Məhkəmə qərarları › İş №3-1(3-7)-11/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3-1(3-7)-11/2026

12.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3-1(3-7)-11/2026 12.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi, Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Gəncə Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilməsi, Həbsetmənin əvvəli ## #### 2026-cı il tarixdən hesablanması, Qərarın icrasının Gəncə Şəhər Baş Polis Idarəsinin müvəqqəti saxlama yerinə həvalə edilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs saxlanılması üçün Gəncə Şəhər Baş Polis Idarəsinin müvəqqəti saxlama yerinə yerləşdirilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gədəbəy rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən ## ### 2026-cı il tarixdə hərbi hissənin ərazisində əsgər X1 ilə birlikdə əsgərlər zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 aralarında yaranmış mübahisə zamanı tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət Nizamnaməsinin 38, 42 və 138-ci maddələrinin hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmaları, nalayiq hərəkətlər etməmələri, həmişə yüksək mədəniyyət, təvazokarlıq və təmkin nümunəsi olmalarına dair tələblərini pozaraq, əsgər zərərçəkmiş şəxs2 zor tətbiq etməklə ona sağlamlığın pozulmasına səbəb olmadıqlarından dərəcələri təyin edilməyən «sol körpücükaltı nahiyəsinin və sağ əlin arxa səthinin sıyrılmış yaraları, sağ əlin arxa səthinin məhdud ölçüdə əzilmiş-cırılmış yarası» xəsarəti, əsgər zərərçəkmiş şəxs1 qarşı zor tətbiq etməklə ona sağlamlığın pozulmasına səbəb olmadıqlarından dərəcələri təyin edilməyən «sağ əlin dördüncü və beşinci barmaqarası nahiyəsinin sıyrılmış yarası, sağ qabırğaaltı nahiyənin səthi qançırı, sağ baldırın yuxarı 1/3-nin ön səthinin cızılmış yarası» xəsarəti yetirməklə onlara qarşı zor tətbiq etmişlər. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 6-cı Təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ## ######## 2026-cı il tarixdə, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Gəncə Hərbi Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin qeyd olunan qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəkili Vəkil apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və cəzadan azad edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə Hərbi Məhkəməsinin *-*(*-**)- ***/**** saylı iş üzrə qəbul etdiyi qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 20 (iyirmi) sutka müddətinə inzibati həbs tənbeh növü tətbiq edilmişdir. Hesab edir ki, Gəncə Hərbi Məhkəməsinin həmin qərarı qanunsuz, əsassız və ədalətsizdir. Bu səbəbdən də, apellyasiya instansiyası məhkəməsi işə obyektiv baxaraq ədalətli qərar qəbul edəcəkdir. Məhkəmənin ədalətsiz qərar qəbul etməsini söyləməyə imkan verən əsaslardan biri ondan ibarətdir ki, hüquqlarını müdafiə etdiyi şəxsə qeyd edilən inzibati xətaya dair xüsusatların mötəbər sübutlarla öz təsdiqini tapıb-tapmamasını araşdırmamamışdır. Hesab edir ki, işə baxılarkən iş üzrə bütün faktiki hallar hərtərəfli, tam və obyektiv araşdırılmamış, şikayətçinin izahatları və mövqeyi lazımi qaydada qiymətləndirilməmiş, seçilmiş tənbeh növü (inzibati həbs) və onun həddi (20 sutka) işin faktiki hallarına, xətanın xarakterinə və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətinə uyğun olmayaraq qeyri-mütənasib şəkildə ağır müəyyən edilmişdir Apellyasiya məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə etdi, şikayətin dəlillərinə uyğun çıxış edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər tərəfə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən işə digər tərəfin və ya nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, protest əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. IXM-nin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi -on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Iş materiallarında olan ## #### 2026-cı il tarixli, *** saylı rəydən görünür ki, zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı almış olduğu xəsarətlər-sağ əlin dördüncü və beşinci barmaqarası nahiyəsinin sıyrılmış yarası, sağ qabırcaaltı nahiyənin səthi qançırı, sağ baldırın yuxarı 1/3-nin ön səthinin cızılmış yarası-bərk küt əşyanın (əşyaların) təsirindən törənməyə xarakterikdirlər, müxtəlif şəraitlərdə, o cümlədən məhkəmə-tibbi müayinəsi zamanı şəxsin özünün göstərdiyi müddətdə və şəraitdə əmələ gəlmələri istisna olunmur, sağlamlığın pozulmasına səbəb olmadıqlarından dərəcələri təyin edilmir; ## #### 2026-cı il tarixli, *** saylı rəydən görünür ki, zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı almış olduğu xəsarətlər-sol körpücükaltı nahiyəsinin və sağ əlin arxa səthinin sıyrılmış yaraları, sağ əlin arxa səthinin məhdud ölçüdə əzilmiş-cırılmış yarası-bərk küt əşyanın (əşyaların) təsirindən törənməyə xarakterikdirlər, qərarın təsviriəsaslandırıcı hissəsində göstəriln müddətdə və şəraitdə əmələ gəlmələri istisna olunmur, ümumilikdə və ayrıayrılıqda sağlamlığın pozulmasına səbəb olmadıqlarından dərəcələri təyin edilmir; «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» ## #### 2026-cı il tarixli qərarın surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməllərində cinayət tərkibi olmadığından həmin xüsusatlar üzrə barəsində aparılan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir; N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnaməyə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərbi hissə komandanlığı tərəfindən mənfi xarakterizə edilmişdir; Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus xidməti vərəqənin surətidən görünür ki, o, həmin əmələ görə hərbi hissə komandanlığı tərəfindən intizam qaydasında cəzalandırılmamışdır; Arayışlardan görünür ki, əsgər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə əsgərlər zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 arasında tabelik münasibətləri olmamışdır; «Elektron Məhkəmə» Informasiya Sistemindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində son bir il ərzində inzibati tənbeh tətbiq edilməmişdir; Birinci instansiya məhkəməsində protokol tərtib etmiş 6-cı Təhqiqat bölməsinin təhqiqatçısı məhkəmə iclasında inzibati xəta haqqında protokolda qeyd edilənlərə uyğun çıxış etdi və digər hərbi qulluqçulara nümunəvi təsir göstərməsi məqsədilə barəsində inzibati protokol edilmiş şəxsin inzibati qaydada təndbeh tətbiq edilməsini xahiş edir. Iş materiallarında görünür ki, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 hər biri işin halları ilə bağlı oxşar məzmunlu izahatlar vermiş və əlavə olaraq bildirmişlər ki, hadisədən sonra əsgər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onlardan üzr istəməmiş, onunla barışmamışlar. Onun qanuna uyğun olaraq cəzalandırılmasını xahiş edirlər. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin hallarını araşdıraraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istinad olunan inzibati xətanın onun tərəfindən törədilməsi iş materiallarında olan mötəbər sübutlarla təsdiq olunur. Birinci insansiya məhkəməsi hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi əməldə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma apararaq belə nəticəyə gəlmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmçinin barəsində məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halın olmamasını da nəzərə alaraq ona IXM-in 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq olunması yolu ilə onun qanunlara əməl etməsinə, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. aşazadə Amin Ələsgər oğlunun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə uyğun hesab edir. Bununla yanaşı məhkəmə belə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs saxlanılması üçün 3-cü Hərbi Polis şöbəsinin hauptvaxtına yerləşdirilməli, qərarın icrası 3- cü Hərbi Polis şöbəsinə, Müdafiə Nazirliyinin 6-cı Təhqiqat bölməsinə və N nömrəli hərbi hissənin komandanlığına həvalə edilməlidir. Həbsetmənin əvvəli Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hauptvaxta qəbul edildiyi vaxtdan hesablanmalıdır. Apellyasiya məhkəməsi belə nəticəyə gəlir ki, məhkəmə həmin sübutlara əsaslanmaqla düzgün nəticəyə gəlmiş, tam araşdırma aparmış və qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, apellyasiya instansiya məhkəməsi hesab edir ki, inzibati xəta törətmiş şəxsin apellyasiya şikayəti əsassızdır, bu səbəbdən təmin edilməməli, Gəncə Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 612.1-ci maddəsi ilə inzibati qaydada həbs edilməsinə dair Gəncə Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Gəncə Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir. Sədrlik edən: Faiq Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar