Məhkəmə qərarları › İş №3-1(098)-311/2025

Tərtər Hərbi Məhkəməsi Qərar — İş №3-1(098)-311/2025

17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3-1(098)-311/2025 17.11.2025 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Hakim Şəfiyeva Könül Səməd qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin nümayəndəsi həmin hərbi hissənin qərargah rəisinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə köməkçisi X3, Tərtər hərbi prokurorunun köməkçisi X6, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxx 2006-cı ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, xx.xx.N5-ci il tarixdə SHXÇÜDX-nin Abşeron rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissənin zenit-raket batareyasının 1-ci tağımının 2-ci manqasının baş atıcızenitçi vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair N noyabr N5-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək ona əlavə olunmuş materiallar məhkəməyə verilmişdir. İnzibati xəta haqqında protokola əsasən N nömrəli hərbi hissənin əsgəri Şəxs 28 oktyabr N5-ci il tarixdə aralarında yaranmış mübahisə nəticəsində əsgər Zərərçəkmiş şəxs qarşı nalayiq ifadə işlədərək yumuruq zərbəsi vurmaqla ona zor tətbiq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək izahatında bildirmişdir ki, N nömrəli hərbi hissənin zenit-raket batareyasının 1-ci tağımının 2-ci manqasının baş atıcı zenitçi vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edir, xidmət müddətində bütün növ təminatlarla təmin olunmuşdur. O, 28 oktyabr N5-ci il tarixdə saat 06:00 radələrində gün növbətçisi olarkən qalx komandası vermiş, əsgər yoldaşı Zərərçəkmiş şəxs yataqda oturub çəkməsini geyinərkən, Zərərçəkmiş şəxs yanına gəlib tez geyinməyini tələb edib Zərərçəkmiş şəxs 2 dəqiqə vaxta geyinməyini tələb etdikdə Zərərçəkmiş şəxs ona etiraz olaraq “get” demişdir. Bu zaman o, Zərərçəkmiş şəxs “məni yola vermə, “p... yeyirsən” deyə bildirmiş, Zərərçəkmiş şəxs da ona cavab olaraq “p...u vardatın yeyir demişdir. Bundan sonra, o, Zərərçəkmiş şəxs yumuruq atmış və onlar əlbəyaxa olmuşlar. Bunu görən bölük növbətçisi çavuş Şahid onları ayırmışdır. O, Zərərçəkmiş şəxs üzr istəmiş və onlar barışmışlar. Hazırda Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən inzibati tənbeh verilərkən əməlini səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasının nəzərə alınmasını və ona qanunamüvafiq qərar tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o, N nömrəli hərbi hissənin zenit-raket batareyasının atıcı zenitçi vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edir, xidmət müddətində bütün növ təminatlarla təmin olunmuşdur. Goran qəsəbəsində dislokasiya olunan N nömrəli hərbi hissədə xidmətdə olarkən, xx.xx.N5-ci il tarixdə saat 06:10 radələrində qalx komandasından sonra yataqda oturub çəkməsini geyinərkən, gün növbətçisi əsgər Şəxs onun yanına gəlib ona “2 dəqiqə vaxtın var, çəkməni tez geyin” deyəndə, Şəxs “get burdan” demiş, Şəxs də cavabında “p.. yeyirsən, tez ol geyin” deyərək onu sillə ilə vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs “p.. sənin var-yoxun yeyir» deyib o da Şəxs vurmuş, bu zaman onlar əlbəyaxa olmuşlar. Bunu görən bölük növbətçisi çavuş Şahid onların yanına gələrək onları ayırmışdır. Hadisədən sonra Şəxs ondan üzr istəmiş və onlar barışmışlar. Hazırda onun Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında bildirmişdir ki, o, N nömrəli hərbi hissənin zenit-raket batareyasının manqa komandiri vəzifəsində, çavuş hərbi rütbəsində xidmət edir, xidmət müddətində bütün növ təminatlarla təmin olunmuşdur. O, 28 oktyabr N5-ci il tarixdə saat 06:10 radələrində bölük növbətçisi olduğu zaman diviziona qalx komandası verib “Hərarətə nəzarət kitab”ını gətirməyə getmiş, qayıtdıqda isə əsgər Şəxs və Zərərçəkmiş şəxs arasında mübahisə yarandığını görüb onları dərhal ayırmış, sonra şəxsi heyəti düzmüşdür. Bundan sonra o, hadisə barəsində batareya komandirinə məlumat vermişdir. O, onları bir-birinin üstündə olduqlarını görmüşdür. Həmin vaxtı onlar bir-birini vurmamışlar. Onları bir-birindən ayırmışdır. O, Şəxs Zərərçəkmiş şəxs gedib qaldırmağını deməmişdir. Məhkəmə iclasında dindirilmiş N nömrəli hərbi hissənin nümayəndəsi həmin hərbi hissənin qərargah rəisinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə köməkçisi X5 izahatında bildirmişdir ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu əsgər Şəxs 28 oktyabr N5-ci il tarixdə aralarında yaranmış mübahisə nəticəsində əsgər Zərərçəkmiş şəxs qarşı nalayiq ifadə işlədərək yumuruq zərbəsi ilə vurmuşdur. Ona görə də, əsgər Şəxs 28 oktyabr N5-ci il tarixdə onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı nalayiq ifadə işlədib 1 yumuruq vurmaqla zor tətbiq etməsi faktı ilə bağlı barəsində N noyabr N5-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, hərbi hissədə gələcəkdə belə hallara yol verilməsinin qarşısının alınması üçün Şəxs qanunamüvafiq qaydada inzibati tənbehin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Tərtər hərbi prokurorunun köməkçisi X8 izahatında bildirmişdir ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu əsgər Şəxs 28 oktyabr N5-ci il tarixdə aralarında yaranmış mübahisə nəticəsində əsgər Zərərçəkmiş şəxs qarşı nalayiq ifadə işlədərək yumuruq zərbəsi ilə vurmuşdur. Ona görə də, əsgər Şəxs 28 oktyabr N5-ci il tarixdə onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı nalayiq ifadə işlədib 1 yumuruq vurmaqla zor tətbiq etməsi faktı ilə bağlı barəsində N nömrəli hərbi hissə tərəfindən N noyabr N5-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, gələcəkdə bu kimi halların baş verməməsi üçün Şəxs İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati həbs edilməsini məhkəmədən xahiş etdi. İşə əlavə edilmiş inzibati xəta haqqında N noyabr N5-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu əsgər Şəxs 28 oktyabr N5-ci il tarixdə aralarında yaranmış mübahisə nəticəsində əsgər Zərərçəkmiş şəxs qarşı nalayiq ifadə işlədib yumuruq zərbəsi vurmaqla zor tətbiq etmişdir. İşə əlavə edilmiş N nömrəli hərbi hissənin zenit-raket batareyasının komandirinin 28 oktyabr N5-ci il tarixli raportundan görünür ki, əsgər Şəxs 28 oktyabr N5-ci il saat 06:15 radələrində batareya gün növbətçisi olduğu zaman əsgər Zərərçəkmiş şəxs ilə qarşılıqlı münasibət qaydalarını kobud şəkildə pozmuşdur. Hadisənin araşdırılması barədə sərəncam verilməsi xahiş olunmuşdur. İşə əlavə edilmiş N nömrəli hərbi hissənin tibb məntəqəsinin aptek rəisi-feldşerinin 28 oktyabr N5-ci il tarixli raportundan görünür ki, 28 oktyabr N5-ci il tarixdə saat 06:10 radələrində əsgər Zərərçəkmiş şəxs «Döş, boğaz nahiyəsinin qançırı və ağız boşluğunun qançırı» diaqnozu ilə tibb məntəqəsinə müraciət etmişdir. Bu faktın araşdırılması barədə sərəncam verilməsi xahiş olunmuşdur. İşə əlavə edilmiş xidməti vərəqədən görünür ki, əsgər Şəxs xidmət müddəti ərzində 2 dəfə həvəsləndirilmiş, lakin intizam qaydasında cəzalandırılmamışdır. İşə əlavə edilmiş SX ******* nömrəli hərbi biletin təsdiqlənmiş surətindən görünür ki, Şəxs 28 yanvar N5-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. İşə əlavə edilmiş SX ******* nömrəli hərbi biletin təsdiqlənmiş surtindən görünür ki, Zərərçəkmiş şəxs 28 yanvar N5-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Tərtər Regional Məhkəmə-X4 tərəfindən verilmiş 04 noyabr N5-ci il tarixli 353 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət-alt dodağın selikli qişasının səthi yarası, boğaz və sinənin sağ yarısının dəriiçi qançırları-qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənməyə xarakterikdirlər, qərarın təsviri hissəsində göstərilən müddətdə (28 oktyabr N5-ci il) və şəraitdə əmələ gəlmələri istisna olunmur, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan ağırlıq dərəcələri təyin edilmir. İşə əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş 28 oktyabr N5-ci il tarixli 18 nömrəli arayışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs və əsgər Şəxs arasında vəzifə və rütbədə tabelik münasibətləri yoxdur. İşə əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamə ilə əsgər Şəxs xidmət yeri üzrə mənfi cəhətdən xarakterizə olunmuşdur. Məhkəmə, inzibati xəta haqqında işlə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və şahidin izahatlarını, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, əsgər Şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs zor tətbiq etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafı, zərərçəkmiş şəxsin izahatı və işdə olan digər materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibatı xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin verdikləri izahatlarını dinləyib, sənədləri tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübutlarla tam təsdiq olunur. Onun əməlində İXM-nin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olduğundan o, həmin maddə ilə təqsirli bilinib tənbeh edilməldir. Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi İXM-nin 612.1-ci maddəsi ilə inzibati məsuliyyəti səbəb olur və həmin maddənin sanksiyasında on gündən bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, onun gənc olmasını, əməlini səmimi etiraf etməsini, hadisədən sonra zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir və nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh təyin edərkən, törətmiş olduğu inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən inzibati məsuliyyətini yüngülləşdirən halların olmasını və inzibati məsuliyyətini ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş inzibati tənbehin şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini də nəzərə alıb, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasının aşağı həddində inzibati həbs inzibati tənbeh növünün təyin olunmasını məqsədəuyğun və inzibati tənbehin məqsədlərinə, yəni inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa yetərli hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, 128, 129, 130, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. Şəxs həbs müddətində Gəncə şəhəri 3-cü Hərbi Polis Şöbəsinin hauptvaxtında saxlanılsın. Şəxs inzibati qaydada həbsdə saxlanılma müddətinin əvvəli onun hauptvaxta yerləşdirildiyi gündən hesablansın. Şəxs hauptvaxta yerləşdirilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Könül Şəfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar