Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(4-16)-51/2026 02.02.2026 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əsədli Ziya Rövşən oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, Quba rayonu N.Nərmanov küçəsi, ev 18 qeydiyyatda olmaqla Bakı şəhəri, Mərdəkan qəsəbəsi 110 B ünvanında yaşayan, Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin, 3-cü mexanikləşdirilmiş bölüyün 3cü taqım 2-ci döyüş maşınının komandiri, gizir Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin komandiri polkovnik – leytenant X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 610cu maddəsi ilə xx.xx.N26-cı il tarixli, MN seriyalı, 2424064№-li, inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Bakı şəhəri, Güzdək qəsəbəsi N hərbi hissəsində xx.xx.N25ci il tarixdə saat 09:30 radələrində leytenant Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlətmiş və onun sinə nahiyəsindən tutaraq itələmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin 7-ci Təhqiqat bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olduğunu, hər kəsin içərisində Zərərçəkmiş şəxs üzür istədiyini və bir daha belə hal təkrarlanmayacağını bildirərək daha yüngül cəza tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Şəxs ilə barışdığını bildirdi. İş materiallarında olan 14 noyabr N25-ci il tarixli raportdan görünür ki, 14 noyabr N25-ci il tarixində saat 09:30 radələrində 3-cü mexanikləşdirilmiş taqımının 2-ci döyüş maşınının komandiri vəzifəsində xidmət edən gizir Şəxs zirehli texnikaların saxlanıcında olan zaman şəxsi heyətin arasında Zərərçəkmiş şəxs nüfuzunu alçaldacaq ifadələr işlətmiş və ona qarşı qarşılıqlı münasibət qaydalarını pozaraq hərbi rütbəsindən tutub zor tətbiq etməyə cəhd göstərmişdir. Hər hansı bir tədbir görülərsə, ondan qorxmayacağını şəxsi heyət arasında demişdir. İş materiallarında olan xidməti xasiyyətnamədən görünür ki, xasiyyətnaməsi mənfidirhərbi nəzakət və əsgəri salamlaşma qaydalarına riayət etmir, hərbi geyim formasına tam əməl etmir, nizamnamələrin tələblərini zəif bilir və onların tələblərinə uyğun hərəkət etməyə çalışmır. Fiziki cəhətdən sağlamdır. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N aprel N25-ci il tarixli, 123 nömrəli əmrindən çıxarışdan görünür ki, leytenant Zərərçəkmiş şəxs 3-cü mexanikləşdirilmiş taborun ( BMP-2, 3) 3-cü mexanikləşdirilmiş bölüyün 2-ci mexanikləşdirilmiş taqımının komandiri vəzifəsində xidmət edir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N may N25-ci il tarixli, 148 nömrəli əmrindən çıxarışdan görünür ki, gizir Şəxs N nömrəli hərbi hissənin oğlu 3-cü mexanikləşdirilmiş taborun ( BMP-2, 3) 3-cü mexanikləşdirilmiş bölüyün 3-cü mexanikləşdirilmiş taqımının 2-ci döyüş maşınları heyətinin döyüş maşını komandiri vəzifəsində xidmət edir. Məhkəmə hazırki inzibati xəta haqqında iş üzrə sübutları araşdırıb belə nəticəyə gəlir ki, Şəxs həqiqətən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Şəxs tabelik münasibətində olduğu hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozması özünün və digər şəxslərin izahatları ilə yanaşı, əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsinə əsasən rəisin, yaxud hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsin hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar şərəf və ləyaqətini alçaltması on gündən iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlindən peşman olmasını, zərərçəkmişlə barışmasını və əvvəllər inzibati məsuliyyətinə cəlb edilməməsini məsuliyyəti yüngülləşdirən hal kimi hesab edir. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, işin hallarını və onun xidmət yerinə gəlməməsinin qısa müddət olmasını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsi məqsədəuyğun deyildir. Ona görə də, məhkəmə bir daha işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməməli, törətdiyi əmələ görə o, xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tərəfindən intizam məsuliyyətinə cəlb olunmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs intizam məsuliyyətinə cəlb edilməsi törətdiyi inzibati xətadan nəticə çıxarması üçün kifayətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Şəxs intizam qaydasında cəzalandırılması üçün materiallar xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilməli və Şəxs intizam qaydasında cəzalandırılması Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4, 40, 43, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs intizam qaydasında cəzalandırılması üçün materiallar onun xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilsin və onun intizam qaydasında cəzalandırılması Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına həvalə edilsin. Qərar tərəflərə təqdim edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3-1(4-16)-51/2026
Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(4-16)-51/2026
02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver