib qollarını tutmuş, Hüseynağa Əzimov da qaçaraq gəlib onun alın hissəsinə yumruq atmış, üçü də onun üstünə düşmüş və o, yerə yıxılmışdır. Bundan sonra, üçü də dəfələrlə başına vurmuşlar. Bundan sonra, onları ayırmışlar. İşə əlavə olunmuş inzibati xəta haqqında 04 noyabr 2025-ci il tarixli ******* nömrəli protokoldan görünür ki, əsgər Şəxs 21 sentyabr 2025-ci il tarixdə saat 20 radələrində N nömrəli hərbi hissənin ərazisində sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Zərərçəkmiş şəxs ilə mübahisə zamanı Zərərçəkmiş şəxs yaxasından tutub yumruq vurmaqla zor tətbiq etmişdir. İşə əlavə olunmuş N nömrəli hərbi hissə tərəfindən 9-cu Təhqiqat bölməsinə ünvanlanmış 29 sentyabr 2025-ci il tarixli 3-25-146/2-697/2025 nömrəli məktubdan görünür ki, N nömrəli hərbi hissənin tibb xidmət rəisi vəzifəsində xidmət edən tibb xidməti kapitanı Eminli Nihadın 23 sentyabr 2025-ci il tarixli 3-25-146/1-5116/2025 qeydiyyat nömrəli əsgər Zərərçəkmiş şəxs «Alın nahiyəsinin cırılmış-sıyrılmış yarası, sağ gözaltı nahiyəsinin sıyrılmış yarası» diaqnozu ilə bağlı raportuna əsasən araşdırma aparılmışdır. Bu faktla bağlı toplanmış araşdırma materialı tam öyrənilməsi üçün aidiyyatı üzrə göndərilmişdir. İşə əlavə olunmuş N nömrəli hərbi hissənin 3-cü divizionunun qərargah rəisinin şəxsi heyətlə iş üzrə köməkçisinin 24 sentyabr 2025-ci il tarixli raportundan görünür ki, 21 sentyabr 2025-ci il tarixdə 9-cu batareyanın müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Şəxs, əsgər X14 və əsgər X5 birləşərək 9-cu batareyanın 2-ci tağımının 4-cü topun baş tuşlayıcısı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs ilə Oba marketin qarşısında dava etmişlər. Bunun nəticəsində əsgər Zərərçəkmiş şəxs başından xəsarət almışdır. Bu faktın araşdırılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması xahiş olunmuşdur. İşə əlavə olunmuş N nömrəli hərbi hissənin tibb xidməti rəisinin 22 sentyabr 2025-ci il tarixli raportundan görünür ki, 21 sentyabr 2025-ci il tarixdə əsgər Zərərçəkmiş şəxs hərbi hissənin tibb məntəqəsinə «Alın nahiyəsinin cırılmış-sıyrılmış yarası, sağ gözaltı nahiyənin sıyrılmış yarası» diaqnozu ilə müraciət etdiyi üçün bu zədə faktı ilə əlaqədar tədbir görülməsi barədə sərəncam verilməsi xahiş edilmişdir. İşə əlavə olunmuş N nömrəli hərbi hissənin tibb məntəqəsinin zədələnmələrin (yaralanmaların) qeydiyyatı kitabından edilmiş çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs deməsinə görə 21 sentyabr 2025-ci il tarixdə saat 20:40 radələrində hərbi hissənin ərazisində əsgər yoldaşları Şəxs, Babək Həmzəyev, Hüseynağa Əzimov və Məhəmməd Mirzəzadə ilə qarşılıqlı münasibətin pozulması nəticəsində xəsarət almış və ona almış olduğu xəsarətlə əlaqədar «Alın nahiyəsinin cırılmış-sıyrılmış yarası, sağ gözaltı nahiyəsinin sıyrılmış yarası» diaqnozu qoyulmuşdur. İşə əlavə olunmuş SX ******* nömrəli hərbi biletin təsdiqlənmiş surətindən görünür ki, Şəxs 25 oktyabr 2024-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çaığırış üzrə Dövlət Xidmətinin Sabunçu şəhər idarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti vərəqədən görünür ki, Şəxs xidmət müddəti ərzində 1 (bir) dəfə həvəsləndirilmiş və 2 (iki) dəfə intizam qaydasında cəzalandırılmışdır. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamə ilə əsgər Şəxs xidmət yeri üzrə mənfi cəhətdən xarakterizə olunmuşdur. İşə əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X8 tərəfindən verilmiş 20 oktyabr 2025-ci il tarixli 330 nömrəli canlı şəxsin məhkəmə-tibbi müayinəsi aktından görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətləralın nahiyəsinin səthi və sağ gözaltı nahiyənin sıyrılmış yaraları-qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənməyə xarakterikdirlər, məhkəmə-tibbi müayinəsi zamanı şəxsin özünün göstərdiyi müddətdə (21 sentyabr 2025-ci il) və şəraitdə əmələ gəlmələri istisna olunmur, ümumilikdə sağlamlığın pozulmasına səbəb olmadıqları üçün dərəcələri təyin edilmir. Məhkəmə, inzibati xəta haqqında işlə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin) izahatlarını, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin N.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Bununla belə, məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını, törətmiş olduğu əməli etiraf etməsini nəzərə alaraq, ona inzibati tənbeh tətbiq etmək əvəzinə, intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün hazırki inzibati xəta haqqında iş üzrə materialların Şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilməsini daha məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 16.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə hüququ olan səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin N.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və onun intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xəta haqqında iş üzrə material Şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.3, 16.4, 40.0.1, 43, 48-51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin N.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati xəta haqqında iş üzrə materiallar intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün Şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Könül Şəfiyeva
Məhkəmə qərarları › İş №3-1(098)-296/2025
Tərtər Hərbi Məhkəməsi Qərar — İş №3-1(098)-296/2025
04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver