Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(4-16)-101/2026 05.03.2026 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əsgərova Sübhə Hüsən qızının katibliyi, Azərbaycan Respublika Hərbi Prokurorluğunun Cinayət təqibindən kənar İcraatlar şöbəsinin böyük prokuror – metodisti, ədliyyə kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, N nömrəli hərbi şəhərcikdə qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan,Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin divizionlar qrupunun 1-ci divizionunun avtomobil manqasının komandiri, gizir Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar və toplanılmış materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar və toplanılmış materiallardan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir Şəxs xx.xx.2025-ci il tarixdə məhkəmə - kimyəvi ekspertiza müayinəsindən keçən zaman onda narkotik maddə hesab edilən 0,096 mq/l tetra hidro kannabinol turşusu ( THC-COOH) aşkar olunmuşdur. Məhkəmə iclasında iştirak edən Respublika Hərbi Prokurorluğunun Cinayət təqibindən kənar İcraatlar şöbəsinin böyük prokuror – metodisti, ədliyyə kapitanı X3 inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarı müdafiə edərək bildirdi ki, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında X1 çalışan yaxını ona ağrıkəsici məqsədi üçün həmin dərman vasitəsindən bir bağlama verdiyini, həm öz vəsaiti, həm dövlət vəsaiti hesabına analiz verdiyini, təkrar istifadə etmədiyini, hal – hazırda ağrılarının kəsməsi üçün kremdən istifadə etdiyini, əməlindən peşman olduğunu, işə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan 03 mart 2026-cı il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” qərarından görünür ki, Şəxs (FİN: xxxxxxx) narkotik vasitədən istifadə etməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan nzibati xətanı törətmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir Şəxs xx.xx.2025-ci il tarixdə məhkəmə-kimyəvi ekspertiza müayinəsindən keçən zaman onda narkotik maddə hesab edilən 0,096 mq/l tetra hidro kannabinol turşusu (THC-COOH) aşkar olunmuşdur. Şəxs xx.xx.2025-ci il tarixdə müayinədən keçən zaman heç vaxt "narkotik vasitədən istifadə etmədiyini bildirmişdir. Qeyd olunanlarlar xx.xx.2025-ci il tarixli, 13422/K nömrəli Rəy və digər sənədlərlə sübut olunur.xx.xx.2025-ci il tarixli, 13422/K nömrəli rəydən görünür ki, Şəxs sidik nümunəsinin tərkibində 9-Tetra-hidro kannabinolun metoboliti olan 0,096 mq/l tetra hidro kannabinol turşusu (THC-COOH) aşkar edilmiş, kannabinoidin insan orqanizmində qalma müddətinə bəzi faktorlar təsir göstərir, bu faktorlara qəbul müddəti qəbul olunan maddənin miqdarı, qəbul edilən maddənin miqdarı və qəbul etmə müddəti artdıqca onun insan orqanizmində aşkar edilmə müddəti də artır. xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikasının Cinayət – Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu-gizir Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İş materiallarında olan 22 yanvar 2026-cı il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu gizir Şəxs sidik nümunəsinin tərkibində 9-Tetra-hidro kannabinolun metaboliti olan 0,096 mq/l tetra hidro kannabinol turşusu (THC-COOH) aşkar edilməsində cinayət tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının Cinayət – Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan xidməti xasiyyətnaməsi müsbətdir - həmişə hərbi forma üzrə geyinmiş, təmiz və səliqəli olmuş, fiziki hazırlıq səviyyəsi yaxşı olaraq qiymətləndirilir, dövlət və hərbi sirlərini qorumağı bacarır. Məhkəmə işə baxarkən Şəxs ifadəsindən müəyyən etmişdir ki, Kürdəmir rayon Mərkəzi Xəstəxanasının nevroloji kabinetinin vəzifəli şəxsi tərəfindən Şəxs qadağan olunmuş psixotrop tərkibli dərman qanunsuz olaraq verilmişdir. Odur ki , həmin halın araşdırılması zəruridir və bununla bağlı Baş Prokurorluğa məlumat göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlindən peşman olmasını, əvvəllər məsuliyyətə cəlb olunmamasını və himayəsində azyaşlı övladının olmasını yüngülləşdirən hallar kimi hesab edir. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Həmçinin, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Kürdəmir rayon Mərkəzi Xəstəxanasının nevroloji kabinetinin vəzifəli şəxsi barəsində araşdırma aparılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarda göstərilən Kürdəmir rayon Mərkəzi Xəstəxanasının nevroloji kabinetinin vəzifəli şəxsi tərəfindən Şəxs qadağan olunmuş psixotrop tərkibli dərman qanunsuz olaraq verilməsi halının araşdırılması məqsədilə Baş Prokurorluğa məlumat göndərilsin. Qərar tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3-1(4-16)-101/2026
Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(4-16)-101/2026
05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver