Məhkəmə qərarları › İş №3-1(3-7)-6/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3-1(3-7)-6/2026

09.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3-1(3-7)-6/2026 09.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X8 iclas katibliyi, prokurorun nümayəndəsi – Gəncə hərbi prokurorunun köməkçisi, R X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.8-ci maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-**)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-**)-***/**** saylı qərarı ilə (sədrlik edən hakim T.M.Mustafayev) ##.##.1989-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Gəncə şəhəri İnşaatçı küçəsi ev 35a ünvanında qeydiyyatda olan və yaşayan, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququnun 1 (bir) il müddətinə məhdudlaşdırılması, iş materiallarına əlavə edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus B seriyalı AE ****** nömrəli sürücülük vəsiqəsinin qərar qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Gəncə Regional Qeydiyyat-İmtahan və X9 göndərilməsi qərara alınmışdır. Məhkəmənin qərarına görə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhərində yerləşən Mülki Müdafiə Qoşunlarının N nömrəli hərbi hissəsinin maddi-texniki təminat bölüyünün ərzaq xidmətinin kargüzarı vəzifəsində, R hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətdə olarkən, ##.##.2025-ci il tarixdə saat 20 radələrində idarə etdiyi özünə məxsus "Nissan Tida” markalı, “**-ZR-***” dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Samux rayonu Nəbiağalı-Füzuli kənd avtomobil yolu ilə üzü Füzuli kəndi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğun şəkildə idarə etməli olduğu halda, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunlara riayət etməyərək, həmçinin həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin də tələblərini pozaraq yaşayış məntəqəsində icazə verilən maksimum sürət həddi, yəni 60 km/saatdan artıq təxminən 72 km/saatdan yüksək sürətlə idarə etməklə Samux Rayonunun Füzuli kəndinin giriş hissəsində sola dönməyə hazırlaşarkən həmin yolda hərəkətdə olan uzunqulaq arabasının arxa tərəfi ilə toqquşmuş, nəticədə həmin uzunqulaq arabasında əyləşmiş vətəndaş X10 “sağ baldırın 2 ədəd hematoması” ilə nəticələnən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri, vətəndaş X11 isə “hər iki baldırın yumşaq toxumalarının əzniyi və hematoması” ilə nəticələnən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Birinci instansiya məhkəməsinin həmin qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Gəncə Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-**)-***/**** saylı qərarının əlalətsiz olduğundan və işin faktiki hallarına uyğun olmadığından ləğv edilməsini və barəsində cərimə tənbehinin tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “O, ibtidai araşdırma zamanı və məhkəmə gedişatında əməlindən səmimi peşman olaraq qarşı tərəflə barışığa cəhd etmişdir, zərərçəkmişlərə pul verərək bazarlıq etməklə yardım etmişdir, heç vaxt inzibati təsir tədbirinə məruz qalmamışdır, subay xanım olmaqla ailəsini tək dolandırır, himayəsində 2 yetkinlik yaşına çatmayan ##.##.2015-ci il təvəllüdlü Fuad, ##.##.2011-ci il təvəllüdlü Murad adlı övladları, ##.##.1958-ci il təvəllüdlü Xanım adlı yaşlı, xəstə və daim qayğıya ehtiyacı olan anası vardır. Həmin şəxslər xəstə olduqlarından daim müalicəyə ehtiyacları vardır. Göründüyü kimi Gəncə Hərbi Məhkəməsini İXM-də olan 327.8 ci maddənin sanksiyasında nəzərdə tutulan 300 manat cəriməni deyil, 1 il müddətinə nəqiliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə inzibati tənbeh tədbirini barəsində tətbiq etmişdir. Halbuki, bu tədbir onun vəziyyətini ağırlaşdırır, ailəsinin pis duruma salınmasına səbəb olur, bu işin faktiki hallarına uyğun deyil və əmələ adekvat olmamaqla cismani xarakter daşıyır”. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak etmiş Gəncə hərbi prokurorunun köməkçisi, R X2 apellyasiya şikayətinə etiraz edərək 2 zərərçəkmiş şəxs olduğunu, onlara heç bir köməyin göstərilmədiyini və şikayətçi olmalarını bildirmişdir. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayəti müdafiə edərək ona uyğun çıxış etdi və əlavə olaraq zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini, onlara dəymiş zərəri tam ödədiyini, notarial qaydada təsdiq olunmuş ərizənin olduğunu bildirərək Gəncə Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-**)-***/**** saylı qərarının tənbeh hissəsində dəyişdirilməsini və barəsində cərimə tənbehinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini, birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını işin müəyyən olunmuş halları əsasında yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Apellyasiya məhkəməsi iş materiallarını nəzərdən keçirib hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlinin tövsifi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin əməli törətməsi işdə olan mötəbər sübutlarla təsdiq olunur. Bununla belə, apellyasiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlinin tövsifi ilə razılaşsa da, tətbiq edilmiş inzibati tənbehin növü ilə bağlı daha ədalətli qərar qəbul edilməsinin zəruriliyinə diqqət yönəltməyi məqsədəuyğun hesab edir. Belə ki, İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Apellyasiya şikayətinə əlavə edilmiş: “Nikahın pozulması haqqında” şəhadtnamənin surətindən görünür ki, X4 və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs arasında olan nikah pozulmuşdur. “xxxx” X7 Abbas Səhhət adına Xəstəxanasından alınmış arayışdan görünür ki, ##.##.2015-ci il təvəllüdlü X3 08,09, 10, 14, 15, 16, 20, 21, ## ##### 2026-cı il tarixlərdə “Döş qəfəsinin və qabırğaların qazanılma deformasiyaları” diaqnozu ilə xəstəxanada fizioterapiya şöbəsində ambulator müalicə olunmuşdur. “xxxx” X7 Z.Məmmədov adına Xəstəxanasından alınmış arayışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək “Servikalgiya (M54.2)” Z.Məmmədov adına Xəstəxananın fizioterapiya şöbəsində ambulator müalicə almışdır. Hal-hazırda vəziyyət kafidir. “xxxx” X7 Z.Məmmədov adına Xəstəxanasından alınmış arayışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək Z.Məmmədov adına Xəstəxananın fizioterapiya şöbəsində 10 gün mbulator müalicə almışdır. Digər tibbi sənədlərdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs anası X5 aşağı ətraf arteriyalarında qan dövranı pozğunluğu və s., qaraciyərin stetozu, meteorism, mədəaltı vəzidə lipotrop dəyişiklik və s. diaqnozları qoyulmuşdur. X19 X7dən alınmış xəstəlik tarixindən çıxarışlardan görünür ki, X3 və X6 digər seropozitiv revmatoid artiritlər diaqnozu qoyulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxslər – X11 və X10 dəymiş maddi ziyan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən tam şəklidə ödənilmişdir və ona qarşı heç bir şikayət və tələbləri yoxdur, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə barışmışlar. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi onun səmimi etirafını və xidmət cəhətdən müsbət xarakterizə olunmasını və ağırlaşdıran halların olmamasını nəzərə almışdır. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinə əlavə edilmiş və məhkəmə baxışı zamanı təqdim edilmiş sənədlərə əsasən hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs himayəsində 2 xəstə yetkinlik yaşına çatmayan övladının və 1 xəstə anasının olması, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalı və ona təyin edilmiş inzibati tənbeh məsələsinə yenidən baxılmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı, tətbiq edilmiş inzibati tənbehin növünə aid hissədə dəyişdirilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül tənbeh hesab olunan inzibati cərimə təyin edilməlidir. Eyni zamanda iş materiallarına əlavə edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus B seriyalı AE ****** nömrəli sürücülük vəsiqəsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qaytarılmalıdır. İXM-nin 135.1 və 135.1.5-ci maddələrinə görə tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-**)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-**)-***/**** saylı qərarı inzibati tənbehin növü ilə bağlı hissədə dəyişdirilsin. Həmin qərarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş nəqliyyat vasitəsini idarə etmək hüququnun 1 (bir) il müddətə məhdudlaşdırılması tənbehi yüngülləşdirilərək, 300 (üç yüz) manat inzibati cərimə ilə əvəz edilsin. İş materiallarına əlavə edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus B seriyalı AE ****** nömrəli sürücülük vəsiqəsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qaytarılsın. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar