Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3-1(3-7)-4/2026 02.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əliyev Nural Turab oğlunun sədrliyi, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə təqsirli bilinməsinə dair Tərtər Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(*-**)-**/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 611-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 10(on) gün müddətində inzibati qaydada həbs edilmiş, həbs müddətində Gəncə şəhərindəki 3-cü Hərbi Polis Bölməsinin hauptvaxtında saxlanılması, həbsin əvvəlinin haupvaxta yerləşdirildiyi gündən hesablanması, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hauptvaxta dərhal yerləşdirilməsinin N nömrəli hərbi hissənin komandirinə həvalə edilməsi qərara alınmışdır. IŞIN HALLARI: Iş materiallarına əlavə edilmiş Inzibati xəta haqqında ## ### 2026-cı il MN ******* saylı protokolundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərbi hissənin 4-cü taborunun pilotsuz uçuş aparatları taqımının komandiri X1 mübahisə zamanı nalayiq ifadələr işlətmişdir. Qeyd edilən protokol müvafiq qərar qəbul edilməsi üçün Tərtər Hərbi Məhkəməsinə göndərilmiş, birinci instansiya məhkəməsində işə baxılaraq yuxarıda qeyd edilən qərar qəbul edilmişdir. Apellyasiya Şikayəti: Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Tərtər Hərbi Məhkəməsinin *-*(*-**)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, inzibati xətalar haqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclası zamanı barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs öz çıxışında bildirdi ki, etdiyi hərəkətdən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır. Odur ki, Tərtər Hərbi Məhkəməsinin *-*(*-**)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, inzibati xətalar haqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X1 öz çıxışında bildirdi ki, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həbsdən azad edilməsinə razıdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. HÜQUQi MƏSƏLƏLƏR: IXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. “Azərbaycan Respublikası IXM-nin 128-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2016-cı il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Inzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Iş materialları ilə müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu tabelik münasibətlərində olan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozulmuş, yəni hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəis öz tabeliyində olan şəxsin şərəf və ləyaqətini alçaltmışdır. Belə ki, əsgər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tabelik münasibətlərində olan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq ##.##.2026-cı il tarixdə saat 09:30 radələrində aralarında baş vermiş mübahisə zamanı X1 qarşı nalayiq ifadə işlətmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı inzibati işin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 611-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi yuxarıda qeyd olunan sübutlarla öz təsdiqini tapmışdır. Istər inzibati xəta haqqında protokol tərtib etmiş orqan, istərsə də işə baxmış birinci instansiya məhkəməsinin hakimi IXM-nin 75- 85-ci maddələrinin tələblərinə əməl edərək inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birini mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilərək işin faktiki hallarına uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirliliyi ilə bağlı düzgün olan yekun məhkəmə qərarı qəbul etmişdir. Lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hazırda xidmətini davam etdirməsi nəzərə alınmaqla onun inzibati məsuliyyətdən azad olunması və inzibati qanunvericiliyin tələblərinin nəzərə alınaraq yol verdiyi əmələ görə onun intizam məsuliyyətinə cəlb olunması üçün inzibati materiallarının hərbi hissənin komandanlığına göndərilməsi hazırki işin materiallarına, inzibati xətanın xarakterinə daha uyğun hesab edilməlidir. Məhkəmə qanunvericiliyinin normalarına riayət edilməsini apellyasiya şikayətinin dəlillərindən aslı olmayaraq yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun Azərbaycan Respublikası IXM-nin 611-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etməkdə haqlı olmamışdır. Belə ki, Inzibati Xətalar Məcəlləsinin 611-ci maddəsinin tələbinə görə hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsin şərəf və ləyaqətini alçaltması inzibati məsuliyyətə səbəb olur . Inzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Inzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 16.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Inzibati Xətalar Məcəlləsinin Məcəllənin 114.2.2-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarının məzmunundan da göründüyü kimi, IXM-nin 16.4-cü maddəsinə müvafiq olaraq inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Tərtər Hərbi Məhkəməsinin # ### 2026-cı il tarixli *-*(*-**)-**/**** nömrəli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 611-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata IXM-nin 114-cü maddəsinə əsasən xitam verilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat materialları onun intizam məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsi üçün Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilməlidir. Qeyd olunanlara əsasən və IXM-nin 112, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilsin. Tərtər Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-**/**** saylı qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 611-ci maddəsi ilə təqsirləndirildiyi inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə material IXM-in 16.4-cü maddəsinə əsasən onun intizam məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsi üçün xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissənin komandanlığına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir. Hakim Nural Əliyev
Məhkəmə qərarları › İş №3-1(3-7)-4/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3-1(3-7)-4/2026
02.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver