Məhkəmə qərarları › İş №3-1(3-8)-1/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3-1(3-8)-1/2026

17.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3-1(3-8)-1/2026 17.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Mәmmәdov Bilal Mahir oğlunun sәdrliyi, Nabalıyeva Aynur Akif qızının katibliyi, Azәrbaycan Respublikasının Hәrbi Prokurorluğunun Cinayәt tәqibindәn kәnar icraatlar şöbәsinin böyük prokuroru, әdliyyә R Rı Vәzifәli şәxs iştirakı ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 612.1-ci maddәsi ilә olan inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair Bakı Hәrbi Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)- ***/**** nömrәli qәrarından Azәrbaycan Respublikası Hәrbi prokurorunun müavini Nihad Şıxәliyev tәrәfindәn verilmiş apellyasiya protestinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Hәrbi prokuroru, R X1 tәrәfindәn ##.##.2026-cı il tarixdә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası IXM-nin 612.1-ci maddәsi inzibati xәta haqqında iş üzrә icraatın başlanması barәdә qәrar qәbul olunmuşdur. Müdafiә Nazirliyinin N nömrәli hәrbi hissәsinin sabiq müddәtli hәqiqi hәrbi xidmәt hәrbi qulluqçusu, әsgәr Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası IXM-nin 612.1-ci maddәsi ilә inzibati mәsuliyyәtә cәlb edilmәsinә dair inzibati material ## #### 2026-cı il tarixdә Bakı Hәrbi Mәhkәmәsinә daxil olmuşdur. Materiala әsasәn X2 Nazirliyinin N nömrәli hәrbi hissәsinin 2-ci tәlim taborunun 9-cu tәlim bölüyünün 4-cü tәlim taqımının 2-ci tәlim manqasında gәnc әsgәrlәrin hazırlıq kursunu keçdiyi dövrdә digәr çağırışçılarla birlikdә Abşeron rayonunun Pirәkәşkül qәsәbәsindә yerlәşәn N nömrәli hәrbi hissәyә ezam olunaraq hәmin hәrbi hissәdә gәnc әsgәrlәrin hazırlıq kursunda iştirak etmişdir. ## ###### 2025-ci il tarixdә keçirilәn dәrs zamanı Nihad Israfilov komandir heyәti tәrәfindәn verilmiş “döyüşә” komandasını icra edәrkәn, hәmin vaxt aralarında tabelik münasibәtlәri olmayan, eyni bölüyün 4-cü tәlim taqımının 1-ci tәlim manqasında gәnc әsgәrlәrin hazırlıq kursunu keçәn әsgәr Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs onun istiqamәtinә xırda daşlar atması sәbәbindәn tәrәflәr arasında sözlü mübahisә yaranmış vә hәmin mübahisә komandir heyәtinin müdaxilәsi ilә dayandırılaraq tәrәflәrә nizam-intizam qaydalarına riayәt etmәlәri barәdә şifahi irad bildirilmişdir. Lakin sonradan, hәmin gün saat 13:10 radәlәrindә günorta yemәyinә getmәk mәqsәdilә bölüyün şәxsi heyәti sıra ilә hәrәkәt edәrkәn, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs әvvәlki mübahisәni yenidәn davam etdirәrәk özündәn bir cәrgә qabaqda hәrәkәt edәn Nihad Israfilova bir neçә dәfә badalaq atmış, buna etiraz edәn Nihad Israfilov ona dәfәlәrlә xәbәrdarlıq edәrәk hәmin hәrәkәtlәrә son qoyulmasını tәlәb etsә dә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs buna mәhәl qoymayaraq öz hәrәkәtlәrini davam etdirmiş, nәticәdә Nihad Israfilov әsәbilәşәrәk geriyә dönüb Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs qarşı tәhqiramiz ifadә işlәtdikdә, sonuncu Nihad Israfilovun ayaq nahiyәsinә tәpik zәrbәsi vurmuş, Nihad Israfilov isә cavab olaraq Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs boğaz nahiyәsindәn tutaraq sıxdıqda, tәrәflәr arasında yaranmış qarşıdurma daha da kәskinlәşmiş, bundan sonra әsgәr yoldaşları onların arasına girәrәk mübahisәnin böyümәsinin qarşısını almağa çalışsalar da, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs onların müdaxilәsinә baxmayaraq әlindәn çıxaraq Nihad Israfilovun üz vә sinә nahiyәlәrinә bir neçә dәfә yumruq zәrbәsi vurmuş, nәticәdә tәrәflәr qarşılıqlı olaraq bir-birlәrinә qarşı fiziki zor tәtbiq etmәklә aralarında tabelik münasibәtlәri olmayan hәrbi qulluqçular arasında qarşılıqlı münasibәtlәrin nizamnamә qaydalarını pozmuşlar. Bakı Hәrbi Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrәli qәrarı ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 612.1-cı maddәsi ilә başlanmış inzibati xәta haqqında iş üzrә icraata inzibati mәsuliyyәtә cәlb etmә müddәti keçdiyinә görә xitam verilmişdir (hakim Fikrәt Əliyev). Qәrardan Azәrbaycan Respublikası Hәrbi prokurorunun müavini Nihad Şıxәliyev apellyasiya protesti verәrәk, Bakı Hәrbi Mәhkәmәsinin ## #### 2026-cı il tarixli *-*(*-**)-***/**** nömrәli qәrarının әsassız olduğundan lәğv edilmәsi vә Müdafiә Nazirliyinin N nömrәli hәrbi hissәsinin hәrbi qulluqçusu, әsgәr Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası IXM-nin 612.1-ci maddәsi ilә inzibati mәsuliyyәtә cәlb olunması barәdә qәrar qәbul edilmәsi mәsәlәsinә baxılmasını xahiş etmişdir. Apellyasiya protestinin dəlilləri: Apellyasiya protesti onunla әsaslandırılmışdır ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2025-ci il tarixdә saat 13 radәlәrindә Müdafiә Nazirliyinin N nömrәli hәrbi hissәsindә ezamiyyәtdә olarkәn aralarında tabelik münasibәtlәri olmayan әsgәr X2 ilә birbirlәrinә qarşı qarşılıqlı münasibәtlәrin nizamnamә qaydalarını pozmaları faktına görә ##.##.2025-ci il tarixdә raport yazılaraq araşdırma tәyin edilmiş vә ##.##.2025-ci il tarixdә toplanmış material Müdafiә Nazirliyinin 5-ci Tәhqiqat bölmәsinә göndәrilmәklә ##.##.2026-cı il tarixdә Tәhqiqat orqanına daxil olmuşdur. Tәhqiqat orqanında digәr aidiyyәti materiallar mövcud qanunvericiliyin tәlәbinә әsasәn bir icraatda birlәşdirilmәklә 1 ay 24 gün sonra qanunamüvafiq tәdbir görülmәsi üçün ##.##.2025-ci il tarixdә N nömrәli hәrbi hissәyә göndәrilmiş vә ##.##.2026-cı il tarixdә toplanmış material N nömrәli hәrbi hissәdәn 5-ci Tәhqiqat bölmәsinә qaytarılmaqla ##.##.2026-cı il tarixdә Tәhqiqat orqanına daxil olmuşdur. ##.##.2026-cı il tarixdә toplanmış material qanunamüvafiq tәdbir görülmәsi üçün N nömrәli hәrbi hissәyә göndәrilmiş vә ##.##.2026-cı il tarixdә N nömrәli hәrbi hissәyә daxil olaraq prosessual hәrәkәt aparılmadan saxlanılmışdır. ##.##.2026-cı il tarixdә Azәrbaycan Respublikası Hәrbi Prokurorluğu tәrәfindәn N nömrәli hәrbi hissәdә aparılmış yoxlama zamanı materialın әsassız olaraq hәrәkәtsiz saxlanılması müәyyәn olunaraq araşdırılması üçün Sumqayıt Hәrbi Prokurorluğuna göndәrilmişdir. ##.##.2026-cı il tarixdә toplanmış material Sumqayıt Hәrbi Prokurorluğuna daxil olaraq araşdırılmış vә ## ### 2026-cı il tarixdә cinayәt işinin başlanmasının rәdd edilmәsi haqqında qәrar qәbul edilmişdir. Göründüyü kimi material ##.##.2026-cı il tarixdәn ##.##.2026-cı il tarixәdәk, yәni 4 ay deyil, 51 gün müddәtindә N nömrәlı hәrbi hissәdә hәrәkәtsiz saxlanılmış, digәr müddәtdә yoxlama aparılmış vә material sәlahiyyәtli orqanlar arasında hәrәkәtdә olmuşdur. Belәliklә, yuxarıda qeyd edilәnlәrdәn göründüyü kimi Azәrbaycan Respublikası IXM-nin 38.1-ci maddәsindә inzibati mәsuliyyәtә cәlb edilmәsi üçün nәzәrdә tutulmuş 4 aylıq müddәt bitmәmişdir. Müdafiә Nazirliyinin N nömrәli hәrbi hissәsinin müddәtli hәrbi xidmәt hәrbi qulluqçusu, әsgәr Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә cinayәt işinin başlanmasının rәdd edilmәsi haqqında qәrar ## ### 2026-cı il tarixdә qәbul edilmişdir. Işin faktiki hallarına vә IXM-nin tәsvir olunan normalarına әsasәn hәmin qәrar qanunçuluq, obyektivlik vә qanunun vahid tәtbiqi prinsiplәrinә ziddir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Apellyasiya mәhkәmәsinin iclasında iştirak edәn Azәrbaycan Respublikasının Hәrbi Prokurorluğunun Cinayәt tәqibindәn kәnar icraatlar şöbәsinin böyük prokuroru Vәzifәli şәxs apellyasiya protestinin dәlillәrinә uyğun çıxış edәrәk apellyasiya protestinin tәmin edilmәsini xahiş etmişdir. Mәhkәmә iclasının yeri vә vaxtı barәdә lazımi qaydada mәlumat verilmәsinә baxmayaraq barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs mәhkәmә iclasına gәlmәmiş, mәhkәmә işә onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya mәhkәmәsi protestin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, tәdqiq olunmuş sübutlara qiymәt verәrәk hesab edir ki, apellyasiya protesti qismәn tәmin edilmәli, Bakı Hәrbi Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrәli qәrarı lәğv edilmәlidir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Belə ki, iş materiallarında olan: Mәhkәmә-tibbi ekspertizasının ## ### 2026-cı il tarixli, *** nömrәli rәyindәn görünür ki, X2 mәhkәmә-tibbi müayinәsi zamanı bәdәn sәthindә sözügedәn hadisәlәrlә әlaqәdar hәr hansı xәsarәt vә ya xәsarәt izi aşkar edilmәmişdir. Lakin tәqdim edilmiş tibbi sәnәdlәrә әsasәn, ## ######## 2025-ci il tarixdә ona tibb mәntәqәsindә “göbәk nahiyәsinin küt travması vә qançırı” diaqnozu tәyin edilmiş, hәmin xәsarәtin bәrk küt әşyanın (әşyaların) tәsirindәn törәnә bilmәsi göstәrilmiş, sağlamlığa zәrәr vurmayan xәsarәt hesab edildiyindәn dәrәcәsi tәyin edilmәmişdir. Hәmçinin ekspertiza rәyi ilә müәyyәn edilmişdir ki, X2 müayinә zamanı ## ###### 2025-ci il tarixdә, saat 13:10 radәlәrindә әsgәr Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ilә aralarında baş vermiş mübahisә zamanı sonuncu tәrәfindәn onun bәdәninin müxtәlif nahiyәlәrinә yumruq vә tәpik zәrbәlәri vurulduğunu, elәcә dә ## ######## 2025-ci il tarixdә, saat 16:25 radәlәrindә әsgәr X3 ilә aralarında baş vermiş mübahisә zamanı sonuncu tәrәfindәn qarın nahiyәsinә tәpik zәrbәsi vurulmaqla ona göbәk nahiyәsinin küt travması vә qançırı xәsarәtlәrinin yetirildiyini bildirmişdir. ## ### 2026-cı il cinayәt işinin başlanılmasının rәdd edilmәsi haqqında qәrara әsasәn Müdafiә Nazirliyinin N nömrәli hәrbi hissәsinin sabiq müddәtli hәqiqi hәrbi xidmәt hәrbi qulluqçusu, әsgәr Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs X2 bәdәninin müxtәlif nahiyәlәrinә tәpik vә yumruq zәrbәlәri vurması әmәlindә Azәrbaycan Respublikası CM-nin 332.1-ci maddәsindә nәzәrdә tutulmuş cinayәtin tәrkib әlamәtlәri olmadığından, barәsindә Azәrbaycan Respublikası CPM-nin 39.1.2-ci maddәsinә әsasәn cinayәt işinin başlanması rәdd edilmәsi, Sumqayıt Hәrbi Prokurorluğunda Müdafiә Nazirliyinin N nömrәli hәrbi hissәsinin sabiq müddәtli hәqiqi hәrbi xidmәt hәrbi qulluqçusu, әsgәr Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs әmәlindә inzibati xәtanın tәrkib әlamәtlәrinin olub-olmamasına hüquqi qiymәt verilmәsi mәsәlәsinә baxılması qәrara alınmışdır. ##.##.2026-cı il tarixdә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 612.1-cı maddәsi inzibati xәta haqqında iş üzrә icraatın başlanması barәdә qәrar qәbul olunmuşdur. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 612.1-ci maddәsinә әsasәn tabelik münasibәtlәrindә olmayan hәrbi qulluqçular arasında qarşılıqlı münasibәtlәrin nizamnamә qaydalarını pozma, yәni bir hәrbi qulluqçunun digәrinin şәrәf vә lәyaqәtini alçaltması vә ya ona zor tәtbiq etmәsinә görә on gündәn bir ayadәk müddәtә inzibati hәbs tәtbiq olunur. Apellyasiya mәhkәmәsi iş materiallarını araşdırıb, proses iştirakçısının izahatını dinlәyib, protestin dәlillәrinә hüquqi qiymәt verib hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn Azәrbaycan Respublikası IXM-nin 612.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsi iş materialları ilә tәsdiq olunur. Aparılmış araşdırma ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs IXM-in 612.1-ci maddәsindә nәzәrdә tutulan tabelik münasibәtindә olmayan hәrbi qulluqçular arasında qarşılıqlı münasibәtlәrin nizamnamә qaydalarını pozmaqla digәr hәrbi qulluqçu olan X2 zor tәtbiq etmәsi tam tәsdiq olunmuşdur. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tabelik münasibәtindә olmayan hәrbi qulluqçular arasında qarşılıqlı münasibәtlәrin nizamnamә qaydalarını pozması özünün vә digәr şәxslәrin izahatları ilә yanaşı әldә edilmiş digәr şübhә doğurmayan mötәbәr faktlarla tam sübuta yetirilmişdir. Apellyasiya mәhkәmәsi hәmçinin qeyd edir ki, iş materiallarından görünür ki, inzibati xәta hadisәsi ##.##.2025-ci il tarixdә baş vermişdir. Cinayәt işinin başlanılmasının rәdd edilmәsi haqqında qәrar isә ## ### 2026-cı il tarixdә qәbul edilmişdir. Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 38.1-ci maddәsinә әsasәn inzibati tәnbeh inzibati xәtanın törәdildiyi gündәn әn geci dörd ay keçәnәdәk verilә bilәr. Hәmin Mәcәllәnin 38.3-cü maddәsinә әsasәn cinayәt işinin başlanması rәdd edildikdә vә ya cinayәt işinә xitam verildikdә, lakin şәxsin әmәllәrindә inzibati xәta tәrkibinin bütün әlamәtlәri olduqda, inzibati tәnbeh cinayәt işinin başlanmasının rәdd edilmәsi vә ya ona xitam verilmәsi haqqında qәrar qәbul edildiyi gündәn әn geci üç ay keçәnәdәk verilә bilәr. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 263-cü maddәsinin Qeyd hissәsinin vә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 38-ci maddәsinin bәzi müddәalarının şәrh edilmәsinә dair # #### 2022-ci il tarixli qәrarında qeyd edilmişdir ki, inzibati mәsuliyyәtә cәlbetmә müddәti elә bir müddәtdir ki, onun әrzindә şәxs, hüquqpozmaya yol verdiyinә görә inzibati tәnbehә mәruz qala bilәr. Inzibati mәsuliyyәtә cәlbetmә müddәtinin bitmәsi inzibati xәtalar haqqında işlәr üzrә icraatın başlanılmasını istisna edәn, başlanmış icraata isә xitam verilmәsinә sәbәb olan hallardan biridir (Inzibati Xәtalar Mәcәllәsinin 53.1.6-cı maddәsi). Bu cür müddәtlәri nәzәrdә tutarkәn vә onların hesablanması qaydalarını müәyyәn edәrkәn qanunverici Konstitusiyanın 71-ci maddәsinin II hissәsindәn irәli gәlәn insan vә vәtәndaş hüquq vә azadlıqlarının hüquqi tәnzimlәnmәsi zamanı şәxsi vә publik maraqlar arasındakı tarazlığın gözlәnilmәsi tәlәbini rәhbәr tutaraq inzibati mәsuliyyәtin qaçılmazlığının tәmin olunması üçün şәrait yaratmaqla yanaşı, eyni zamanda inzibati xәta törәtmiş şәxslәrin әsassız olaraq uzun müddәtә inzibati tәqib vә inzibati tәnbehin tәtbiqi tәhlükәsi altında qalmasının qarşısını almaq mәqsәdini güdmüşdür. Inzibati Xәtalar Mәcәllәsinin 38.1-ci maddәsinә әsasәn inzibati mәsuliyyәtә cәlb etmә müddәtinin bitmә vaxtının müәyyәn edilmәsi mәsәlәsinin hәlli zamanı Inzibati Xәtalar Mәcәllәsinin 38.1 vә 38.2-ci maddәlәrinin hәmin Mәcәllәnin 38.3-cü maddәsi ilә sistemli әlaqәsindәn çıxış etmәk lazımdır. Yәni cinayәt işinin başlanması rәdd edildikdә vә ya cinayәt işinә xitam verildikdә, lakin şәxsin әmәllәrindә inzibati xәta tәrkibinin bütün әlamәtlәri olduqda, inzibati tәnbeh cinayәt işinin başlanmasının rәdd edilmәsi vә ya ona xitam verilmәsi haqqında qәrar qәbul edildiyi gündәn әn geci üç ay keçәnәdәk verilmәlidir. Lakin belә olan hallarda inzibati tәnbeh inzibati xәtanın törәdildiyi (aşkara çıxarıldığı) gündәn әn geci bir il keçәnәdәk verilә bilәr. Hәmin Mәcәllәnin 21-ci maddәsinә әsasәn inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. Belәliklә, qeyd olunanlara әsasәn apellyasiya mәhkәmәsi apellyasiya protestinin dәlillәri ilә razılaşaraq hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs inzibati xәtanı törәtdiyi gündәn bir ildәn az müddәt keçdiyinә vә onun barәsindә aparılan araşdırma üzrә cinayәt işinin başlanmasının rәdd edilmәsi haqqında qәrarın qәbul edildiyi gündәn üç ay keçmәdiyinә görә mәhkәmә hesab edir ki, inzibati mәsuliyyәtә cәlb etmә müddәti keçmәmişdir vә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs inzibati mәsuliyyәtә cәlb edilmәlidir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs inzibati xәtanı törәtmişdir, hazırda hәqiqi xidmәt hәrbi qulluqçusudur. Mәhkәmә inzibati xәtanın xarakterini, xәta törәtmiş şәxsin şәxsiyyәtini, onun tәqsirinin dәrәcәsini, törәtdiyi әmәldәn peşman olmasını nәzәrә alaraq hesab edir ki, ona inzibati hәbs növündә tәnbeh tәtbiq edilmәsi әsgәr kimi onun şәxsiyyәtinә vә işin hallaına uyğun gәlmir. Ona görә dә, mәhkәmә hesab edir ki, Azәrbaycan Respublikası IXM-nin 612.1-cı maddәsinin sanksiyasında nәzәrdә tutulmuş inzibati hәbs tәnbeh tәdbiri tәtbiq edilmәmәli, törәtdiyi әmәlә görә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs әsgәr kimi xidmәt etdiyi hәrbi hissә komandanlığı tәrәfindәn intizam mәsuliyyәtinә alınmalıdır. Mәhkәmәnin qәnaәti belәdir ki, onun intizam mәsuliyyәtinә cәlb edilmәsi törәtdiyi xәtadan nәticә çıxarması üçün kifayәt edәcәkdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 16.3-cü maddәsinә әsasәn intizam nizamnamәlәrindә bilavasitә nәzәrdә tutulmuş hallarda hәrbi qulluqçular inzibati xәtalara görә intizam mәsuliyyәti, qalan hallarda isә ümumi әsaslarla inzibati mәsuliyyәt daşıyırlar. Hәrbi qulluqçulara ictimai işlәr, hәmçinin bu Mәcәllәnin 41-ci fәslindә nәzәrdә tutulmuş inzibati xәtalar istisna olmaqla digәr inzibati xәtalara görә inzibati hәbs tәtbiq edilә bilmәz. Hәmin Mәcәllәnin 16.4-cü maddәsinә әsasәn inzibati tәnbeh tәtbiq etmә hüququ olan hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) bu Mәcәllәnin 16.3-cü maddәsindә göstәrilәn şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq etmәk әvәzinә, inzibati xәta törәtmiş şәxsin intizam mәsuliyyәtinә cәlb olunması mәsәlәsinin hәll edilmәsi üçün inzibati xәtalar haqqında işlәr üzrә materialları müvafiq icra hakimiyyәti orqanına verә bilәrlәr. Azәrbaycan Respublikası IXM-nin 114.2.2-ci maddәsinә әsasәn bu Mәcәllәnin 16.4-cü maddәsinә müvafiq olaraq intizam mәsuliyyәtinә cәlb etmәk barәdә qәrar qәbul edilmәsi üçün materiallar müvafiq icra hakimiyyәti orqanına göndәrildikdә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi haqqında qәrar çıxarılır. Ona görә dә, apellyasiya instansiya mәhkәmәsi belә nәticәyә gәlir ki, apellyasiya protesti qismәn tәmin edilmәli, Bakı Hәrbi Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrәli qәrarı lәğv edilmәli, iş üzrә yeni qәrar qәbul edilmәli, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının IXM-nin 612.1-ci maddәsi ilә tәqsirlәndirilmәsinә dair inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәli, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs intizam qaydasında tәnbeh edilmәsi onun xidmәt etdiyi Müdafiә Nazirliyi N nömrәli hәrbi hissәnin komandanlığına hәvalә edilmәlidir. Göstәrilәnlәrә әsasәn Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 114.2.2-ci, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDİ: Apellyasiya protesti qismәn tәmin edilsin. Bakı Hәrbi Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrәli qәrarı lәğv edilsin. Iş üzrә yeni qәrar qәbul edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının IXMnin 612.1-ci maddәsi ilә tәqsirlәndirilmәsinә dair inzibati xәta haqqında iş üzrә icraata xitam verilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs intizam qaydasında tәnbeh edilmәsi onun xidmәt etdiyi Müdafiә Nazirliyi N nömrәli hәrbi hissәnin komandanlığına hәvalә edilsin. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz. Hakim Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar