Məhkəmə qərarları › İş №3-1(4-16)-12/2026

Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(4-16)-12/2026

09.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(4-16)-12/2026 09.01.2026 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əsədli Ziya Rövşən oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs , İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Müdafiə Nazirliyinin 7-ci Təhqiqat Bölməsinin hüquqşünas təhqiqatçısı X2 iştirakları ilə, xx.xx.2007-ci il tarixdə Ağcabədi rayonu doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olmaqla yaşayan , Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci tabor 4-cü bölük 1-ci taqım 2-ci manqasında xidmət edən,əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Müdafiə Nazirliyinin 7-ci Təhqiqat Bölməsinin hüquqşünas təhqiqatçısı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə MN seriyalı, 2425810№-li, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 22:30-da Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicədə olduğu zaman N nömrəli hərbi hissənin əsgəri X3 təhqir etmişdir . Müdafiə Nazirliyinin 7-ci Təhqiqat Bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Müdafiə Nazirliyinin 7-ci Təhqiqat Bölməsinin hüquqşünas təhqiqatçısı X5 məhkəmədə bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 22:30-da Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicədə olduğu zaman N nömrəli hərbi hissənin əsgəri X3 təhqir etmişdir. Beləliklə, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, hadisə hospitalda olduğu vaxt baş vermiş və o, sağlamlığı ilə bağlı psixolojı vəziyyəti ağır olduğundan həmin əməli törətmişdir,əməlindən peşmandır, məhkəmədən daha yüngül cəza tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan 24 dekabr 2025-ci il tarixli cinayət işinin başlanmsınınr rədd edilməsi haqqında qərarından görünür ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin qulluqçusu əsgər Şəxs və N nömrəli hərbi hissənin hərbi qulluqçusu X4 xx.xx.2025-ci il tarixdə saat 22:30 radələrində Müdafiə Nazirliyinin Baş X1 bölməsində müalicə aldıqları palatada öz aralarında nalayiq ifadələr işlətməklə mübahisə etmişlər. Araşdırma materialına əlavə edilmiş, xx.xx.2025-ci il tarixli 1433 nömrəli ekspert rəyinə əsasən, xx.xx.2025-ci il tarixdə Şəxs məhkəmə - tibbi ekspertizası zamanı onun bədən səthində sözügedən hadisə ilə əlaqəli hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. Bundan başqa həmin qərardan görünür ki, N saylı hərbi hissəsinin qulluqçusu əsgər Şəxs N nömrəli hərbi hissənin hərbi qulluqçusu X4 xəsarət yetirməsi əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin maddəsinin tərkibi olmadığından barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə proses iştirakçısının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Belə ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə olan halda, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130 -cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar tərəflərə təqdim edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar