Məhkəmə qərarları › İş №3-1(3-7)-9/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3-1(3-7)-9/2026

21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3-1(3-7)-9/2026 21.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Abdullayev Əlizamin Gülzalı oğlunun sədrliyi, Quliyev Anar Elcan oğlunun katibliyi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Cinayət Təqibindən kənar icraatlar üzrə şöbəsinin prokuroru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun X4 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin(bundan sonra İXM) 206-cı maddəsi ilə təqsirli bilib inzibati tənbeh edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Tərtər Hərbi Məhkəməsinin (hakim K.S.Şəfiyeva) ##.##.2026-cı il tarixli, 3-1(4-20)- 114/2026 saylı qərarı ilə (sədrlik edən E.U.Məmmədov) ##.##.1988-ci il tarixdə Ağdam rayonunun Baş Qərvənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Ağdam rayonu Baş Qərvənd kəndində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin maddi-texniki təminat bölməsinin texniki nəzarət məntəqəsinin rəisi vəzifəsində R hərbi rütbə-sində xidmət edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilməsi, qərarın icrasının Ağdam rayon İcra və Probasiya Şöbəsinə tapşırılması qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Tərtər Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3-1(4-20)-114/2026 saylı qərarının ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, bu mümkün olmadıqda isə işin birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Müdafiə tərəfi olaraq verilən qərarla razı deyillər. Belə ki, təqsirləndirilən şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xəta törətməkdə özünü təqsirli bilməmiş və götürülmüş nümunələrin qarışdığını və ya ona şər atıldığını söyləmişdir. ##.##.2026-cı il tarixli sidik nümunələrinin cavabları gəldikdən dərhal sonra yəni, ##.##.2026-cı il tarixdə “X3”nda müayinədən keçmiş və ondan götürülən nümunələrdə heç bir narkotik vasitə aşkarlanmamışdır. Məhkəməyə yenidən ekspertiza keçirilməsi ilə bağlı müraciət etsə də, məhkəmə bununla razılaşmamışdır. Müdafiə tərəfi olaraq hesab edirlər ki, ədalətli nəticəyə gəlmək üçün yenidən ekspertiza keçirilməlidir. Tərtər Hərbi Məhkəməsi isə ekspertiza tələbini rədd etdiyi üçün yekun qərar ədalətli olmamışdır. Odur ki, Tərtər Hərbi Məhkəməsinin 17 İyul 2026-Cı İl Tarixli Qərarının tamamilə ləğv edilməsini, xəta hadisəsi sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməsini, alternativ olaraq, ləğv mümkün deyilsə, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını və müstəqil, təkrar məhkəmə-kimyəvi ekspertiza təyin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi X4 apellyasiya şikayətini müdafiə edərək şikayətdə göstərilən məznunda çıxış etdilər və şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Cinayət Təqibindən kənar icraatlar üzrə şöbəsinin prokuroru X2 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsi və Tərtər Hərbi Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə şikayətin dəlilləri çərçivəsində birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq və işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında ## #### 2026cı il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs narkotik vasitədən istifadə etməsi faktında cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin ## ###### 2026-cı il tarixli ** nömrəli əmrdən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” bəndinə (bərabər vəzifəyə) müvafiq olaraq maddi-texniki təminat bölməsinin nəzarət-texniki məntəqəsinin rəisi vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etmək üçün ## ###### 2026-cı il tarixdən N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş, həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilsin və bütün növ təminatlara qoyulmuş, vəzifəsinin icrasına başlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi MəhkəməTibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli ****/K saylı müayinə aktından görünür ki, məhkəmə-kimyəvi tədqiqatın nəticələrinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs götürülmüş sidik nümunəsinin tərkibində narkotik vasitə sayılan 9-Tetra-hidro kannabinolun metoboliti olan 1,953 mq/l tetra hidro kannabinol turşusu (THC-COOH) aşkar edilmişdir. İş materiallarında olan “X3” tərəfindən verilmiş ##.##.2026-cı il tarixli arayışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs götürülmüş sidik nümunəsinin tərkibində Kokain 330, Amphetaminene 500, Marinol Metatlon, Okzazepam, Morfiy, Tramadol, Feniltsiklidin, Barbirturates 200, Benzodiozepin, Trazodone maddələrinin qalıqları aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi MəhkəməTibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi tərəfindən verilmiş ## #### 2026-cı il tarixli *****/K saylı ekspert rəyindən görünür ki, məhkəmə-kimyəvi tədqiqatın nəticələrinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs götürülmüş sidik nümunəsinin tərkibində narkotik vasitə sayılan 9-Tetra-hidro kannabinolun metoboliti olan 1,953 mq/l tetra hidro kannabinol turşusu (THC-COOH) aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş ## ### 2026-cı il tarixli, *** nömrəli rəydən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş travma haqqında arayışdan görünür ki, ##.##.2023-cü il tarixdə hərbi hissənin avtomobil parkının çıxışında dartıcı maşından düşərkən “sol ayaq pəncəsinin küt travması, yumşaq toxumaların əziyi” xəsarətini almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinkası tərəfindən verilmiş ##.##.2023-cü il tarixli **** nömrəli arayışdan görünür ki, sol pəncənin küt travması. Sol açıq-baldır oynağın bağların gərilməsi, yumşaq toxumaların əziyi, posttravmatik hemartozuna görə aparılmış gips langeti ilə immobilizasiyasından sonrakı vəziyyət. Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ağdərə rayonunun Suqovuşan qəsəbəsində dislokasiya olunmuş N nömrəli hərbi hissəsinin şəxsi heyyətinin ## ###### 2026cı il tarixdə hərbi hissədə keçirilən tibbi müayinəsi zamanı Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin ekspert heyəti tərəfindən maddi-texniki təminat bölməsinin texniki nəzarət məntəqəsinin rəisi R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs götürülmüş sidik nümunəsinin tərkibində Tetra-hidro kannabinolun metaboliti olan 1.953 mq/l tetra hidro kannabinol turşusu (THC-COOH) aşkar edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş və qərar ona əlavə edilmiş materiallarla birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Birinci instansiya məhkəməsində qeyd edilən material əsasında inzibati xəta haqqında işə baxılaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tövsif edilməklə o, həmin maddə ilə təqsirli bilinmişdir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halında hüquqi qiymət verərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin iş materialları ilə tam sübuta yetirilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının (mətndə bundan sonra: Konstitusiya) 60-cı maddəsinin birinci (İ) hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İkinci (II) hissəsinə əsasən, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 125-ci maddəsinin yeddinci (VII) hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin üçüncü (III) hissəsinə əsasən, məhkəmə qərarı qanuna və sübutlara əsəslanmalıdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 206-cı maddəsində qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq olunması nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə barəsində icraat aparılan şəxsin, inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxsin izahatlarını işin bütün halları ilə müqayisəli şəkildə tədqiq edərək hərtərəfli, tam və obyektiv araşdırmış, sübutları düzgün qiymətləndirmişdir. Həmin sübutlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunla qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməli qəsdən törətməsi təsdiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs heç bir narkorik vasitə və psixotrop maddə qəbul etməməsi, Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin eksperti tərəfindən verilmiş rəylərin yanlış olması, onun sidiyində heç bir narkotik vasitənin və psixotrop maddənin qalıqlarının aşkar edilməməsinin “X3” tərəfindən verilmiş ##.##.2026-cı il tarixli arayışla da təsdiq edilməsi və buna görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olması iddiası ilə bağlı qeyd edir ki, “X3” tərəfindən verilmiş ##.##.2026cı il tarixli arayışda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs götürülmüş sidik nümunəsinin tərkibində yalnız Kokain 330, Amphetaminene 500, Marinol Metatlon, Okzazepam, Morfiy, Tramadol, Feniltsiklidin, Barbirturates 200, Benzodiozepin, Trazodone maddələrinin qalıqlarının aşkar edilmədiyi qeyd edilmişdir. Arayışda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs götürülmüş sidik nümunəsinin tərkibində narkotik vasitə sayılan 9-Tetra-hidro kannabinolun metoboliti olan tetra hidro kannabinol turşusunun (THC-COOH) olmasını istisna edən hə hansı müddəa qeyd edilməmişdir. Bundan başqa, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “X3”nda müayinədən keçdikdən sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi tərəfindən ## ### 2026-cı il tarxdən ## #### 2026-cı il tarixədək keçirilmiş təkrar məhkəməkimyəvi ekspertizası nəticəsində (## #### 2026-cı il tarixli, *****/K saylı ekspert rəyi) ondan götürülmüş sidik nümunəsinin tərkibində narkotik vasitə sayılan 9-Tetra-hidro kannabinolun metoboliti olan 1,953 mq/l tetra hidro kannabinol turşusunun (THC-COOH) aşkar edildiyi təsdiq olunmuşdur. Həmin rəyin obyektivliyini şübhə altına almağa heç bir əsas yoxdur. Apellyasiya instansiya məhkəməsi qeyd edilənləri nəzərə alaraq “X3” tərəfindən verilmiş ##.##.2026-cı il tarixli arayışda qeyd edilən nəticələri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixədək narkotik vasitə istehlak etməsini təkzib edən sübut növü kimi qəbul etmir. Bundan başqa, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünün sakitləşdirici və ağrıkəsicilərdən istifadə etməsini etiraf etməsi onun narkotok vasitə və psixotrop maddələr istehlak etməməsi barədə izahatında göstərdiyi xüsusatların inandırıcı olmamaqla məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıması qənaətinə gəlməyə əsas verir. Digər tərəfdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş ## ### 2026-cı il tarixli, *** nömrəli rəyi ilə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs narkotik vasitə olan kannabinoidlərdən istifadə etməsi hallarının olması təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad edilən inzibati xətanı törətməsi birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş sübutlarla təsdiq edildiyindən birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 206-cı maddəsi ilə təqsirli bilib ona cərimə növündə inzibati tənbehi tətbiq etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi əmələ görə inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə almaqla ona İXM-nin 206cı maddəsinin sanksiyasında nəzərdə tutulan həddə, yəni 300 (üç yüz)) manat məbləğində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab etmiş, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi həmin Məcəllənin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmağa xidmət edən tənbeh təyin etmişdir. İşə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək qanun pozuntusuna yol verilməmişdir. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq etməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Şikayətin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsinə və ya ləğv edilməsinə, eləcə də işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsinə heç bir əsas yoxdur. İXM-nin 134-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilib inzibati tənbeh edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu tərəfindən verilmiş şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Barəsində inzibati iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilib inzibati tənbeh edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar