Məhkəmə qərarları › İş №3-1(4-16)-37/2026

Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(4-16)-37/2026

22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(4-16)-37/2026 22.01.2026 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əsədli Ziya Rövşən oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Müdafiə Nazirliyinin 7-ci Təhqiqat Bölməsi ədliyyə baş leytenantı X2 Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, Biləsuvar rayonu, Əsgərabad kəənd ünvanında qeydiyyatda olmaqla yaşayan, Heydər Əliyev adına Hərbi İnstitutun Dənizçilik bölüyü kursantı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Müdafiə Nazirliyinin 7-ci Təhqiqat Bölməsi ədliyyə baş leytenantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə MN seriyalı, 2425816№-li, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Heydər Əliyev adına Hərbi İnstitutun yataqxanasında xx.xx.2025-ci il tarixdə kursant yoldaşı Zərərçəkmiş şəxs qarşı nizamnamədən kənar hərəkət etmişdir. Müdafiə Nazirliyinin 7-ci Təhqiqat Bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Müdafiə Nazirliyinin 7-ci Təhqiqat Bölməsi ədliyyə baş leytenantı X3 məhkəmədə bildirdi ki, Heydər Əliyev adına Hərbi İnstitutun kursantı Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə, saat 21:50 radələrində kursant yataqxanasının pilləkənlərindən yuxarı qalxarkən kursant yoldaşı Şəxs ilə çiyin çiyinə dəymiş, bu səbəblə mübahisə edərək bir – birilərinə qarşı nalayiq ifadə işlətmiş və kursantı Zərərçəkmiş şəxs kursant yoldaşı Şəxs qarşı fiziki zor tətbiq etmişdir. Beləliklə, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, əməlindən peşmandır, zərərçəkmişlə barışdığını qeyd edərək məhkəmədən daha yüngül cəza tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmədə kursant yoldaşı Şəxs ilə barışdığını bildirdi. İş materiallarında olan 26 dekabr 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, ilkin yoxlama aparılan zamanı kursant Şəxs izahatında, xx.xx.2022-ci il tarixdən Heydər Əliyev adına Hərbi Dəniz bölüyünün kursantı olduğunu qeyd edərək mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 21:30 radələrində sərbəst vaxt olduğundan kursant yataqxanasının binasının yanında siqaret çəkdikdən sonra surətlə yuxarı qalxarkən ehtiyatsızlıqdan sol çiyninin 4-cü mərtəbədən aşağı düşən kursant yoldaşı Zərərçəkmiş şəxs çiyninə dəydiyini, kursant Zərərçəkmiş şəxs "biraz yavaş ol” dediyini, ona “əllərini yanına yığ” dediyini, bundan sonra kursant Zərərçəkmiş şəxs “nalayiq ifadə” işlətdiyini, deyilən sözdən narahat olduğunu bu səbəblə onun arxasınca getdiyini, ondan işlətdiyi sözü nə üçün dediyini soruşduğunu, bundan sonra kursant Zərərçəkmiş şəxs yenidən ona qarşı nalayiq ifadə işlətdiyini dediyini, ona “səndə gülmə” dediyini, bundan sonra kursant Zərərçəkmiş şəxs “var-yox söyüşü” etdiyini, bu səbəblə pis olduğunu, ona “söyüşün səbəbini de” dediyini, həmin sözü dedikdən sonra yenidən təhqir edildiyini və kursant Zərərçəkmiş şəxs tərəfindən onun burun nahiyəsinə, üz nahiyəsinə bir dəfə yumruqla vurduğunu, ondan söydüyü bütün söyüşlərin səbəbini soruşduğunu, özündən aralı tutmaq üçün kursant Zərərçəkmiş şəxs əlləri və ayaqları vasitəsi ilə kənara itələdiyini, ona qarşı hər-hansı nalayiq ifadə işlətmədiyini, yenidən kursant Nutrlan Dəmirovun yumruqla vurduğu və burnundan qan açıldığını, səs-küy olduğundan otağa baş leytenant X4 daxil olduğunu, bundan sonra sanitar qovşağa getdiyini, baş vermiş hadisə barədə aidiyəti üzrə məruzə edildiyini, tibb məntəqəsinə göndərildiyini qeyd etmişdir.Kursant Zərərçəkmiş şəxs izahatında, xx.xx.2025-ci il tarixdə, saat 21:50 radələrində kursant Şəxs Vəfədar oğlu ilə pilləkənlərdə rastlaşdığını, sağ küncə sıxılaraq keçməsinə baxmayaraq çiyninin onun çiyninə dəydiyini, ona “yavaş ol” dediyini, bunda sonra kursant Şəxs “nalayiq ifadə” işlətdiyini, üzünü döndərib gedərkən “üzdən iraq, üzünə gülməzdim gərək” dediyini, kursant Şəxs deyilən sözün səbəbini soruşduğunu, ona cavab vermədiyini, kursant Soltanlının “bax belə, ağıllı ol” dediyini, özündən çıxıb nalayiq ifadələr işlətdiyini, kursant Şəxs da nalayiq ifadələr işlətdiyini, təpiklə zərbələr endirdiyini, kursant Soltanlını özündən aralaşdırmaq istəyərkən əlinin üç dəfə onun üxz nahiyəsinə dəydiyini və burnundan qan açıldığını, səs-küy olduğundan baş leytenant X4 onların mübahisə etdiklərinin aşkar edildiyini qeyd etmişdir.Baş leytenant X8 izahatında, xx.xx.2025-ci il tarixdə, saat 21:50 radələrində bölük axşam düzülüşünə düzülüməli olduğundan dəhlizə çıxdığını, həmin vaxt səs- küy eşitdiyini, bölüyün girişinə yaxınlaşdığını, həmin vaxt kursantlar Şəxs və Zərərçəkmiş şəxs əlbəyaxa mübahisə etidklərini, kursant Şəxs burnunun qanadığını gördüyünü, onun əl-üzünü yuduqdan sonra mübahisənin səbəbini soruşduğunu, kursantların pilləkənlərdə çiyin-çiyinə dəydiklərinə görə mübahisə etdiklərini, bir-birilərinə qarşı nalayiq ifadə işlətdiklərini, kursant Zərərçəkmiş şəxs kursant Şəxs qarşı fiziki zor tətbiq etdiyini, baş vermiş hadisə barədə aidiyəti üzrə məruzə etdiyini bildirmişdir.X1 və X5 da eyni xüsusatlarda izahat verərək xx.xx.2025-ci il tarixdə, saat 21:50 radələrində kursant yataqxanasının yuxarı mərtəbəsindən səs gəldiyini eşitdiklərini, bu səbəblə yuxarı qalxdıqlarını, həmin vaxt kursantlar Şəxs və Zərərçəkmiş şəxs mübahisə etdiklərini, kursant Şəxs burnunun qanadığını gördüklərini, baş leytenant X4 orada olduğunu, onlara iradını bildirdiyini qeyd etmişlər.Kursant Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə məhkəmə-tibbi ekspertizasından keçirilmiş, alınan 2023 nömrəli ekspert rəyində kursant Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədən səthində sözügedən hadisə ilə əlaqədar hər- hansı xəsarət və ya xəsarət izi aşkar olunmadığı qeyd edilmişdir.Kursant Şəxs 24.11,2025-ci il tarixdə Şəxs məhkəmə- tibbi müayinəsi zamanı onun bədən səthində sözügedən hadisə ilə əlaqəli gözlə görünən hər- hansı xəsarət və ya xəsarət izi aşkar olunmadı.xx.xx.2025-ci il tarixdə Şəxs növbətçi həkim tərəfindən “Burunun küt travması. Burun qanaxması, sağ tərəfli kürək nahiyəsinin sıyrığı” diaqnozu, xx.xx.2025-ci il tarixdə isə otorinolarinqoloq tərəfindən ona "Xarici burunun küt travması, burun belinin yumşaq toxumalarının əzilməsi” diaqnozu təyin edilmiş, qeyd edilən xəsarətlər-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti və şəraiti şəxsin məhkəmə-tibbi ekspertizası zamanı özünün göstərdiklərinə uyğun gələ bilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduqlarından dərəcəsinin təyin edilmədiyi qeyd edilmişdir.Bununlada toplanmış materiallarla müəyyən edilmişdir ki, Heydər Əliyev adına Hərbi İnstitutun kursantı Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə, saat 21:50 radələrində kursant yataqxanasının pilləkənlərindən yuxarı qalxarkən kursant yoldaşı Şəxs ilə çiyin-çiyinə dəydiklərini, bu səbəblə mübahisə etdikləri birbirilərinə qarşı nalayiq ifadə işlətdikləri, kursant Zərərçəkmiş şəxs kursant yoldaşı Şəxs yumruqla burun nahiyəsinə vurması nəticəsində “Burunun küt travması. Burun qanaxması, sağ tərəfli kürək nahiyəsinin sıyrığı” diaqnozlu dərəcəsi təyin olunmayan xəsarəti yetirmişdir. Bundan başqa həmin qərardan görünür ki, kursantlar Şəxs və Zərərçəkmiş şəxs əməllərində cinayət tərkibi olmadığından onların barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan arayışdan görünür ki, Heydər Əliyev adına Hərbi İnstitutun hərbi dəniz kursant bölüyünün kursantı Zərərçəkmiş şəxs ilə hərbi dəniz kursant bölüyünün kursantı Şəxs arasında Daxili Xidmət Nizamnaməsinin 9-11-ci maddələrində nəzərdə tutulan tabelik, yəni rəis və tabe olan münasibəti yoxdur. Məhkəmə hazırki inzibati xəta haqqında iş üzrə sübutları araşdırıb belə nəticəyə gəlir ki, Şəxs həqiqətən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Şəxs tabelik münasibətində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozması özünün və digər şəxslərin izahatları ilə yanaşı, iş üzrə təyin olunmuş ekspert rəyi, eləcə də əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlindən peşman olmasını,zərərçəkmiş şəxslə barışdığını və əvvəllər inzibati məsuliyyətə cəlb edilməməsini məsuliyyəti yüngülləşdirən hallar kimi hesab edir. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, işin hallarını və onun xidmət yerinə gəlməməsinin qısa müddət olmasını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsi məqsədəuyğun deyildir. Məhkəmə bir daha işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməməli, törətdiyi əmələ görə o, xidmət etdiyi Heydər Əliyev adına Hərbi İnstitutu tərəfindən intizam məsuliyyətinə cəlb olunmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs intizam məsuliyyətinə cəlb edilməsi törətdiyi inzibati xətadan nəticə çıxarması üçün kifayətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Şəxs intizam qaydasında cəzalandırılması üçün materiallar xidmət etdiyi Heydər Əliyev adına Hərbi İnstitutun rəhbərliyinə göndərilməli və Şəxs intizam qaydasında cəzalandırılması Heydər Əliyev adına Hərbi İnstitutun rəhbərliyinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4, 40, 43, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs intizam qaydasında cəzalandırılması üçün materiallar onun xidmət etdiyi Heydər Əliyev adına Hərbi İnstitutun rəhbərliyinə göndərilsin və onun intizam qaydasında cəzalandırılması Heydər Əliyev adına Hərbi İnstitutun rəhbərliyinə həvalə edilsin. Qərar tərəflərə təqdim edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar