Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3-1(4-16)-31/2026 19.01.2026 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, Şəxs Nizami rayon DYPŞ polis serjantı X1 tərəfindən tərtib edilmiş 07 dekabr 2025-ci il tarixli, İXP ******* saylı protokol və ona əlavə edilmiş sənədlərə işin baxılmağa hazırlanması zamanı baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs Nizami rayon DYPŞ polis serjantı X1 tərəfindən tərtib edilmiş 07 dekabr 2025-ci il tarixli, İXP ******* saylı protokol və ona əlavə edilmiş sənədlər Bakı Hərbi Məhkəməsinə daxil olmuşdur. Protokol və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən olundu ki, Şəxs 07 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1 və 342.6-cı-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmiş və barəsində Nizami rayon DYPŞ polis serjantı X1 tərəfindən İXP ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.3-cü maddəsinə əsasən bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə fərmanından görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci və 342.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. İnzibati Xətalar Məcəlləsinin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərdən belə aydın olur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci və 342.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə məhkəmələr deyil, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1ci maddəsi maddənin sanksiyasında nəzərdə tutulan cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldiyi barədə protokol tərtib etmiş orqanın əsaslandırılmış qərarı materiala əlavə edilmədiyindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 342.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanın törətməsinə görə həmin xətaya görə iş materialları Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nə geri qaytarılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 342.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanın törətməsinə görə həmin xətaya görə iş materialları baxılması üçün Bakı şəhəri Nizami RPİ-nin DYPŞnə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,109-cu maddəsini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 342.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair , 07 dekabr 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş material Bakı şəhəri Nizami RPİnin DYPŞ-nə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3-1(4-16)-31/2026
Bakı Hərbi Məhkəməsi Qərardad — İş №3-1(4-16)-31/2026
19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver