Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3-1(3-9)-13/2026 11.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi, barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili vəkil1 iştirakları ilə MÜƏYYƏN E T D İ: Protokolu tərtib edən orqan tərəfindən Müdafiə Nazirliyinin N saylı hərbi hissənin hərbi qulluqçusu, R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni istehlak etməsı fatkı üzrə Azərbaycan Respublikası IXM-nin 206cı maddəsi ilə inzibati xəta haqqında material baxılması üçün Füzuli hərbi məhkəməsinə göndərilmişdir. Məhkəmə qərarından narazı qalan barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət verərək, Füzuli Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-***/**** saylı qərarının ləğv edilməsini və barəsində IXM-in 206-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətini onunla əsaslandırmışdır ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında material və onun əsasında Füzuli Hərbi Məhkəməsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərar qanunsuz və əsassızdır. O, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hüquq işləri üzrə köməkçi vəzifəsində, R hərbi rütbəsində xidmət edir. ## ###### 2026-cı il tarixdə xidmət etdiyi hərbi hissədə Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin əməkdaşları tərəfindən tibbi müayinə aparılmış və ondan sidik nümunəsi götürülmüşdür. ## ##### 2026-cı il tarixli, ****/K nömrəli laborator analiz aktında sidik nümunəsində 10.166 mq/l Flukonazol və 0.746 mq/l tetrahidrokannabinol turşusunun (THC-COOH) aşkar edildiyi göstərilmiş, ## #### 2026-cı il tarixli, *****/K nömrəli ekspert rəyi ilə həmin nəticələr təsdiq edilmişdir. Həmin rəyə əsasən Füzuli hərbi prokurorunun ## #### 2026-cı il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq material baxılması üçün Füzuli Hərbi Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxışı zamanı narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etmədiyini bildirmiş, qəbul etdiyi idman əlavələri, protein və BCAA tərkibli məhsullar, həmçinin səhhəti ilə bağlı istifadə etdiyi ağrıkəsici preparatlar barədə məlumat vermişdir. Həmçinin, ## ##### 2026-cı il tarixdə təkrar müayinədən keçirildiyini və ## ### 2026-cı il tarixli, ***** nömrəli akt üzrə həmin nümunədə narkotik vasitələr və psixotrop maddələrin aşkar edilmədiyini bildirib. Müdafiəçisi analiz nümunələrinin götürülməsi və rəsmiləşdirilməsi qaydasının qanunvericiliyin tələblərinə uyğun aparılmadığını, ekspertiza nəticələrinin etibarlılığı ilə bağlı şübhələrin olduğunu qeyd etmişdir. Iş materiallarında olan Səhiyyə Nazirliyinin Gəncə Şəhər Narkoloji Dispanserinin ## #### 2026-cı il tarixli, **** nömrəli rəyində onda narkomaniya xəstəliyinin olmadığı və məcburi müalicəyə ehtiyac müəyyən edilmədiyi göstərilmişdir. Nəticədə Füzuli Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3-1 (*-**)-***/**** saylı qərarı ilə o, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Ilk növbədə qeyd edir ki, məhkəmənin gəldiyi nəticə əsasən laborator analiz aktı və ekspert rəyinə əsaslanmışdır. Müdafiə tərəfindən analiz nümunələrinin götürülməsi, saxlanılması və ekspertizaya təqdim olunması qaydası ilə bağlı irəli sürülmüş etirazlar araşdırılmamış, həmin etirazların hansı hüquqi əsaslarla rədd edildiyi qərarda göstərilməmişdir. Halbuki, məhkəmə qəbul etdiyi hər bir sübutun mötəbərliyini, aidiyyətini və hüquqi qüvvəsini qiymətləndirməyə borcludur. Bundan əlavə, məhkəmə iclasında bildirmişdir ki, ## ##### 2026-cı il tarixdə təkrar müayinədən keçmiş, həmin müayinə zamanı ondan yenidən sidik nümunəsi götürülmüş və Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin ## ### 2026-cı il tarixli, ***** nömrəli aktına əsasən sidik nümunəsində narkotik vasitələr və psixotrop maddələr aşkar edilməmişdir. Bu hal ilkin laborator nəticələrinin düzgünlüyünün qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi halda, məhkəmə həmin sübuta hüquqi qiymət verməmişdir. Əksinə, məhkəmə qərarında onun məhkəmə iclasında verdiyi izahatı təhrif olunmuş və guya ## ### 2026-cı il tarixli akt üzrə sidik nümunəsində narkotik vasitələrin aşkar olunduğunu bildirdiyi göstərilmişdir. Halbuki, məhkəmə iclasında verdiyi izahatın məzmunu bunun tam əksini təşkil etmişdir. Şəxsin izahatının qərarda düzgün əks etdirilməməsi məhkəmə qərarının faktiki hallara uyğun olmadığını və sübutların obyektiv qiymətləndirilmədiyini göstərən mühüm prosessual pozuntudur. Bundan başqa, iş materiallarında olan Gəncə Şəhər Narkoloji Dispanserinin ## #### 2026-cı il tarixli, **** nömrəli rəyində onun narkomaniya xəstəliyindən əziyyət çəkmədiyi, məcburi müalicəyə ehtiyacı olmadığı göstərilsə də, məhkəmə bu rəyin iş üzrə sübutetmə predmetinə təsirini lazımi qaydada qiymətləndirməmişdir. Birinci instansiya məhkəməsi qərarında yalnız ekspert rəyinə istinad etməklə kifayətlənmiş, lakin həmin rəyin digər sübutlarla qarşılıqlı əlaqəsini, müdafiə tərəfinin etirazlarını, təkrar müayinənin nəticələrini və iş üzrə mövcud ziddiyyətləri araşdırmamışdır. Məhkəmənin qərarında müdafiə tərəfinin irəli sürdüyü arqumentlərin hansı hüquqi əsaslarla rədd edildiyi də göstərilməmişdir. Bu isə məhkəmə qərarının kifayət qədər əsaslandırılmadığını göstərir. Bundan əlavə, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi qanunsuz narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına görə məsuliyyət müəyyən edir. Iş materiallarında isə narkotik vasitəni nə vaxt, harada və hansı şəraitdə istehlak etdiyini təsdiq edən hər hansı birbaşa sübut mövcud deyildir. Məhkəmə yalnız sidik nümunəsində THC-COOH metabolitinin aşkar olunmasına istinad etmişdir. Halbuki, həmin göstərici istehlak faktının vaxtını, şəraitini və qanunsuz xarakterini, eləcə də inzibati xəta tərkibinin bütün elementlərini özlüyündə təsdiq etmir. Buna baxmayaraq, məhkəmə bu halları araşdırmadan onu təqsirli hesab etmişdir. Inzibati icraatda təqsirin sübuta yetirilməsi inzibati təqibi həyata keçirən orqanın üzərinə düşür və şəxsin məsuliyyətə cəlb edilməsi yalnız bir-birini tamamlayan, mötəbər və şübhə doğurmayan sübutların məcmusu ilə mümkündür. Iş üzrə mövcud ziddiyyətlər aradan qaldırılmadan, müdafiə tərəfinin etirazları yoxlanılmadan və sübutların tam qiymətləndirilməsi aparılmadan qəbul edilmiş qərar qanuni və əsaslandırılmış hesab edilə bilməz. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə bütün mühüm faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmamış, toplanmış sübutları qanunvericiliyin tələblərinə uyğun qiymətləndirməmiş, müdafiə tərəfinin irəli sürdüyü arqumentlərə lazımi hüquqi qiymət verməmiş və nəticədə işin faktiki hallarına uyğun olmayan qərar qəbul etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi vəkil1 şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, Füzuli Hərbi Məhkəməsinin ## #### 2026cı il tarixli, *-*(*-**)-***/**** saylı qərarının ləğv edilməsini və barəsində IXM-in 206-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nümayəndəsi Füzuli Hərbi Prokurorunun böyük köməkçisi X1 şikayətin təmin olunmamasını, Füzuli Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-***/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib və toplanmış materialı nəzərdən keçirib hesab edir ki, şikayət qismən təmin edilməli, Füzuli Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-***/**** saylı qərarı ləğv edilməli, inzibati xətaya dair material yenidən baxılması üçün Füzuli Hərbi Məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında qərarı nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin, inzibati xəta haqqında qərarı tərtib edən şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 206-cı maddəsi ilə təqsirli bilərək 300 manat inzibati cərimə növündə tənbeh etmişdir. Apellyasiya icraatında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 206-cı maddəsi ilə təqsirli bilnərək cərimə edilməsi qənaətinə gəlsə də, inzibati xəta haqqında icraat üzrə işin düzgün həlli üçün əhəmiyyətli olan hallar tam və ətraflı araşdırılmadan yekun məhkəmə aktı qəbul olunmuşdur. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, aşağıda göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin yuxarıda göstərilmiş əsasla gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası IXM-in 12.1-ci maddəsində inzibati xətanın anlayışı verilərək göstərilir ki, inzibati məsuliyyət yalnız təqsirli əməllərə görə yaranır. Bununla yanaşı, IXM-in 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən, şəxsin təqsiri sübuta yetirilmədikdə o, təqsirsiz hesab edilir və təqsirlə bağlı bütün şübhələr onun xeyrinə həll olunur. Lakin bu prinsip məhkəməni işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmaq vəzifəsindən azad etmir, əksinə, məhkəmənin üzərinə sübutların tamlığını təmin etmək, ziddiyyətləri aradan qaldırmaq və iş üzrə obyektiv həqiqəti müəyyən etmək öhdəliyi qoyur. Belə ki, iş materiallarından görünür ki, Füzuli hərbi prokurorunun ## #### 2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarından görünür ki, ##.##.2026-cı il tarixdə N nömrəli hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi vəzifəsində, R hərbi rütbəsində xidmət edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin işçiləri tərəfindən hərbi hissədə keçirilmiş tibbi müayinələr zamanı sidik nümunəsi götürülmüş, həmin analizin ##.##.2026-cı il tarixli nəticəsinə əsasən R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sidik nümunəsinin tərkibində 10.166 mq/l Flukuonazol və narkotik vasitə hesab edilən 9- Tetra-hidro kannabinolun metaboliti olan 0.746 mq/l tetrahidrokannabinol turşusu (THC- COOH) aşkar edilmişdir. Materiala əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin *****/K saylı ##.##.2026-cı il tarixli rəyindən görünür ki, R Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs götürülmüş sidik nümunəsinin tərkibində 10.166 mq/l Flukuonazol və narkotik vasitə hesab edilən 9-Tetra-hidro kannabinolun metaboliti olan 0.746 mq/l tetrahidrokannabinol turşusu (THC-COOH) aşkar edilmişdir. 9-Tetra-hidro kannabinol adlı maddə dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına daxildir. Materiala əlavə edilmiş, Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanserin ##.##.2026-cı, il tarixli, **** nömrəli rəyindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs narkotik vasitə olan kannabinoidlərden epizodik istifadə etmə halları olub. Narkomanıya xəstəliyindən əzab çekmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyac yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi labarator analiz aktina və ekspert rəyinə istinad etməklə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı tırətməkdə təqsirli bilib cərimə tətbiq etmişdir. Lakin məhkəmə tərəfindən iş üçün əhəmiyyətli olan işin faktiki halları, digər sübutlar araşdlrlmamışdır. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xidmət etdiyi hərbi hissə komandirinin təliqəsinə əsasən## ##### 2026-cı il tarixdə təkrar müayinədən keçmiş, həmin müayinə zamanı ondan yenidən sidik nümunəsi götürülmüş və Müdafiə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin ## ### 2026-cı il tarixli, ***** nömrəli aktına əsasən sidik nümunəsində narkotik vasitələr və psixotrop maddələr aşkar edilməmişdir. Bu hal ilkin laborator nəticələrinin düzgünlüyünün qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi halda, məhkəmə həmin sübuta hüquqi qiymət verməmişdir. Bundan başqa, iş materiallarında olan Gəncə Şəhər Narkoloji Dispanserinin ## #### 2026-cı il tarixli, **** nömrəli rəyində onun narkomaniya xəstəliyindən əziyyət çəkmədiyi, məcburi müalicəyə ehtiyacı olmadığı göstərilsə də, məhkəmə bu rəyləriin iş üzrə sübutetmə predmetinə təsirini lazımi qaydada qiymətləndirməmişdir. Birinci instansiya məhkəməsi qərarında yalnız ekspert rəyinə istinad etməklə kifayətlənmiş, lakin həmin rəyin digər sübutlarla qarşılıqlı əlaqəsini, müdafiə tərəfinin etirazlarını, təkrar müayinənin nəticələrini və iş üzrə mövcud ziddiyyətləri araşdırmamışdır. Bununla yanaşı, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci instansiya məhkəmə baxışı zamanı narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etmədiyini bildirmiş, qəbul etdiyi idman əlavələri, protein və BCAA tərkibli məhsullar, həmçinin səhhəti ilə bağlı istifadə etdiyi ağrıkəsici preparatlar barədə məlumat vermişdir. Lakin məhkəmə tərəfindən idman əlavələrinin, protein və BCAA tərkibli məhsulların, həmçinin səhhəti ilə bağlı istifadə etdiyi ağrıkəsici preparatların ondan tibbi müayinə zamanı götürülmüş sidik analizin nəticəsinə təsir edib-etmədiyini araşdırmamış, təkrar məhkəmə-toksikoloji ekspertizasının keçirilməsinin zəruriliyini nəzərdən keçirmədən, səthi qərar qəbul etmişdir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs narkotik vasitəni nə vaxt, harada və hansı şəraitdə istehlak etdiyini təsdiq edən hər hansı birbaşa sübut mövcud deyildir. Məhkəmə yalnız sidik nümunəsində THC-COOH metabolitinin aşkar olunmasına istinad etmişdir. Halbuki həmin göstərici istehlak faktının vaxtını, şəraitini və qanunsuz xarakterini, eləcə də inzibati xəta tərkibinin bütün elementlərini özlüyündə təsdiq etmir. Buna baxmayaraq, məhkəmə bu halları araşdırmadan onu təqsirli hesab etmişdir. Inzibati icraatda təqsirin sübuta yetirilməsi inzibati təqibi həyata keçirən orqanın üzərinə düşür və şəxsin məsuliyyətə cəlb edilməsi yalnız bir-birini tamamlayan, mötəbər və şübhə doğurmayan sübutların məcmusu ilə mümkündür. Iş üzrə mövcud ziddiyyətlər aradan qaldırılmadan, müdafiə tərəfinin etirazları yoxlanılmadan və sübutların tam qiymətləndirilməsi aparılmadan qəbul edilmiş qərar qanuni və əsaslandırılmış hesab edilə bilməz. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə bütün mühüm faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmamış, toplanmış sübutları qanunvericiliyin tələblərinə uyğun qiymətləndirməmiş, müdafiə tərəfinin irəli sürdüyü arqumentlərə lazımi hüquqi qiymət verməmiş və nəticədə işin faktiki hallarına uyğun olmayan qərar qəbul etmişdir. Bundan əlavə, inzibati icraatın əsas prinsiplərindən biri olan obyektiv həqiqətin müəyyən edilməsi prinsipi tələb edir ki, iş üzrə əhəmiyyət kəsb edən bütün hallar, o cümlədən şəxsin məsuliyyət qabiliyyəti ilə bağlı məsələlər tam, hərtərəfli və obyektiv araşdırılsın. Bu tələbin pozulması isə qəbul edilmiş məhkəmə qərarının qanuniliyi və əsaslılığına xələl gətirir. Məhkəmə belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən sadalanan iş üzrə əhəmiyyətli hallar, tam və hərtərəfli araşdırılmamış, nəticədə iş üzrə natamam araşdırmaya yol verilmişdir. Bu isə qəbul edilmiş qərarın ləğv edilməsini və işin həmin çatışmazlıqların aradan qaldırılması, təqdim olunmuş tibbi və digər sübutlarla birlikdə ətraflı yoxlanılması, həmin məsələyə hüquqi meyarlar baxımından düzgün qiymət verilməsi üçün yenidən baxılmaqdan ötrü birinci instansiya məhkəməsinə qaytarılmasını zəruri edir. IXM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. IXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. IXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. IXM-in 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. IXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Inzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Bununla bərabər xatırlatmaq zəruridir ki, inzibati xəta haqqında icraat üzrə işin düzgün həlli üçün əhəmiyyətli olan halların tam və ətraflı araşdırılması, bununla bağlı hərəkətləri vaxtında və lazımı qaydada icra etmək öhdəliyi (qanunvericiliklə nəzərdə tutulan digər kompleks tədbirlər) həmin vəzifəli şəxslərə (məhkəmə icraatında isə hakimlərə) aiddir. IXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunculuq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. IXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. IXM-in 134.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün üçün əsasdır. Qeyd olunanlara əsaslanaraq belə qənaətə gəlirəm ki, şikayət qismən təmin edilməli, iş üzrə əhəmiyyət kəsb edən bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması, toplanmış sübutlara qarşılıqlı əlaqədə hüquqi qiymət verilməsi və bundan asılı olaraq qanuni və əsaslı qərar qəbul edilməsi üçün Füzuli Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-***/**** saylı qərarı ləğv edilməli, iş üzrə yuxarıda qeyd edilmiş zəruri halların araşdırılması, əldə edilən nəticədən asılı olaraq müvafiq qərar qəbul edilməsi üçün inzibati xətaya dair material həmin məhkəməyə göndərilməlidir. Şərh olunanları və IXM-in 134.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilmiş inzibati iş üzrə Füzuli Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-***/**** saylı qərarı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə münasibətdə ləğv edilsin. Işin həlli üçün əhəmiyyətli olan halların tam və ətraflı araşdırılması və inzibati xətaya dair materiala yenidən baxılması üçün iş Füzuli Hərbi Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3-1(3-9)-13/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3-1(3-9)-13/2026
11.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver