Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(4-16)-15/2026 09.01.2026 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əsədli Ziya Rövşən oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs , İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Müdafiə Nazirliyinin 7-ci Təhqiqat Bölməsinin təhqiqatçısı ədliyyə baş leytenantı X1 iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan , Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Müdafiə Nazirliyinin 7-ci Təhqiqat Bölməsinin təhqiqatçısı,ədliyyə baş leytenantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə MN seriyalı, 2425811№-li, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Cavadzadə Şəxs xx.xx.2025-ci il tarixdə saat 08:55-də N nömrəli hərbi hissənin əsgəri X2 qarşı zor tətbiq etmişdir. Müdafiə Nazirliyinin 7-ci Təhqiqat Bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Müdafiə Nazirliyinin 7-ci Təhqiqat Bölməsinin təhqiqatçısı,ədliyyə baş leytenantı X4 məhkəmədə bildirdi ki, Şəxs xx.xx.2025ci il tarixdə saat 08:55-də N nömrəli hərbi hissənin əsgəri X2 qarşı zor tətbiq etmişdir. Beləliklə, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs xidmət etdiyi müddət ərzində özünü intizamsız hərbi qulluqçu kimi göstərmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, hadisə hospitalda olduğu vaxt baş vermişdir və o dərmanların təsirindən bu əməli törətmişdir,əməlindən peşmandır, məhkəmədən daha yüngül cəza tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan 20 oktyabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu əsgər X5 ilə N nömrəli hərbi hissənin hərbi qulluqçusu əsgər Şəxs xx.xx.2025-ci il tarixdə 08:55 radələrində müalicə olduqları 207 nömrəli palatada mübahisə etmiş, mübahisə edərkən bir – birinə qarşı nalayiq ifadələr işlətmiş və bir – birinə qarşı yumruq və sillə zərbələri vurmuş, nəticədə Şəxs sağ almacıq nahiyəsindən, M.Əhmədov isə sağ qaş nahiyəsindən xəsarətlər almışdır. Faktla bağlı izahatı alınmış, N nömrəli hərbi hissənin hərbi qulluqçusu əsgər X5 yuxarıda qeyd olunanları təsdiq edərək, xx.xx.2025-ci il tarixdə saat 01:00 radələrində müalicədə olduqları 207 nömrəli palatada digər palata yoldaşları söhbət etdiyi zaman Şəxs nalayiq ifadə ilə cavab verdiyini, xx.xx.2025-ci il tarixdə 08:55 radələrində əsgər Şəxs ondan hansı səbəbdən ona qarşı nalayiq ifadə işlətdiyini soruşaraq sonuncuya “yaxşı eləmişəm” dediyini, bu zaman Şəxs göz nahiyəsindən bir yumruq zərbəsi vuraraq nalayiq ifadə işlətdiyini, sonra isə Cavadzadənin onun ağız və qaş nahiyəsindən 2 (iki) yumruq zərbəsi vurduğunu və sonra palata yoldaşlarının onları ayırdığını, bu hadisədədən öncə Şəxs ilə mübahisə və münaqişə etmədiyini, onunla şəxsi qərəzliyinin və ədavətin olmadığını bildirmişdir. Faktla bağlı izahatı alınmış, N nömrəli hərbi hissənin hərbi qulluqçusu əsgər Şəxs 0.08.2025-ci il tarixdə saat 01:00 radələrində 207 nömrəli palatada M.Əhmədovun digər palata yoldaşları ilə söhbət etdiyinə görə sakit olmağını demiş,həmin zaman sonuncu ona nalayiq ifadə ilə cavab verdiyini, xx.xx.2025-ci il tarixdə 08:55 radələrində M.Əhmədovdan hansı səbəbdən ona qarşı nalayiq ifadə işlətdiyini soruşaraq M.Əhmədovun ona “yaxşı eləmişəm” dediyini, bu zaman M.Əhmədovun qulaq nahiyəsindən bir sillə zərbəsi,sonuncu isə onun göz nahiyəsindən bir yumruq zərbəsi vurduğunu və nalayiq ifadə işlətdiyini, bunları eşidərək M.Əhmədovun ağız və qaş nahiyəsindən 2 (iki) yumruq zərbəsi vurduğunu və həmin zaman palata yoldaşlarının onları ayırdığını, bu hadisədədən öncə M.Əhmədovla mübahisə və münaqişə etmədiyini, onunla şəxsi qərəzliyinin və ədavətin olmadığını bildirmişdir. N nömrəli hərbi hissənin qulluqçusu əsgər X7 və Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin əsgəri X6 eyni məzmunlu izahatlar verərək M.Əhmədovun və Şəxs izahatlarında qeyd etdikləri faktları təsdiqləmişlər. Araşdırma materialına əlavə edilmiş, xx.xx.2025-ci il tarixli 588 nömrəli ekspert rəyinə əsasən, əsgər Şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində qərarda göstərilən hadisə ilə bağlı hər hansı bir xəsarət izi və ya xəsarət izləri aşkar olunmadı. Araşdırma materialına əlavə edilmiş, xx.xx.2025-ci il tarixli 1335 nömrəli ekspert rəyinə əsasən, M.S.Əhmədovun almış olduğu xəsarətlər – sol qaş nahiyəsinin yarası – bərk küt əşyanın (əşyaların) zərbəvi təsirindən törənmişdir, müddəti və şəraiti şəxsin məhkəmə-tibbi ekspertizası zamanı özünün göstərdiklərinə uyğun gələ bilər, sağlamlığa zərərvurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Bundan başqa həmin qərardan görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu əsgər Şəxs N nömrəli hərbi hissənin hərbi qulluqçusu əsgər X3 xəsarət yetirməsi əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin maddəsinin tərkibi olmadığından barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə hazırki inzibati xəta haqqında iş üzrə sübutları araşdırıb belə nəticəyə gəlir ki, Şəxs həqiqətən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Şəxs tabelik münasibətində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozması özünün və digər şəxslərin izahatları ilə yanaşı, iş üzrə təyin olunmuş ekspert rəyi, eləcə də əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etdikdə — on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşman olmasını və əvvəllər inzibati məsuliyyətinə cəlb edilməməsini məsuliyyəti yüngülləşdirən hal kimi hesab edir. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, işin hallarını və onun xidmət yerinə gəlməməsinin qısa müddət olmasını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsi məqsədəuyğun deyildir. Ona görə də, məhkəmə bir daha işin hallarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməməli, törətdiyi əmələ görə o, xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən intizam məsuliyyətinə cəlb olunmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs intizam məsuliyyətinə cəlb edilməsi törətdiyi inzibati xətadan nəticə çıxarması üçün kifayətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Şəxs intizam qaydasında cəzalandırılması üçün materiallar xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığına göndərilməli və Şəxs intizam qaydasında cəzalandırılması Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığına həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4, 40, 43, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs intizam qaydasında cəzalandırılması üçün materiallar onun xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilsin və onun intizam qaydasında cəzalandırılması Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına həvalə edilsin. Qərar tərəflərə təqdim edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3-1(4-16)-15/2026
Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(4-16)-15/2026
09.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver