Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(4-16)-11/2026 09.01.2026 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əsədli Ziya Rövşən oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Müdafiə Nazirliyinin 7-ci Təhqiqat Bölməsinin təhqiqatçısı ədliyyə baş leytenantı X1 iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Şamaxı rayonunda doğulmuş, orta təhsilli, evli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu hazırlığı kursunun kursantı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Müdafiə Nazirliyinin 7-ci Təhqiqat Bölməsinin təhqiqatçısı ədliyyə baş leytenantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsi ilə MN seriyalı, ******* №-li, 09 yanvar 2026-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə növbətçiliyi təhvil verən zaman patron çatışmazlığı aşkar edilmişdir. Müdafiə Nazirliyinin 7-ci Təhqiqat Bölməsinin təhqiqatçısı ədliyyə baş leytenantı X4 məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə növbətçiliyi təhvil verən zaman patron çatışmazlığı aşkar edilmişdir. Beləliklə, Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, şəxsi heyətin çoxluğundan qarışıqlı olduğunu, bu günə kimi belə halın baş vermədiyini və peşman olmasını nəzərə alıb ona tənbeh verilməməsini xahiş etmişdir. İş materiallarında olan məlumatlardan və toplanmış sübutlardan görünür ki, 05 noyabr 2025-ci il tarixdə, saat 09:05 radələrində Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Desant gəmiləri divizionunun orta desant gəmisinin (D431) operator radiometrçisi, çavuş Şəxs Qaradağ rayonu N nömrəli hərbi hissəsinin Desant gəmiləri divizionunun orta desant (D431) gəmisində olan zaman əlindəki darağı cibinə qoyarkən 1 ədəd 9 mm-lik patron daraqdan sıçrayaraq dənizə düşmüş, beləliklə Şəxs həmin 1 ədəd 9 mm-lik patronu ehtiyatsızlıqdan itirmişdir. İş materiallarında olan 21 noyabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin “Qaraheybət” hərbi şəhərciyinin MAHHXHQ hazırlığı kursunun 2-ci MAHHXHQ hazırlığı bölüyünün kursantı Şəxs xx.xx.2025-ci il tarixdə bölük növbətçiliyi digər növbətçiyə təhvil təslim edən zaman silah otağında 1 (bir) ədə SDV təlim patronun olmadığı aşkar edilmişdir. Faktla bağlı izhatı alınmış, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin “Qaraheybət” hərbi şəhərciyinin MAHHXHQ hazırlığı kursunun 2-ci MAHHXHQ hazırlığı bölüyünün kursantı Şəxs xx.xx.2025-ci il tarixdə silah otağında növbətçi olan zaman təlimə gedən şəxsi heyətə silah sursatı və təlim patronlarını siyahıya uyğun olaraq təhvil verdiyini, təlimdən sonra həmin silah sursatı siyahıya uyğun olaraq təhvil aldığını və silah otağına yerləşdiyini, lakin növbətçiliyi digər növbətçiyə təhvil təslim edən zaman silah otağında 1 (bir) ədəd SDV təlim patronun olmamasını aşkar olunduğunu, silah sursatı şəxsi heyətdən təhvil alarkən hesabda bilməyərək səhvə yol verdiyini bildirmişdir. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin “Qaraheybət” hərbi şəhərciyinin MAHHXHQ hazırlığı kursunun 2-ci MAHHXHQ hazırlığı bölüyünün kursantı X5 izahat verərək xx.xx.2025-ci il tarixdə bölükdə növbtçiliyi digər növbətçidən təhvil təslim edən zaman silah otağında 1 (bir) ədəd SDV təlim patronun olmamasını aşkar olunduğunu və bu barədə yuxarı komandanlığa xəbər verdiyini bildirmişdir. Bundan başqa həmin qərardan görünür ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin “Qaraheybət” hərbi şəhərciyinin MAHHXHQ hazırlığı kursunun 2-ci MAHHXHQ hazırlığı bölüyünün kursantı Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin maddəsinin tərkibi olmadığından barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, 30 iyul 2022-ci il təvəllüdlü X3 və 11 oktyabr 2023-cü il təvəllüdlü X2 atası Şəxsdur. Məhkəmə hazırki inzibati xəta haqqında iş üzrə sübutları araşdırıb belə nəticəyə gəlir ki, Şəxs həqiqətən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Şəxs ehtiyatsızlıqdan 01 (bir) ədəd SDV təlim patronun itməsi özünün və digər şəxslərin izahatları, eləcə də əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsinə əsasən hərbi qulluqçulara xidməti istifadə üçün verilmiş silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın və ya sair hərbi əmlakın saxlanması qaydalarını pozmaqla itirilməsi on gündən bir ayadək müddətə inzibati həbs tətbiq edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşman olmasını, əvvəllər inzibati məsuliyyətə cəlb edilməsini və öhdəsində iki azyaşlı övladının olmasını, məsuliyyəti yüngülləşdirən hallar kimi hesab edir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları və xidmətini qüsursuz davam etdirməsini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə bir daha işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməməli, törətdiyi əmələ görə o, xidmət etdiyi Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəhbərliyi tərəfindən intizam məsuliyyətinə cəlb olunmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs intizam məsuliyyətinə cəlb edilməsi törətdiyi xətadan nəticə çıxarması üçün kifayət edəcəkdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs intizam qaydasında cəzalandırılması üçün materiallar onun xidmət etdiyi Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəhbərliyinə göndərilsin və onun intizam qaydasında cəzalandırılması Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəhbərliyinə həvalə edilsin. Qərar tərəflərə təqdim edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3-1(4-16)-11/2026
Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(4-16)-11/2026
09.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver