Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3-1(3-1)-1/2026 10.07.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 611-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş Açar sözlər: Xırda talama və tabelikdə olan hərbi qulluqçunun şərəf və ləyaqətini alçaltmağa görə protokol tərtib olunmuş, birinci instansiya məhkəməsində inzibati xəta tərkibi olmadığından icraata xitam verilmiş, apellyasiya icraatında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün göndərilmiş. Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu, Seyidova Mehriban Mehdi qızının katibliyi, Naxçıvan Hərbi prokurorunun köməkçisi X1, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs11, zərərçəkmiş şəxs10 Rəfayel oğlu, zərərçəkmiş şəxs9, zərərçəkmiş şəxs8, Əliyev İsmayıl Ramin oğlu, zərərçəkmiş şəxs5, X2, zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, ## #### 1991-ci il tarixdə Culfa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, (FİN *******) evli, orta təhsilli, ünvan 1 ünvanında daimi qeydiyyatda olan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci taborunun 4-cü bölüyünün Ru vəzifəsində xidmət edən, R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227 və 611ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-**)-***/**** nömrəli qərarından Azərbaycan Respublikası Hərbi prokurorunun müavini, R Nihad Şıxəliyev tərəfindən verilmiş şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İ. Birinci instansiya məhkəməsində icraat
1. Birinci instansiya məhkəməsinə göndərilmiş materialdan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci taborunun 4-cü bölüyünün Ru, R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2025-ci il tarixdə nümunəvi xidmətə görə məzuniyyətə buraxılmış əsgər zərərçəkmiş şəxs11 şəxsi avtomobili ilə hava limanına aparan zaman sonuncunun məzuniyyətə göndərilməsini hərbi hissə komandirindən şəxsən xahiş etdiyini bildirib aldadaraq ondan 20 manat məbləğində pul almaqla, ## ###### 2026-cı il tarixdə, saat 16 radələrində pul vermədiyi təqdirdə məzuniyyətə buraxılmayacağını deyib aldadaraq əsgər Əliyev İsmayıl Ramin oğlundan 20 manat pul almaqla, ## ###### 2026-cı il tarixdə əsgər zərərçəkmiş şəxs5 məzuniyyətə buraxılacağına vəd verib aldadaraq ondan 100 manat pul almaqla, eləcə də sonuncuya ümumilikdə 35 manat dəyərində olan 10 qutu siqaret aldırıb pulunu verməməklə, ## ###### 2026-cı il tarixdə, saat 15 radələrində şərti olaraq “Qartal” adlanan mövqedə xidmət edən əsgərlər: zərərçəkmiş şəxs10 Rəfayel oğlu, zərərçəkmiş şəxs9, Əliyev İsmayıl Ramin oğlu, zərərçəkmiş şəxs8 və zərərçəkmiş şəxs7 ərzaq məhsulu almaq adı altında onları aldadaraq hər birindən 20 manat olmaqla, ümumilikdə 100 manat pul almaqla, dələduzluq yolu ilə özgəsinin əmlakını talamışdır. Bundan əlavə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin vəzifədə və rütbədə xidmət edərkən ## ###### 2025-ci il tarixdə, saat 2N radələrində hərbi hissənin * nömrəli əsgər yataqxanasının məişət otağında tabeliyində olan əsgər X2 əsgər yoldaşının saçını qırxdığına görə əsəbiləşib onun ünvanına nalayiq ifadə işlətməklə, ## ###### 2026-cı il tarixdə saat 14 radələrində * nömrəli əsgər yataqxanasının binasının qarşısında düzülüş zamanı sırada tərpəndiyinə görə əsgər zərərçəkmiş şəxs3 ünvanına nalayiq ifadə işlətməklə, ## ###### 2026-cı il tarixdə saat 1N radələrində hərbi hissənin 4-cü bölüyünün yataqxanasında çarpayıların arxasında yerləşən stulda oturduqlarına görə əsgərlər zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr işlətməklə hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxslərin şərəf və ləyaqətini alçaltmışdır.
2. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin (hakim S.Hüseynov) ## #### 2026-cı il tarixli *-*(*-**)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227 və 611ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilmişdir.
3. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-**)- ***/**** nömrəli qərarından Azərbaycan Respublikası Hərbi prokurorunun müavini, R Nihad Şıxəliyev protestlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək, Naxçıvan MR Hərbi Məhkəməsinin Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227 və 611-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməsi haqqında ## #### 2026-cı il tarixli qərarının əsassız olduğundan ləğv edilməsi və R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq etmək haqqında qərar çıxarılmasını xahiş etmişdir. II. Şikayətin dəlilləri və izahatlar a) Şikayət və şikayətin dəlilləri
4. Azərbaycan Respublikası Hərbi prokurorunun müavini, R Nihad Şıxəliyev protesti onunla əsaslandırmışdır ki, istintaq zamanı əsgərlər X2, zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs1 ifadələrində R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onların ünvanına nalayiq ifadə işlətmələrini göstərmişlər. Eləcə də üzləşdirmə zamanı ifadələrində göstərdikləri bütün xüsusatları bir daha Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs üzünə qarşı deyib sonuncunu ifşa etmişlər. Bununla yanaşı, əsgərlər: zərərçəkmiş şəxs5, zərərçəkmiş şəxs10 Rəfayel oğlu, zərərçəkmiş şəxs9 və Əliyev İsmayıl Ramin oğlu ifadələrində müxtəlif vaxtlarda və səbəblərə görə R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs pul verdiklərini və sonuncunun həmin pulları qaytarmadığını göstərmişlər. Göründüyü kimi, Protokolu tərtib edən orqan istintaq olunaraq baxılması üçün Naxçıvan MR Hərbi Məhkəməsinə göndərilmiş ********* №-li cinayət işi üzrə ibtidai istintaq zamanı əsgərlər: Ə.Z.Hüseynov, zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs5, zərərçəkmiş şəxs10, zərərçəkmiş şəxs9 və İ.R.Əliyev verdikləri ifadələrdə R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onlara qarşı törətdiyi inzibati xətaları tam, hərtərəfli və obyektiv qaydada, sərbəst formada, eyni zamanda ətraflı təsvir etməklə bildirmişlər. Lakin, Naxçıvan MR Hərbi Məhkəməsində ## #### 2026-cı il tarixdə inzibati xəta haqqında işə baxılarkən, əsgərlər: Ə.Z.Hüseynov, zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs5, zərərçəkmiş şəxs10, zərərçəkmiş şəxs9 və İ.R.Əliyev ifadələrində ibtidai istintaq zamanı verdikləri ifadələrin əksinə olaraq R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onlara qarşı İXM-nin 227 və 611-ci maddələrində nəzərdə tutulmuş və yuxarıda qeyd olunmuş əməlləri törətmədiyini bildirmişlər. Naxçıvan MR Hərbi Məhkəməsində isə işin faktiki hallarını araşdırmadan və həmin əsgərlərin məhkəmədə ifadələrini danmasının səbəbi kimi guya müstəntiq tərəfindən onlara təzyiq göstərildiyinə görə ibtidai istintaqda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əleyhinə ifadə verdikləri ilə kifayətlənib məsələni tam aydınlaşdırmadan R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməllərində Azərbaycan Respublikası İXM-nin 227 və 611-ci maddələrinin tərkibinin olmaması qənaətinə gəlinərək, həmin Məcəllənin 53.1.2-ci maddəsinə istinad etməklə iş üzrə icraata xitam verilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətdən azad edilməsi haqqında əsassız qərar qəbul edilmişdir. Əsgərlər: X2, zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs2 və Əliyev İsmayıl Ramil oğlu inzibati xəta haqqında iş üzrə keçirilmiş ## #### 2026-cı il tarixli məhkəmə iclasından sonra Protokolu tərtib edən orqan ərizə ilə müraciət edərək, qeyd edilən tarixdə keçiriləcək məhkəmə iclasından əvvəl R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onlara və tabeliyində xidmət etməklə həmin inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış digər əsgərlərə təkzib etmələrini, onun əleyhinə izahat verməmələrini tələb etdiyini, məhz buna görə, onun tabeliyində olduqlarından və qorxduqlarına görə, həmçinin azyaşlı övladına görə həmin gün keçirilən məhkəmə iclasında düzgün izahat vermədiklərini, lakin ibtidai istintaq zamanı verdiklərini ifadələrin tam həqiqət olduğunu, məhkəmə iclasından sonra peşmançılıq hissi keçirdiklərindən bu barədə prokurorluğa müraciət etdiklərini bildirmişlər. Əsgərlərin qeyd olunan müraciətləri üzrə Protokolu tərtib edən orqan ilkin yoxlama aparılmış və toplanmış materiallarla müəyyən edilmişdir ki, məhkəmə iclası keçirilməzdən əvvəl Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əsgər zərərçəkmiş şəxs2 ona yazığının gəlməsini, intizamsızlığı olacağı təqdirdə həbsə göndərəcəyini, əsgər zərərçəkmiş şəxs3 xəsarət izinin olmadığından baş vermiş hadisəni sübut edə bilməyəcəyini, eləcə də onu həbsə göndərəcəyini, əsgər X2 məhkəmədə onun əleyhinə izahat verməməyini, prokurorluqda verdiyi ifadəsini inkar etməyini, əsgər Əliyev İsmayıl Ramil oğluna ifadəsini təkzib etməyini, həqiqətləri deməməyini və azyaşlı övladının olmasını deyib təsir etmiş, sonuncular bu səbəbdən keçirilən məhkəmə iclasında təsirə məruz qaldıqlarından və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ailəli olması səbəbindən ona yazığı gəldiklərindən ifadələrini təkzib edərək məhkəmədə yalan izahat vermişlər. Həmçinin, ## #### 2026-cı il tarixdə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınmış əsgərlər: zərərçəkmiş şəxs11, zərərçəkmiş şəxs5, zərərçəkmiş şəxs10 Rəfayel oğlu, zərərçəkmiş şəxs7 və zərərçəkmiş şəxs1 iştirakları məhkəmə iclasında təmin edilməmiş, eləcə də onların izahatları alınmamış, həmçinin, qəbul edilmiş qərarda həmin şəxslərə qarşı törədilmiş inzibati xətalara qiymət verilməmişdir. Beləliklə, ## #### 2026-cı il tarixli məhkəmə iclasında zərərçəkmiş şəxslər məhz barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış-R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təsir və təzyiqi altında obyektiv həqiqətin əksinə olaraq izahat verdiklərindən və bu hallar, həmçinin sonuncunun əməllərində Azərbaycan Respublikası İXM-nin 227 və 611-ci maddələrinin tərkibinin olması bir daha çoxsaylı sübutlarla tam təsdiq olunduğundan və məhkəmənin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xəta törətməməsi və əməlində inzibati xəta tərkibinin olmaması barədə qənaəti əsassız olduğundan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında ## #### 2026-cı il tarixli qərarının da əsassız hesab olunaraq ləğv edilməsi və inzibati tənbeh tətbiq etmək haqqında yeni qərar çıxarılması üçün bütün əsaslar mövcuddur. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
5. Naxçıvan Hərbi prokurorunun köməkçisi X1 apellyasiya protestində göstərilmiş dəlillərə uyğun izahat verərək Naxçıvan MR Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının əsassız olduğundan ləğv edilməsini və R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq etmək haqqında qərar çıxarılmasını xahiş etmişdir. Sullara cavabında cinayət işinin məhkəməyə göndərildiyini, daha sonra inzibati xətanı müəyyən etdikləri üçün məhkəməyə göndərdiklərini, birinci instansiya məhkəməsində işə baxılarkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxslə zərərçəkmiş şəxslərin birlikdə xidmət etdiklərini, məhkəmədə işə baxıldıqdan sonra təsir məsələsi aşkar edildikdən sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsi heyətdən kənarlaşdırıldığını, nalayiq ifadə işlətmək inzibati xəta əməlinin tərkibini yaratdığından materialı ayırıb inzibati xəta kimi verdiklərini, birinci instansiya məhkəməsində əsgərlərin hansı səbəbə belə deməsinin aydınlaşdırılmadığını, kifayət qədər araşdırma aparılmadığını bildirdi.
6. Barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında onun əsgərlərlə, əsgərlərin də onunla probleminin olmadığını, Məmmədov Ağa adlı bir əsgərin də olduğunu, onun adının heç burada olmadığını, onun qohumunun prokurorluqda işlədiyini, əsgərlərin saçını qırxdırdığını, Ağanın saçını qırxdırmaq istəmədiyini, bu səbəbdən prokurorluqda işləyən qohumuna zəng etdiyini, əsgər yoldaşlarından bir neçəsini də özünə qoşduğunu, sonra prokurorluqdan gəldiklərini, bölüyü düzdüklərini, əsgərlər arasında “R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət edəcəyik” deyə bir söhbətin olduğunu, “şikayət etməyən belə-belə olsun” deyə söyüş söydüklərini, sonra həmin Məmmədov Ağa adlı əsgərin özünü aradan çıxardığını, əsgərlərə “mənim orada adamım var deyə özümü aradan çıxardacağam, siz öz başınızın çarəsinə baxın” dediyini, sonra əsgərlərin ərizələrini verdiklərini, heç bir əsgərə basqı etmədiyini, əsgərlərin bəzilərinin nə izahat verdiklərini də bilmədiklərini, sadəcə qol çəkdiklərini, prokurorluqda təsir altında qaldıqları üçün ərizə verdiklərini, əsgərlərin nəyə görə şikayət verdiklərini də bilmədiklərini, əsgərlərin müstəntiq tərəfindən təsir altında qaldıqları üçün o ifadələri verdiklərini, hərbi məhkəmədə durub düzgün ifadə verdiklərini, heç birinin şikayətinin olmadığını, əsgərlərə təsir göstərmədiyini, sadəcə düz danışmalarını dediyini bildirərək protestin təmin olunmamasını xahiş etmişdir. Suallara cavabında əsgərlərin məhkəmədə “R Quliyev bizi vurmayıb, döyməyib, pulumuzu da almayıb, söyüş də olmayıb” dediklərini, hətta əsgərlərin hakimə “bizim işi aparan müstəntiq də gəlsin, üzünə deyək ki, biz basqı altında qalmışıq, elə ifadə vermişik” dediklərini, hərbi məhkəmədə işə baxılan zaman onu bölükdən ayırdıqlarını, başqa bölüyə verdiklərini, bir müddət keçdikdən sonra hərbi hissə komandiri “sənin bölükdən kənarlaşdırılmağınla bağlı yazılı heç nə gəlməyib” deyə bildirərək onu öz bölüyünə qaytardığını, məhkəmə olduqdan sonra onu yenidən həmin bölükdən ayırdıqlarını, məhkəməyə qədər həmin bölüklə birlikdə olduğunu bildirdi.
7. Zərərçəkmiş şəxslər: zərərçəkmiş şəxs11 birinci instansiya məhkəməsində postda olduğundan və yollar bağlı olduğundan iştirak edə bilmədiyini, pulunun qaytarılmadığını, prokurorluqda verdiyi ifadəni təsdiq etdiyini, zərərçəkmiş şəxs10 Rəfayel oğlu məzuniyyətdə olduğu üçün hərbi məhkəmədə iştirak edə bilmədiyini, ərzaq alınması ilə bağlı ondan da 20 manat pul alındığını, lakin ərzaq alınmadığını, prokurorluqda verdiyi ifadəni təsdiq etdiyini, zərərçəkmiş şəxs9 ondan 20 manatın alınması faktını təsdiq etmədiyini, ərzaq üçün pul yığdıqlarını, onun həmin pul olduğunu başa düşdüyü üçün səhvliklə 20 manat pulu yazdığını, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 20 manat pul vermədiyini, zərərçəkmiş şəxs8 ərzaq üçün pul verdiyini, pulu verdiyi gün ona geri qaytarıldığını, prokurorluqda verdiyi ifadəni təsdiq etdiyini, Əliyev İsmayıl Ramin oğlu birinci instansiya məhkəməsində Rin təsiri altında olduğu üçün elə izahat verdiyini, prokurorluqda verdiyi ifadəni təsdiq etdiyini, zərərçəkmiş şəxs5 məzuniyyətə getməyi üçün ondan pul alındığını, pulunun qaytarılmadığını, prokurorluqda verdiyi ifadəni təsdiq etdiyini, X2 zərərçəkmiş şəxslərin hərbi məhkəməyə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxslə eyni avtomobildə getdiklərini, onlara tam olaraq nə hədə-qorxu gəldiyini, nə də xahiş elədiyini, “üzümə durmayın” dediyini, buna görə də ifadəsini dəyişdiyini, zərərçəkmiş şəxs3 hərbi məhkəməyə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxslə eyni avtomobildə getdiklərini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onu eyni vaxtda həm döydüyünü, həmdə ona qarşı söyüş söydüyünü, prokurorluqda verdiyi ifadəni təsdiq etdiyini, zərərçəkmiş şəxs2 isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onun sinə nahiyyəsindən yumruq vurub ailə üzvlərini söydüyünü, hərbi məhkəməyə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxslə eyni avtomobildə getdiklərini, orada onlara məhkəmədə onun əleyhinə ifadə verməmələrini tələb etdiyini izahatlarında bildirdilər.
8. Şahid şahid2 hərbi məhkəmədə ondan zərərçəkmiş şəxs8 pulunun qaytarılması ilə bağlı heç nə soruşulmadığı üçün demədiyini, sadəcə olaraq şikayət və tələbinin olmadığının soruşulduğunu, olmadığını dediyini bildirdi.
9. Şahid şahid1 hərbi məhkəməyə hamısının eyni maşında gəldiklərini, ona qarşı hər hansı təsir olmadığını, kiminsə pul verməyini görmədiyini, imkanı olmadığı üçün pul vermədiyini, yığılan pulların qaytarılıb-qaytarılmaması barədə məlumatının olmadığını, hərbi məhkəmədən qayıdana kimi onların R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tabeliyində xidmətdə olduqlarını, həmin gündən sonra Rin bölükdən kənarlaşdırıldığını bildirdi. III. Hüquqi məsələlər c) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi
10. Maddə 227. Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir.
11. Maddə 611. Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsin şərəf və ləyaqətini alçaltması on gündən iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur.
12. Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
13. Maddə 62.4. İnzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun.
14. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.
15. Maddə 134.1.4. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir.
16. Maddə 135.1.1. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıdır.
17. Maddə 135.1.6. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasıdır. IV. Məhkəmənin mövqeyi
18. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın qanuniliyi və əsaslılığı apellyasiya protestinin dəlilləri, məhkəmə iclasında verilmiş izahatlar, iş materialları və tətbiq edilməli olan hüquq normaları baxımından yoxlanıldıqdan sonra məhkəmə kollegiyası hesab edir ki, protest qismən təmin edilməli, Naxçıvan MR Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli və işə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
19. Belə nəticəyə gələrkən məhkəmə ilk növbədə nəzərə alır ki, İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər halları müəyyən etmək məqsədilə əldə olunmuş bütün faktiki məlumatlar sübut hesab edilir və hakim həmin sübutların hər birini ayrı-ayrılıqda, eləcə də onların məcmusunu tam, obyektiv və hərtərəfli qiymətləndirməlidir.
20. İş materiallarından görünür ki, ibtidai araşdırma zamanı zərərçəkmiş şəxslərin bir qismi R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tabeliyində olan hərbi qulluqçulara qarşı nalayiq ifadələr işlətməsi, eləcə də müxtəlif bəhanələrlə onlardan pul alması barədə ətraflı və bir-biri ilə uzlaşan ifadələr vermiş, həmin ifadələr üzləşdirmələr zamanı da təsdiq edilmişdir. Məhkəmə isə prosesdə iştirak etmiş bəzi zərərçəkmiş şəxslərin izahatları ilə kifayətlənərək onların ibtidai istintaqda verdikləri ifadələri arasındakı ziddiyətləri kifayət qədər araşdırmamış və bu ziddiyyətləri aradan qaldırmadan iş üzrə yekun nəticəyə gəlmişdir.
21. Halbuki, apellyasiya baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxslərin bir qismi, o cümlədən Əliyev İsmayıl Ramin oğlu, zərərçəkmiş şəxs5, zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs2, X2, zərərçəkmiş şəxs11 və zərərçəkmiş şəxs10 Rəfayel oğlu ibtidai araşdırmada verdikləri ifadələri təsdiq etmiş, birinci instansiya məhkəməsində əvvəlki ifadələrini inkar etmələrinin səbəbini isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onlara təsiri, onun tabeliyində xidmətdə qalmaları, eyni avtomobildə məhkəməyə gəlib-getmələri ilə izah etmişlər. Bu hallar birinci instansiya məhkəməsinin gəldiyi nəticənin düzgünlüyünə ciddi şübhələr yaradır.
22. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsində iştirak etmiş zərərçəkmiş şəxslər məhkəməyə barəsində inzibati xəta haqqında icraat aparılan R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə birlikdə eyni avtomobildə gətirilmiş, həmin vaxta qədər də onun tabeliyində xidmətə davam etmiş, məhkəmə başa çatdıqdan sonra da onunla birlikdə hərbi hissəyə qayıtmışlar. Belə şəraitdə onların ifadələrinin sərbəst iradə əsasında verilib-verilməməsi birinci instansiya məhkəməsi tərəfindən yoxlanılmalı idi. Lakin iş materiallarından görünür ki, məhkəmə ümumiyyətlə bu istiqamətdə hər hansı araşdırma aparılmamış, ibtidai istintaqı aparmış müstəntiq tərəfindən zərərçəkmiş şəxslərin barəsində icraat aparılan şəxsin tabeliyindən çıxarılmaması, bununla da işin obyektiv araşdırılması tələblərinin pozulmasına münasibət bildirməmişdir.
23. İş materiallarından görünür ki, zərərçəkmiş şəxslərdən beş nəfəri (zərərçəkmiş şəxs11, zərərçəkmiş şəxs5, zərərçəkmiş şəxs10 Rəfayel oğlu, zərərçəkmiş şəxs7 və zərərçəkmiş şəxs1) birinci instansiya məhkəməsinin iclasında iştirak etməmişlər, apellyasiya baxışı zamanı həmin şəxslərdən bir qisminin iştirakı təmin edilsə də, zərərçəkmiş şəxs7 və zərərçəkmiş şəxs1 birinci instansiya məhkəmə iclasının vaxtı və yeri barədə İXMnin 62.4-cü maddəsinin tələblərinə uyğun qaydada məlumatlandırıldıqlarını təsdiq edən hər hansı sübut iş materiallarında mövcud deyildir. Həmin şəxslər məlumatlandırılmadan, onların istintaqda göstərdikləri hallara hüquqi qiymət verilmədən İXM-in tələbləri kobud şəkildə pozulmaqla iş üzrə yekun qərarın qəbul edilməsi işin tam və hərtərəfli araşdırılması prinsipinə uyğun hesab edilə bilməz.
24. Məhkəmə vurğulayır ki, apellyasiya instansiyası tərəfindən müəyyən edilən göstərilən prosessual pozuntular və natamam araşdırma halları iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta tərkibinin olmaması barədə birinci instansiya məhkəməsinin nəticəsinin əsaslı hesab edilməsinə imkan vermir. Təqsirsizlik prezumpsiyasını təsbit edən İXM-in 8.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, şəxsin təqsiri yalnız qanunla müəyyən edilmiş qaydada əldə olunmuş və məhkəmə tərəfindən tam araşdırılmış sübutların məcmusu ilə müəyyən edilə bilər.
25. Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları tam araşdırmamış, sübutlar arasındakı ziddiyyətləri aradan qaldırmamış, zərərçəkmiş şəxslərin iştirakının təmin olunması ilə bağlı İXM-in 62.4-cü maddəsinin tələblərinə tam əməl etməmiş, həmçinin ifadələrin sərbəst verilməsinə təsir göstərə biləcək hallara hüquqi qiymət verməmişdir.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4, 135.1.1 və 135.1.6-cı maddəsini rəhbər tutaraq, qərara aldım: Protest qismən təmin edilsin. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)- ***/**** nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Naxçıvan MR Hərbi Məhkəməsinə göndərilsin. Qərar elan edildiyi andan dərhal qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Mehdi Əliyev