Məhkəmə qərarları › İş №3-1(3-7)-3/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3-1(3-7)-3/2026

22.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3-1(3-7)-3/2026 22.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 612.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Gəncə Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ##.##.2026-cı il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə“ qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Müdafiə Nazirliyinin Tovuz rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin tank əleyhinə raket kompleksləri batareyasının 2-ci taqım 1-ci manqasının pulemyotçusu vəzifəsində, əsgər rütbəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətdə olarkən, 2025-ci ilin sentyabr ayının sonlarından etibarən xidmət etdiyi batareyada daha çox xidmət etmiş əsgər olduğu üçün qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq digər xidmət yoldaşları yəni əsgərlər zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs5, zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs4 üzərində qeyri-rəsmi üstünlük mövqeyi qazanmış, onlar üzərində hədəqorxu və ya zor tətbiq etmə, habelə zor tətbiq etmə hədəsi ilə psixoloji və fiziki təzyiq qurmuş, mütəmadi olaraq xidmət yoldaşlarını onları hərbi hissədə pis qələmə verərək rüsvay edəcəyi və ya zor tətbiq etməklə onları qorxu içində saxlamış, ona qarşı çıxmaqdan çəkindirmiş, daha sonra o bu vəziyyətdən sui-istifadə edərək 2025-ci ilin sentyabr ayının axırlarından həmin ilin noyabr ayının axırlarına qədər olan müddət ərzində müxtəlif vaxtlarda ayrı-ayrı səbəblərə görə əsgər zərərçəkmiş şəxs2 ümumilikdə 75 manat, əsgər zərərçəkmiş şəxs4 ümumilikdə 70 manat, əsgər zərərçəkmiş şəxs5 Hümmət oğlundan 80 manat, əsgər zərərçəkmiş şəxs3 ümumilikdə 90 manat, əsgər zərərçəkmiş şəxs1 ümumilikdə 95 manat pul almışdır. Gəncə Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** saylı qərarı (hakim Mustafayev Taleh) ilə ##.##.2004-cü il ildə Lənkəran rayonunun Şürük kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər barəsində inzibati tənbeh tətbiq edilməmiş, Lənkəran rayonu, Bürcəli kəndində qeydiyyatda olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq əsgəri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 612.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 02 (iki) ay müddətinə inzibati qaydada həbs edilmiş, həbsetmənin əvvəli ## ##### 2026-cı il tarixdən hesablanmışdır. İŞİN HALLARI: İşdə olan sənədlər: Məhkəmə-tibbi ekspertizasının ## ###### 2026-cı il tarixli, * saylı rəyindən görünür ki, zərərçəkmiş şəxs1 bədən səthində hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmamışdır; Məhkəmə-tibbi ekspertizasının ## ###### 2026-cı il tarixli, * saylı rəyindən görünür ki, zərərçəkmiş şəxs2 bədən səthində hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmamışdır; Məhkəmə-tibbi ekspertizasının ## ###### 2026-cı il tarixli, * saylı rəyindən görünür ki, zərərçəkmiş şəxs3 bədən səthində hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmamışdır; Məhkəmə-tibbi ekspertizasının ## ###### 2026-cı il tarixli, * saylı rəyindən görünür ki, zərərçəkmiş şəxs5 bədən səthində hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmamışdır; Məhkəmə-tibbi ekspertizasının ## ###### 2026-cı il tarixli, * saylı rəyindən görünür ki, zərərçəkmiş şəxs4 bədən səthində hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmamışdır; ## ##### 2026-cı il tarixli qərardan müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Şəmkir hərbi prokuroru tərəfindən Azərbaycan Respublikası İXM-nin 612.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati araşdırma aparılmışdır; ## #### 2026-cı il tarixli qərarın surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin əməlində cinayət tərkibi olmadığından həmin xüsusat üzrə barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir; N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnaməyə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs kafi xarakterizə olunmuşdur; N nömrəli hərbi hissə komandirinin ## ######## 2024-cü il tarixli, *** nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına salınmış və bütün növ təminatlara qoyulmuşdur; N nömrəli hərbi hissə komandirinin ## #### 2025-ci il tarixli, ** nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər zərərçəkmiş şəxs1 həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına salınmış və bütün növ təminatlara qoyulmuşdur; N nömrəli hərbi hissə komandirinin ## #### 2025-ci il tarixli, ** nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər zərərçəkmiş şəxs3 Vahid oğlu həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına salınmış və bütün növ təminatlara qoyulmuşdur; N nömrəli hərbi hissə komandirinin ## #### 2025-ci il tarixli, ** nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər zərərçəkmiş şəxs5 həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına salınmış və bütün növ təminatlara qoyulmuşdur; N nömrəli hərbi hissə komandirinin ## ######## 2025-ci il tarixli, *** nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər zərərçəkmiş şəxs2 həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına salınmış və bütün növ təminatlara qoyulmuşdur; N nömrəli hərbi hissə komandirinin ## ######## 2025-ci il tarixli, *** nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər zərərçəkmiş şəxs4 həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına salınmış və bütün növ təminatlara qoyulmuşdur; Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus xidməti vərəqənin surətidən görünür ki, o, həmin əmələ görə hərbi hissə komandanlığı tərəfindən cəzalandırılmamışdır; N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş arayışlardan görünür ki, əsgər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə əsgərlər zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs5, zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs4 arasında tabelik münasibətləri olmamışdır; N nömrəli hərbi hissə komandirinin ## ###### 2026-cı il tarixli, ** nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qununvericilikdə nəzərdə tutulmuş hərbi xidmət müddətini başa vurduğuna görə həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmış və hərbi qeydiyyata durması üçün göndərilmişdir. Şəmkir hərbi prokuroru tərəfindən ## ##### 2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 612.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati material baxılması üçün aidiyyəti üzrə Gəncə Hərbi Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materiala baxan Gəncə Hərbi Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Məhkəmənin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət verərək Gəncə Hərbi Məhkəməsinin ##.##.2026cı il tarixli qərarının ləğv edilməsini və cəzadan azad olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı ilə 2 (iki) ay müddətinə inzibati həbs edilmiş, qərardan narazıdır və cəzadan azad edilməsini xahiş edir PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi. Əlavə olaraq o göstərdi ki, xidmət etdiyi hərbi hissədə marketdən aldığı qida məhsullarına görə borcu olduğu üçün həmin borcu qaytarmaq məqsədilə əsgər yoldaşlarından pul almışdır. Anası xəstədir, atası işləmir. Əməlindən peşmandır. Ona görə də cəzasının azaldılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı və Gəncə Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş materialında olan sənədləri təkrar etməyə zərurət görmədən hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün və qanunidir. Eyni zamanda apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi törədilmiş əməlin tövsif məsələsi mübahisələndirilmir, yalnız cəzadan azad edilməsi xahiş olunur. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı inzibati işin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 612.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanıı törətməsi yuxarıda qeyd olunan sübutlarla öz təsdiqini tapmışdır, istər inzibati xəta haqqında iş üzrə icraat aparan orqan, istərsə də işə baxmış birinci instansiya məhkəməsinin hakimi İXM-nin 75-85-ci maddələrinin tələblərinə əməl edərək inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Hazırki vəziyyətdə birinci instansiya məhkəməsinin mübahisə olunan qərarından görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar və əlavə edilmiş sənədlər, zərərçəkmiş şəxslərin və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatları, həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xəta hadisəsini törətməsini etiraf etməsi İXM-nin 612.2-ci maddəsi ilə müəyyən edilmiş inzibati xəta hadisəsini törətməsi və həmin əmələ görə təqsirli olmasını sübuta yetirilmiş hesab edib, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində yüngülləşdirici hallar kimi səmimi etirafını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və xidməti cəhətdən müsbət xarakterizə olmasını və ağırlaşdırıcı halların olmamasını nəzərə alıb İXM-in 32.2-ci maddəsinin tələblərinə əsasən barəsində 2 (iki) ay müddətində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair yekun nəticəyə gəlmişdir. Bundan başqa, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xidmət etdiyi 1 (bir) il 6 (ay) müddət ərzində barəsində həvəsləndirmə tədbirləri tətbiq edilməmiş, barəsində 1 (bir) dəfə ##.##.2025-ci il tarixdə “Verilmiş komandanın icrasına səhlənkar yanaşdığına görə” töhmət, bir dəfə ##.##.2025-ci il tarixdə “İntizam qaydalarını kobud şəkildə pozduğuna görə” 5 (beş) sutka həbs intizam tədbirləri tətbiq edilmişdir. Yuxarıda göstərilənlərə əsasən verilmiş şikayətin dəlillərinə qiymət verərək məhkəmə hesab edir ki, həmin dəlillər şikayətin təmin olunması üçün qanuni əsas kimi qəbul oluna bilməz. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində cəzasını yüngülləşdirici hallar nəzərə alınmış və barəsində tətbiq edilmiş 2 (iki) ay müddətində həbs növündə inzibati tənbeh tədbiri qanuni və əsaslı olmuşdur. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti inzibati tənbeh tədbirinin inzibati xəta törətmiş şəxsin islah olunmasına, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınması, habelə törədilmiş inzibati xətanın xarakteri, onun törədilməsi hallarını baxımından qanuni və ədalətli olmuş, tənbeh tədbir edilərkən məsuliyyəti yüngülləşdirən halları nəzərə almışdır. Apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 612.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs tədbirini tətbiq edərkən sonuncunun törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə almaqla qanuni və əsaslı nəticəyə gəlmişdir. Ona görə də məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133-136 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar