Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3-1(3-6)-10/2026 17.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlqar oğlunun, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar şöbəsinin prokuroru R X3 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlqar oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilməsinə dair Bakı Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Hərbi prokurorunun müavini tərəfindən apellyasiya qaydasında verilmiş protestə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun cinayət təqibindən kənar icraatlar şöbəsinin rəisi, R Eyvaz Mustafayev tərəfindən ## #### 2026-ci il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlqar oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul olunmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin sabiq zabiti, R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlqar oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati material ## #### 2026-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlqar oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilmişdir. Həmin qərarından narazı qalan Azərbaycan Respublikası Hərbi prokurorunun müavini tərəfindən apellyasiya protesti verilərək Bakı Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlqar oğlunun İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Proetstin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Bakı Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlqar oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsinin olmaması əsası ilə xitam verilmişdir. Hesab edirəm ki, göstərilən qərar qanunsuz və əsassızdır, məhkəmə tərəfindən inzibati xəta haqqında işə baxılarkən maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin müddəalarının yanlış şərh olunması, işin hallarının tam və obyektiv araşdırılmaması səbəbindən, həmçinin məhkəmə qərarı məhkəmənin özü tərəfindən müəyyən edilmiş faktiki hallara zidd nəticələr ehtiva etdiyindən ləğv edilməlidir. Belə ki, iş materiallarından görünür ki, R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin sərəncamında olarkən "WhatsApp" mobil tətbiqi vasitəsi ilə həmin Xidmətin Şuşa şəhər şöbəsinin rəisi, R- R X1 şərəf və ləyaqətini alçaldan nalayiq və təhqiramiz ifadələrdən ibarət səsli mesajlar göndərmişdir. Bu hallar iş materialları, zərərçəkmiş şəxsin izahatı ilə təsdiq edilmiş və V.İ.Abbasov tərəfindən də inkar edilməmişdir. Buna baxmayaraq, məhkəmə yazışmanın şəxsi xarakter daşıdığını və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsla Ə.Nəbiyev arasında tabelik münasibətlərinin mövcud olduğunu əsas gətirərək inzibati xəta hadisəsinin olmadığı qənaətinə gəlmişdir. Məhkəmə tərəfindən qərar qəbul olunarkən qanun düzgün tətbiq edilməmiş, qeyd olunan hərbi qulluqçular arasında tabelik münasibətlərinin mövcud olduğu göstərilsə də, bu nəticəni təsdiq edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin konkret normasına istinad olunmamışdir. Məhkəmə qərarında "Baxılan işdə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs R rütbəsində olmaqla SHXÇDX-nin Şuşa şəhər şöbəsinin Səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin zabiti vəzifəsində xidmət etmişdir. Zərərçəkmiş şəxs isə R hərbi rütbəsində olmaqla SHXÇDX-nin Şuşa şəhər şöbəsinin rəisi vəzifəsində xidmət etmişdir. Sonradan barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs sərəncama götürülsə də, bu onların tabelik münasibətlərində olmayan hərbi qulluqçular olması kimi qəbul edilə bilməz. Həm daşıdıqları hərbi rütbələri, həm də vəzifələri ilə bağlı tutduqları mövqe onların tabelik münasibətində olmalarını təsdiq edir. Bu sahəni tənzimləyən qanunlarda, sahəvi hüquqi aktlarda və Silahlı Qüvvələrin nizamnamələrində bu aydın şəkildə öz əksini tapmışdır.” göstərilmişdir. Məhkəmənin müəyyən olunmuş obyektiv halların hüquqi qiymətləndirilməsi tam əsassızdır və yalnız hakimin şəxsi mülahizəsinə söykənmişdir. İş materiallarından müəyyən olunur ki, inzibati xətanın törədildiyi vaxt Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs R rütbəsində olmuş və R rütbəsində olan böyük zabitlərin rəis hesab olduğu hərbi qulluqçuların dairəsinə aid olmamış, hadisə zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin sərəncamında olmuş, R Ə.Nəbiyev isə həmin Xidmətin Şuşa şəhər şöbəsinin rəisi vəzifəsində xidmət etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Xidmət rəisinin sərəncamına keçirildikdən sonra Ə.Nəbiyev onun xidməti fəaliyyətinə rəhbərlik etmək səlahiyyətinə malik olmamış, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tabe olduğu vəzifəli şəxs hesab edilməmiş, ona icrası məcburi olan əmrlər vermək və barəsində intizam tədbirləri tətbiq etmək hüququna malik olmamış, bir sözlə onların arasında Daxili Xidmət Nizamnaməsinin 11 və 13-cü maddələrinin mənasında tabelik münasibətləri mövcud olmamışdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən verilmiş rəsmi məlumata əsasən ## ###### 2026-cı il tarixdə Xidmətin hərbi qulluqçuları, R Ə.X.Nəbiyev və R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs arasında tabelik münasibətləri mövcud olmamışdır. Məhkəmə aktına dair ümumi qəbul edilmiş hüquqi tələblərə görə, məhkəmənin nəticələri məntiqi cəhətdən ardıcıl, bir-biri ilə əlaqəli və məhkəmə iclasında araşdırılmış sübutlara əsaslanmalıdır. Lakin qanunun tələblərinin əksinə olaraq, məhkəmə Nizamnamə qaydalarının məzmununu təhlil etməmiş, onları işin faktiki halları ilə müqayisə etməmiş və yalnız qanunvericiliyə və hərbi nizamnamələrə ümumi istinad etməklə kifayətlənmiş, konkret hüquq normasını göstərməmişdir. Mübahisələndirilən məhkəmə qərarı müvafiq hüquqi tələblərə cavab vermədiyi üçün əsaslı və qanuni hesab edilə bilməz. Məhkəmənin özü müəyyən etmişdir ki, münaqişənin yaranmasına səbəb Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərbi xidmət keçməsi, başqa xidmət yerinə keçirilməsi və Ə.Nəbiyevin ona münasibəti ilə bağlı narazılığı olmuşdur. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatlarında qeyd olunduğu kimi Ə.Nəbiyev öz hərəkətləri ilə rəhbərlikdə onun barəsində mənfi fikirlər yaratmış və məhz ## ###### 2026-cı il tarixdə Xidmətin Lerik rayon şöbəsində müvafiq vəzifəyə təyin olunduqdan sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xidmət yerinin dəyişdirilməsinin R Ə.Nəbiyevin qərəzli mövqeyi ilə əlaqələndirib həmin tarixdə sonuncuya "WhatsApp” mobil tətbiqi vasitəsi ilə nalayiq məzmunlu səsli mesajlar göndərmişdir. Belə olan halda münaqişə məişət münasibətlərindən deyil, məhz hərbi xidmət münasibətlərindən irəli gəlmişdir. Hətta tərəflər arasında şəxsi narazılıq və ya qarşılıqlı ədavət mövcud olmuş olsa belə, bu hal İXM-in 612.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibini istisna etmir. Çünki həmin maddədə əməlin motivi inzibati xətanın zəruri elementi kimi nəzərdə tutulmamışdır. Buna görə də məhkəmənin yazışmanın şəxsi xarakter daşıması barədə gəldiyi nəticə işin hər hansı obyektiv hallarına əsaslanmır, hüquqi əhəmiyyət daşımır və inzibati məsuliyyəti istisna edən hal hesab oluna bilməz. Hərbi xidmət dövlət xidmətinin xüsusi növüdür. Hərbi qulluqçu hərbi xidmət keçdiyi bütün müddət ərzində Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, ümumqoşun nizamnamələrinə, hərbi intizam qaydalarına və digər hərbi qulluqçuların şərəf və ləyaqətinə hörmət etmək vəzifəsinə malikdir. Bu vəzifələr yalnız xidməti vaxtla, hərbi hissənin ərazisi ilə və ya xidməti rabitə vasitələrindən istifadə olunması ilə məhdudlaşmır. Bu səbəbdən bir hərbi qulluqçunun digər hərbi qulluqçuya mobil telefon və ya elektron rabitə vasitəsi ilə, o cümlədən "WhatsApp" mobil tətbiqindən istifadə etməklə təhqiramiz mesajlar göndərməsi yalnız əməlin törədilmə üsulu olduğundan həmin əməlin hüquqi mahiyyətinə heç bir təsir göstərmir, hüquqazidd davranışın xarakterini, onun hərbi xidmət münasibətlərinə aid hüquqi mahiyyətini dəyişmir və qanunla nəzərdə tutulmuş inzibati məsuliyyəti istisna edə bilməz. Əks mövqenin qəbul edilməsi o nəticəyə gətirib çıxarardı ki, ümumqoşun nizamnamələrinin tələbləri yalnız xidmət otağında və ya iş vaxtı qüvvədədir. Eyni zamanda məhkəmənin hazırkı mövqeyi hərbi qulluqçular tərəfindən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozulması zamanı elektron rabitə vasitələrindən istifadə olunmasını inzibati məsuliyyəti istisna edən hal kimi qəbul edilməsinə dair təhlükəli məhkəmə təcrübəsinin formalaşmasına səbəb olur ki, bu da inzibati qanunvericiliyin və hərbi xidmət institutunun mahiyyətinə, inzibati məsuliyyət institutunun preventiv məqsədinə və məsuliyyətin labüdlüyü prinsipinə, eləcə də hərbi intizamın möhkəmləndirilməsi vəzifələrinə ziddir. Məhkəmənin hazırkı yanaşması isə əksinə olaraq hüquqpozan şəxslərdə cəzasızlıq hissi formalaşdırır, məsuliyyətin labüdlüyü prinsipini zəiflədir və gələcəkdə yeni inzibati xətaların, o cümlədən cinayətlərin törədilməsinə şərait yaradır. Bu isə öz növbəsində, hüquq- müdafiə sisteminə olan etibarı azaldır, ictimai təhlükəsizliyə mənfi təsir göstərir, hüquq- mühafizə orqanlarının fəaliyyətini səmərəsiz edir, inzibati qanunvericiliyin preventiv əhəmiyyətini zəiflədir, hüquq pozuntularına görə məsuliyyətin qaçılmazlığı barədə ictimai düşüncəni pozur. , birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməklə işin obyektiv həllinə təsir göstərmiş əhəmiyyətli pozuntularına yol vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin düzgün tətbiq edilməməsi, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin müddəalarının düzgün təfsir edilməməsi, qanunçuluq, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulması, işin hallarının tam araşdırılmaması, sübutların düzgün qiymətləndirilməməsi, məhkəmə qərarının qanun tələblərinə uyğun qaydada əsaslandırılmaması, məhkəmə qərarının əsası olmaqla bir-birini istisna edən nəticələrin mövcudluğu kimi pozuntuların hər biri məhkəmə qərarının qanuniliyini şübhə altına alır, onların məcmusu isə həmin qərarın qanuni və əsaslı hesab edilməsinin mümkün olmadığını göstərir. Məhkəmə iclasında Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar şöbəsinin prokuroru R X3 apellyasiya protestinə uyğun çıxış edərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlqar oğlunun İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya protestinin dəlillərinin əsassız hesab edərək protestin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. İşin halları və hüquqi məslələr: Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə apellyasiya qaydasında verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Bakı Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, inzibati xəta hadisəsi olmadığına görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlqar oğlunun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmiş hərəkətlər şəxslər arasında yaranmış şəxsi xarakterli mübahisə nəticəsində WhatsApp mobil tətbiqi vasitəsilə göndərilmiş mesajlardan ibarət olmuş, həmin hərəkətlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın zəruri əlamətlərini daşımır. Mövcud halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsəsindən söhbət gedə bilməz. Məhkəmə, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlqar oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1 -ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərarı əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən hesab edirəm ki, Bakı Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğundur, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlqar oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qanuni və düzgün nəticəyə gəlinmişdir, portestdə göstərilənlər qərarın ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsas olmadığından protest təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq Qərara a l ı r a m: Azərbaycan Respublikası Hərbi prokurorunun müavini tərəfindən apellyasiya qaydasında verilmiş proetst təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlqar oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilməsinə dair Bakı Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev
Məhkəmə qərarları › İş №3-1(3-6)-10/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3-1(3-6)-10/2026
17.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver