Məhkəmə qərarları › İş №3-1(3-7)-8/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3-1(3-7)-8/2026

03.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3-1(3-7)-8/2026 03.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 613.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-**)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-**)-***/**** nömrəli (sədrlik edən Cəmil Bəşirov) qərarı ilə ## #### 1992-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, Müdafiə Nazirliyinin N №li hərbi hissəsinin Ri, ünvan 1 ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsi qərara alınmışdır. İŞIN HALLARI Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N hərbi hissəsinin komandiri X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Gəncə Hərbi Məhkəməsinə göndərilmişdir. Protokol və əlavə edilmiş materialdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Müdafiə Nazirliyinin Qazax rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsində, R hərbi rütbəsində xidmətdə olarkən ## #### 2026-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməmiş, ## #### 2026-cı il tarixdə saat 08:00 radələrində xidmət yerinə qayıtmışdır. Bundan başqa, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəzifədə və rütbədə xidmətdə olarkən ## #### 2026 - cı il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəlməmiş, ## #### 2026-cı il tarixdə saat 08:00 radələrində xidmət yerinə qayıtmışdır. Gəncə Hərbi Məhkəməsi tərəfindən yuxarıda qeyd olunan məhkəmə qərarı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayəti verərək məhkəmənin qərarının ləğv edilməsini, bəraətverici əsaslarla işə xitam verilməsini, bu mümkün olmadıqda yüngülləşdirici halları nəzərə alıb, cəzasının azaldılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xidmət yerini 3 gündən artıq tərk etməsi barədə yetərli qədər sübut yoxdur. Həmçinin cəza təyin edilərkən də yüngülləşdirici halla kifayət qədər nəzərə alınmamışdır. Bu səbəbdən birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, bəraətverici əsaslarla işə xitam verilməsini və bu mümkün olmadıqda, yüngülləşdirici halları nəzərə alınaraq, cəzasının azaldılmasını xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Apellyasiya instansiyası məhkəməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs şikayətin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş şəxs üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-in 613.2-ci maddəsinə əsasən, zabitin, Rin, Rın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə — iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur. İşin hallarından görünür ki, ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollardan müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Müdafiə Nazirliyinin Qazax rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsində, R hərbi rütbəsində xidmətdə olarkən ## #### 2026-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməmiş, ## #### 2026-cı il tarixdə saat 08:00 radələrində xidmət yerinə qayıtmışdır. Bundan başqa, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəzifədə və rütbədə xidmətdə olarkən ## #### 2026 - cı il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəlməmiş, ## #### 2026-cı il tarixdə saat 08:00 radələrində xidmət yerinə qayıtmışdır; N nömrəli hərbi hissə komandirinin ## #### 2026-cı il tarixli, *** nömrəli əmrindən çıxarışdan görünür ki, R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il saat 08:00 xidmət yerinə gəlmədiyi üçün xidmət yerini özbaşına tərk etmiş hesab edilmiş və bütün növ təminatları dayandırılmışdır; N nömrəli hərbi hissə komandirinin ## #### 2026-cı il tarixli, *** nömrəli əmrindən çıxarışdan görünür ki, R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə, saat 08:00-da xidmət yerinə gəlmiş hesab edilmiş və bütün növ təminatlara qoyulmuşdur; N nömrəli hərbi hissə komandirinin ## #### 2026-cı il tarixli, *** nömrəli əmrindən çıxarışdan görünür ki, R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəlmədiyi üçün xidmət yerini özbaşına tərk etmiş hesab edilmiş, bütün növ təminatları dayandırılmışdır; N nömrəli hərbi hissə komandirinin ## #### 2026-cı il tarixli, *** nömrəli əmrindən çıxarışdan görünür ki, R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə, saat 08:00-da xidmət yerinə gəlmiş hesab edilmiş və bütün növ təminatlara qoyulmuşdur; N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnaməyə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs kafi xarakterizə olunmuşdur; N nömrəli hərbi hissənin hərbi qulluqçusu R İmanov Sərxan Firdovsi oğlunun həmin hərbi hissənin komandirinə verdiyi izahatdan görünür ki, R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə xidməti yerinə gəlməmiş, 16-## #### 2026-cı il tarixlərində isə taktiki təlimlərdə iştirak etməmişdir; N nömrəli hərbi hissənin hərbi qulluqçusu,2-ci tabor, 3-cü taqım, 1-ci V X2 həmin hərbi hissənin komandirinə verdiyi izahatdan görünür ki, R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə keçirilən taktiki təlimlərdə iştirak etməmişdir; N nömrəli hərbi hissənin hərbi qulluqçusu, 4-cü tabor, 1-ci V X4 həmin hərbi hissənin komandirinə verdiyi izahatdan görünür ki, R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə keçirilən taktiki təlimlərdə iştirak etməmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan sübutlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməsi tam təsdiq edilmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları araşdırıb belə nəticəyə gəlirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə həm inzibati xəta haqqında protokol tərtib etmiş orqan, həm də işə baxmış birinci instansiya məhkəməsinin hakimi İnzibati Xətalar Məcəlləsinin 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsinin hakimi tənbeh edilən şəxsin inzibati qaydada tənbeh edilməsi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmiş, qanuni üsullarla toplanmış sübutları tam araşdırmaqla, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tənbeh olunan əməli törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə düzgün qiymətləndirmişdir. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin hakiminin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Apellyasiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətləri İXM-nin 613.2-ci maddəsinin təsiri altına düşür. Həmçinin birinci instansiya məhkəməsi inzibati tənbeh təyin edərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini, onun təqsirinin dərəcəsini nəzərə alaraq inzibati tənbeh tətbiq etmişdir. Apellyasiya şikayətində qeyd edilən dəlillər şəxsin əməlində inzibati xəta tərkibi yaranmasını istisna etmir. Eyni zamanda, təyin edilmiş inzibati həbs növündə tənbeh tədbirinin azaldılması üçün əsaslar yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən şikayət təmin olunmamalı, qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 613.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar