Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3-1(3-6)-4/2026 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Zərərçəkmiş şəxs Məmmədova İradə Əli qızının iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı Hərbi Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatətinin rədd edilməsinə dair Bakı Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *- *(***)-***/**** saylı qərardadından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Hərbi Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək ona 300 (üç yüz) manat cərimə növündə tənbeh təyin olunmuşdur. Məhkəmənin qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə Bakı Hərbi Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından apellyasiya şikayəti və buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatəti məhkəməyə daxil olmuşdur. Bakı Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** saylı qərardadına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı Hərbi Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatətinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardaddan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və müddətin bərpa edilərək əsas qərardan verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş 10 günlük müddəti üzrlü səbəblərə görə buraxmışdır. Belə ki, həmin müddət ərzində * saylı vərəm dispanserində müalicə almış, xidmətdən tam azad olunmuş və sağlamlıq vəziyyəti ilə əlaqədar olaraq hüquqi hərəkətləri həyata keçirmək imkanı olmamışdır. Tibbi sənədlərlə də təsdiq olunur ki, o dinamik müşahidə altında olmuş və faktiki olaraq apellyasiya şikayəti vermək imkanından məhrum olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi apellyasiya müddətinin bərpası barədə ərizəni əsassız olaraq təmin etməmişdir. Apellyasiya baxışı zamanı iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə edərək məhkəmədən şikayətin təmin edilməsini və buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən zərərçəkmiş şəxs Məmmədova İradə Əli qızı məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayətlə əlaqədar inzibati işin materiallarını araşdıraraq, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin edilməməli, Bakı Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** saylı qərardadı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 137.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzürlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göründüyü kimi, qanunvericilikdə qərardan şikayət verilməsi üçün 10 gün müddət nəzərdə tutulmasına baxmayaraq, barəsində inzibati tənbeh vermə haqqında qərar qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati tənbeh vermə haqqında qərarını aldığı vaxtdan qanunvericilikdə nəzərdə tutulmuş şikayət vermə müddətini ötürməklə şikayət vermişdir. Belə ki, iş materiallarına əsasən mübahisələndirilən qərar ##.##.2025-ci ildə qəbul olunmuş, qərar ##.##.2025-ci il tarixdə imzalanmış, elektron məhkəmə sisteminə, şəxsi kabinetə yerləşdirilmişdir. Apellyasiya şikayəti isə ##.##.2026-cı ildə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Apellyasiya şikayəti prosessual müddət buraxılmaqla verilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı sübut təqdim edilməmiş, hansısa qanuni hala istinad edilməmişdir. Vəsatətdə göstərilən hallar müddətin buraxılmasını üzrlü hasab etmək üçün əsas ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs səhhətindəki problemlər onun vaxtında şikayət verməsinə mane olacaq dərəcədə olmamışdır. İşdə müdətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübut yoxdur. Ona görə də, məhkəmə vəsatətin təmin edilməsi üçün qanuni əsas görmür və rədd olunması nəticəsinə gəlir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qərardan şikayət verilməsi üçün buraxılmış müddəti ötürmüş və həmin müddəti üzrlü səbəbdən ötürməsi ilə əlaqədar heç bir sübut təqdim etməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatəti təmin etməməklə iş üzrə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)- ***/**** saylı qərardadı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti təmin edilməsin. Bakı Hərbi Məhkəməsinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı Hərbi Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatətinin rədd edilməsinə dair ##.##.2026-cı il tarixli, *- *(***)-***/**** saylı qərardadı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №3-1(3-6)-4/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3-1(3-6)-4/2026
07.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver