Məhkəmə qərarları › İş №3-1(3-9)-14/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №3-1(3-9)-14/2026

04.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 3-1(3-9)-14/2026 04.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Babayev Variq Baloğlan oğlunun katibliyi ilə, İsayev Yasin Əkrəm oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsi ilə təqsirli bilinməsinə dair Füzuli Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *- *(*-**)-***/**** nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs İsayev Yasin Əkrəm oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Füzuli Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərarı (hakim Nəcəfov Əmrah Bəzməddin oğlunun sədrliyi) ilə İsayev Yasin Əkrəm oğlu Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək, barəsində 300(üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməsi, qərarın icrasının Naxçıvan MR-nın Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi barədə yekun qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qeyd olunan qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs İsayev Yasin Əkrəm oğlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Füzuli Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *- *(*-**)-***/**** nömrəli qərarı ## #### 2026-ci il tarixli məktubla proses iştirakçılarına, o cümlədən barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs İsayev Yasin Əkrəm oğlunun xidmət etdiyi N nömrəli hərbi hissəyə göndərilmişdir. Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs İsayev Yasin Əkrəm oğlunun birbaşa Füzuli Hərbi Məhkəməsinə ünvanlanmaqla göndərdiyi apellyasiya şikayəti isə ## ###### 2026-cı il tarixdə həmin məhkəmənin dəftərxanasına daxil olmuş və 4-19/1-i-65-4/2026 nömmrə ilə qeydiyyata alınmışdır. Lakin iş materialları ilə şikayət müəllifi olan barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin Füzuli Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərarını hansı tarixdə rəsmi qaydada əldə etməsinə dair müvafq sənədlər (qəbz, xəbərnamə və sair) müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 129.1.1-ci maddəsinə əsasən hakimin qərarından apelyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest - həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə verilir. 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Göründüyü kimi, şikayət vermə müddətinin axımı qərarın rəsmi qaydada verildiyi andan başlayır. Qeyd olunan maddənin mənasına görə qanunvericilik 10 günlük müddətin axımını qərarın rəsmi qaydada verildiyi anla əlaqələndirmişdir. Hazırkı halda, qərarın şikayət verən tərəfə qanunla nəzərdə tutulmuş qaydada təqdim edildiyini təsdiq edən hər hansı sübut iş materiallarında mövcud olmadığından şikayət vermə müddətinin başlanma tarixi müəyyən edilmir, şikayətin qanunla müəyyən edilmiş müddətdə verilib-verilmədiyinin qiymətləndirilməsi və prosessual müddətlərin gözlənilməsi ilə bağlı tələblərin təmin edilməsi mümkün deyil. Nəticə etibarilə, qərarın tərəfə rəsmi qaydada təqdim olunmasını təsdiq edən sübutlar olmadığından, şikayət prosessual tələblərə uyğun hesab edilə bilməz və bu hal şikayətin geri qaytarılması üçün qanuni və əsaslı hal yaradır. İş materiallarında belə sübutlar mövcud olmadığından, qərarın barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsə təqdim edilməsi faktı təsdiq olunmuş hesab edilə bilməz. Apellyasiya məhkəməsi onu da diqqətə çatdırır ki, müddət ötürüldüyü halda inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası ilə bağlı birinci instansiya məhkəməsinə vəsatətlə müraciət olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilərkən qanunla müəyyən olunmuş müddət ötürüldükdə və müddətin bərpası haqqında vəsatət verilmədikdə, apellyasiya məhkəməsi tərəfindən hansı prosessual hərəkətlər edilməsini tənzimləyən norma yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Eləcə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «inzibati xətalar qanunvericiliyində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə müddətinin buraxılıb-buraxılmamasının müəyyən edilməsi, habelə şikayət və ya protestin mümkünlüyü ilə əlaqədar digər prosessual məsələlər (şikayətin səlahiyyəti olan şəxs tərəfindən verilib-verilməməsi, imzalanıb-imzalanmaması) kifayət qədər tənzimlənməmişdir. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilik normalarından, həmçinin özünün əvvəlki hüquqi mövqeyindən çıxış edərək hesab etmişdir ki, inzibati xəta haqqında iş üzrə məhkəmə qərarından verilmiş şikayət və ya protest vermə müddətinin buraxılıb-buraxılmamasının yoxlanılması ilə əlaqədar prosessual məsələlərin tənzimlənməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müvafiq normaları qanunun analogiyası üzrə tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən nə vaxt təhvil alınması iş materialları ilə sübuta yetirilmədiyi üçün İsayev Yasin Əkrəm oğlu tərəfindən verilmiş şikayətə baxılmadan inzibati xəta haqqında iş üzrə icraat materialları birinci instansiya məhkəməsinə qaytarılmalı, şikayət vermiş şəxsə buraxılmış müddətin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: İsayev Yasin Əkrəm oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsi ilə təqsirli bilinməsinə dair Füzuli Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *- *(*-**)-***/**** nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs İsayev Yasin Əkrəm oğlu tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilmədən inzibati xəta haqqında iş üzrə icraat materialları birinci instansiya məhkəməsinə qaytarılsın. Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs İsayev Yasin Əkrəm oğluna buraxılmış prosessual müddətin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət və ya protest verilə bilməz. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar