Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3-1(3-7)-10/2026 20.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 611-ci maddəsi ilə təqsirli bilinməsinə dair Tərtər Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: ## ###### 2026-cı il tarixli ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş idarəsinin 9-cu Təhqiqat bölməsinin rəis müavini- baş təhqiqatçı R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə Bərdə şəhərində yerləşən “Çinar” restoranında spirtli içki qəbul edib tabeliyində olan R zərərçəkmiş şəxs2 və R zərərçəkmiş şəxs1 Zöhrab oğlunu təhqir etmişdir. Tərtər Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** saylı qərarı ilə (sədrlik edən hakim Şəfiyeva Könül) ##.##.1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, “Tvins art” yaşayış kompleksinin 4-cü blok, mənzil 333 ünvanında qeydiyyatda olan və Bərdə şəhərində yaşayan, AR Müdafiə Nazirliyinin 9-cu Təhqiqat bölməsinin rəis müavini-baş təhqiqatçı, R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXMnin 611-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətə inzibati qaydada həbs edilmişdir. Işin halları: ##.##.2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki,##.##.2026-cı il tarixdə R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bərdə rayonunda yerləşən “Çinar” restoranında yemək zamanı spirtli içki qəbul edərək bölmənin təhqiqatçılarına qarşı nalayiq ifadələr işlətdiyinə görə əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. 9-cu təhqiqat bölmə rəisinin ## ###### 2025-ci il tarixli ** nömrəli əmrinin çıxarışından görünür ki, R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2025-ci il tarixdən 6-cı təhqiqat bölməsindən gəlmiş hesab edilərək 9-cu təhqiqat bölməsinin şəxsi heyətinin siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş idarəsinin 9-cu Təhqiqat bölməsinin rəisi tərəfindən verilmiş xidməti xasiyyətnamə ilə R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xidmət yeri üzrə mənfi cəhətdən xarakterizə olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş idarəsinin 9-cu Təhqiqat bölməsi tərəfindən verilmiş xidməti vərəqədən görünür ki, R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xidmət müddəti ərzində həvəsləndirilməmiş, həmçinin intizam qaydasında cəzalandırılmamışdır. Işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş idarəsinin 9-cu Təhqiqat bölməsinin rəisi tərəfindən verilmiş arayışdan görünür ki, ## ### 2026-cı il tarixdə R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, R zərərçəkmiş şəxs1, R zərərçəkmiş şəxs2 və R Şahid rəis hesab edilmişdir. MN ******* nömrəli şəxsi vəsiqənin surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. Apellyasiya şikayətinin dəlilləri: Məhkəmənin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək özünü IXM-nin 611-ci maddəsi ilə təqsirli hesab etmədiyinə görə Tərtər Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Prosessual məsələlər: Apellyasiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs və Müdafiə Nazirliyinin 9-cu Təhqiqat bölməsinin rəis müavini, R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etmişdir. Əlavə olaraq göstərdi, 9-cu təhqiqat bölməsinin rəisi Sənan Paşayev tərəfindən ona qarşı şər-böhtan atılmışdır. Iş üzrə onun iş yoldaşları zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 öz otaqlarında olarkən əmək haqqları gec verildiyi üçün korpusun maliyyə işlərinə baxan hərbi qulluqçunun işindən narazı olduqlarını əsas gətirib onun haqqında yuxarı komandanlığa şikayət xarakterli raport yazmalarını eşidib onlara bu barədə irad bildirərək belə etməmələrini, həmin hərbi qulluqçunun heç bir günahının olmadığını bildirmişdir. Bir neçə gün sonra ## ### 2026-cı il tarixdə şənbə günü saat 16 radələrində iş vaxtından sonra Bərdə şəhərində yerləşən “Çinar” restoranında iş üoldaşları olan təhqiqatçılar zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2lə birlikdə spirtli içki qəbul edib yeyib içdikdən sonra həmin şəxslər yenidən onun tanışı olan korpusun maliyyəçi zabiti haqqında şikayət xarakterli ifadələr işlətdiklərinə görə yenidən öz iradını bildirərək maliyyəçidən şikayət etməmələrini demiş, buna görə iş yoldaşlarının ünvanına nalayiq sözlər işlətməmiş, naalayiq sözləri yalnız ünvansız olaraq ümumi işlədərək belə hərəkət etməməmlərini demişdir. Həmin vaxtı nə Səbuhini, nə də ki, Vasifi nalayiq sözlərlə təhqir etməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əlavə olaraq göstərdi ki, bölmə rəisi Sənan Paşayevin onunla ədavəti var. Belə ki, Sənan Paşayev iş vaxtı narkotik vasitələrdən istifadə etmiş, bu barədə Sənana iradını bildirmiş, hətta rəhbərliyə də bu barədə məruzə etmişdir. Baş idarələri tərəfindən bununla bağlı Sənan Paşayev haqqında araşdırma aparılmış, sənədlər hüquqi qiymət verilməsi üçün Ağdam hərbi prokurorluğuna göndərilmişdir. Sənan Paşayev ekspertizadan keçirilmiş və onun sidiyində narkotik maddə aşkar edilmişdir. Ona qarşı olan şər böhtan bu məsələlərdən sonra başlamışdır. Hazırda özünün təqsirli bilmir, heç kimi təhqir etməmişdir. zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 rəisləri Sənan tərəfindən ona qarşı öyrədilmiş şəxslərdi. Bundan başqa, o, bildirmişdir ki, vətən müharibəsinin iştirakçısıdır, Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş və medal ilə təltif olunmuş, buna görə də ayda 80 manat veteranlıq təqaüdü alır. Əvvəllər heç vaxt intizam məsluiyyətinə cəlb olunmamışdır. Bu hadisəyə görə də komandanlıq tərəfindən intizam məsuliyyətinə cəlb olunmamışdır. Hesab edir ki, qanunsuz həbs olunmuşdur. Apellyasiya şikayətinin təmin olunmasını, həbsdən azad olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada inzibati protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsinə məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qeyd edilən qərarından verilmiş şikayətin dəlillərini, həmin qərarın qanuniliyini və əsaslılığını işin müəyyən olunmuş halları əsasında yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi əməlin hüquqi və faktiki əsaslarını düzgün şəkildə araşdırmamışdır. Belə ki, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1 və Vaqif Mustafayev birinci instansiya məhkəməsində izahatlarında göstərmişlər ki, ##.##.2026-cı il tarixdə iş günündən sonra onlar R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və R Şahid ilə birlikdə Bərdə rayonunda yerləşən Çinar restoranına getmişlər və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onları həmin restoranda təhqir etdiyini göstərmişlər. Birinci instansiya məhkəməsində və apellyasiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oxşar məzmunlu izahatlarında ## ### 2026-cı il tarixdə şənbə günü saat 16:00 radələrində iş günündən sonra Bərdə şəhərində yerləşən “Çinar” restoranında həmin şəxslərlə birlikdə olduğunu və aralarında narazılığın olduğunu göstərmişdir. IXM-nin 611-ci maddəsinin dispozisiyasına görə- Tabelikdə olan hərbi qulluqçunun şərəf və ləyaqətini alçaltma (Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsin şərəf və ləyaqətini alçaltması) nəzərdə tutulmuşdur. Işin faktiki hallarından və yuxarıda qeyd edilən izahatlardan göründüyü kimi barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iş yoldaşları Vasfi Mustafayevin və zərərçəkmiş şəxs1 şərəf və ləyaqətini iş vaxtında sonra nalayiq sözlərlə restoranda alçaltması təsdiq olunsa da belə, onun bu hərəkəti hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar olması təsdiq olunmur. Apellyasiya məhkəməsi hesab edir ki, R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nalayiq sözlər işlətməsi etik davranış qaydalarına ziddir, Azərbaycan Silahlı Qüvvələrin hərbi qulluqçusunun adına xələl gətirən bir hərəkətdir. Buna görə də barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında izahatında iş yoldaşlarını təhqir etmədiyini göstərsə də belə, məhkəmə onun bu izahatını özünü müdafiə kimi qiymətləndirir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını, o cümlədən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə iştirak etməsi və medal ilə təltif olunması, həmçinin 80 manat veteranlıq təqaüdü alması, baş vermiş hadisəyə görə intizam məsuliyyətinə cəlb olunmaması, hadisənin iş vaxtında sonra törədilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi əməlinin hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar olmamasını və hazırda onun xidmətini davam etdirməsini nəzərə alıb ona Azərbaycan Respublikası IXM-in 611-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilmədən, törətdiyi əmələ görə onun intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xəta haqqında iş üzrə materialın onun xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş Idarəsinin Təhqiqat Idarəsinin yuxarı səlahiyyətli rəisi tərəfindən intizam qaydasında cəzalandırılmasını məqsədəuyğun və inzibati tənbehin məqsədlərinə, yəni inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa yetərli hesab edir. IXM-in 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 16.4-cü maddəsinə əsasən Inzibati tənbeh tətbiq etmə hüququ olan səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tərtər Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmalı, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə material IXM-in 16.4-cü maddəsinə əsasən onun intizam məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsi üçün xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş Idarəsinin Təhqiqat Idarəsinin yuxarı səlahiyyətli rəisinə göndərilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 611-ci maddəsi ilə təqsirləndirildiyi inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Musazadə Musa Əfqan oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Iş üzrə yeni qərar çıxarılsın. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə material IXM-in 16.4-cü maddəsinə əsasən onun intizam məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsi üçün xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş Idarəsinə göndərilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 611-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərar qəbul olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3-1(3-7)-10/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3-1(3-7)-10/2026
20.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver