Məhkəmə qərarları › İş №3-1(4-16)-45/2026

Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(4-16)-45/2026

26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(4-16)-45/2026 26.01.2026 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əsədli Ziya Rövşən oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bakı Hərbi Prokurorunun köməkçisi, ədliyyə leytenantı X4 iştirakları ilə, xx.xx.N00-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.N-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Hərbi prokuroru, ədliyyə polkovniki Fərid Şükürov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 613.N-ci maddəsi ilə N3 yanvar N6-cı il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, həmin cinayət işi N8 noyabr N5-ci il tarixdə tərəfimdən Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə başlanaraq həmin tarixdə ibtidai istintaqın aparılması tərəfimdən prokurorluğun müstəntiqi, ədliyyə kapitanı Toğrul Əbdürəhimliyə həvalə edildiyindən icraatına qəbul edilərək istintaq aparılmışdır. N3 yanvar N6-cı il tarixdə cinayət işi üzrə icraata “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr N5-ci il tarixli qərarının 7-ci və 1N-ci hissələri tətbiq edilməklə Azərbaycan Respublikasının CPM-nin 39.1.1N-ci maddəsinə əsasən xitam verilmişdir.İstintaq zamanı həmçinin müəyyən edilmişdir ki, Əhmədov X6 Nazirliyinin Bakı şəhərində dislokasiya olunmuş N nömrəli hərbi hissəsinin 1-ci dəniz piyada taborunun 3cü dəniz piyada bölüyünün 3-cü dəniz piyada tağımının 1-ci piyada manqasının tuşlayıcısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində, əsgər hərbi rütbəsində hərbi xidmətdə olarkən, 31 sentyabr N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda, yalnız N avqust N5-ci il saat 08:00-da xidmət yerinə gəlməklə, üzrlü səbəblər olmadan üç gündən artıq, lakin on gündən çox olmayaraq xidmət yerinə vaxtında gəlməmişdir.Bundan əlavə, Şəxs həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi hərbi xidmətdə olarkən N avqust N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda, yalnız N avqust N5-ci il saat 13:00-da xidmət yerinə gəlməklə, üzrlü səbəblər olmadan üç gündən artıq, lakin on gündən çox olmayaraq xidmət yerinə vaxtında gəlməmişdir.Bundan başqa, Şəxs həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi hərbi xidmətdə olarkən NN avqust N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda, yalnız N7 avqust N5-ci il saat 1N:00-da xidmət yerinə gəlməklə, üzrlü səbəblər olmadan üç gündən artıq, lakin on gündən çox olmayaraq xidmət yerinə vaxtında gəlməmişdir.Həmin xüsusatlar üzrə Şəxs əməllərində cinayət tərkibi mövcud olmadığından 15 yanvar N6-cı il tarixli qərarla Azərbaycan Respublikası CPM-in 39.1,N-ci maddəsinə əsasən barəsində cinayət işinin başlanması rədd edilmişdir.Lakin, Azərbaycan Respublikası İXM-in 613.N-ci maddəsinə əsasən zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə həmin maddə ilə inzibati məsuliyyətə səbəb olur. Şəxs üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında gəlməməsi xüsusatı özünün etirafedici ifadəsi ilə yanaşı, N nömrəli hərbi hissənin 1-ci dəniz piyada taborunun 3-cü dəniz piyada bölüyünün baş çavuşu, baş miçman X5, həmin bölüyün 3-cü tağım komandirinin müavini, gizir XN, həmin tağımın 1-ci dəniz piyada manqasının komandiri, kiçik çavuş X3 və həmin tağımın N-ci dəniz piyada manqasının komandiri, baş çavuş X1 ifadələri ilə, raport və əmrdən çıxarışlarla öz təsdiqini tapmışdır.İ.Şəmilov ifadəsində göstərmişdir ki, açıqlamaq istəmədiyi səbəblərə görə N iyul N5-ci il 08:00-dan N avqust N5-ci il saat 08:00-dək, N avqust N5-ci il saat 08:00-dan N avqust N5-ci il saat 13:00-dək və NN avqust N5-ci il saat 08:00-dan N7 avqust N5-ci il saat 1N:00-dək xidmət yerinə vaxtında gəlməmişdir.N nömrəli hərbi hissə tərəfindən təqdim olunmuş “Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların həqiqi hərbi xidmətinə daxilolma haqqında” N9 may N4-cü il tarixli bağlaşmadan görünür ki, əsgər Şəxs Azərbaycan Respublikasının Silahlı Qüvvələrində üç il müddətinə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi qulluq etməyə könüllü surətdə öhdəlik götürmüşdür.N nömrəli hərbi hissə komandirinin N iyun N4-cü il tarixli, 15N Ns-li əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Əhmədov X6 nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin N9 may N4-cü il tarixli 071əç nömrəli əmrinə əsasən hərbi hissənin 1-ci dəniz piyada taborunun N-ci dəniz piyada bölüyünün atıcısı-nəzarətçisi vəzifəsinə təyin edilərək həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına bütün növ təminatlara daxil edilmişdir.N nömrəli hərbi hissə komandirinin N aprel N5-ci il tarixli, 105 Ns-li əmrindən çıxarışdan görünür ki, əsgər Şəxs hərbi hissənin 1-ci dəniz piyada taborunun 3-cü dəniz piyada bölüyünün 3-cü dəniz piyada tağımının 1-ci piyada manqasının tuşlayıcısı vəzifəsinə təyin edilmişdir.N nömrəli hərbi hissə komandirinin N iyul N5-ci il tarixli, 190 Nsli əmrindən çıxarışdan görünür ki, əsgər Şəxs N gün müddətinə, N iyul N5-ci il tarixədək növbəti məzuniyyətə buraxılmışdır.N nömrəli hərbi hissənin 1-ci dəniz piyada taborunun 3cü dəniz piyada bölük komandiri vəzifəsini müvəqqəti icra edən, gizir Məhəmməd Məmmədovun N iyul N5-ci il tarixli raportundan görünür ki, Şəxs N iyul N5-ci il tarixdə xidmət yerinə gəlməmişdir.N nömrəli hərbi hissə komandirinin N iyul N5-ci il tarixli, N10 Ns-li əmrindən çıxarışdan görünür ki, əsgər Şəxs N iyul N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməmişdir.N nömrəli hərbi hissənin 1-ci dəniz piyada taborunun 3-cü dəniz piyada bölük komandiri vəzifəsini müvəqqəti icra edən, baş miçman Samir Zamanovun N avqust N5-ci il tarixli raportundan görünür ki, əsgər Şəxs N avqust N5-ci il tarixdə xidmət yerinə gəlmişdir.N nömrəli hərbi hissə komandirinin N avqust N5-ci il tarixli, N15 Ns-li əmrindən çıxarışdan görünür ki, əsgər Şəxs N avqust N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə qayıtdığına görə bütün növ təminatlara qoyulmuşdur.N nömrəli hərbi hissənin 1-ci dəniz piyada taborunun 3-cü dəniz piyada bölük komandiri vəzifəsini müvəqqəti icra edən, baş miçman Samir Zamanovun N avqust N5-ci il tarixli raportundan görünür ki, əsgər Şəxs N avqust N5-ci il saat 08:00-da xidmət yerinə gəlməmişdir. N nömrəli hərbi hissə komandirinin N avqust N5-ci il tarixli, N19 Ns-li əmrindən çıxarışdan görünür ki, əsgər Şəxs oğiu N avqust N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməmişdir.N nömrəli hərbi hissənin 1-ci dəniz piyada taborunun 3-cü dəniz piyada bölük komandiri vəzifəsini müvəqqəti icra edən, baş miçman Samir Zamanovun N avqust N5-ci il tarixli raportundan görünür ki, əsgər Şəxs N avqust N5-ci il saat 13:00-da xidmət yerinə qayıtmışdır.N nömrəli hərbi hissə komandirinin N avqust N5-ci il tarixli, NN5 Ns-li əmrindən çıxarışdan görünür ki, əsgər Şəxs N avqust N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə qayıtdığına görə bütün növ təminatlara qoyulmuşdur.N nömrəli hərbi hissənin 1-ci dəniz piyada taborunun 3-cü dəniz piyada bölük komandiri vəzifəsini müvəqqəti İcra edən, baş miçman Samir Zamanovun NN avqust N5-ci il tarixli raportundan görünür ki, əsgər Şəxs NN avqust N5-ci il saat 08:00-da xidmət yerinə gəlməmişdir.N nömrəli hərbi hissə komandirinin NN avqust N5-ci il tarixli, N3N Ns-li əmrindən çıxarışdan görünür ki, əsgər Şəxs NN avqust N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməmişdir.N nömrəli hərbi hissənin 1-ci dəniz piyada taborunun 3-cü dəniz piyada bölük komandiri vəzifəsini müvəqqəti icra edən, baş miçman Samir Zamanovun N7 avqust N5-ci il tarixli raportundan görünür ki, əsgər Şəxs N7 avqust N5-ci il saat 1N:00-da xidmət yerinə qayıtmışdır.N nömrəli hərbi hissə komandirinin N7 avqust N5-ci il tarixli, N37 Ns-li əmrindən çıxarışdan görünür ki, əsgər Şəxs N7 avqust N5ci il tarixdə saat 1N:00-da xidmət yerinə qayıtdığına görə bütün növ təminatlara qoyulmuşdur.N nömrəli hərbi hissə tərəfindən təqdim olunmuş xidməti xasiyyətnamədən görünür ki, əsgər Şəxs xidməti cəhətdən müsbət xarakterizə olunmuşdur. Məhkəmə iclasında Bakı Hərbi Prokurorunun köməkçisi, ədliyyə leytenantı X7 bildirdi ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs bildirdi ki, anasının ağır xəstə olması və yaxın dostunun intiharı nəticəsində yaranan gərgin psixoloji fonda əməli törətmişdir. Məhkəmə hazırki inzibati xəta haqqında iş üzrə sübutları araşdırıb belə nəticəyə gəlir ki, Şəxs həqiqətən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.N-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə təqsirli bilinməlidi. Zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildilməsi özünün və digər şəxslərin izahatları ilə yanaşı, iş üzrə təyin olunmuş ekspert rəyi, eləcə də əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.N-ci maddəsinə əsasən Zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə —iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin N1-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3N-ci maddəsinə əsasən Şəxs əməlindən peşman olmasını, əvvəllər inzibati məsuliyyətə cəlb olunmaması və ailə üzvünün ağır sağlamlıq vəziyyətinin olmasını yüngülləşdirən hal kimi hesab edir. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.N.N-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 613.N-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Şəxs intizam qaydasında cəzalandırılması üçün materiallar Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığına göndərilməli və Şəxs intizam qaydasında cəzalandırılması Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığına həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4, 40, 43, 114, 115, 117, 1N9 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 613.N-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsiin. Şəxs intizam qaydasında cəzalandırılması üçün materiallar onun xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığına göndərilsin və onun intizam qaydasında cəzalandırılması Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığına rəhbərliyinə həvalə edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar