Məhkəmə qərarları › İş №3-1(4-16)-58/2026

Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(4-16)-58/2026

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(4-16)-58/2026 03.02.2026 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əsədli Ziya Rövşən oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi - Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin N-ci əməliyyat taborunun qərargah rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi mayor X1 iştirakları ilə, xx.xx.N007-ci il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, Yevlax rayonu Qoyunbinəsi kəndində qeydiyyatda olan, N nömrəli hərbi hissənin N-ci əməliyyat taborunun 6-cı bölüyünün 4-cü əməliyyat taqımının,1-ci qrupunun kəşfiyyatçı – tuslayıcısı, əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandiri, polkovnik leytenant X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 613.1-ci maddəsi ilə xx.xx.N0N6-cı il tarixli MN seriyalı N4N4167№-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki H.Zeynalabdin qəsəbəsi N nömrəli hərbi hissədə xx.xx.N0N6cı il tarixdə 19:00-da xidməti yerini özbaşına üzürlü səbəb olmadan tərk etmiş, xx.xx.N0N6-cı il tarixdə saat N3:48 radələrində N nömrəli hərbi hissəyə qaytarılmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi - Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin N-ci əməliyyat taborunun qərargah rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi mayor XN məhkəmə iclasında bildirdi ki, H.Zeynalabdin qəsəbəsi N nömrəli hərbi hissədə xx.xx.N0N6-cı il tarixdə 19:00-da xidməti yerini özbaşına üzürlü səbəb olmadan tərk etmiş, xx.xx.N0N6-cı il tarixdə saat N3:48 radələrində N nömrəli hərbi hissəyə qaytarılmışdır. Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, ailə üzvlərindən darıxdığına görə xidmət yerini tərk etmişdir, əməlindən peşmandır və məhkəmədən daha yüngül cəza tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan 0N fevral N0N6-cı il tarixli raportdan görünür ki, 01 fevral N0N6-cı il saat 19:00 radələrində 6-cı əməliyyat bölüyünün 4-cü taqımının kəşfiyyatçı – tuşlayıcı vəzifəsində xidmət edən əsgər Şəxs xidmət yerini özbaşına tərk hesab edilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin 0N fevral N0N6-cı il tarixli, 36 nömrəli əmrindən çıxarışdan görünür ki, N-ci əməliyyat taborunun 6-cı bölüyünün 4-cü əməliyyat taqımının,1-ci qrupunun kəşfiyyatçı – tuslayıcısı müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şəxs 01 fevral N0N6-cı il tarixdə saat 19:00-da xidmət yerini özbaşına tərk etmiş hesab edilmiş və bütün növ təminatları dayandırılmışdır. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N fevral N0N6-cı il tarixli 37 nömrəli əmrindən çıxarışdan görünür ki, 0N fevral N0N6-cı il saat N3:48 radələrində Nci əməliyyat taborunun 6-cı əməliyyat bölüyünün 4-cü taqımının kəşfiyyatçı – tuşlayıcı vəzifəsində xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şəxs xidməti yerinə gəlmiş hesab edilmişdir. İş materialarında olan xidməti xasiyyətnamədən görünür ki, fiziki cəhətdən sağlamdır və dövlət sirrini qorumağı bacarır. Məhkəmə hazırki inzibati xəta haqqında iş üzrə sübutları araşdırıb belə nəticəyə gəlir ki, Şəxs həqiqətən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə təqsirli bilinməlidi. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantının hərbi hissəni (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsini) və ya xidmət yerini özbaşına tərk etməsi və ya üzrlü səbəblər olmadan hərbi hissəyə (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə) və ya xidmət yerinə vaxtında gəlməməsi bir gündən artıq, lakin üç gündən çox olmayaraq törədilməsi özünün və digər şəxslərin izahatları ilə yanaşı, eləcə də əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantının hərbi hissəni (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsini) və ya xidmət yerini özbaşına tərk etməsi və ya üzrlü səbəblər olmadan hərbi hissəyə (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə) və ya xidmət yerinə vaxtında gəlməməsi bir gündən artıq, lakin üç gündən çox olmayaraq törədildikdə —on günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin N1-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3N-ci maddəsinə əsasən Şəxs əməlindən peşman olmasını, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamasını yüngülləşdirən hal kimi hesab edir. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.N.N-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 613.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Şəxs intizam qaydasında cəzalandırılması üçün materiallar Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığına göndərilməli və Şəxs intizam qaydasında cəzalandırılması Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığına həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4, 40, 43, 114, 115, 117, 1N9 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 613.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs intizam qaydasında cəzalandırılması üçün materiallar onun xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilsin və onun intizam qaydasında cəzalandırılması Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına həvalə edilsin. Qərar tərəflərə təqdim edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar