Məhkəmə qərarları › İş №3-1(3-1)-2/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №3-1(3-1)-2/2026

09.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 3-1(3-1)-2/2026 09.07.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş Açar sözlər: Barəsində inzibati həbs tənbeh növü seçilmiş hərbi qulluqçunun tərxis olunması ilə bağlı inzibati həbs qərarını icra edən müəssisənin dəyişdirilməsi barədə hərbi hissə tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya icraatına qəbuldan imtina edilmiş, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərarlarının icrası qaydasında qərar qəbul etmiş hərbi məhkəməyə müraciət etmək hüququ izah edilmiş. Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərarından N nömrəli hərbi hissənin komandiri Vüsal Quliyev tərəfindən verilmiş şikayətin mümkünlüyünün yoxlanılması məsələsinə baxaraq, müəyyən etdim:

1. Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin (hakim Ə.Eminov) ## #### 2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində 6 (altı) gün müddətində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi, qərarın icrasının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilməsi, inzibati həbsin əvvəlinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablanması, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Hərbi Polis İdarəsinin 1ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsinin onun xidmət etdiyi N nömrəli hərbi hissənin komandirinə həvalə edilməsi qərara alınmışdır.

2. Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *- *(*-**)-***/**** nömrəli qərarından N nömrəli hərbi hissənin komandiri Vüsal Quliyev şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3-1(4-22)- 119/2026 qərarına dəyişiklik edilərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan 06 (altı) gün müddətinə inzibati həbs növündə tənbeh tədbirinin dəyişilmədən saxlanılmaqla qərarın icrasının Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X1 həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işin həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aid olması məsələsi həll edilir.

4. İş materiallarını və şikayəti nəzərdən keçirərək hesab edirəm ki, N nömrəli hərbi hissənin komandirinin verdiyi şikayətdə göstərilənlər apellyasiya icraatının predmetinə daxil deyildir.

5. Şikayətin məzmunundan görünür ki, birinci instansiya məhkəməsinin şəxsin təqsirliliyi, hüquqi tövsifi və ya tətbiq edilmiş inzibati tənbeh növü və müddəti ilə bağlı nəticələrini mübahisələndirilməmiş, qərar qəbul olunduqdan sonra, qərarın icrası mərhələsində hərbi qulluqçunun təxris olunması və bu səbəbdən qərarın icrasının həyata keçirilməli olan müəssisənin dəyişdirilməsi, yəni hauptvaxt əvəzinə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X2 icra olunması xahiş edilmişdir.

6. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 143.1-ci maddəsinə görə inzibati həbs, inzibati xəta törətmiş fiziki şəxsin ona verilmiş xüsusi hüququnun məhdudlaşdırılması və ya inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın müəyyən edilmiş müddətdə icrasının həyata keçirilməsini qeyri-mümkün edən hallar mövcud olduqda, qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasını bir ayadək müddətə təxirə salır. Göründüyü kimi, qərarın icrasının mümkün olmaması məhkəmə qərarının icrası ilə bağlı olan məsələdir və “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərarlarının icrası qaydasında (** nömrəli indeks) qərarı qəbul etmiş məhkəmə tərəfindən baxılmalıdır.

7. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1 və 156.2-ci maddələrinin həmin Məcəllənin 30.2, 610-618-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair ## ###### 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətaları törətmiş, lakin hərbi xidmətdən tərxis olunduğuna görə hərbi qulluqçu statusunu itirən şəxsin hauptvaxtda saxlanılması bu Məcəllənin 156.2-ci maddəsinin hüquqi mahiyyətinə və məqsədinə uyğun olmadığından, onlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılmalı olması qərara alınmışdır.

8. Şikayətə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin ## #### 2026-cı il tarixli *** nömrəli əmrindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılmışdır. Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi tərəfindən qərar ## #### 2026-cı ildə qəbul edilmiş və həmin tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərbi qulluqçu statusuna malik olmuşdur.

9. Məhkəmə hesab edir ki, verilmiş şikayət məzmun etibarilə birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığının mübahisələndirilməsi deyil, qərarın icrası qaydasına münasibətdə irəli sürülmüş xahiş olduğundan, həmin müraciətə apellyasiya qaydasında baxılması üçün qanuni əsaslar mövcud deyildir. Bu səbəbdən şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir.

10. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118-ci maddəsini rəhbər tutaraq, qərara aldım: Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*- **)-***/**** nömrəli qərarından N nömrəli hərbi hissənin komandiri Vüsal Quliyev tərəfindən verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Məhkəmə qərarı qəbul edildikdən sonra inzibati həbs tətbiq edilmiş şəxsin hərbi qulluqçu statusunu itirməsi ilə əlaqədar inzibati həbsin icra yerinin dəyişdirilməsi məsələsinin həlli üçün Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinə məhkəmə qərarının icrası qaydasında müraciət etmək hüququ izah edilsin. Qərardaddan şikayət verilə bilməz.

Hakim Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar