Məhkəmə qərarları › İş №3-1(3-6)-9/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3-1(3-6)-9/2026

05.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3-1(3-6)-9/2026 05.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X8 iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməsi, Qərardan şikayət verən orqan (şəxs) Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə vəzifəli şəxs qismində tənbeh edilməsinə dair X6 Xidmətinin Bakı şəhər Idarəsinin ## ###### 2025-ci il tarixli, MN ******* №-li inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından X5 Xidmətinin Hüquq idarəsinin rəisi Islam Həsənzadə tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş ## ###### 2025-ci il tarixli, MN ******* №-li qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, həmçinin şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatət vermişdir. Bakı Hərbi Məhkəməsinin ##.##.2026- cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərardadı ilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən X6 Xidmətinin Bakı şəhər Idarəsinin ## ###### 2025-ci il tarixli, MN ******* №-li qərarından şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddətin buraxılması üzrlü hesab edilərək bərpa edilmişdir. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərar Azərbaycan Respublikası IXM-in 539.3-cü maddəsi ilə onun barəsində vəzifəli şəxs qismində, Müdafiə Nazirliyinin X2 rəisi kimi vəzifə səlahiyyətlərinin icrası ilə bağlı qəbul edilmişdir. Hazırda rəhbərlik etdiyi qurumun adı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin X2maqla, əvvəlki dövrdə həmin qurum X1 adı ilə fəaliyyət göstərmişdir. Bu səbəbdən hazırkı şikayətdə istifadə olunan “X2” və əlavə edilmiş sübutlarda göstərilən “X1” ifadələri eyni qurumu ifadə edir. X5 Xidmətinin Bakı Şəhər Idarəsinin ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli qərarı ilə Müdafiə Nazirliyinin X2 rəisi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-in 539.3-cü maddəsi ilə təqsirli bilinərək 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Qərarda göstərilmişdir ki, guya vətəndaş X7 müraciəti üzrə aparılan araşdırma çərçivəsində DƏMX tərəfindən tələb edilən sənədlər müəyyən olunmuş müddətdə təqdim edilməmişdir. Lakin bu nəticə işin faktiki hallarına və mövcud məhkəmə aktları ilə müəyyən edilmiş hallara uyğun deyildir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, Iş № *(001 )-****/**** saylı qərarında və həmin qərarı qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, Iş № *(3-6)-105/2026 saylı qərarında müəyyən edilmişdir ki, DƏMX-in ##.##.2025-ci il tarixli sorğusuna cavab olaraq işəgötürənin sərəncamında olan sənədlər təqdim edilmişdir. Məhkəmə aktlarında göstərilmişdir ki, əmək müqaviləsinə xitam barədə əmrin çıxarışı, paylama cədvəlləri və tabel sənədləri DƏMX-yə göndərilmişdir. Deməli, sənədlərin ümumiyyətlə təqdim edilməməsi barədə qərarda göstərilən nəticə faktiki hallarla təkzib olunur. Xüsusilə qeyd edilməlidir ki, DƏMX tərəfindən işçinin bank hesabı üzrə çıxarışın təqdim edilməsi tələb edilmişdir. Lakin bank hesabından çıxarış işəgötürənin arxivində və ya sənəd dövriyyəsində saxlanılan sənəd deyildir. Bu sənəd işçinin şəxsi bank hesabına aid olmaqla bank sirrini təşkil edən məlumatdır və onun ilkin sahibi məhz işçinin özüdür. Belə sənədin işəgötürən tərəfindən təqdim edilməməsi IXMin 539.3-cü maddəsi üzrə inzibati məsuliyyət üçün əsas hesab edilə bilməz. Əksinə, həmin çıxarışı işçi özü aidiyyəti bankdan əldə edərək X5 Xidmətinə təqdim edə bilərdi. Bundan əlavə, DƏMX-in bu məlumatı işəgötürəndən tələb etməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 88-ci maddəsinin 2-ci hissəsinin tələblərinə zidd olmuşdur. Belə ki, qeyd olunan normaya əsasən işəgötürən işçinin şəxsiyyəti və ya əmək fəaliyyəti barədə məlumatları dövlət orqanlarına yalnız onların yazılı sorğusu və işçinin yazılı razılığı ilə göndərə bilər. Iş materiallarından görünür ki, işçinin yazılı razılığı mövcud olmadan onun şəxsi məlumatlarının və bank hesabı üzrə məlumatların təqdim edilməsi tələb edilmişdir. Beləliklə, onun hərəkətlərimdə Azərbaycan Respublikası IXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud olmadığından, iş üzrə icraata xitam verilməsi üçün hüquqi əsas vardır. Bakı Hərbi Məhkəməsinin *-*(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs)nın Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə vəzifəli şəxs qismində tənbeh edilməsinə dair X6 Xidmətinin Bakı şəhər Idarəsinin ## ###### 2025-ci il tarixli, MN ******* №-li inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq idarəsinin rəisi Islam Həsənzadə apellyasiya qaydasında şikayət verib Bakı Hərbi Məhkəməsinin *-*(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində X5 Xidmətinin Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli, MN ******* №-li inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması xahiş etmişdir. Tərəflərin çıxışları: Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X8 şikayətə uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) şikayətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Apellyasiya şikayətində səlahiyyətli orqan hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını iddia edilərək tələbi IXM-in 135.1.1 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. IXM-in 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunsa da, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq sənədləri, izahatları sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək şikayəti təmin etmiş və inzibati tənbeh vermə haqqında qərarı ləğv edərək iş üzrə icraata xitam vermişdir. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, Iş № *(001 )- ****/**** saylı qərarında və həmin qərarı qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, Iş № *(3-6)-105/2026 saylı qərarında müəyyən edilmişdir i, X2 hüquqi şəxs statusuna malik deyil və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin subyekti ola bilməz. X2 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş Idarəsinin arxa cəbhə idarəsinin tabeliyindədir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, həmin qərarlar bu işlə eyni predmetlə bağlı hadisə üzrədir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı və həmin qərarı qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026- cı il tarixli, Iş № *(3-6)- 105/2026 saylı qərarı ilə X2 hüquqi şəxs olmadığı müəyyən edildiyindən X2 vəzifəli şəxsləri də Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində göstərilən şəxslər deyildirlər. Göstərilən normaların tələbləri baxımından qeyd edilməlidir ki, X2 hüquqi şəxs olmadığından onun rəsi də baxılan inzibati xətaya münasibətdə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin subyekti deyildir. Inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (IXMnin 2-ci maddəsi). IXM-nin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Inzibati məsuliyyətə səbəb olan hər bir əməlin (hərəkət və ya hərəkətsizliyin) tərkibinin düzgün müəyyən edilməsi inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməlin inzibati xəta olub-olmamasını, inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə inzibati xəta törətmiş şəxsə ədalətli tənbehin təyin edilməsinə yönəlmişdir. Təqsirsizlik prezumpsiyası prinsipini özündə ehtiva edən normalara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (IXM-in 8-ci maddəsi). Bu mövqenin məntiqi davamı olaraq qanunvericiliyin tələbinə görə, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (Inzibati Xətalar Məcəlləsinin 75-ci maddəsi). Ümumdünya Insan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Hesab edirəm ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuş, səlahiyyətli orqan inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış və düzgün nəticəyə gəlmişdir. Sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı Hərbi Məhkəməsinin *-*(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və IXM-nin 134.1.4-cü maddəsini rəhbər tutaraq, Qərara aldım: Apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı Hərbi Məhkəməsinin *-*(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar