Məhkəmə qərarları › İş №3-1(3-8)-2/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3-1(3-8)-2/2026

09.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3-1(3-8)-2/2026 09.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğunun katibliyi, Azәrbaycan Respublikası Hәrbi Prokurorluğunun Cinayәt tәqibindәn kәnar icraatlar şöbәsinin böyük prokuror – metodisti X2, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs vә müdafiәçisi – Sumqayıt şәhәr * saylı Vәkil Bürosunun vәkili Vәkil iştirakı ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 206-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Bakı Hәrbi Mәhkәmәsinin *-*(*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qәrarından Azәrbaycan Respublikası Hәrbi Prokurorunun müavini Elmir Süleymanlı tәrәfindәn verilmiş apellyasiya protestinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDI: Protokolu tәrtib edәn orqan tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 206-cı maddәsi ilә tәrtib edilmiş inzibati xәta haqqında material baxılması üçün Bakı Hәrbi Mәhkәmәsinә göndәrilmişdir. Bakı Hәrbi Mәhkәmәsinin *-*(*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qәrarı (hakim F.Əliyev) ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 206-cı maddәsi ilә başlanmış inzibati xәta haqqında iş üzrә icraata inzibati mәsuliyyәtә cәlb etmә müddәti keçdiyinә görә xitam verilmәsi qәrara alınmışdır. Azәrbaycan Respublikası Hәrbi Prokurorunun müavini Elmir Süleymanlı qәrardan apellyasiya protesti verәrәk, qәrarın lәğv edilmәsini vә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası IXM-nin 206-cı maddәsi ilә inzibati mәsuliyyәtә cәlb olunması barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya protesti onunla әsaslandırılmışdır ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 206-cı maddәsi ilә başlanmış inzibati xәta haqqında iş üzrә icraata inzibati mәsuliyyәtә cәlb etmә müddәti keçdiyinә görә xitam verilmişdir. Iş materiallarından müәyyәn edilir ki, R Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs narkotik vasitәlәrdәn istifadә edib-etmәmәsinin müәyyәn olunması mәqsәdilә ## ###### 2025-ci il tarixdә sidik nümunәsi götürülmüş, aparılmış mәhkәmә-kimyәvi tәdqiqat nәticәsindә onun sidik nümunәsinin tәrkibindә 9-Tetra-hidro kannabinolun metaboliti olan 0,351 mq/l tetra hidro kannabinol turşusu (THC-COOH) aşkar edilmişdir. Daha sonra aparılmış araşdırmanın nәticәsi olaraq ## #### 2026-cı il tarixdә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs әmәlindә cinayәt tәrkibinin әlamәtlәri olmadığından Azәrbaycan Respublikası CPM-in 39.1.2-ci maddәsinә әsasәn cinayәt işinin başlanmasının rәdd edilmәsi haqqında qәrar qәbul edilmişdir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs әmәlindә Azәrbaycan Respublikası IXM-nin 206-cı maddәsindә nәzәrdә tutulmuş inzibati xәta tәrkibinin әlamәtlәri mövcud olduğundan, ## ###### 2026-cı il tarixdә onun barәsindә hәmin maddә ilә inzibati xәta haqqında iş üzrә icraat başlanılmış vә material baxılması üçün Bakı Hәrbi Mәhkәmәsinә göndәrilmişdir. Bakı Hәrbi Mәhkәmәsinin hakimi Fikrәt Əliyev işә baxarkәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası IXM-nin 206-cı maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәsinin iş materialları ilә tәsdiq edildiyi qәnaәtinә gәlmiş, lakin inzibati mәsuliyyәtә cәlb etmә müddәtinin keçdiyini әsas götürәrәk inzibati xәta haqqında iş üzrә icraata xitam vermişdir. Mәhkәmә qәrarında Azәrbaycan Respublikası IXM-nin 38.1 vә 38.3-cü maddәlәrinin müddәalarına, habelә Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun “Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 263-cü maddәsinin Qeyd hissәsinin vә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 38-ci maddәsinin bәzi müddәalarının şәrh edilmәsinә dair” # #### 2022-ci il tarixli qәrarına istinad edilmiş, lakin hәmin hüquq normalarının vә Konstitusiya Mәhkәmәsinin hüquqi mövqeyinin düzgün tәtbiq olunmaması nәticәsindә әsassız qәrar qәbul edilmişdir. Birinci instansiya mәhkәmәsinin yalnız IXM-nin 38.1-ci maddәsindә nәzәrdә tutulmuş ümumi dörd aylıq müddәtin keçmәsinә istinad etmәklә, IXM-nin 38.3-cü maddәsinin imperativ müddәalarını nәzәrә almaması qanunun sistemli şәkildә tәtbiqi tәlәblәrinә zidd olmuşdur. Mәhkәmә Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun “Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 263-cü maddәsinin Qeyd hissәsinin vә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 38-ci maddәsinin bәzi müddәalarının şәrh edilmәsinә dair” # #### 2022-ci il tarixli qәrarında hüquqi şәrhin yol hәrәkәti qaydalarının pozulması ilә müşayiәt olunan vә inzibati mәsuliyyәtә cәlb etmә müddәti bir il müәyyәn edilmiş inzibati xәtalara şamil edildiyi qәnaәtinә gәlmişdir. Lakin Konstitusiya Mәhkәmәsi Plenumunun # #### 2022-ci il tarixli qәrarında ifadә olunmuş hüquqi mövqe yalnız hәmin qәrara sәbәb olmuş konkret hüquqi münasibәtin xüsusiyyәtlәri ilә mәhdudlaşdırıla bilmәz. Plenum IXM-nin 38.1, 38.2 vә 38.3-cü maddәlәrinin qarşılıqlı әlaqәsini şәrh edәrәk hәmin normaların tәtbiqi ilә bağlı ümumi hüquqi yanaşmanı müәyyәn etmişdir. Bu sәbәbdәn hәmin hüquqi mövqenin yalnız inzibati mәsuliyyәtә cәlb etmә müddәti bir il olan inzibati xәtalara aid edilmәsi hәmin qәrarın mәzmunundan irәli gәlmir. Hazırkı protestlә mübahisәlәndirilәn birinci instansiya mәhkәmәsinin qәrarı Konstitusiya Mәhkәmәsi Plenumunun # #### 2022-ci il tarixli qәrarında yuxarıda qeyd olunan qanun normalarına verilmiş şәrhә uyğun olmadığı kimi, formalaşmış mәhkәmә tәcrübәsinә dә uyğun deyildir. Belә ki, Sumqayıt Apellyasiya Mәhkәmәsi tәrәfindәn X1 barәsindә Azәrbaycan Respublikası IXM-nin 612.1-ci maddәsi ilә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi haqqında Bakı Hәrbi Mәhkәmәsinin qәrarından verilmiş apellyasiya protestinә baxılaraq ## #### 2026-cı il tarixli, *-*(*-*)-*/**** nömrәli qәrar qәbul edilmişdir. Hәmin iş üzrә dә birinci instansiya mәhkәmәsi inzibati xәtanın törәdilmәsindәn dörd aydan artıq müddәtin keçdiyini әsas götürәrәk IXM-nin 38.1-ci maddәsinә istinadla inzibati xәta haqqında iş üzrә icraata xitam vermişdir. Lakin Sumqayıt Apellyasiya Mәhkәmәsi Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun # #### 2022-ci il tarixli qәrarına istinad edәrәk qeyd etmişdir ki, IXM-nin 38.1-ci maddәsinә әsasәn inzibati mәsuliyyәtә cәlb etmә müddәtinin bitmә vaxtının müәyyәn edilmәsi mәsәlәsinin hәlli zamanı IXM-nin 38.1 vә 38.2-ci maddәlәrinin hәmin Mәcәllәnin 38.3-cü maddәsi ilә sistemli әlaqәsindәn çıxış etmәk lazımdır. Apellyasiya mәhkәmәsi nәticә etibarı ilә göstәrmişdir ki, cinayәt işinin başlanması rәdd edildikdә vә ya cinayәt işinә xitam verildikdә, lakin şәxsin әmәllәrindә inzibati xәta tәrkibinin bütün әlamәtlәri olduqda, inzibati tәnbeh cinayәt işinin başlanmasının rәdd edilmәsi vә ya ona xitam verilmәsi haqqında qәrar qәbul edildiyi gündәn әn geci üç ay keçәnәdәk verilmәli, lakin belә hallarda inzibati tәnbeh inzibati xәtanın törәdildiyi (aşkara çıxarıldığı) gündәn әn geci bir il keçәnәdәk verilә bilәr. Belәliklә, Sumqayıt Apellyasiya Mәhkәmәsi Konstitusiya Mәhkәmәsi Plenumunun # #### 2022-ci il tarixli qәrarında ifadә olunmuş hüquqi yanaşma IXM-nin 612.1-ci maddәsi ilә başlanmış, yәni IXM-nin 38.1-ci maddәsinә әsasәn ümumi mәsuliyyәtә cәlb etmә müddәti dörd ay olan inzibati xәta haqqında iş üzrә dә tәtbiq etmişdir. Hәmin hüquqi mövqeyin bu işә münasibәtdә tәtbiqi üçün әsaslar mövcuddur. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә cinayәt işinin başlanmasının rәdd edilmәsi haqqında qәrar ## #### 2026-cı il tarixdә qәbul edilmiş, onun barәsindә Azәrbaycan Respublikası IXM-nin 206-cı maddәsi ilә inzibati xәta haqqında iş üzrә icraat isә ## ###### 2026-cı il tarixdә başlanılmışdır. Göründüyü kimi, cinayәt işinin başlanmasının rәdd edilmәsi haqqında qәrarın qәbul edildiyi gündәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә inzibati xәta haqqında iş üzrә icraatın başlanıldığı günәdәk IXM-nin 38.3-cü maddәsindә nәzәrdә tutulmuş üç aylıq müddәt keçmәmişdir. Eyni zamanda, inzibati xәtanın törәdildiyi vә ya aşkara çıxarıldığı vaxtdan da bir il keçmәmişdir. Bu sәbәbdәn, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә inzibati mәsuliyyәtә cәlb etmә müddәtinin keçmәsi barәdә birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә qanunsuz vә әsassızdır. Birinci instansiya mәhkәmәsinin qәrarında cinayәt işinin başlanmasının rәdd edilmәsi haqqında qәrarın inzibati mәsuliyyәtә cәlb etmә müddәtinin bitmәsindәn sonra qәbul edilmәsi vә bununla guya müddәtin “süni şәkildә bәrpa edilmәsi” barәdә mülahizәlәr dә irәli sürülmüşdür. Lakin mәhkәmә tәrәfindәn bu nәticәyә gәlәn zaman IXM-nin 38.3-cü maddәsinin hüquqi mahiyyәti nәzәrә alınmamışdır. Birinci instansiya mәhkәmәsinin yanaşmasının qәbul edilmәsi IXM-nin 38.3-cü maddәsinin tәtbiq dairәsinin әsassız şәkildә mәhdudlaşdırılmasına vә bir sıra hallarda hәmin normanın faktiki olaraq tәtbiq olunmamasına sәbәb olur. Belә ki, cinayәt xarakterli әmәlin olub-olmamasının araşdırılması müәyyәn vaxt tәlәb etdiyindәn, bir çox hallarda cinayәt işinin başlanmasının rәdd edilmәsi haqqında qәrar IXM-nin 38.1-ci maddәsindә nәzәrdә tutulmuş ümumi müddәt keçdikdәn sonra qәbul edilә bilәr. Belә yanaşma qәbul edildiyi halda isә qanunvericinin IXMnin 38.3-cü maddәsindә nәzәrdә tutduğu xüsusi hüquqi tәnzimlәmә öz mәqsәdinә çata bilmәz. Buna görә dә qeyd olunan hallarda mәsuliyyәtә cәlb etmә müddәti mәsәlәsi yalnız IXM-nin 38.1-ci maddәsindә nәzәrdә tutulmuş ümumi müddәtә әsasәn deyil, hәm dә 38.3-cü maddәnin tәlәblәri nәzәrә alınmaqla hәll edilmәlidir. Göstәrilәnlәrә әsasәn, mәhkәmәnin IXM-nin 38.3-cü maddәsindә birbaşa nәzәrdә tutulmuş hüquqi nәticәni “müddәtin süni şәkildә bәrpa edilmәsi” kimi qiymәtlәndirmәsi hәmin normanın mәzmununa uyğun deyildir. Halbuki, qanunverici hәmin hüquqi mexanizmi mәhz cinayәt vә inzibati mәsuliyyәt mәsәlәlәrinin hüquqi qiymәtlәndirilmәsi zamanı şәxsin әsassız olaraq mәsuliyyәtdәn kәnarda qalmasının qarşısının alınması, eyni zamanda Konstitusiya Mәhkәmәsinin hüquqi mövqeyinә uyğun olaraq inzibati tәqibin bir ildәn artıq davam etmәsinә yol verilmәmәsi mәqsәdilә nәzәrdә tutmuşdur. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs törәtdiyi әmәldә Azәrbaycan Respublikası IXM-nin 206-cı maddәsindә nәzәrdә tutulmuş inzibati xәta tәrkibinin mövcudluğu birinci instansiya mәhkәmәsinin özü tәrәfindәn dә müәyyәn edilmişdir. Mәhkәmә qәrarında birbaşa qeyd edilmişdir ki, F.Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn Azәrbaycan Respublikası IXM-nin 206-cı maddәsindә nәzәrdә tutulan inzibati xәta törәdilmiş vә bu hal iş materialları ilә tәsdiq edilir. Belә olan halda, inzibati xәta tәrkibinin mövcudluğu mәhkәmә tәrәfindәn müәyyәn edildiyi halda, yalnız müddәt mәsәlәsinә hüquq normalarının yanlış tәtbiqi nәticәsindә iş üzrә icraata xitam verilmәsi inzibati mәsuliyyәtin mәqsәd vә vәzifәlәrinә dә uyğun olmamışdır. Narkotik vasitәlәrdәn qanunsuz istifadә ilә bağlı inzibati xәtalara hüquqi qiymәt verilmәsi zamanı da hәmin mәqsәdlәr nәzәrә alınmalıdır. Narkotik vasitәlәrin istifadәsi insan sağlamlığına, ictimai mәnәviyyata vә ictimai tәhlükәsizliyә mәnfi tәsir göstәrәn, qarşısının alınması dövlәt vә cәmiyyәt üçün mühüm әhәmiyyәt kәsb edәn hüquqazidd әmәllәrdәndir. Mәhkәmәnin hazırkı yanaşması isә әksinә olaraq hüquqpozan şәxslәrdә cәzasızlıq hissi formalaşdırır, mәsuliyyәtin labüdlüyü prinsipini zәiflәdir vә gәlәcәkdә yeni inzibati xәtaların, o cümlәdәn narkotik vasitәlәrin qanunsuz dövriyyәsi ilә bağlı cinayәtlәrin törәdilmәsinә şәrait yaradır. Bu isә öz növbәsindә, hüquq-müdafiә sisteminә olan etibarı azaldır, ictimai tәhlükәsizliyә mәnfi tәsir göstәrir, hüquq-mühafizә orqanlarının fәaliyyәtini sәmәrәsiz edir, inzibati qanunvericiliyin preventiv әhәmiyyәtini zәiflәdir, hüquq pozuntularına görә mәsuliyyәtin qaçılmazlığı barәdә ictimai düşüncәni pozur. Nәzәrә alınmalıdır ki, narkomaniyaya vә narkotik vasitәlәrin qanunsuz dövriyyәsinә qarşı mübarizә Azәrbaycan Respublikasının dövlәt siyasәtinin prioritet istiqamәtlәrindәn biridir vә Azәrbaycan Respublikası Prezidentinin müvafiq sәrәncamları ilә tәsdiq olunmuş narkomaniyaya vә narkotik vasitәlәrin qanunsuz dövriyyәsinә qarşı mübarizәyә dair dövlәt proqramları hәyata keçirilir. Hәmin proqramların mәqsәdi narkomaniyanın yayılmasının qarşısının alınması, әhalinin sağlamlığının qorunması vә ictimai tәhlükәsizliyin tәmin edilmәsidir. Bu mәqsәdlәrә nail olmaq üçün qanunvericilikdә nәzәrdә tutulmuş bütün tәdbirlәr, o cümlәdәn inzibati mәsuliyyәt tәdbirlәri qәtiyyәtlә tәtbiq edilmәlidir. Narkotik vasitәlәrin istifadә edilmәsi faktı sübuta yetirildiyi halda şәxsin qanunla müәyyәn edilmiş mәsuliyyәtdәn әsassız olaraq azad edilmәsi, heç bir halda dövlәt siyasәtinin göstәrilәn mәqsәdlәrinә vә inzibati qanunvericiliyin vәzifәlәrinә uyğun gәlmir. Qeyd olunanlar, birinci instansiya mәhkәmәsi tәrәfindәn maddi hüquq normalarının düzgün tәtbiq edilmәmәsini, Azәrbaycan Respublikası IXM-nin 38.3-cü maddәsinin vә Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun # #### 2022ci il tarixli qәrarında göstәrilәn hüquqi mövqenin tәlәblәrinin nәzәrә alınmamasını, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs әmәlindә IXM-nin 206-cı maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanın bütün tәrkib әlamәtlәrinin mövcud olmasını, habelә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi üçün әsasların olmamasını nәzәrә alaraq, Bakı Hәrbi Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrәli qәrarının lәğv edilmәsini vә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs hәmin maddә ilә inzibati mәsuliyyәtә cәlb olunmasını mәqsәdәmüvafiq hesab edir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә Inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya protestinin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, gәlinәn nәticә lәğv edilmәli, apellyasiya protesti tәmin edilmәlidir. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. Inzibati xәta haqqında ## ###### 2026-cı il tarixli qәrardan vә toplanılmış materiallardan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs götürülmüş sidik nümunәsinin tәrkibindә laborator müayinә zamanı 9-Tetra-hidro kannabinolun metaboliti olan 0,351 mq/l tetra hidro kannabidol turşusu (THC-COOH)” aşkar edilmişdir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs qanunsuz olaraq narkotik vasitәni istehlak etmәsi faktı üzrә araşdırma aparılmış, әmәlindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 206-cı maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın әlamәtlәri mövcud olması vә inzibati icraatı rәdd edәn halların olmaması nәzәrә alınaraq, Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 206-cı maddәsindә nәzәrdә tutulan inzibati xәta haqqında iş üzrә icraat başlanılmış vә inzibati icraat materialları baxılması üçün Bakı Hәrbi Mәhkәmәsinә göndәrilmişdir. Mәhkәmә Tibbi ekspertiza vә Patoloji Anatomiya mәrkәzinin ##.##.2025-ci il tarixli, *****/K nömrәli aktına әsasәn mәhkәmә-kimyәvi tәdqiqat nәticәsindә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs sidik nümunәsinin tәrkibindә 9-Tetra-hidro kannabinolun metaboliti olan 0,351 mq/l tetra hidro kannabidol turşusu (THC-COOH)” aşkar edilmişdir. Mәhkәmә Tibbi ekspertiza vә Patoloji Anatomiya mәrkәzinin ## ###### 2026-ci il tarixli, *****/K nömrәli aktına әsasında aparılan, Azәrbaycan Respublikası Sәhiyyә Nazirliyinin ##.##.2002-ci il tarixli *** saylı әmri ilә tәsdiq edilәn ## #### 2026-ci il tarixli ekspert rәyinә әsasәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs sidik nümunәsinin tәrkibindә 9- Tetra-hidro kannabinolun metaboliti olan 0,351 mq/l tetra hidro kannabidol turşusu (THC- COOH) aşkar edilmişdir. ## #### 2026-cı il tarixli cinayәt işinin başlanılmasının rәdd edilmәsi haqqında qәrara әsasәn N nömrәli hәrbi hissәnin baş mühәndisin gündәlik fәaliyyәtinin planlaşdırılması vә qoşun xidmәti üzrә kömәkçisi vәzifәsindә xidmәt edәn R Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs narkotik vasitәdәn istifadә etmәsi әmәlindә cinayәt tәrkibi olmadığından onun barәsindә Azәrbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddәsinә әsasәn cinayәt işinin başlanılması rәdd edilmәsi qәrara alınmışdır. ##.##.2026-cı il tarixdә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 206-cı maddәsi inzibati xәta haqqında iş üzrә icraatın başlanması barәdә qәrar qәbul olunmuşdur. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 206-cı maddәsinin mәzmununa görә qanunsuz olaraq narkotik vasitәlәrin, psixotrop maddәlәrin istehlakına, satış mәqsәdi olmadan az miqdarda hazırlanmasına, әldә edilmәsinә, saxlanılmasına, daşınmasına vә ya göndәrilmәsi inzibati mәsuliyyәt yaradır. Inzibati Xәtalar Mәcәllәsinin 38.1-ci maddәsinә әsasәn inzibati tәnbeh inzibati xәtanın törәdildiyi gündәn әn geci dörd ay keçәnәdәk verilә bilәr. Yol hәrәkәti qaydaları, yol hәrәkәti tәhlükәsizliyinin tәmin edilmәsi vә avtomobil yollarından istifadә qaydaları, gömrük qaydaları, әtraf mühitin qorunması qaydaları, xarici dövlәtlәrin qeyri-hökumәt tәşkilatlarının filial vә ya nümayәndәliklәrinin fәaliyyәt göstәrmәsi qaydaları, qrant müqavilәlәrinin (qәrarlarının) qeydә alınması qaydaları, elәcә dә maliyyә, vergilәrin vә rüsumların ödәnilmәsi qaydaları әleyhinә olan inzibati xәtalara görә, habelә qanunsuz sahibkarlıq fәaliyyәti ilә mәşğul olmağa, hüquqi şәxslәrin dövlәt reyestri üçün zәruri mәlumatların verilmәmәsinә, hüquqi şәxslәrin dövlәt qeydiyyatı zamanı yanlış mәlumatların verilmәsinә, qeyri-hökumәt tәşkilatları haqqında vә cinayәt yolu ilә әldә edilmiş әmlakın leqallaşdırılmasına vә terrorçuluğun maliyyәlәşdirilmәsinә qarşı mübarizә haqqında, sahibkarlıq sahәsindә aparılan yoxlamaların tәnzimlәnmәsi vә sahibkarların maraqlarının müdafiәsi haqqında, hәmçinin dәrman vasitәlәri haqqında qanunvericiliyin, әmәk qanunvericiliyinin, habelә әcnәbilәrin vә vәtәndaşlığı olmayan şәxslәrin Azәrbaycan Respublikasında olması vә yaşaması qaydalarının, әcnәbilәrin vә vәtәndaşlığı olmayan şәxslәrin işә cәlb edilmәsi qaydasının, kritik informasiya infrastrukturunun tәhlükәsizliyinin tәmin edilmәsi qaydasının pozulmasına, xırda talamaya görә inzibati tәnbeh inzibati xәtanın törәdildiyi gündәn әn geci bir il keçәnәdәk verilә bilәr. Inzibati Xәtalar Mәcәllәsinin 38.3-cü maddәsinә әsasәn cinayәt işinin başlanması rәdd edildikdә vә ya cinayәt işinә xitam verildikdә, lakin şәxsin әmәllәrindә inzibati xәta tәrkibinin bütün әlamәtlәri olduqda, inzibati tәnbeh cinayәt işinin başlanmasının rәdd edilmәsi vә ya ona xitam verilmәsi haqqında qәrar qәbul edildiyi gündәn әn geci üç ay keçәnәdәk verilә bilәr. “Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 263-cü maddәsinin Qeyd hissәsinin vә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 38-ci maddәsinin bәzi müddәalarının şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun # #### 2022-ci il tarixli qәrarında qeyd edilmişdir ki, Inzibati mәsuliyyәtә cәlbetmә müddәti elә bir müddәtdir ki, onun әrzindә şәxs, hüquqpozmaya yol verdiyinә görә inzibati tәnbehә mәruz qala bilәr. Inzibati mәsuliyyәtә cәlbetmә müddәtinin bitmәsi inzibati xәtalar haqqında işlәr üzrә icraatın başlanılmasını istisna edәn, başlanmış icraata isә xitam verilmәsinә sәbәb olan hallardan biridir (Inzibati Xәtalar Mәcәllәsinin 53.1.6-cı maddәsi). Bu cür müddәtlәri nәzәrdә tutarkәn vә onların hesablanması qaydalarını müәyyәn edәrkәn qanunverici Konstitusiyanın 71ci maddәsinin II hissәsindәn irәli gәlәn insan vә vәtәndaş hüquq vә azadlıqlarının hüquqi tәnzimlәnmәsi zamanı şәxsi vә publik maraqlar arasındakı tarazlığın gözlәnilmәsi tәlәbini rәhbәr tutaraq inzibati mәsuliyyәtin qaçılmazlığının tәmin olunması üçün şәrait yaratmaqla yanaşı, eyni zamanda inzibati xәta törәtmiş şәxslәrin әsassız olaraq uzun müddәtә inzibati tәqib vә inzibati tәnbehin tәtbiqi tәhlükәsi altında qalmasının qarşısını almaq mәqsәdini güdmüşdür. Inzibati Xәtalar Mәcәllәsinin 38.1-ci maddәsinә әsasәn inzibati mәsuliyyәtә cәlb etmә müddәtinin bitmә vaxtının müәyyәn edilmәsi mәsәlәsinin hәlli zamanı Inzibati Xәtalar Mәcәllәsinin 38.1 vә 38.2-ci maddәlәrinin hәmin Mәcәllәnin 38.3-cü maddәsi ilә sistemli әlaqәsindәn çıxış etmәk lazımdır. Yәni cinayәt işinin başlanması rәdd edildikdә vә ya cinayәt işinә xitam verildikdә, lakin şәxsin әmәllәrindә inzibati xәta tәrkibinin bütün әlamәtlәri olduqda, inzibati tәnbeh cinayәt işinin başlanmasının rәdd edilmәsi vә ya ona xitam verilmәsi haqqında qәrar qәbul edildiyi gündәn әn geci üç ay keçәnәdәk verilmәlidir. Lakin belә olan hallarda inzibati tәnbeh inzibati xәtanın törәdildiyi (aşkara çıxarıldığı) gündәn әn geci bir il keçәnәdәk verilә bilәr. Bununla әlaqәdar mәhkәmә qeyd etmәyi zәruri hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ## ###### 2025-ci il tarixdә qan vә sidik nümunәlәri götürülmüşdür. ##.##.2025-ci il tarixli akta vә ## #### 2026-ci il tarixli ekspert rәyinә әsasәn hәmin nümunәlәrdә narkotik vasitә istehlakı aşkar edilmişdir. ## #### 2026-cı il cinayәt işinin başlanılmasının rәdd edilmәsi haqqında qәrar qәbul edilmişdir. Göründüyü kimi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs inzibati xәtanı törәtdiyi gündәn bir ildәn az müddәt keçdiyinә vә onun barәsindә aparılan araşdırma üzrә cinayәt işinin başlanmasının rәdd edilmәsi haqqında qәrarın qәbul edildiyi gündәn üç ay keçmәdiyinә görә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs inzibati mәsuliyyәtә cәlb edilmәlidir. Inzibati Xәtalar Mәcәllәsinin 206-cı maddәsinә görә qanunsuz olaraq narkotik vasitәlәrin, psixotrop maddәlәrin istehlakına, satış mәqsәdi olmadan az miqdarda hazırlanmasına, әldә edilmәsinә, saxlanılmasına, daşınmasına vә ya göndәrilmәsinә görә - üç yüz manatdan dörd yüz manatadәk mәblәğdә cәrimә edilir, işin hallarına görә vә xәtanı törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla, bu tәdbirlәrin tәtbiqi kifayәt sayılmadıqda isә iki ayadәk müddәtә inzibati hәbs tәtbiq edilir. Inzibati Xәtalar Mәcәllәsinin 30.2-ci maddәsinә görә hamilә qadınlar vә ya himayәsindә on dörd yaşınadәk uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını tәkbaşına böyüdәn kişilәr, on sәkkiz yaşına çatmayan şәxslәr, orqanizmin funksiyalarının 61-80 faiz vә ya 81-100 faiz pozulmasına görә әlilliyi müәyyәn edilmiş şәxslәr, әlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar vә altmış beş yaşına çatmış kişilәr, habelә bu Mәcәllәnin 41-ci fәslindә nәzәrdә tutulmuş inzibati xәtalar istisna olmaqla digәr inzibati xәtalara görә hәrbi qulluqçular barәsindә inzibati hәbs tәtbiq edilә bilmәz. Inzibati Xәtalar Mәcәllәsinin 9.1-ci maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. Hәmin Mәcәllәnin 31.1-ci maddәsinә әsasәn inzibati xәtaya görә tәnbeh bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Hәmin Mәcәllәnin 31.2-ci maddәsinә әsasәn fiziki vә ya vәzifәli şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini xarakretizә edәn hallar, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs oğlunun inzibati xәtaya görә mәsuliyyәtini ağırlaşdıran vә yüngüllәşdirәn hallar müәyyәn edilmәmişdir. Inzibati Xәtalar Mәcәllәsinin 134.1.2-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxıldıqda bu Mәcәllәnin 135.1.2 – 135.1.5-ci maddәlәri ilә müәyyәn edilmiş hallarda qәrarın dәyişdirilmәsi haqqında vә ya qәrarı lәğv edәrәk yeni qәrarın çıxarılması haqqında qәrar qәbul edilir. Hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәrin işin faktiki hallarına uyğun olmaması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır (Inzibati Xәtalar Mәcәllәsinin 135.1.2-ci maddәsi). Belәliklә apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellysiya protesti tәmin edilmәli, Bakı Hәrbi Mәhkәmәsinin *-*(*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qәrarı lәğv edilmәli, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs (Fin: *******) Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 206-cı maddәsi ilә tәqsirli bilinmәli, barәsindә 400 (dörd yüz) manat mәblәğindә inzibati tәnbeh tәdbiri tәtbiq edilmәlidir. Bundan әlavә kollegiya qeyd edir ki, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin hüquqlarının müdafiәsinin apellyasiya icraatı zamanı tәmin edilmәsindәn ötrü dövlәt büdcәsinin vәsaiti hesabına müdafiәçi tәyin edilmişdir. Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 66-cı maddәsinә әsasәn belә halda müdafiәçinin hüquqi yardımının ödәnilmәsi dövlәt büdcәsinin vәsaiti hesabına tәmin edilmәlidir. Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin “Müdafiәçilәrә, tәrcümәçilәrә, mütәxәssislәrә vә ekspertlәrә ödәnilmәli olan mәblәğlәrin miqdarı haqqında” ##.##.2001-ci il tarixli, ** nömrәli qәrarına әsasәn tәqsirlәndirilәn şәxsin hüquqlarını müdafiә etmәyә görә müdafiәçiyә hәr iş saatı üçün 11 manat miqdarında haqq ödәnilmәlidir. Odur ki, hәmin hesabla, apellyasiya instansiyası mәhkәmәsindә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs göstәrilmiş 3 iş saatı hәcmindә hüquqi yardımla bağlı Vәkil vәkil işlәdiyi Sumqayıt şәhәr * saylı Vәkil Bürosunun hesabına 33 manat mәblәğindә pul köçürülmәsi Azәrbaycan Respublikası Vәkillәr Kollegiyasına hәvalә edilmәlidir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası IXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Bakı Hәrbi Mәhkәmәsinin *-*(*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qәrarı lәğv edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs (Fin: *******) Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 206-cı maddәsi ilә tәqsirli bilinsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs (Fin: *******) barәsindә Azәrbaycan Respublikası IXM-nin 206-cı maddәsi ilә 400 (dörd yüz) manat mәblәğindә inzibati tәnbeh tәdbiri tәtbiq edilsin. Apellyasiya protesti tәmin edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya instansiyası mәhkәmәsindә mәhkәmә iclasında hüquqlarının müdafiә olunmasına görә dövlәt büdcәsindәn vәkil Vәkil 33 (otuz üç) manat mәblәğindә pul vәsaiti Sumqayıt şәhәr * saylı Vәkil Bürosu vasitәsilә ödәnilsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar