Məhkəmə qərarları › İş №3-1(3-6)-5/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3-1(3-6)-5/2026

23.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3-1(3-6)-5/2026 23.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X4 oğlunu sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Protokolu tərtib edən orqan rəisinin hüquq işləri üzrə köməkçisi-baş müəllim, R Sadıqov Gündüz Atamalı oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilməsinə dair Bakı Hərbi Məhkəməsinin *-*(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Protokolu tərtib edən orqan rəisi vəzifəsini icra edən Nizami Mövlanov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Protokolu tərtib edən orqan Maddi-texniki təminat kafedrasının humanitar fənlər silsiləsinin müəllimi, R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Protokolu tərtib edən orqan Maddi-texniki təminat kafedrasının humanitar fənlər silsiləsinin müəllimi, R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdən xidmət yerinə gəlməmiş və ##.##.2026-cı il tarixdə xidmət yerinə qayıtmışdır. Bakı Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Protokolu tərtib edən orqan rəisi vəzifəsini icra edən Nizami Mövlanov apellyasiya şikayəti verərək Bakı Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** saylı qərarının ləğv edilməsi və Protokolu tərtib edən orqan Maddi-texniki təminat kafedrasının humanitar fənlər silsiləsinin müəllimi, R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətə cəlb olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Protokolu tərtib edən orqan Maddi- Texniki Təminat kafedrasının Humanitar fənnlər silsiləsinin müəllimi R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs heç bir üzrlü səbəb olmadan, əvvəlcədən hərbi qulluqçu kimi raport yazaraq yuxarı komandanlığı məlumatlandırmadan, özünün yuxarı rəislərinə məlumat vermədən ##.##.2026-cı il tarixdə xidmət yerinə gəlməmiş, ona edilən çoxsaylı zənglərə isə cavab verməmiş, yalnız 4 gündən sonra ##.##.2026-cı il tarixdə xidmət yerinə qayıtmışdır. Bu faktın təsdiqi kimi nizami hissə üzrə əmrdən çıxarışlar materiala əlavə olunmuşdur. Hakim Zaur Hacıyev barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hərbi qulluqçu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində işə baxarkən Hərbi Qulluqçuların statusu haqqında qanunun 11-ci maddəsinə istinad edərək onların 41 saatdan çox xidmətdə olmasının guya ki, qanuna zidd olması kimi fikrə gəlsə də, həmin Qanunun 23-cü maddəsinin q bəndinin tələblərini nəzərə almamış, (yəni hərbi qulluqçuların istirahət müddəti məhdudlaşdırıla bilər) kimi tələbini unudaraq nizam-inztizamsızlığa yol verən hərbi qulluqçu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunsuz hərəkətlərinə haqq qazandırmağa çalışmış, hüquqazidd qərar qəbul etmişdir. Hərbi Qulluqçuların statusu haqqında qanunun 24-cü maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşları üçun nəzərdə tutulmuş vəzifələrdən əlavə hərbi xidmətin xüsusiyyətləri ilə bağlı yuxarı komandirlərin və rəislərin əmr və göstərişlərini, Nizamnamələrin tələblərini qeyti-şərtsiz yerinə yetirməyə borcludurlar. Lakin işin faktiki hallarına baxarkən Azərbaycan Ordusunun Təlim və X3-Texniki Təminat kafedrasının Humanitar fənnlər silsiləsinin müəllimi R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yuxarı rəislərin əmr və göstərişlərini açıq-aydın pozduğunu gördüyü halda hakim Z.Hacıyev tamamilə qanunsuz qərar qəbul etmiş, 4 gün xidmət yerinə çıxmayan hərbi qulluqçunun əməlində inzibatı xətanın tərkibini görmək istəməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində zabitin üzrsüz səbəbə xidmət yerini 3 gündən artıq tərk etməsi və ya xidmət yerinə qayıtmaması maddəsinin dispozisiyasından gördüyümüz kimi orada qeyri-iş günləri istisna olmaqla ifadəsi yoxdur. Lakin Bakı Hərbi Məhkəməsinin hakimi Zaur Hacıyev qanunsuz olaraq çıxartdığı qərarda bu maddənin tələblərini pozmaqla açıq-aydın 3 gündən artıq ifadəsi işləndiyi halda bu normanı görmək istəməmiş, hüquqa zidd qərar qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2019-cu il tarixli Azərbaycan Respublikası Cinayəyt Məcəlləsinin 333-cü maddəsində “gün” anlayışı haqqında qərarına əsasən gün anlayışı 24 saatdan ibarətdir. Bakı Hərbi Məhkəməsinin hakimi Zaur Hacıyev qanunsuz olaraq çıxartdığı qərarda konstitusiya məhkəməsinin plenum qərarına istinad etməyərək barəsində inzibati xəta haqqında is üzrə icraat aparılan hərbi qulluqçu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dedikləri ilə kifayətlənmiş, işin faktiki hallarına qiymət verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hərbi qulluqçu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqdim ediyi ** nömrəli poliklinikanın ##.##.2026-cı il tarixli arayışında onun azyaşlı övladı A.Abbasovun həmin xəstəxanada qeydiyyatda olması göstərilib. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hərbi qulluqçu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin tarixdə övladının xəstəliyi ilə bağlı özünün həmin tibb müəssisəsinə müraciət etməsi barədə həmin arayışda heç bir məlumat yoxdur. Apellyasiya baxışı zamanı iştirak edən Protokolu tərtib edən orqan rəisinin hüquq işləri üzrə köməkçisi-baş müəllim, R Sadıqov Gündüz Atamalı oğlu apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə verilmiş apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, Protokolu tərtib edən orqan rəisi vəzifəsini icra edən Nizami Mövlanov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 75-ci maddəsinə görə , inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsinə əsasən hərbi qulluqçunun xidmət yerini üzrlü səbəb olmadan üç gündən artıq müddətə tərk etməsi inzibati məsuliyyət yaradır. İş materiallarında olan Protokolu tərtib edən orqan Madditexniki təminat kafedrasının humanitar fənlər silsiləsinin rəisi tərəfindən verilən ##.##.2026-cı il tarixli raportdan görünür ki, Protokolu tərtib edən orqan Madditexniki təminat kafedrasının humanitar fənlər silsiləsinin müəllimi, R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 08:00-da xidməti yerinə gəlməli olduğu halda xidmət yerinə çıxmamışdır. İş materiallarında olan Protokolu tərtib edən orqan rəisinin ## #### 2026-cı il tarixli, ** nömrəli əmrindən çıxarışdan görünür ki, Maddi-texniki təminat kafedrasının humanitar fənlər silsiləsinin müəllimi, R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə xidmət yerinə gəlmədiyi üçün xidmət yerini özbaşına tərk etmiş hesab edilmiş, bütün növ təminatları dayandırılmışdır. İş materiallarında olan Protokolu tərtib edən orqan rəisinin ## #### 2026-cı il tarixli, ** nömrəli əmrindən çıxarışdan görünür ki, ##.##.2026-cı il tarixdə xidmət yerinə gəlməyən Maddi-texniki təminat kafedrasının humanitar fənlər silsiləsinin müəllimi, R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, ##.##.2026-cı il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəlmiş hesab edilmiş, bütün növ təminatlara qoyulmuşdur. İş materiallarında olan ** nömrəli Uşaq Poliklinikasından verilən ##.##.2026-cı il tarixli arayışa əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2021-ci il təvəllüdlü övladı X1 G96.8 “Mərkəzi sinir sisteminin digər pozğunluqları” diaqnozu ilə ** nömrəli Uşaq Poliklinikasında həkim-nevropatoloqun müşahidəsində olmuşdur. İş materiallarında olan Protokolu tərtib edən orqan Madditexniki təminat kafedrasının humanitar fənlər silsiləsinin rəisi tərəfindən verilən xidməti xasiyyətnaməyə əsasən mənfi xarakterizə olunur. Hazırki iş üzrə birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə saat 08:00-da xidmət yerini tərk etməsi və ## #### 2026-cı il tarixdə saat 08:00 radələrində xidmət yerinə qayıtması ilə bağlı müəyyən etmişdir ki, 07-09 mart tarixləri istirahət günlərinə, yəni qeyri-iş günlərinə təsadüf etmiş, birinci iş günü hesab edilən ## #### 2026-cı il tarixdə şəxs vaxtında xidmət yerinə qayıtmışdır. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs faktiki olaraq iş günü hesab edilən ## #### 2026-cı il tarixdə xidmət yerində olmamışdır. Digər günlərdə xidmət yerinə məcburi çıxması üçün əsas olan hal olmamışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 11- ci maddəsinin 1-ci hissəsinə əsasən hərbi qulluqçuların istirahət hüququ həftədə 41 saatdan çox olmayan xidmət vaxtının müəyyən edilməsi, həftəlik istirahət günlərinin, iş günü hesab edilməyən bayram günlərinin, illik məzuniyyətlərin və başqa ödənişli məzuniyyətlərin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), habelə dincəlmək və qidalanmaq üçün gündəlik fasilələrin verilməsi yolu ilə təmin edilir. Beləliklə, qeyd olunan istirahət günləri və qeyri-iş günü nəzərə alınmaqla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xidmət yerində olmaması faktiki olaraq bir gün təşkil etmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəyi qanuni və əsaslı hesab edərək Protokolu tərtib edən orqan tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xidmət yerində olmadığı 4 günlük müddətin 07-09 mart tarixləri istirahət günlərinə, yəni qeyri-iş günlərinə təsadüf etməklə onun həmin günlərdə xidmət yerinə məcburi çıxması zəruriliyini təsdiq edən hər hansı sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xidmət yerində olmamasının faktiki olaraq bir gün təşkil etməsi barədə düzgün nəticəyə gəlmişdir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Protokolu tərtib edən orqan rəisi vəzifəsini icra edən Nizami Mövlanov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Protokolu tərtib edən orqan rəisi vəzifəsini icra edən Nizami Mövlanov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Hərbi Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilməsinə dair ##.##.2026-cı il tarixli, *-*(*- **)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar