Məhkəmə qərarları › İş №3-1(3-9)-8/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3-1(3-9)-8/2026

29.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3-1(3-9)-8/2026 29.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən hakim Bəhmənov Habil Xanoğlan oğlu, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi ilə. ##.##.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, tam orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında daimi qeydiyyatda olan; Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Füzuli Hərbi Məhkəməsinin *-*(*-**)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi vəkil2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Qubadlı hərbi prokurorunun ## #### 2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Xocavənd rayonunun Qaradağlı yaşayış məntəqəsində dislokasiya olunmuş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin rabitə bölüyünün radio taqımının radio manqasının radiotelefönçusu vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən ## ###### 2025-cü tarixdə saat 23:10 radələrində bölüyün əsgər yataqxanasında həmin bölüyün telefon taqımının telefon manqasının telefonçusu vəzifəsində, əsgər herbi rütbəsində müddətli həqiqi hərbi xidmət edən X1 ilə aralarında yaranmış anlaşılmazlıq səbəbindən mübahisə edən zaman onun üst geyiminin yaxasından tutaraq sərt şəkildə yerindən qaldıraraq fiziki zor tətbiq etmiş və sonuncunun boynunun sol tərəfinə qançır xəsarətini yetirmişdir. Müdafiə Nazirliyinin N saylı hərbi hissənin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 612.1-ci maddəsi ilə inzibati xəta haqqında material baxılması üçün Füzuli hərbi məhkəməsinə göndərilmişdir. Füzuli Hərbi Məhkəməsinin *-*(*-**)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli biclinib 10 gün müddətinə inzibati həbs edilmiş, inzibati həbs etmənin əvvəli Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müvəqqəti saxlama yerində qeydiyyata alındığı vaxtdan hesablanmış, qərarın icra Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinə həvalə olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil2 məhkəmənin qərarından şikayət vermişdir. Şikayət ərizəsində qeyd olunmuşdur ki, məhkəmə tərəfindən çıxarılmış qərarda inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün icraata xitam verilməli idi. Məhkəmə qərar qəbul edərkən maddi hüquq normalarını kobud surətdə pozmuşdur. Belə ki, işin mübahisəsiz halı kimi inzibati xəta hadisəsinin ## ###### 2025-ci il tarixdə baş verməsi qəbul edilir. Bu hal hamı üçün məlum olmuş və hadisədən bir neçə gün sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat alınmış, hadisə ilk vaxtlardan aşkara çıxarılmışdır. Yəni ## ###### 2025-ci il tarixdən şəxsin inzibati mnəsuliyyətə cəlb etmə müddəti başlamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə bağlı prosesual hərəkətlər noyabr ayında həyata keçirilmiş və 2026-cı ilin may ayınadək şəxs bir daha göstərilə hadisə ilə bağlı heç bir dövlət orqanına dəvət edilməmişdir. Onun inzibati məsuliyyətə cəlb etmə müddəti artıq ## #### 2026-cı il tarixdə başa çatmış artıq həmin tarixdən sonra onun məsuliyyətə cəlb etməsi üçün müddət ötmüşdür. Buna baxmayaraq ## ##### 2026-cı il tarixdə onun barəsində araşdırma aparılması üçün təhqiqat orqanında Protokolu tərtib edən orqan müraciət ünvanlanmışdır. Protokolu tərtib edən orqan ## ##### 2026-cı il tarixdə cinayət işinin başlanılması barədə qərar qəbul etmişdir. Sonbradan guya şəxsin əməlində cinayət tərkibi olmadığı üçün ## ### 2026-cı il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cinayət işinin başlanması və rədd edilməsi barədə qərar sırf müddət keçmədiyi görüntüsü yaratmaq üçün edilmişdir. Belə ki, şəxsin məhkəmə ifadəsi alınarkən o, prokurorluğa ilk dəfə may ayının əvvəlləri gəldiyini bildirmişdir. Əslində həqiqətdər elə bundan ibarətdir. Şəxsin xəbəri olmadan onun barəsində 6 ay 2 gündən sonra cinayət işi başlanılmış may ayında çağrılaraq şərti olaraq ondan bir dəfə izahat alınmaqla barəsində cinayət işinin başlanması rədd edilmişdir. Yəni süni olaraq müddət ötməməsi üçün qərarlar qəbul edilərək məhkəməni yanıltmnağa çalışılmışdır. Yuxarıda göstərilənlərə əsasən əvvəlcə bildirmək istəyirik ki, inzibati araşdırma aparmış orqan əsas sübut kimi Konstutisya Məhkəməsinin yuxarıda istinad edilmiş qərarını rəhbər tutaraq inzibati məsuliyyət cəlb etmə müddətinin əslində 1 il müddəti olmasını göstərmiş və öz növbəsində məhkəmədə bununla razılaşmışdır. Əslində həmin qərarda tam aydın göstərilmişdir İXM-nin 38.1 və 38.2-ci maddəsinin müəddaları nəzərə alınmaqla başlanılmış icraatlar zamanı 1 illik müddət şamil edilir. Yəni şəxs ## ###### 2025-ci il tarixdə törətdiyi inzibati xəta ilə bağlı məsuliyyət məsləsi ən geci ## #### 2026-cı il tarixədək həyata keçirilməli idi. Şəxs ## #### 2026-cı il tarixdək ya inzibati məsuliyyət cəlb edilməli və ya onun barəsində cinayət işi başlanılmlı idi. Əgər 4 ay tamam olanadək onun barəsində cinayət işi başlasaydı və həmin araşdırma davam edib sonradan 1 il tamam olanadək inzibati məsuliyyət barədə qərar qəbul edilə bilərdi. Lakin şəxsin hüquqları kobud pozulmaqla məsulçiyyətə cəlb etmə müddətindən ötdükdən sonra şəxsin barəsində araşdırma başlanılmışdır. Pelnumun qərarının mətnbində konkret normanın təfsiri göstərilib. Yuxarıda istinad etdiyim qərarda belə bir fraza vardır ‘İnzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasmı istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir (İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsi).” Yəni inzibati məsuliyyət cəlb etmə müddəti şəxsin barəsində hər hansı araşdırmanı istisna edir. Füzuli Hərbi Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarını ləğv edərək başlanılmış icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Füzuli hərbi prokuroru və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi vəkil2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İşin hallarına əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən «Barəsində qərar çıxarılmış fiziki şəxs, …. inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər», «inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır». Müdafiəçi şikayətində hakimin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Apellyasiya müraciəti ilə əlaqədar öyrənilmiş iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraat başlamış orqan tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv surətdə baxılmış sübutlara əsaslanaraq İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmişdir. İş üzrə toplanmış sübutlarla (sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə hazırkı qərarda digər sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs üzrlü səbəb olmadan xidmət yerinə vaxtında gəlməməsi təsdiq olunmuş və buna görə də, onun əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə şikayətin dəlilləri baxımından Füzuli Hərbi Məhkəməsinin *-*(*-**)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarının əsaslılığını və qanuniliyini yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanlara əsasən şikayət təmin edilməməlidir. İş materiallarından müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən ## ###### 2025- cü tarixdə saat 23:10 radələrində bölüyün əsgər yataqxanasında həmin bölüyün telefon taqımının telefon manqasının telefonçusu vəzifəsində, əsgər herbi rütbəsində müddətli həqiqi hərbi xidmət edən X1 ilə aralarında yaranmış anlaşılmazlıq səbəbindən mübahisə edən zaman onun üst geyiminin yaxaasından tutaraq sərt şəkildə yerindən qaldıraraq fiziki zor tətbiq etmiş və sonuncunun boynunun sol tərəfinə qançır xəsarətini yetirmişdir. Protokolu tərtib edən orqan müstəntiqi, R Fərid Vaqiflinin ## ### 2026-cı il tarixli “sübutların qiymətləndirilməsi” haqqında qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 qarşı fiziki zor tətbiq etməsi faktı üzrə əməlində Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qeyd olunan əməlində inzibati xəta tərkibinin olub-olmamasına qiymət verilməsi məqsədilə həmin hissədə inzibati material ayrılaraq Füzuli Hərbi prokuroruna təqdim edilmişdir. Məhkəmənin qənaətinə görə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində başlanılmış icraata xitam verilməsi barədə müdfiəçinin dəlillini əsassız hesb edir. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin maddənin ikinci cümləsində sadalanmış inzibati tənbehin ən geci bir il keçənədək verilməsinə aid edilən inzibati xətalar, həmin Məcəllənin Xüsusi hissəsindəki eyni adlı fəsillərə daxil olan və ya eyniadlı inzibati xətalarla bağlıdır. İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsi müəyyən edir ki, Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Göründüyü kimi, cinayət işinin başlanmasının rədd olunduğu, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduğu hallarda inzibati məsuliyyətə cəlbetmə müddətinin xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən deyil, cinayət işinin başlanmasının rədd edilməsi və ya cinayət işinə xitam verilməsi barədə qərarın qəbul edildiyi gündən hesablanmışdır. Belə olduğu halda, müddətin keçməsinə görə inzibati xəta məsuliyyətindən azad olunma ilə bağlı dəlillər əsassız hesab olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair hakim düzgün hüquqi nəticəyə gəlmişdir, İXM ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmamışdır, qərarın ləğv olunması və ya dəyişirilməsi üçün prosessual əsaslar müəyyən olunmur. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDIM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Füzuli Hərbi Məhkəməsinin *-*(*-**)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar