Məhkəmə qərarları › İş №3-1(3-9)-11/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3-1(3-9)-11/2026

11.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3-1(3-9)-11/2026 11.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi, MÜƏYYƏN E T D İ: Protokolu tərtib edən orqan tərəfindən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin 5ci tabor, 15-ci bölüyünün komandiri vəzifəsində, R hərbi rütbəsində xidmət edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni istehlak etməsı fatkı üzrə Azərbaycan Respublikası IXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında material baxılması üçün Füzuli hərbi məhkəməsinə göndərilmişdir. Məhkəmə qərarından narazı qalan barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət verərək, Füzuli Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-***/**** saylı qərarının ləğv edilməsini və barəsində IXM-in 206-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətini onunla əsaslandırmışdır ki, aşağıda göstərilən əsaslara görə Füzuli Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-l(*-**)-***/**** saylı qərarı ləğv edilməli, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə bağh inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Əvvəlcə bildirmək istəyir ki, barəsində tərtib edilmiş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin ##.##.2026-cı il tarixli ekspert rəyi ciddi şübhələr doğurur. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən işin hərtərəfli, obyektiv və ədalətli araşdırılması prinsipi pozulmuş, irəli sürdüyü əsaslı etiraz və izahatlara heç bir hüquqi qiymət verilməmişdir. O, 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. Döyüş əməliyyatları zamanı ağır yaralanmış, uzun müddət müalicə aldıqdan sonra yenidən cəbhəyə qayıtmış və ikinci dəfə daha ağır bədən xəsarətləri almışdır. Keçirdiyi ağır kontuziya, çoxsaylı travmalar və cərrahi əməliyyatlarla əlaqədar uzun müddət güclü təsirə malik ağrıkəsici və digər reseptli dərman preparatları qəbul etmişdir. Bununla belə, heç bir vaxt qanunsuz narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etməmişdir. Son dövrlərdə isə qəbul etdiyi ağrıkəsici preparatlardan da tamamilə imtina etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Vətən müharibəsi iştirakçısı olmağı, aldığı ağır xəsarətlər, uzunmüddətli müalicə tarixi və ekspert rəyinin düzgünlüyü ilə bağlı ciddi şübhələri barədə ətraflı izahat verməsinə baxmayaraq, məhkəmə bu hüquqi və faktiki hallan tamamilə nəzərə almamış, qəbul etdiyi qərarda həmin xüsusatlara ümumiyyətlə toxunmamışdır. Iş materiallarından görünür ki, sidik nümunəsi##.##.2026-cı il tarixdə götürüldüyü halda, ekspertiza rəyi yalnız 42 gün sonra - ##.##.2026-cı il tarixdə verilmişdir. Halbuki, nümunənin götürülməsi, möhürlənməsi (plomblanması), saxlanma şəraiti, temperatur rejimi və saxlanma zənciri (Chain of Custody) ilə bağlı heç bir etibarlı məlumat təqdim edilməmişdir. Bu səbəbdən nümunənin başqa nümunə ilə qarışdırılması, dəyişdirilməsi və ya düzgün saxlanılmaması nəticəsində bioloji xüsusiyyətlərinin pozulması ehtimalı ciddi şübhələr doğurur. Ekspert rəyində sidik nümunəsində 0,808 mq/1 amfetamin, 0,18 mq/1 metamfetamin və 1,274 mq/1 (1274 ng/ml) THC-COOH aşkar edildiyi göstərilmişdir. Lakin tibbi və toksikoloji ədəbiyyata əsasən, amfetamin qrupu maddələri orqanizmdən, adətən, 2-5 gün ərzində tamamilə xaric olur. Bundan əlavə, rəy üzrə müəyyən edilmiş 1,274 mq/1 THC-COOH göstəricisi beynəlxalq standart aşkar olunma həddindən təxminən 85 dəfə yüksəkdir. Həyatında narkotik vasitə istifadə etməmiş bir şəxsin sidiyində bu qədər yüksək konsentrasiyanın müəyyən edilməsi elmi və biokimyəvi baxımdan real görünmür və ekspert rəyinin düzgünlüyünə əsaslı şübhələr yaradır. Eyni zamanda, keçirdiyi müalicələr zamanı qəbul etdiyim reseptli dərman preparatlarının təsiri, eləcə də immunoanaliz (ekspress test) metodunun spesifikliyinin aşağı olması nəticəsində yalançı müsbət (false positive) nəticənin yaranması ehtimalı da araşdırılmamışdır. Halbuki, nəticələrin təsdiqi məqsədilə GC-MS və ya LC-MS (Qaz və ya Maye Xromatoqrafıyası/Kütlə Spektrometriyası) üsulları ilə təsdiqləyici laborator müayinələrin aparılması zəruri idi. Lakin belə müayinələr həyata keçirilməmişdir. Bu səbəbdən, Vətən müharibəsi iştirakçısı kimi müalicə tarixi, qəbul etdiyim reseptli dərman preparatları və birinci instansiya məhkəməsində verdiyi, lakin nəzərə alınmayan izahatları iş materiallarına əlavə edilməli, həmin sübutlara obyektiv hüquqi qiymət verilməli və barəsində təkrar məhkəmə-toksikoloji ekspertizası təyin edilməlidir. Bundan başqa, birinci instansiya məhkəməsinin qərarında guya onun məhkəmə iclasında həkim resepti olmadan psixotrop tərkibli dərman preparatlarından istifadə etdiyi, əməlini etiraf etdiyi və törətdiyi əməldən peşman olduğunu bildirdiyi qeyd edilmişdir. Halbuki, o məhkəmə iclasında tam əksini bildirmiş, qanunsuz narkotik və ya psixotrop maddələrdən istifadə etmədiyini bəyan etmişdir. Verdiyi izahatlar məhkəmə qərarında düzgün əks etdirilməmiş, dedikləri təhrif olunmuşdur. Beləliklə, birinci instansiya məhkəməsi yuxarıda göstərilən mühüm hüquqi və faktiki halları araşdırmadan, irəli sürdüyü arqumentlərə qiymət vermədən və onları qərarında əsaslandırmadan qanunsuz və əsassız qərar qəbul etmişdir. Hesab edir ki, onun əməlimdə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından və bu Məcəllənin 53.1.1 və 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi vəkil1 şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, Füzuli Hərbi Məhkəməsinin ## #### 2026cı il tarixli, *-*(*-**)-***/**** saylı qərarının ləğv edilməsini və barəsində IXM-in 206-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nümayəndəsi Füzuli hərbi prokurorunun böyük köməkçisi X1 şikayətin təmin olunmamasını, Füzuli Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-***/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib və toplanmış materialı nəzərdən keçirib hesab edir ki, şikayət qismən təmin edilməli, Füzuli Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-***/**** saylı qərarı ləğv edilməli, inzibati xətaya dair material yenidən baxılması üçün Füzuli Hərbi Məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında qərarı nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin, inzibati xəta haqqında qərarı tərtib edən şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 206-cı maddəsi ilə təqsirli biərək 300 manat inzibati cərimə növündə tənbeh etmişdir. Apellyasiya icraatında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 206-cı maddəsi ilə təqsirli bilnərək cərimə edilməsi qənaətinə gəlsə də, inzibati xəta haqqında icraat üzrə işin düzgün həlli üçün əhəmiyyətli olan hallar tam və ətraflı araşdırılmadan yekun məhkəmə aktı qəbul olunmuşdur. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, aşağıda göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin yuxarıda göstərilmiş əsasla gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası IXM-in 12.1-ci maddəsində inzibati xətanın anlayışı verilərək göstərilir ki, inzibati məsuliyyət yalnız təqsirli əməllərə görə yaranır. Bununla yanaşı, IXM-in 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən, şəxsin təqsiri sübuta yetirilmədikdə o, təqsirsiz hesab edilir və təqsirlə bağlı bütün şübhələr onun xeyrinə həll olunur. Lakin bu prinsip məhkəməni işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmaq vəzifəsindən azad etmir, əksinə, məhkəmənin üzərinə sübutların tamlığını təmin etmək, ziddiyyətləri aradan qaldırmaq və iş üzrə obyektiv həqiqəti müəyyən etmək öhdəliyi qoyur. Belə ki, iş materiallarından görünür ki, Füzuli hərbi prokuroru tərəfindən ## #### 2026-cı il tarixdə qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qəbul edilmiş qərarda göstərilmişdir ki, ##.##.2026-cı il tarixdə N nömrəli hərbi hissənin 5-ci tabor, 15-ci bölüyünün komandiri vəzifəsində, R hərbi rütbəsində xidmət edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin işçiləri tərəfindən hərbi hissədə keçirilmiş tibbi müayinələr zamanı sidik nümunəsi götürülmüş, həmin analizin ##.##.2026-cı il tarixli nəticəsinə əsasən R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sidik nümunəsinin tərkibində narkotik vasitə hesab edilən 0.808 mq/l amfetamin, 0.18 mq/l metamfetamin və 9-Tetra-hidro kannabinolun metaboliti olan 1.274 mq/l tetrahidrokannabinol turşusu (THC-COOH) aşkar edilmişdir. Materiala əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin *****/K saylı ##.##.2026-cı il tarixli rəyindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs götürülmüş sidik nümunəsinin tərkibində narkotik vasitə hesab edilən 0,808 mq/l amfetamin, 0,18 mq/l metamfetamin, 1, 274 mq/l 9-Tetra-hidro kannabinol turşusu (THC- COOH) aşkar edilmişdir. Aşkarlanan narkotik vasitə və psixotrop maddələrin hər biri dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına daxildir. Materiala əlavə edilmiş Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanserin ##.##.2026-cı il tarixli, **** nömrəli rəyindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs narkotik vasitə olan kannabinoidlərdən psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomanıya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyac yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi labarator analiz aktına və ekspert rəyinə istinad etməklə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilib cərimə tətbiq etmişdir. Lakin məhkəmə tərəfindən iş üçün əhəmiyyətli olan işin faktiki halları, digər sübutlar araşdırılmamışdır. Belə ki, iş materiallarında olan ##.##.2021-ci il tarixli, **** saylı N saylı hərbi hissənin komandiri Firudin Əzizovun Silahların Qüvvələrin Baş Kliniki Hospitalına ünvanladığı travma haqqında arayışından görünür ki, R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonunda gedən döyüşlər zamanı düşmən tərəfində atılan atəş nəticəsində “qarnın ön və yan divarının qarın boşluğunun dəlib keçən güllə yaralanması, Barotravma (05.10.202).sol tərəfli kəskin koxlear nevrit” diaqnozu ilə xəsarət almışdır. Iş materiallarında olan ##.##.2024-cü il tarixli Respublika Diaqnostika Mərkəzinin Bera müayinəsindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sağ qulağında normal eşitmə səviyyəsi, sol qulaqda ağır (IV) dərəcəli sensonevral tip eşitmə azlığı diaqnozu qoyilmuşdur. Iş materiallarında olan Azərbaycan Respublikası MN Mərkəzi Hərbi Poliklinikasının Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2024-cü il tarixli, **** saylı araşışından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aldığı travma hərbi tramvadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı yaranmışdır. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Sıradankənar hərbi xidmətə yararlıdır. Qeyd edilən tibbi sənəd-arayışlardan göründüyü kimi, R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. Döyüş əməliyyatları zamanı ağır yaralanmış, uzun müddət müalicə aldıqdan sonra yenidən cəbhəyə qayıtmış və ikinci dəfə daha ağır bədən xəsarətləri almışdır. Keçirdiyi ağır kontuziya, çoxsaylı travmalar və cərrahi əməliyyatlarla əlaqədar uzun müddət güclü təsirə malik ağrıkəsici və digər həkim reseptli dərman preparatları qəbul etmişdir. Birinci instansiya məhkəməsi onun Vətən müharibəsi iştirakçısı olmağını, aldığı ağır xəsarətləri, uzunmüddətli müalicə tarixini, səhhətindəki vəziyyəti ilə bağlı Silahlı Qüvvələrin Baş Kliniki Hospitalına müvafiq sorğu verməmiş, onun müalicəsi zamanı müxtəlif ağrıkəsici preparatlar, o cümlədən tramadol, morfin, depakin kimi dərman vasitələrindən istifadə edilməsini nəzərə almamış, həmin dərman vasitələrinin uzun müddət istifadəsinin nəticə etibarı ilə ondan götürülmüş sidik analizinin nəticəsinə təsir edib-etmədiyini araşdırmamışdır. Bu hallar ilkin laborator nəticələrinin düzgünlüyünün qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi halda, məhkəmə həmin işin faktiki hallarına və sübutlara hüquqi qiymət verməmişdir. Bundan başqa, iş materiallarında olan Gəncə Şəhər Narkoloji Dispanserinin ## #### 2026-cı il tarixli, **** nömrəli rəyində onun narkomaniya xəstəliyindən əziyyət çəkmədiyi, məcburi müalicəyə ehtiyacı olmadığı göstərilsə də, məhkəmə bu rəyin iş üzrə sübutetmə predmetinə təsirini lazımi qaydada qiymətləndirməmişdir. Birinci instansiya məhkəməsi qərarında yalnız ekspert rəyinə istinad etməklə kifayətlənmiş, lakin həmin rəyin digər sübutlarla qarşılıqlı əlaqəsini, iş üzrə mövcud ziddiyyətləri araşdırmamış, təkrar məhkəmə-toksikoloji ekspertizasının keçirilməsinin zəruriliyini nəzərdən keçirmədən səthi qərar qəbul etmişdir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs narkotik vasitəni nə vaxt, harada və hansı şəraitdə istehlak etdiyini təsdiq edən hər hansı birbaşa sübut mövcud deyildir. Məhkəmə yalnız sidik nümunəsində amfetamin, metamfetamin, 9-Tetra-hidro kannabinol turşusu (THC-COOH) aşkar olunmasına istinad etmişdir. Halbuki, həmin göstərici istehlak faktının vaxtını, şəraitini və qanunsuz xarakterini, eləcə də inzibati xəta tərkibinin bütün elementlərini özlüyündə təsdiq etmir. Buna baxmayaraq, məhkəmə bu halları araşdırmadan onu təqsirli hesab etmişdir. Inzibati icraatda təqsirin sübuta yetirilməsi inzibati təqibi həyata keçirən orqanın üzərinə düşür və şəxsin məsuliyyətə cəlb edilməsi yalnız bir-birini tamamlayan, mötəbər və şübhə doğurmayan sübutların məcmusu ilə mümkündür. Iş üzrə mövcud ziddiyyətlər aradan qaldırılmadan, müdafiə tərəfinin etirazları yoxlanılmadan və sübutların tam qiymətləndirilməsi aparılmadan qəbul edilmiş qərar qanuni və əsaslandırılmış hesab edilə bilməz. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə bütün mühüm faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmamış, toplanmış sübutları qanunvericiliyin tələblərinə uyğun qiymətləndirməmiş, müdafiə tərəfinin irəli sürdüyü arqumentlərə lazımi hüquqi qiymət verməmiş və nəticədə işin faktiki hallarına uyğun olmayan qərar qəbul etmişdir. Bundan əlavə, inzibati icraatın əsas prinsiplərindən biri olan obyektiv həqiqətin müəyyən edilməsi prinsipi tələb edir ki, iş üzrə əhəmiyyət kəsb edən bütün hallar, o cümlədən şəxsin məsuliyyət qabiliyyəti ilə bağlı məsələlər tam, hərtərəfli və obyektiv araşdırılsın. Bu tələbin pozulması isə qəbul edilmiş məhkəmə qərarının qanuniliyi və əsaslılığına xələl gətirir. Məhkəmə belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən sadalanan iş üzrə əhəmiyyətli hallar, tam və hərtərəfli araşdırılmamış, nəticədə iş üzrə natamam araşdırmaya yol verilmişdir. Bu isə qəbul edilmiş qərarın ləğv edilməsini və işin həmin çatışmazlıqların aradan qaldırılması, təqdim olunmuş tibbi və digər sübutlarla birlikdə ətraflı yoxlanılması, həmin məsələyə hüquqi meyarlar baxımından düzgün qiymət verilməsi üçün yenidən baxılmaqdan ötrü birinci instansiya məhkəməsinə qaytarılmasını zəruri edir. IXM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. IXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. IXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. IXM-in 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. IXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Inzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Bununla bərabər xatırlatmaq zəruridir ki, inzibati xəta haqqında icraat üzrə işin düzgün həlli üçün əhəmiyyətli olan halların tam və ətraflı araşdırılması, bununla bağlı hərəkətləri vaxtında və lazımı qaydada icra etmək öhdəliyi (qanunvericiliklə nəzərdə tutulan digər kompleks tədbirlər) həmin vəzifəli şəxslərə (məhkəmə icraatında isə hakimlərə) aiddir. IXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunculuq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. IXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. IXM-in 134.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün üçün əsasdır. Qeyd olunanlara əsaslanaraq belə qənaətə gəlirəm ki, şikayət qismən təmin edilməli, iş üzrə əhəmiyyət kəsb edən bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması, toplanmış sübutlara qarşılıqlı əlaqədə hüquqi qiymət verilməsi və bundan asılı olaraq qanuni və əsaslı qərar qəbul edilməsi üçün Füzuli Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-***/**** saylı qərarı ləğv edilməli, iş üzrə yuxarıda qeyd edilmiş zəruri halların araşdırılması, əldə edilən nəticədən asılı olaraq müvafiq qərar qəbul edilməsi üçün inzibati xətaya dair material həmin məhkəməyə göndərilməlidir. Şərh olunanları və IXM-in 134.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilmiş inzibati iş üzrə Füzuli Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-***/**** saylı qərarı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə münasibətdə ləğv edilsin. Işin həlli üçün əhəmiyyətli olan halların tam və ətraflı araşdırılması və inzibati xətaya dair materiala yenidən baxılması üçün iş Füzuli Hərbi Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar