Məhkəmə qərarları › İş №3-1(3-8)-3/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3-1(3-8)-3/2026

21.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3-1(3-8)-3/2026 21.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Ağayev Rəşadət Əhməd oğlu, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar şöbəsinin böyük prokuroru nümayəndə1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi - Xəzər Konsaltinq Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Bakı Hərbi Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDIM : Bakı Hərbi Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərarı ilə (hakim C.C.Ramazanov) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilməsi, qərarın cərimə hissəsində icrasının Gəncə şəhəri üzrə Icra idarəsinə həvalə edilməsi qərara alınmışdır. IŞIN HALLARI : Inzibati materialdan müəyyən olunur ki, ##.##.2026-cı il tarixdə Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Sumqayıt Hərbi prokuroru, R X1 tərəfindən Azərbaycan Respublikasının IXMnin 206-cı maddəsi inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul olunmuşdur ona görə ki, ##.##.2026-cı il tarixdə Dövlət Sərhəd Xidmətinin **** nömrəli nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin işçiləri tərəfindən hərbi hissədə keçirilmiş tibbi müayinələr zamanı sidik nümunəsi götürülmüş, həmin analizin ##.##.2026-ci il tarixli nəticəsinə əsasən əsgər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sidik nümunəsinin tərkibində narkotik vasitə 9-Tetra-hidro kannabinolun metaboliti olan 0,090 mq/l tetra hidrokannabinol turşusu (TCH-COOH) aşkar edilmişdir. ## ###### 2026-cı il tarixdə inzibati material Bakı Hərbi Məhkəməsinə daxil olmuş və inzibati xəta haqqında materiala baxan birinci instansiya məhkəməsinin hakimi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etməklə şikayətini onunla əsaslandırmışdır ki, o, xidmətini davam etdirmək üçün ## ###### 2024-cü il tarixdə Qusar rayonu ərazisində Rusiya Federasiyası ilə sərhəddə yerləşən “Samur” sərhəd nəzarəti şöbəsinə göndərilmiş və “Şirvanlı” sərhəd nəzarəti bölməsində nəzarətçi vəzifəsində, R hərbi rütbəsində xidmət edir. ## ### 2026-cı il tarixdə müayinə olunmaq məqsədi ilə ondan Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalının Labarotoriyasında sidik nümunəsi götürülmüş, Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin məhkəmə-kimyəvi aktına əsasən narkotik vasitə hesab edilən 9 tetra-hidro kannabinolun metaboliti olan tetrahidrokannabinol turşusu (THC-COOH) aşkar olunması ilə razı deyil, Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında ona analiznin təmiz olduğu bildirilmişdir. Neçə ola bilər ki, ondan götürülmüş nümunələr təmiz olduğu halda, hansı zərurətə görə nümunələrin götürülməsindən 3 gün sonra nümunələr Pataloji Anatomiya Birliyinə göndərilir? Əgər bu zəruri idisə, onun özünü ora göndərə və yeni nümunələr ala bilərdilər, lakin bu edilməmişdir. Birinci instansiya məhkəməsi işə səthi baxaraq işin bu hallarını araşdırmamışdır. PROSES IŞTIRAKÇISININ IZAHATI : Apellyasiya instansiyası məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə edərək şikayətinin təmin edilməsini və barəsindəki inzibati iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil apellyasiya şikayətində qeyd edilənləri təsdiq etməklə Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalının Labarotoriyasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs götürülmüş sidik nümunələrinin nəticələrinin əldə olunması üçün vermiş olduğu vəsatətinin təmin edilməsini xahiş etmiş, vəsatətlə əlaqədar proses iştirakçılarının fikiri dinlənildikdən sonra təmin edilməmiş ona görə ki, iş materiallarından göründüyü kimi ## ### 2026-cı il tarixdə Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında “Samur” sərhəd şöbəsinin “Şirvanlı” sərhəd nəzarəti bölməsində nəzarətçisi vəzifəsində xidmət edən R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs götürülmüş qan və sidik nümunələri müayinə edilməsi və rəy alınması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi”nə göndərilmiş və müvafiq rəy alınmışdır. Yəni, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iddia etdiyi kimi Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalının bu və ya digər rəyi mövcud olmamış və buna dair müdafiə tərəfindən hər hansı bir əlavə sübut təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində iştirak edən Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar şöbəsinin böyük prokuroru nümayəndə1 çıxışında qeyd etdi ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır ona görə ki, hazırkı iş üzrə aparılmış araşdırma üzrə qəbul edilmiş cinayət işinin rədd edilməsinə dair ##.##.2025-ci il tarixli qərarda aparılmış araşdırmanın nəticəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində IXM-nin 206-cı maddəsinin tərkib əlamətləri aşkar edildiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Məhkəmə tərəfindən qəbul edilmiş qərarın qüvvədə saxlanılmasını xahiş edir. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikasının IXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatını, müdafiəçisi Vəkil dəlillərini və Cinayət təqibindən kənar icraatlar şöbəsinin böyük prokuroru nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsinə dair rəyini dinləyib, iş materialları ilə apellyasiya şikayətinin dəlillərini əlaqəli şəkildə tədqiq edərək hesab edirəm ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı Hərbi Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı Sumqayıt Hərbi prokuroru, R X1 tərəfindən **-*-*- *-***-**** nömrəli material nəzərdən keçirilməklə Inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında ##.##.2026-cı il tarixli Qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, Inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında ##.##.2026-cı il tarixli Qərar, Cinayyət işinin başlanılmasının rədd edilməsi haqqında ##.##.2026-ci il tarixli Qərar, sidik nümunəsinin nəticəsinə dair tibbi rəy, habelə barəsində icraat aparılan şəxsin öz izahatları və iş materiallarında toplanılmış sübutlar tədqiq edilmişdir. Tibbi müayinə rəyindən açıq şəkildə müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sidik nümunəsinin tərkibində narkotik vasitə 9-Tetrahidro kannabinolun metaboliti olan 0,090 mq/l tetra hidrokannabinol turşusu (TCH-COOH) aşkar edilmiş və bu hal inzibati xətanın obyektiv tərəfinin mövcudluğunu sübuta yetirir. Apellyasiya şikayətində inzibati tənbehin tətbiq edilməsinin əsassız olması ilə bağlı irəli sürülən arqumentlərə gəldikdə, məhkəmə həmin dəlilləri formal mülahizələr kimi qiymətləndirərək inzibati məsuliyyətdən yayınmaq kimi dəyərləndirir və bu dəlillərin birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab etmir. Belə ki, iş materiallarında olan və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş Cinayət işinin başlanmasının rədd edilməsi barədə ## #### 2026-cı il tarixli qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs narkotik vasitədən istifadə etməsi faktında cinayət tərkibi olmadığından Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən rədd edilmişdir. Iş materiallarında olan və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş Müdafiə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin ****/K saylı, ##.##.2026-cı il tarixli rəyindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs götürülmüş sidik nümunəsinin tərkibində narkotik vasitə 9-Tetra-hidro kannabinolun metaboliti olan 0,090 mq/l tetra hidrokannabinol turşusu (TCH-COOH) aşkar edilmişdir. 9- Tetra-hidro kannabinol adlı maddə dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına daxildir. Iş materiallarında olan və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ##.##.2026-cı il tarixli, **** saylı rəyinə əsasən ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X2 Şəxsində Ambulator məcburi narkoloji tibbi yoxlama zamanı ekspress-test üsulu ilə müayinə nəticəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs götürülmüş sidik nümunəsində MET(-), THC(-) MOP(-), PGB(-), TML(-). MTD (-) aşkar olunmadı. Hal-hazırda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, NARKOMANIYA xəstəliyindən ƏZAB ÇƏKMIR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Səhiyyə Nazirliyi “xxxx” X3 ****/K nömrəli, ## #### 2026-cı il tarixli rəyində Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ##.##.2026-cı il tarixli, **** saylı rəyində göstərilənlər təsdiq edilmişdir. Qeyd edilən sübutlar araşdırmaqla həmin sübutlara əsaslanaraq birinci instansiya məhkəməsi nəticəyə gəlmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi, iş materiallarında olan şəxslərin izahatları ilə yanaşı, keşirilmiş ekspertiza rəyləri, eləcə də əldə edilmiş digər şübhə doğurmayan mötəbər sübutlarla tam sübuta yetirildiyindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə uyğun olaraq daxili inam əsasında, hərtərəfli, tam və obyektiv şəkildə qiymətləndirilmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qərarın ləğvini və ya dəyişdirilməsini şərtləndirən prosessual pozuntuya yol verilməmişdir. Birinci instansiya məhkəməsi inzibati tənbeh təyin edərkən IXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati xətanın xarakterini, xətanı törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almışdır. Məhkəmə haqlı olaraq belə qənaətə gəlmişdir ki, konkret iş üzrə inzibati cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Belə ki, IXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. IXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Belə olan halda hesab edirəm ki, birinci instansiya məhkəməsi tərəfindən barəsində inzibati xəta üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, həmin qərarın ləğv edilməsi barədə şikayətin dəlilləri əsassız və formal mülahizə kimi dəyərləndirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun qərarında vurğulandığı kimi, apellyasiya instansiyası məhkəmələrinin diqqətini ona cəlb etməyi lazım bilinir ki, onlar birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı, mahiyyət üzrə düzgün olan qərarının yalnız formal mülahizələrə görə ləğv edilməsindən çəkinməlidirlər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2019-cu il tarixli Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarı). Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edirəm ki, birinci instansiya məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş inzibati tənbeh onun şəxsiyyətinə, törətdiyi inzibati xətanın xarakterinə və təqsirinin dərəcəsinə, işin hallarına, habelə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən normalarına uyğun gəlir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin dəlilləri formal əsaslar kimi qiymətləndirilməklə apellyasiya şikayəti təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı Hərbi Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 134.1, 134.1.1-ci maddələrinə əsasan inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, qərarın dəyişdirilmədən, şikayətin və protestin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən IXM-nin 134.1.1, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDIM : Bakı Hərbi Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar