Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3-1(3-6)-6/2026 01.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X2, Boroyev Əli Əhməd oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında iş üzrə Bakı Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş qərarından verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli icra vərəqəsində cavabdehlər “Yüksək İnşaat” MMC-dən və X1 müştərək qaydada vurulmuş maddi ziyana görə 5600 (beş min altı yüz) manat və mənəvi ziyana görə 500 (beş yüz) manat olmaqla cəmi 6100 (altı min yüz) manat məbləğində pulun tutularaq iddiaçı Zərərçəkmiş şəxs Nadiq Qulu oğluna ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olan 150 (yüz əlli) manat məbləğində pulun 50 (əlli) manat hissəsinin cavabdehlər “Yüksək İnşaat” MMC-dən və X1 müştərək qaydada tutularaq iddiaçı iddiaçı Zərərçəkmiş şəxs Nadiq Qulu oğluna ödənilməsi qət edilmişdir. Həmin icra vərəqəsi üzrə iddiaçılar qismində Şixəliyeva Elsurə İbrahim qızı və Şixəliyev X4 göstərilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Vəzifəli şəxs tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1- ci maddəsi ilə ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-ci il tarixli qərardadla həmin protokol əlavə edilmiş materiallarla birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Bakı Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli (hakim qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə ilə tənbeh edilmişdir. Qərardan, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, apellyasiya qaydasında şikayət verərək, iş üzrə Bakı Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin icra edilməməsinin səbəbi isə odur ki, qeyd edilən qətnamədə cavabdeh kimi adı qeyd olunan “Yüksək İnşaat” MMC-nin ona aidiyyəti yoxdur. Qətnamədə konkret olaraq onun adı cavabdeh kimi çəkilmir. Lakin icra məmuru onu “Yüksək İnşaat” MMC-nin rəhbəri kimi cəlb etmiş halbuki, onun belə bir şirkət rəhbəri olduğundan xəbəri olmamışdır. Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsindən isə 2025-ci ilin noyabr ayında xəbər tutmuşdur. Belə ki, ## ###### 2025-ci il tarixdə saat təxminən 11 radələrində hərbi geyimdə, işdən çıxıb evə gedərkən Sabirabad rayon X6 polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Polis Şöbəsinə aparılmışdır. Səbəbini soruşduqda ona məlum olmuşdur ki, onun barəsində Bakı şəhəri, Yasamal rayon İcra Şöbəsi tərəfindən axtarış işi açılmışdır. Bundan sonra polis şöbəsindən buraxıldıqdan sonra dərhal Yasamal rayon İcra şöbəsibə getmişdir. Orada ona məlum olmuşdur ki, Yüksək İnşaat MMC-nin cavabdeh olduğu iş üzrə yuxarıda qeyd edilən qətnamə qəbul olunub və qətnamənin icrası ilə əlaqədar onun barəsində axtarış işi açılmışdır. Bundan sonra Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2024cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Yasamal Rayon Məhkəməsindən ona göndərilmiş SMS-dən də görünür ki, həmin iş üzrə maraqlı şəxs qismində qeydiyyata alınmışdır. Lakin Apellyasiya şikayətinin geri qaytarılmasından məlumatı olmamışdır. Hazırkı işə Bakı Hərbi Məhkəməsində baxılarkən ona məlum olmuşdur ki, apellyasiya şikayəti Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Hal-hazırda Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadından apellyasiya şikayəti vermişdir. Eyni zamanda adından saxta yolla şirkət açılması barədə bütün dövlət orqanlarına və hüquq-mühafizə orqanlarına şikayətlər etmişdir. Hal-hazırda qeyd edilən faktla bağlı Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. Bütün bu göstərilənlər barədə məhkəmə iclasında məlumat versə də məhkəmə göstərdiyi halları nəzərə almamışdır. Eyni zamanda məhkəmə iclasında iştirak edən tələbkarlar Zərərçəkmiş şəxs Nadiq Qulu oğlu və Şıxəliyevə Elsurə İbrahim qızı sədrlik edənin sualına cavab olaraq onu ümumiyətlə tanımadıqlarını təsdiq etmişlər. Lakin qərarda bu öz əksini tapmamışdır. Eyni zamanda sədrlik edənin sualına cavab olaraq “Yüksək İnşaat” MMC-nin möhürünün və təsis sənədlərinin onda olmadığını bildirsə də bu da qərarda öz əksini tapmamışdır. Hal-hazırda onun şikayət ərizələri əsasında təqsirli şəxslərin müəyyən edilərək istintaqa cəlb olunmaları üçün Azərbaycan Respublikası Daxili İşlər orqanlarında araşdırma aparılır. Belə ki, Sabirabad RPŞ-nin ## ###### 2026-cı il tarixli Qərarı ilə şikayət ərizəsi əsasında toplanmış material araşdırmanın davam etdirilməsi üçün Bakı şəhəri Binəqədi RPŞ-nə göndərilmişdir. Göründüyü kimi məhkəmə heç bir araşdırma aparmadan barəsində inzibati tənbeh tətbiq etmişdir. O heç bir inzibati xəta törətməmişdir və bu əsasla da barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, şikayəti müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmuş tələbkarlar və inzibati orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edilmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi verilmiş şikayətlə əlaqədar inzibati xəta haqqında iş üzrə icraat zamanı toplanmış materiallarını bir-biri ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, inzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına uyğun qərar qəbul olunmuşdur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sənədlərlə, inzibati xəta haqqında protokolla və digər mötəbər sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra Beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi «Məhkəmələr və hakimlər haqqında» Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “İcra haqqında” Qanun) 2 və 3-cü maddələri). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra - Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə ## #### 1997-ci il tarixli Qərar, §40). Həmçinin Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə # ### 2002-ci il tarixli Qərar, §35). "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinin tələbinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafıq məhkəməyə göndərir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi inzibati iş üzrə mübahisələndirilən məsələ haqqında qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni qanunun tələbinə və sənədlərə istinad edərək əsaslandırmışdır. Məhkəmədə bu məsələ ilə bağlı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı dinlənilmiş, sənədlər tədqiq olunmuş, təhlillər aparılmış və məhkəmə araşdırması üzrə nəticə etibarilə qanuni və əsaslı yekun məhkəmə aktı qəbul edilmişdir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qərar qəbul edərkən iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək düzgün və qanuni olaraq onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair qərar qəbul etmişdir ki, bu məsələyə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas yoxdur. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirini təsdiq edən mümkün sübutları bir daha sadalamağa lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə və qanunun tələbinə uyğun olduğu üçün onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri məhkəmə aktının ləğvinə əsas vermir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs münasibətdə inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 9.1, 12.1, 21, 31.2, 32 və 33-cü maddələrinin tələblərini nəzərə almışdır. Qanunvericiliyin qeyd olunan müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Bakı Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 133, 134, 135 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Bakı Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*- **)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3-1(3-6)-6/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3-1(3-6)-6/2026
01.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver